'fidan' сказал(а) 20 Окт 2010 - 07:22:
Ömərlərin İslama vurduğu ziyanı hələ bir bəşər övladı vurmayıb.
Sovet vaxtinda dinsiz saydıqlarımız neşə dəfə istəyiblər ziyarətgahları dağitsinlar. Amma bədbəxtliklə üzləşib qorxularından yerlərində oturublar. Onlar da inanıblar ki, Allah qoruyur bu pirləri. Onlarda Allah qorxusu sələfi deyilənlərdən daha çox olub.
Belələrin görəndə indiki hakimiyyətə şükr eləyirsən, betəri də ola bilərmiş
OOOOO Fidan xanım! Sizi aldadıblar! Ömərin Allah ondan razı olsun İslama və əhlinə çooooox böyük xeyrləri dəyib. Buyur bəzilərini sizə təqdim edim:
Ömər ibn Xəttabın ® ən mühüm əməlləri:
Ömər ibn Xəttab ® böyük əzm və iradə ilə İslam dövlətini yaratmağa başladı. Bu dövlət, həyatın doğurduğu bütün problemlərlə qarşılaşıb yeni dövrün, xususilə İslam xilafətinin sərhədləri şərq və qərb, cənub və şimal istiqamətlərində genişlənməsi şəraitində meydana gələn tələblərinə cavab verməyə qadir olmalı idi. Onun gördüyü ən mühüm işləri sadalayaq:
1– Divanlar yaratdı. Belə ki, onun yaratdığı əskərlər divanı indiki dövrdə müdafiə nazirliyinə, xərac divanı isə maliyyə nazirliyinə bənzəyir.
2 – Müsəlmanlar üçün beytulmalı təsis etdi, qazilər, katiblər təyin etdi, hicri tarixini İslam dövlətinin təqvimi kimi qəbul etdi, həmçinin poçt xidmətini yaratdı.
3 – Vətəndaşların qayğısına qalırdı. Bu məqsədlə müsəlmanlara tez-tez baş çəkər, onları yoxlayardı. Xüsusilə gecə vaxtı evləri gəzərdi.
4 – Fəth olunmuş torpaqları əskərlər arasında bölüşdürmək əvəzinə onların əsil sahiblərinin əlində saxladı ki, onlar xərac verə bilsinlər.
5 – Fəth olunmuş ölkələr vilayətlər şəklində inzibati bölgələrə bölündü. Hər bir vilayətə əmir (vali, hakim-tərc) təyin edildi. Onun üçün müsəlmanların beytülmalından götürülən müəyyən miqdarda maaş ayrıldı. O, bir qayda olaraq möminliyinə, yaxşı idarəçilik qabiliyyətinə malik olan, əsil-nəcabətinə, ailə mənsubiyyətinə əhəmiyyət vermədən seçdiyi adamları vali təyin edirdi.
6 – Fəth olunmuş ölkələrdə bir neçə şəhər tikdirdi. Bunlara misal olaraq İraqda Bəsrə və Kufə, Misirdə Füstat və sairə şəhərləri göstərmək olar. Bundan məqsəd həmin ölkələrdə İslam dövlətinin mərkəzlərini yaratmaq idi.
O ki, qaldı sovetlərə, onlar sizin məqbərələri sökməyiblər, əksinə artırıblar, çünki yəqin ki, bilirdilər ki, siz haqq üzərə deyilsiniz, ona görə əl dəyməyiblər.
Onlar isə Allahı tanımırdılar, əksinə ATEİS idilər. Bir az elmli yazın, emosiyalara qapılmayın.