Перейти к содержимому


Фотография

VƏHHABİLƏRİN CİNAYƏTLƏRİ


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 02 ноября 2010 - 23:07

İLK CİNAYƏT

1217-ci hicri (1795-ci miladi) ilində vəhhabilər İraqa tərəf qoşun yeritdilər. Yolları üstündə çatdıqları bütün şəhər və kəndləri viran edib günahsız insan cəsədlərindən təpə düzəldir və qanı su yerinə axıdırdılar.
...Qədir-xum bayramı günündə, (zilhiccənin 17-i) Kərbəla şəhərinin yaxınlıqlarına çatdılar. Əhalinin çoxu Həzrət Əli (əleyhissalam)-ın qəbrini ziyarət etmək üçün Nəcəfə səfər etmişdilər. Şəhərdə qalan əhali təcavüzkar vəhhabi qoşununun yaxınlaşmasından xəbər tutan kimi hücumun qabağını almaq üçün şəhərin qapılarını bağladılar. Amma 1000 nəfər yaraqlı vəhhabi qapılardan birini sındırıb şəhərə yürüş etdilər.
Sürətlə İmam Hüseyn (əleyhissalam)-ın qəbrinə tərəf cumub hədiyyə (nəzir) olunmuş qızıl-gümüşü, nəfis xalçaları və zinətli qapıları qarət etməyə başladılar. Sonra hərəmin zinətlərini və güzgülərini sındırıb məhv etdilər. Bununla da kifayətlənməyib həyasızcasına müqəddəs zərihi yandırdılar və bir-birlərinin sağlığına qəhvə içdilər.
Qiymətli əşyaları, cəvahiratı qarət edəndən sonra hərəmin ziyarətçilərinə hücum edib zərihin yanında olan 50 nəfəri rəhmsizcəsinə qətlə yetirdilər, sonra həyətə gəlib oradakı ziyarətçiləri qırmağa başladılar. Orada öldürülənlərin sayı 500 nəfərdən artıq idi.
Hərəmdəki ziyarətçiləri qırandan sonra şəhərə daxil olaraq gördükləri hər şeyi viran edir, qarşılaşdıqları hər kəsi öldürürdülər. Böyük-kiçiyə, qoca-cavana, arvad-uşağa rəhm etmirdilər Camaatın evlərinə soxulub qadınların cəvahiratını, mənzil avadanlıqlarını qarət edirdilər.
Vəhşiləşmiş vəhhabilər monqollar kimi qarət olunmuş əşyalarla birlikdə Kərbəladan çıxanda şəhərdə cəsədlərdən ibarət bir təpə, qandan axan bir arx, qəm-qüssədən ibarət bir dağ, yetimlərin, uşaqların və qadınların göz-yaşı, nalə və şivənindən ibarət bir dərya qoymuşdular.
Cinayətkar vəhhabilərin bu aşkar vəhşiliklərinin qurbanı 50 min nəfər oldu.
(Əlavə məlumat əldə etmək üçün Doktor Əbdül Cavad əl-Kidarın “Kərbəla tarixi” və İngilis yazıçısı Mister Setifon Həmislinin “Ərbəətü qürunin min tarixil-İraq” kitabına müraciət edə bilərsiniz.)

Сообщение отредактировал cafari: 02 ноября 2010 - 23:07

ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

#2 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 02 ноября 2010 - 23:09

qardaslar mana maraqlidi gorum bunlar na qadar musalman qani iciblar?malumati olan varsa yazsin
ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

#3 xxxxx13

xxxxx13

    Jundi – Soldier

  • Ibtidai
  • 9 сообщений

Отправлено 04 ноября 2010 - 00:38

Qardaş, gözəl bir mövzu açdığınıza görə Sizə təşəkkür edirəm. İnşallah vaxt düşdükcə öz bildiklərimi burada yerləşdirəcəm.
"Vəhhabilər 1208-ci (h.q.) ildə Bəsrəni işğal etdikdən sonra əz-Zübeyr şəhərini talan etdilər. Hicri 1216-cı ildə Kərbəla şəhərinə yürüş edib dinc əhalini vəhşicəsinə qətlə yetirdilər və Peyğəmbər (s)nəvəsi İmam Hüseynin (ə) müqəddəs hərəmində (məqbərəsində) mövcud olan qiymətli əşyaları tarac etdilər. 1220-ci (h.q.) ildə Nəcrani, 1222-ci ildə isə Mədinə şəhərini ələ keçirdilər və Peyğəmbər (s) müqəddəs hərəmində (məqbərəsində) olan bütün qiymətli əşyaları qarət etdilər. 1225-ci ildə Şama doğru yürüş etdilər və Həvran qətliamını həyata keçirdilər.1305-ci ildə Məkkə hakimi Şərif Qalibə qarşı döyüşdülər və bir çox məntəqələri işğal etdilər.1317-ci ildə Taifi ölüxanaya çevirdilər. 1332-36-cı illərdə Osmanlı imperatorluğuna qarşı təxribatlarda ingilis müsəmləkəçilərinə böyük xidmətlər göstərdilər və bu xidmətin qarşılığl olaraq bütün Hicaz hakimiyyətini ələ aldılar.
1343-cü il 8 şəvval tarixində Bəqi qəbristanlığını viran qoydular və Peyğəmbərin (s) müqəddəs hərəmini yenidən tarac etdilər. Nəhayət 1366-cı ildə günün günorta çağı 500 hacını şəhid edərək Məkkəni meyidxanaya çevirdilər. Hicri 1216-1218-ci illərdə Kərbəlaya vahşicəsinə hücum etdilər və yüzlərlə müsəlmanı qətlə yetirdilər. Bu zaman İmam Hüseynin (ə) müqəddəs hərəminə hörmətsizlik edildi və Nəcəf şəhəri günlərlə mühasirədə qaldı. Lakin mərcəi-təqlidlərin fətvası və yerli əhalinin güclü mübarizəsi nəticəsində məğlub olaraq geri çəkilməyə məcbur oldular."

Musuətul-ətbatül müqəddəsə, c.6, səh. 228 və c.8, səh 272.

Peygember (s) buyurur:"Menim Ehli Beytim Nuh peygemberin gemisi kimidir.O gemiye minen nicat tapar,ondan ayrilan ise qerq olar."

#4 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 04 ноября 2010 - 07:47

imkan varsa bir az yaxinlara kimi IRAQDA PAKISTANDA va s qeyd elasaz yaxsi olar balka bir movzu yazdiq amma sanadini da qeyd edin zahmat olmasa.
ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru