Ziyərgahın əsası 17-ci əsrin sonlarında qoyulub. Bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra insanların kiçik türbə şəkilində mövcud olan ziyərgaha gəlməsinə məhdudiyyətlər qoyulub. Hətta 1920-ci ildən sonrakı tarixdə ziyərgah sökülüb. Lakin 1985-ci ildə «Əli ayağı» yenidən bərpa edilərək əhalinin istifadəsinə verilib. 1991-ci ildə dövlətin ayırdığı vəsait və xeyriyyəçilərin göstərdiyi maliyyə yardımı hesabına bir sıra ziyərətgahlarda olduğu kimi burada da əsaslı təmir işi aparılıb.
Pirdə İslam dinində müqəddəs şəxslərdən biri olan İmam Əlinin ayaq izləridir. Dindarların inancına görə İmam Əli (ə) vaxtilə Bakının Buzovna kəndində olub. İmam Əlinin (ə) Buzovnada olması haqqında xalq arasında müxtəlif rəvayətlər söylənilir.Yerli əhali onun ayaq izini həmin dövrdən bu günədək müqqədəs bilərək qoruyub saxlayıb. Zaman-zaman Allaha bağlı olan insanlar ürəklərində tutduqları niyyətlərlə bu ziyarətgaha pənah gətiriblər və bu günə qədər də bu ənənə davam etdirilir. «Əli - Ayağı» ziyarətgahında İmam Əlinin (ə) iki yerdə ayaq izi var.

Mənə maraqlıdır Əli(ra) nə vaxt Azərbaycana gəldi , kim bunu görüb , ilk türbə nə vaxt inşa olub? Ya ümumiyyətcə bu şiələrin uydurmasıdır?