Hz. Əli hammımızın Allah yanında şəfaətçisi olsun inşallah. Allaha onun qədər yaxın olmaq və Allaha onunla yaxınlaşmaq nə gözəl qismətdir.
Qəlbində nə varsa oda çox vaxt yuxuna gəlir. Düşünürəm "Müqəddəslər yuxularımızda" mövzüsün artıq açmaq olar. Maraqlı olardı bu barədə eşitmək.
Elədir qardaşım.
Dediyin mövzunu bəlkə elə sən özün acasan,cünki birinci sənin ağlına gəlib.İnşəAllah sən o mövzunu acsan yazılası cox şeylər olacaq.
Allah təala sənə kömək olsun qardaşım.Amin!
Onda Günahkar qardaşdan xaiş edek bu mövzünü açsın, o başladı gözəl yuxu ilə. Maşallah Al-İslamda bir ibrətli yuxudan yazdı. Allah bizə Hz. Əlinin imanında bir pay versin inşallah!
Buyurun! Bu da siz istəyən mövzu!
Seyid Bəhrül-Ulum mükaşifələrini, mənəvi yuxularını həmişə şagirdləri və başqaları ilə paylaşırdı. Bir gecə şagirdlərindən biri yuxuda görür ki, mələklər cənnətdə zümrüd və firuzədən bir qəsr tikirlər. Bir dəstə mələk isə, tikilən qəsrin divarlarından sökürlər və baca açırlar. Şagird soruşur:
-Bu qəsr kimindir?
Mələklər cavab verirlər:
-Seyid Bəhrül-ulumun.
Şagird soruşur:
-Bəs niyə həm tikib, həm də sökürsünüz?
Mələklər cavab verirlər:
-Seyid Bəhrül-ulum həmişə öz mükaşifələrini danışdığı üçün buraları sökürük.
Şagird səhər açılan kimi gedir ustadın yanına ki, yuxusunu danışsın və ustad belə etməsin. Yoxsa onun qəsrini sökəcəklər.
Şagird içəri giriş icazəsi alıb, qapıdan içəri keçməmiş, Seyid Bəhrül-ulum deyir:
-Gəl, gəl! İndi oradan bir dənə də baca açacağam...
Buyurun: Yuxularınızı paylaşın ki, qəsrlərinizin bacası olsun!
P.S. Öz yuxularınız, eşitdikləriniz, oxuduqlarınız...