Перейти к содержимому

Фотография

Maidə:6

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 5

#1 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 19 октября 2010 - 22:34

Sual: Nə üçün Əhli-sünnə məzhəbinin ardıcılları dəstəmaz alarkən, ayaqlarını yuyur, Əhli-beyt məzhəbinin ardıcılları isə məsh cəkirlər?

Cavab: Bu suala cavab verməzdən əvvəl, bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1 - Bütün müsəlmanlar (həm Əhli-sünnə, həm də Əhli-beyt məzhəblərinin ardıcılları) Allahın kitabına (Qurana) və Peyğəmbərin (s) sünnəsinə əməl etməyə çalışırlar.

Allah-taala müqəddəs Quranda buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ

"Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin."Maidə surəsi, 6.

Müsəlmanlar arasında mövcud olan ixtilaf və fikir ayrılığı isə onların hər hansı bir məsəsləni müxtəlif cür başa düşmələrindən irəli gəlir. Qeyd olunmuş ayə də o məsələlərdən biridir.

2 - Hal-hazırda Əhli-sünnə məzhəbinin ardıcılları dəstəmazda ayağı yumağı vacib bilirlər. Fəxri Razi bu ayənin (فاغسلو وجوهكم) təfsirində belə yazır:

"Dəstəmazda ayağı yumaq, yoxsa məsh etmək haqqında dörd nəzər söylənilib:

A. Ayağı yumaq lazımdır;
B. Məsh etmək lazımdır;
C. Ya məsh etmək və yaxud yumaq lazımdır;
D. Həm məsh etmək və həm də yumaq lazımdır;

3 - Əhli-sünnə məzhəbinin rəvayətləri arasında əksər rəvayətlər yumağa dəlalət etsə də, bəzi rəvayətlər məsh çəkməyi lazım bilirlər. Təbəri öz təfsir kitabında bu barədə 10 hədis nəql edir ki, o hədislərin birində İbn Abbas deyir:

الوضو غسلتان و مسحتان

«Dəstəmaz iki yumaq (üz və əllər) və iki məshdən (baş və ayaqlar) ibarətdir».Təfsiri Təbəri, 6/82.

Həmçinin, Ənəs, Əkrəmə, Şəbi, Amir və Qutadənin dediklərinə əsasən; -«Dəstəmazda ayaqları yumaq yox, məsh cəkmək lazımdır».Təfsiri Təbəri, 6/82.

Dəstamaz barəsində istinad edilən ayə belədir:

"Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin."Maidə surəsi, 5/6.

Əhli-sünnə alimlərinin fikrincə, «ارجلكم» sözü «وجوهكم» sözünə ətf olunmuşdur. Belə ki, «وجوه» - yəni üzlər yuyulmalı olduğu kimi, «ارجل» - yəni ayaqlar da yuyulmalıdır.

Lakin, Əhli-beyt məzhəbi alimlərinin fikrincə, «ارجلكم» (ayaqlarınız) sözü, «رُءُوسِكُمْ» (başlarınıza) sözünə ətf olunur və «رُءُوسِ» (başlar) məsh olunduğu kimi, «ارجل» (ayaqlar) da məsh olunmalıdır. Onlar deyirlər ki, «ارجلكم» (ayaqlarınız) sözü «رُءُوسِكُمْ» (başlarınız) sözünün yanındadır və ərəb qrammatikasına əsasən, o, ən yaxın sözə - «رُءُوسِكُمْ» sözünə ətf olunmalıdır. Buna görə də ayaqlara məsh çəkilməlidir.

Burada cavab verilməsi lazım olan bir sual meydana çıxır:

Əgər Əhli-beyt məzhəbi alimlərinin dediyi kimi, «ارجلكم» (ərculəkum) sözü, «رُءُوسِكُمْ» (ruusikum) sözünə ətf olunmuşsa, bəs nəyə üçün məcrur yəni, "ərculikum" deyildir?

Bu sualın cavabı ərəb qrammatikasıyla tanış olanlara məlumdur. Ərəb qrammatikasında iki növ ətf vardır:

1 - Zahirə olunan ətf;
2 - Məhəllə olunan ətf.

Məlum olduğu kimi, «بِرُءُوسِكُمْ» (bi ruusikum) sözü, "وامسحوا" (vəmsəhu) felinin məfuludur (tamamlığıdır) və əvvəlində gələn "bi" şəkilçisi isə zaiddir.

Həmçinin, bütün məfullar mənsub olmalıdır. Əgər, «بِرُءُوسِكُمْ» (bi ruusikum) sözü əvvəlinə "bi" şəkilçisi gəldiyi üçün zahirdə məcrurdursa, deməli, məhəllən mənsubdur.

(Ərculəkum) «ارجلكم» sözü də onun məhəllinə ətf olaraq, onun kimi mənsub olmuşdur.

Digər tərəfdən məşhur yeddi qari (Quran oxuyan alimlər), «ارجلكم» (ərculəkum) sözünün həm məcrur (yəni; ərculikum) və həm də mənsub (yəni; ərculəkum) kimi oxunmasını düzgün hesab etmişlər. Elə buna görə Davud İsfahani kimi bəzi sünni fəqihləri dəstamaz alarkən ayaqları həm yumağı və həm də məsh çəkməyi düzgün hesab edirlər.

Bütün bunlardan əlavə, İslam Peyğəmbərinin (s) vəsiyyətinə əsasən, Onun Əhli-beyti (ə) bütün sahələrdə müsəlmanlar üçün qayıdış yeri kimi tanıtdırılmışdır ki, onlardan biri də müqəddəs Quranın müxtəlif ayələrinin izahından ibarətdir. Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə isə ayaqların yuyulmasına deyil, məsh çəkilməsinə göstəriş verilmişdir.

sunnularin dediyina gora ayaq yumaq ham da tamizlikdi,bir sual meydana galir agar ALLAHU taala bizim cismimizi tamizlamak istayirdisa onda naya gora su tapmayanda pak torpaqla tayyannum elamayi biza amr edir.demali masala ela deyil.ardi var...
ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

#2 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 20 октября 2010 - 06:24

ha bu sizin dastamaziniz nasa quranla duz galmir

1.Mumkunse qibleye teref donub niyyet edilir.(Niyyet etdim Allah rizasi ucun destemaz almaga.)
2.Eller bileklere qeder 3 defe yuyulur.Sonra sag ovuc ile agiza 3 defe su alinib her defesinde agiz yaxalanir.
3.Sag ovuca 3 defe su alaraq buruna cekilir ve sol el ile burun temizlenir.
4.Uzun her terefi sach bitiminden chene altina ve qulaqlara qeder yuyulur.
5.Ellel sag qol ,sonra sol qol dirseklere beraber yuyulur.
6.Eller yeniden su ile isdadildiqdan sonra sag elin ichi ile bashin dordde birini mesh edilir.
7.Eller isladilaraq shehadet barmagi ile qulaqin arxa terefi mesh edilir ,diger barmaqlarin ust terefi ile boyun mesh edilir.
8.Evvel sag ayaq ,sonra sol ayaq topuqlara beraber yuyulur.

bunlara zahmat olmasa dalil gatirin

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْن
ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

#3 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 20 октября 2010 - 09:07

Alimlər, ayaqların məshediləcəyi və ya yuyulacağı haqqında ixtilaf ediblər: Kaffal, bu ayənin təfsiri haqqında İbn Abbas, Ənəs ibn Malik, İkrimə, Şa'bi və Əbu Cəfər Məhəmməd ibn Əli əl-Baqirdən ayaqları məshetməyin fərz olduğu hökmünü nəql etmişdir ki, bu, Şiə'nin İmamiyye qolunun məzhəbi(üsulu)dir.

Fahruddin Er-Râzi, "Tefsir-i Kebir Mefâtihu’l-Gayb", Akçağ Yayınları, 8/501

İbn Abbas, Rəsulullahın dəstəmaz alışını izah edərkən; "(Rəsulullah s.ə.ə) iki ayağına məsh etdi" deyər. Yenə ondan rəvayət edilir ki, belə demişdir: "Allahın kitabında məsh varkən, insanlar qaçıb yıxırlar" Və yenə demişdir ki: "Dəstəmaz iki yuma və iki məshdir" Qatədə deyir ki, Allah iki yumağı və iki Meshi fərz etmişdir ... Əhli-Beytin seyyidlərinden rəvayət edilən xəbərlərə gəlincə; bu mövzuda sayılmayacaq qədər çoxdur. Necə ki Hüseyn ibn Səid Əl-Ehvazî, Fudâle İbn Fudâle kanalı Hanımâd İbn Osmandan nəql edir ki, ona Qalib İbn huzeyl belə demiş: Əbu Cəfərin (imam Məhəmməd Baqirin ə.s) ayaqlara məsh mövzusunu soruşduqda dedi: "Cəbrailin endirmiş olduğu hökm budur" Yenə Hüseyn İbn Saîd'den Əhməd İbn Məhəmməddən nəql etdiyinə görə; "Əbu Həsən, Musa ibn Cəfər (imam Musa Kazım ə.s)in ayaqlara məsh necə olar, deyə soruşdum? demiş. O da əllərini barmaqlarının üzərinə qoyaraq topuqlara qədər ayağını məsh etdi, demiş. Ona bir adam iki barmağıyla məsh etsə nə olar? deyib beləcə aşiqlərə qədər göstərmiş. O, xeyr, əlinin bütün ayasıyla, demiş"

İbn Kesir, "Hadislerle Kur’an-ı Kerim Tefsiri", Çağrı Yayınları: 5/2153-2160

#4 shako235

shako235

    Arif – Corporal

  • Murid
  • 61 сообщений

Отправлено 15 июня 2011 - 11:01

Burda yazılanlara əhli-sünnə qardaşların etirazı yoxdur?Varsa yazın yoxdursa niyə ayaqlarınızı yuyursunuz? :thinking:

#5 mashadi vuqar

mashadi vuqar

    Mulazzim – lieutenant

  • Murid
  • 360 сообщений

Отправлено 18 июня 2011 - 22:51

Sual: Nə üçün Əhli-sünnə məzhəbinin ardıcılları dəstəmaz alarkən, ayaqlarını yuyur, Əhli-beyt məzhəbinin ardıcılları isə məsh cəkirlər?

Cavab: Bu suala cavab verməzdən əvvəl, bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1 - Bütün müsəlmanlar (həm Əhli-sünnə, həm də Əhli-beyt məzhəblərinin ardıcılları) Allahın kitabına (Qurana) və Peyğəmbərin (s) sünnəsinə əməl etməyə çalışırlar.

Allah-taala müqəddəs Quranda buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ

"Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin."Maidə surəsi, 6.

Müsəlmanlar arasında mövcud olan ixtilaf və fikir ayrılığı isə onların hər hansı bir məsəsləni müxtəlif cür başa düşmələrindən irəli gəlir. Qeyd olunmuş ayə də o məsələlərdən biridir.

2 - Hal-hazırda Əhli-sünnə məzhəbinin ardıcılları dəstəmazda ayağı yumağı vacib bilirlər. Fəxri Razi bu ayənin (فاغسلو وجوهكم) təfsirində belə yazır:

"Dəstəmazda ayağı yumaq, yoxsa məsh etmək haqqında dörd nəzər söylənilib:

A. Ayağı yumaq lazımdır;
B. Məsh etmək lazımdır;
C. Ya məsh etmək və yaxud yumaq lazımdır;
D. Həm məsh etmək və həm də yumaq lazımdır;

3 - Əhli-sünnə məzhəbinin rəvayətləri arasında əksər rəvayətlər yumağa dəlalət etsə də, bəzi rəvayətlər məsh çəkməyi lazım bilirlər. Təbəri öz təfsir kitabında bu barədə 10 hədis nəql edir ki, o hədislərin birində İbn Abbas deyir:

الوضو غسلتان و مسحتان

«Dəstəmaz iki yumaq (üz və əllər) və iki məshdən (baş və ayaqlar) ibarətdir».Təfsiri Təbəri, 6/82.

Həmçinin, Ənəs, Əkrəmə, Şəbi, Amir və Qutadənin dediklərinə əsasən; -«Dəstəmazda ayaqları yumaq yox, məsh cəkmək lazımdır».Təfsiri Təbəri, 6/82.

Dəstamaz barəsində istinad edilən ayə belədir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ

"Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin."Maidə surəsi, 5/6.

Əhli-sünnə alimlərinin fikrincə, «ارجلكم» sözü «وجوهكم» sözünə ətf olunmuşdur. Belə ki, «وجوه» - yəni üzlər yuyulmalı olduğu kimi, «ارجل» - yəni ayaqlar da yuyulmalıdır.

Lakin, Əhli-beyt məzhəbi alimlərinin fikrincə, «ارجلكم» (ayaqlarınız) sözü, «رُءُوسِكُمْ» (başlarınıza) sözünə ətf olunur və «رُءُوسِ» (başlar) məsh olunduğu kimi, «ارجل» (ayaqlar) da məsh olunmalıdır. Onlar deyirlər ki, «ارجلكم» (ayaqlarınız) sözü «رُءُوسِكُمْ» (başlarınız) sözünün yanındadır və ərəb qrammatikasına əsasən, o, ən yaxın sözə - «رُءُوسِكُمْ» sözünə ətf olunmalıdır. Buna görə də ayaqlara məsh çəkilməlidir.

Burada cavab verilməsi lazım olan bir sual meydana çıxır:

Əgər Əhli-beyt məzhəbi alimlərinin dediyi kimi, «ارجلكم» (ərculəkum) sözü, «رُءُوسِكُمْ» (ruusikum) sözünə ətf olunmuşsa, bəs nəyə üçün məcrur yəni, "ərculikum" deyildir?

Bu sualın cavabı ərəb qrammatikasıyla tanış olanlara məlumdur. Ərəb qrammatikasında iki növ ətf vardır:

1 - Zahirə olunan ətf;
2 - Məhəllə olunan ətf.

Məlum olduğu kimi, «بِرُءُوسِكُمْ» (bi ruusikum) sözü, "وامسحوا" (vəmsəhu) felinin məfuludur (tamamlığıdır) və əvvəlində gələn "bi" şəkilçisi isə zaiddir.

Həmçinin, bütün məfullar mənsub olmalıdır. Əgər, «بِرُءُوسِكُمْ» (bi ruusikum) sözü əvvəlinə "bi" şəkilçisi gəldiyi üçün zahirdə məcrurdursa, deməli, məhəllən mənsubdur.

(Ərculəkum) «ارجلكم» sözü də onun məhəllinə ətf olaraq, onun kimi mənsub olmuşdur.

Digər tərəfdən məşhur yeddi qari (Quran oxuyan alimlər), «ارجلكم» (ərculəkum) sözünün həm məcrur (yəni; ərculikum) və həm də mənsub (yəni; ərculəkum) kimi oxunmasını düzgün hesab etmişlər. Elə buna görə Davud İsfahani kimi bəzi sünni fəqihləri dəstamaz alarkən ayaqları həm yumağı və həm də məsh çəkməyi düzgün hesab edirlər.

Bütün bunlardan əlavə, İslam Peyğəmbərinin (s) vəsiyyətinə əsasən, Onun Əhli-beyti (ə) bütün sahələrdə müsəlmanlar üçün qayıdış yeri kimi tanıtdırılmışdır ki, onlardan biri də müqəddəs Quranın müxtəlif ayələrinin izahından ibarətdir. Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə isə ayaqların yuyulmasına deyil, məsh çəkilməsinə göstəriş verilmişdir.

sunnularin dediyina gora ayaq yumaq ham da tamizlikdi,bir sual meydana galir agar ALLAHU taala bizim cismimizi tamizlamak istayirdisa onda naya gora su tapmayanda pak torpaqla tayyannum elamayi biza amr edir.demali masala ela deyil.ardi var...

Burda bir xususda var oda budur ki, BIRUUSIKUM da olan Bi ,bashin muayyan olan hissesinin mes edilmesine isharedir ve ona gorede ardindan gelen ARCULEKUM kimi gelir ,yeni mesh chekin bashiniza teref ve ayaqlarinizi! ona gorede burda gorunduyu kimi BASHINIZA ile AYAQLARINIZI shekilchileri ferqlenir! qiraeti hech burada delil getirmeye eytiyac yoxdur ,yalniz bisavad ve tesubkesh bunu inkar eder!
Изображение أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَكِن تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ (46)

Разве они не странствовали по земле, имея сердца, посредством которых они могли разуметь, и уши, посредством которых они могли слушать? Воистину, слепнут не глаза, а слепнут сердца, находящиеся в груди. 22,46

#6 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 10 августа 2011 - 12:17

Burda bir xususda var oda budur ki, BIRUUSIKUM da olan Bi ,bashin muayyan olan hissesinin mes edilmesine isharedir ve ona gorede ardindan gelen ARCULEKUM kimi gelir ,yeni mesh chekin bashiniza teref ve ayaqlarinizi! ona gorede burda gorunduyu kimi BASHINIZA ile AYAQLARINIZI shekilchileri ferqlenir! qiraeti hech burada delil getirmeye eytiyac yoxdur ,yalniz bisavad ve tesubkesh bunu inkar eder!

Qardaşlar onlarla bu barədə mən bəhs etmişəm.
Dəlilləri bilirsiniz nədir?

Onlar dəstəmaz ayəsində vemsehu (məsh edin) biruusikum ve erculekum (başlarınızı və ayaqlarınızı) -burada onlar ərcüləkum -u "ə" fəthə hərfinə görə əvvəldə gələn "fəğsilu vucuhəkum və əydiyəkum" ayəsinin yanına bağlayırlar.

biz deyirik ki, yox - biz yox (bu hamıya bəllidir niyə deyirik-yuxarıda da yazılıB) deyəndə yeni bir sual verirlər.

Əgər biz deyən düzdürsə o zaman niyə bu ayənin ardınca gələn təyəmmüm ayəsində - fəmsəhu bivucuhikum və əydikum minhu gəlmişdir?
Bu suala necə cavab verərdiniz qardaş!

Сообщение отредактировал Malik Eshter: 10 августа 2011 - 12:18

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.

Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru