Перейти к содержимому


Фотография

Qur`an kəlmələrinin tərcüməsi


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 6

#1 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 12 октября 2010 - 21:16

Salamun ələykum!
Əziz forum istifadəçiləri. Sizləri bu mövzuda aktiv olmağa səsləyirəm. Çalışaq ki, Qur`ani-kərimi kəlmə-kəlmə tərcümə edək. Əvvəldən axıra...
Buyurun! Aktiv olun!

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#2 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 12 октября 2010 - 21:29

Bismillah...
İlk tərcümə edəcəyimiz surə "Fatihə" surəsidir.

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ



Mərhəmətli, Rəhmli Allahın adı ilə! Fatihə surəsi, 1-ci ayə.

"بِسْمِ" (bismi) iki kəlmədir. "Ba" hərfi və "ism". "Ba" dilimizə la-lə şəkilçisi kimi tərcümə edilir. (Bu ayədə) "İsm" ad deməkdir.

"اللَّهِ" ALLAH!

"الرَّحْمَٰنِ" "Ər-Rəhman", ALLAHın adı və sifətidir.Bu ad ALLAHın ümumi rəhmətinə işarədir.

"الرَّحِيمِ" "ər-Rəhim", ALLAHın adı və sifətidir.Bu ad ALLAHın xüsusi rəhmətinə işarədir.

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#3 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 12 октября 2010 - 21:46

الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ


Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə, Fatihə surəsi, 2-ci ayə.

"الْحَمْدُ" "Əl-həmdu", İki sözdür: "əl" artiklı və "Həmd". "əl" burada "istiğraq mənası daşıyır. Yəni "bütün". Bütün həmdlər. Həmd, şükür, tərif, səna mənalarını daşıyır.

"لِلَّهِ" "Lillahi", İki sözdür: "Lam" hərfi və "ALLAH" kəlməsi. Lam dilimizə "üçün" kimi tərcümə edilir.

"رَبِّ" "Rəbb", Bir şeyi tam bir səviyyədə inşa etmək, tərbiyə etmək.

"الْعَالَمِينَ" "əl-aləmin", İki sözdür: "əl" artiklı və "aləmin". "əl" burada "istiğraq mənası daşıyır. Yəni "bütün". "Aləmin" Aləm sözünün cəm formasıdır. Yəni bütün aləmlərin, bütün varlıqların, bütün kainatın. Demək olar ki, bu söz birləşməsində iki dəfə cəm işlənib.

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#4 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 12 октября 2010 - 21:52

الرَّحْمَٰنِ الرَّحِيمِ



(Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olana, Fatihə surəsi, 3-cü ayə.

"الرَّحْمَٰنِ" "Ər-Rəhman", ALLAHın adı və sifətidir.Bu ad ALLAHın ümumi rəhmətinə işarədir.

"الرَّحِيمِ" "ər-Rəhim", ALLAHın adı və sifətidir.Bu ad ALLAHın xüsusi rəhmətinə işarədir.

Сообщение отредактировал Gunahkar: 12 октября 2010 - 21:53

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#5 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 12 октября 2010 - 22:04

مَالِكِ يَوْمِ الدِّينِ



Haqq-hesab (qiyamət) gününün sahibinə! Fatihə surəsi, 4-cü ayə.

"مَالِكِ" "Məliku", Malik, Sahib.

"يَوْمِ", "yəvm", gün.

"الدِّينِ", "əd-din", İki sözdür: "əl" artiklı və "Din". "əl" burada "istiğraq mənası daşıyır. Yəni "bütün". "Din" din mənasında və əcr, cəza mənasında işlənir (burada). Yəni bütün haqların ödənmə günü.

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#6 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 13 октября 2010 - 20:51

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ



Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!

"إِيَّاكَ", "iyyəkə", mürəkkəb sözdür; İyyə+kə. İyyə yalnız, ancaq, fəqət, təkcə mənalarını daşıyır. "kə" şəxs əvəzliyidir, sən, sənə mənasını verir.

"نَعْبُدُ", "Nə`budu", feildir. İbadət sözündən götürülüb. Mənası; biz ibadət edirik (və edəcəyik).

"وَ", "və", hərfdir. Və bağlayıcısı.

"إِيَّاكَ" yuxarıda deyildi.

"نَسْتَعِينُ", "Nəstə`inu", feildir. "İanə" kəlməsindən götürülüb. Feilin bu babı tələb (özündən aşağı şəxsdən) və istək (özündən yuxarı şəxsdən) mənasında işlənir. Tərcümə belədir: Kömək və yardım diləyirik, istəyirik.

Сообщение отредактировал Gunahkar: 13 октября 2010 - 20:57

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#7 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 30 октября 2010 - 19:02

اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ



Bizi doğru (düz) yola yönəlt! Fatihə surəsi, 6-cı ayə.

"اهْدِنَا", "ihdinə", təsirli fel və məfuldur. Sən hidayət et. "nə" şəxs əvəzliyidir, "biz" deməkdir. Burada təsiri qəbul etdiyi üçün bizi anlamındadır.

"الصِّرَاطَ", "əs-Sirat", isimdir. yol mənasındadır. "əl" artiklı müəyyənlik bildirir.

"الْمُسْتَقِيمَ", "əl-mustəqim", Sifətdir. "Düzgün, doğru, möhkəm və əyri olmayan" mənasındadır.

Сообщение отредактировал Gunahkar: 30 октября 2010 - 19:04

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение





Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru