Перейти к содержимому


Фотография

Hacı Arif Buzovnalı


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 19

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 07 ноября 2010 - 01:04

haci-arif.jpg
Hacı Arif Buzovnalı 1972- ci ildə Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində doğulmuşdur. Gənc yaşlarından Klassik ədəbiyyata meyl etmiş və sonradan bir çox ədəbi məclislərin üzvü olmuşdur. "Ömrün ötən anları", "Mərifətdən həqiqətə", "Səhərimə nə qalıb ki" və "Xəzərim" adlı dörd kitabın müəllifidir. Hacı Arif əruz vəzninin Azərbaycan ədəbiyyatında işlənən bütün bəhrlərində gözəl şeir nümunələri yaratmaqla bərabər, heca və sərbəst vəznlərdə də ugurla qələmini sınamışdır. Dövri mətbuatda poeziyası ilə yanaşı onlarla müxtəlif mövzuda məqalələri dərc olunmuşdur.

P.S: İnşallah bu mövzuda Hacının qəzəl və şeirlərinin həm yazılı, həm video, həm də mp3 formatında paylaşacağıq. Bismillah eliyək...


#2 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 07 ноября 2010 - 01:26

Etməsən sidq ilə ünvan Şahi-Mərdan qapısın,
Qeyri-mümkün açasan Rövzeyi-rizvan qapısın.

ƏLİdən istə nicatı, odur aqillərə yar,
Nə rəvadır gedib aqil döyə nadan qapısın.

Hər qapı həqqə yetirməz səni, axtar çətinin,
Yoxsa nəfs iylə nə var açmaga şeytan qapısın.

Aç bəsirət gözüvü bir qapı açmazdan əzəl,
Bu göz əlbəttə sənə göstərər ürfan qapısın.

Buğda boyda bir əməl sahibisən hökmüvə bax,
Guya bir mur eləyib fəth Süleyman qapısın.

Qətrədən ötrü,nə dəvadı bu bir dövrüdə ki,
Dağıdır kafərin ümmanı müsəlman qapısın.

Düşdüyün eşq ƏLİ eşqi deyilsə nə vüsal,
Boşuna min yol açıb bağlama hicran qapısın.

Bu qapıyçın bir açar var ki,sədaqətdi adi,
Ki gədazadə açar sidq ilə sultan qapısın.

Can quşun, Şəhri-Nəcəf səmtinə göndər Arif,
Qoy ziyarət eləsin bir dəfə canan qapısın…

MP3 şəklində yükləmək: Yüklə | İndir | Скачать | Download

Video:
http://www.youtube.com/watch?v=DjF2Bvmuv6c

Сообщение отредактировал Şair: 07 ноября 2010 - 18:37


#3 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 07 ноября 2010 - 12:21

http://www.haciarif.azeriblog.com/
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#4 Koti

Koti

    Arif – Corporal

  • Murid
  • 96 сообщений

Отправлено 07 ноября 2010 - 12:34

Sagol Shair!
Men Sen olmusham ey dust !

#5 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 07 ноября 2010 - 18:40

http://www.haciarif.azeriblog.com/

Çox heyif ki, bir neçə gündür, Hacının şəxsi blogu işləmir :(


Sagol Shair!

Dəyməz.

İnşallah hər gün çalışacam ki, Hacı Arif Buzovnalının 1 şeirini mətn, mp3 və video formatında qoyum. Sevdiyim qəzəlxanın qəzəlləri ilə sizinlə paylaşmaq mənim üçün xoşdur :okL:


#6 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 07 ноября 2010 - 19:05

Sənə təslim elədim nəfsimi, iman yerinə,
Sənin eşqindir vücudumda axır, qan yerinə.

Qədəmin dəydiyi torpağı yığıb saxlamışam
Çəkirəm nuri gedən gözlərə, dərman yerinə.

Mən sənin eşqivə adəmliyi tərk eyləmişəm,
Nola bir kimsə məni qoymasa insan yerinə?

İstəsən çəkmək əgər rəsmə bu dünya şəklin,
Çək mənim gözlərimin əksini ümman yerinə.

Yazmışam kipriyinə namə, cavab gözləyirəm
Bağrımın başını qeyd etmişəm ünvan yerinə.

Çək qılınc qaşları, çatdır sona eşqin həccin,
Sənə qurbandı bu can, kəs məni qurban yerinə.

Nalə-fəryad ilə yar insafa gəlməz, Arif
Dilkeş üstündə elə zümzümə, əfqan yerinə.



MP3 şəklində yüklə:
Yüklə | İndir | Скачать | Download
Video:
http://www.youtube.com/watch?v=ozqwG3LYmsY&feature=player_embedded


#7 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 08 ноября 2010 - 16:57

Ey olan layiqli şahənşah qiyamət taxtına,

Ey kəmaliylə verən zinət imamət taxtına.


Sən ürəklər tacidarı, sən könüllər şahısan,

Hər üzü Yusif oturmaz bu məlahət taxtına.


Hansi sultan ki, qul olmaqla sənə fəxr eylədi,

Ta əbəd lütfünlə bəxş oldu səadət taxtına.


Heyf ki, səndən sora hər kim ki, gəldi şahlığa,

Satdı vicdanın yetişməkçün vilayət taxtına.


Qeyrə xalqın mənliyin xırd eyləyən nacinslər,

Dandı həqqi, sahib olmaqçun siyasət taxtına.


Tacla birgə başı düşsün zalimin, Ya Rəb, görüm,

Müstəcab olsun dua, gəlsin fəlakət taxtına.


Altını üstüylə yəqindir ki heç fərq etmədi,

Tən tutan azadəlik taxtın rəzalət taxtına.


Başına öz nəfsini tac eyləyən divanələr,

Razı olmaz ruhu əyləşsin qənaət taxtına.


Arifəm, səndən mənim var bir təvəqqem,Ya Əli,

Ver məqam, Sahibzaman çıxsın ədalət taxtına.

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#8 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 08 ноября 2010 - 20:12

Güzgüyə, ey dil, nə surət düşsə rüsva görsənir,
Kim görünmək eşqinə görsənsə, bica görsənir.

Sürətin ifratı fəndin şöhrətin qoymuş geri,
Həşr bərpa olmamışdan həşr bərpa görsənir.

Ey ədalətdən dəmadəm dəm vuran şeytanpərəst,
Saxta insanlıq rəvan nitqində əla görsənir.

Damcıya bir damcı gözlə baxmağın təsiri yox,
Kim ona dərya gözilə baxsa dərya görsənir.

Eşqdə tutmaqdan ötrü nə ətək var, nə yaxa,
Hansı yandan baxsalar Məcnuna Leyla görsənir.

Mən bu dünyanı nə vaxtdır salmışam gözdən, könül,
Harda mən görsənmirəmsə, orda dünya görsənir.

Arif, imandan keçib mən eşqə məna vermişəm,
Eşq zahirdə Əli, batində Zəhra görsənir.

MP3 şəklində yüklə:
Yüklə | İndir | Скачать | Download
Video:
http://www.youtube.com/watch?v=vBNguubkaRo&p=F74DB0AB717EEDBE&playnext=1&index=74


#9 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 08 ноября 2010 - 21:13

Allah razı olsun, Şair qardaş.
Zəmanəmizdə çox yeri var Hacı Arif kimi Əhli Beyt (əs) şairlərinin.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#10 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 08 ноября 2010 - 21:26

Şair qardaş, zəhmət olmasa Hacının "apardı" şerini audio formatında yükləyərdiniz.
Əvvəlcədən təşəkkürlər!

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#11 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 11 ноября 2010 - 00:13

Şair qardaş, zəhmət olmasa Hacının "apardı" şerini audio formatında yükləyərdiniz.
Əvvəlcədən təşəkkürlər!

Seyid, bağışlayın. Bu şeirin videosu var idi. Amma heç cürə tapa bilmədim. Olsaydı, audio-ya convert edərdim, heyif. Ancaq, yazılı formasını yaza biləcəm, çox təəssüf ki:

Fələk yelə verdi insan karvanın,
Hərəsin bir yana çəkib apardı.
Bir ömür rəngbərəng bəzədi onu,
Sonda ağ əskiyə büküb apardı.
*****
Hər insan yaşadı ölüm anını,
Qəflətən Əzrail kəsdi yanını,
Kiminin yuxuda aldı canını,
Kiminin qanını töküb apardı.
*****
Dünya Tanrılığa cəhd eləyənin,
Halal deyə-deyə haram yeyənin,
Sinəsinə döyüb “mən-mən” deyənin,
Cəmdəyin torpaga əkib apardı.
*****
Allah hikmətinə kor baxanların,
Xalqın sətvətinə xor baxanların,
Haqqa gözlərində tor baxanların,
Fələk torbasını tikib apardı.
*****
Arif, sən də öldün, başladı adət,
Bir az qurdalanıb getdi cəmaət,
Bircə çadır qaldı yasdan əlamət,
Onu da sahibi söküb apardı.


#12 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 11 ноября 2010 - 00:27

Şair qardaş, zəhmət olmasa Hacının "apardı" şerini audio formatında yükləyərdiniz.
Əvvəlcədən təşəkkürlər!

Seyid, bağışlayın. Bu şeirin videosu var idi. Amma heç cürə tapa bilmədim. Olsaydı, audio-ya convert edərdim, heyif. Ancaq, yazılı formasını yaza biləcəm, çox təəssüf ki:

Fələk yelə verdi insan karvanın,
Hərəsin bir yana çəkib apardı.
Bir ömür rəngbərəng bəzədi onu,
Sonda ağ əskiyə büküb apardı.
*****
Hər insan yaşadı ölüm anını,
Qəflətən Əzrail kəsdi yanını,
Kiminin yuxuda aldı canını,
Kiminin qanını töküb apardı.
*****
Dünya Tanrılığa cəhd eləyənin,
Halal deyə-deyə haram yeyənin,
Sinəsinə döyüb “mən-mən” deyənin,
Cəmdəyin torpaga əkib apardı.
*****
Allah hikmətinə kor baxanların,
Xalqın sətvətinə xor baxanların,
Haqqa gözlərində tor baxanların,
Fələk torbasını tikib apardı.
*****
Arif, sən də öldün, başladı adət,
Bir az qurdalanıb getdi cəmaət,
Bircə çadır qaldı yasdan əlamət,
Onu da sahibi söküb apardı.

arif qardas bu seyiri deyanda adama lazzat elayir.

Прикрепленные файлы


ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

#13 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 11 ноября 2010 - 02:17

Şair qardaş, zəhmət olmasa Hacının "apardı" şerini audio formatında yükləyərdiniz.
Əvvəlcədən təşəkkürlər!

Seyid, bağışlayın. Bu şeirin videosu var idi. Amma heç cürə tapa bilmədim. Olsaydı, audio-ya convert edərdim, heyif. Ancaq, yazılı formasını yaza biləcəm ...


ALLAH razı olsun! Təşəkkür edirəm...
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#14 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 11 ноября 2010 - 02:18

arif qardas bu seyiri deyanda adama lazzat elayir.


ALLAH razı olsun! Təşəkkür edirəm...
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#15 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 12 ноября 2010 - 00:54

Az olmayıb sənin üçün darıxdığım...
Son təsəllim bu olub ki,sağsan...varsan.
Mənim kimi durmamısan illərin yol ayrıcında
Ayrılığı dadmamısan...
Hicran zülmü qarşısında qəzəbini udmamısan...
Dərd – qəm səndən uzaq olub
Hamısı mənə qonaq olub...
Az olmayıb sənin üçün darıxdıqım...
Mən hər gecə zülmətlərin sükut dolu nəgməsini dinlədikcə
Sənə bir vaxt demədiyim kəlmələri xəyalına söyləmişəm
Cavabını gözləmişəm...
Dilsiz xəyal...cansız xəyal...
Bütün gecə lal olub lal...
Az olmayıb sənin üçün darıxdığım...
Sən mənə bəxş eyləmisən təkliyimi
Bəlkə qanın qaralardı...
Bəlkə bir az xoşbəxtliyin azalardı
Bilsəydin ki, bu aylarda sənsiz nələr çəkdiyimi...
Nə yaxşı ki, bilməmisən
Qismətinə Allah yazan səadəti
Bir miskinin xətri üçün bölməmisən...
Fələk tale bölgüsünü aparmayıb ədalətlə
Ayrı düşüb mizrabından könül simi
10 ay qabaq salamıma cavab olan təbəssümü
Bu günəcən işlədirəm qənaətlə...
Bu şerimi sən oxuma...
Oxuduqca məhəbbətdən dağ-dağ olmuş sevən qəlbi
“Ah” dumanı zəbt eləyər aram-aram
Mənə vaxt ver...qoy bir az da fikirləşim
Mən səninçün səadətdən,xöşbəxtlikdən yazacağam...

MP3:
Yüklə | İndir | Скачать | Download
Video:
http://www.youtube.com/watch?v=gvf5mKObFec&playnext=1&list=PL0110144AB30377B5&index=32


#16 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 12 ноября 2010 - 14:42

Allah razi olsun Şair qardaş.

Şəhidsən sən

Ey aləmdə həqiqətçün edən dəva, Şəhidsən sən.
Cahanda ey ədalət eyləyən bərpa, Şəhidsən sən.
Bahar ömrün xəzana bəxş edən rəna, Şəhidsən sən
Səni bir kimsə ölmüş bilməsin əsla, Şəhidsən sən

Nədir qətlində amacı bu əhli-aləmin bilməm,
Bu adətlə ozü-öz məhvinə hökm eyləyir aləm.
Bədənsiz ruh ilə cansız həyata vermisən görkəm,
Budur dünya içində özgə bir dünya, şəhidsən sən.

Məhəbbət bir xəyal, vəslət xəyalı eyləyər gerçək
Həyat çirkin olur sevdalı insana, ölüm göyçək.
Peşiman güllələrdən parşalanmış cismini görcək
Anıb Əkbər qəmin qan ağladı leyla, şəhidsən sən

Həyatın döndü nisgilli ürəkdən çaglayan şerə,
Cavanlar tək tutub yarın əlin, bir çıxmadın seyrə.
Hərə bir məsləhət verdi sən isə uymadın qeyrə,
Ürək əmrin həvəslə eylədin icra, şəhidsən sən

Səfa bu fani dünyanın fənasın fani etməkdir,
Cəfa bir iz qoyub alnı açıq üqbaya getməkdir.
Vəfa fürsənd düşən tək cəhd edib dildara yetməkdir.
Sən aldın imtahanı-eşqdən əla, şəhidsən sən

İki aləmdə ruhundur həqiqət tacına zinət,
Məqamın alidir, cümlə bəşər səndən alir ibrət.
Şəhidi Kərbəladan düşsə gər hər harda bir söhbət,
Həmin yerdə o dəm ruhun olur peyda, şəhidsən sən.

Fələk əyləncəyə məşgül, usanmaz bifəlıqdan
Onun tək bir para cahil də eyb etməz gədalıqdan.
Təbəssüm etmə dəm vursa gədalar canfədalıqdan,
Deyil uyğun gəda dərkinə bu məna, şəhidsən sən.

Görünsün qoy cahanda həşr üçün məlum əlamətlər,
Xəlayiq içrə düşsün məhvə şayəstə ədavətlər.
Dağılsın cümlə aləm, min dəfə qopsun qiyamətlər,
Nə qorxun var sənin ey aşiqi şeyda? - Şəhidsən sən.

Pərişan Arifəm, dərdin olub bu halima bais,
Məramım alidir amma yolum bağlı, sözüm naqis,
Bağışla ey gözüm nuru, bu mədhim olmadı xalis
Şəhid oldu səni vəsf eyləyən misra, şəhidsən sən.

Hacı Arif Buzovnalı - Şəhidsən sən
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#17 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 19 ноября 2010 - 16:21

Sənsizliyə tab eyləyə bilsəydi bu könlüm
Məcnun kimi gündüz-gecə çöllərdə gəzər…dim,
Məcnun kimi çöllərdə gəzərdim və dözərdim.


Qəlbimdə əgər bilsə idim vəslə güman var,
Köksümdəki hər bir ucalan dağı çapardım,
Köksümdəki hər dağı çapardım və tapardım.


Olsaydı əgər mümkün o dünyaya gedəndə
Bir dəfə səni görməyimi arzu edərdim,
Bir dəfə səni arzu edərdim və gedərdim.


Getdin, nədi sevda qəminin zilləti bildim,
Gəlsəydin əgər sevgidəki zövqü bilərdim,
Gəlsəydin əgər zövqü bilərdim və ölərdim.


Bəxt ulduzumu olsa idi görməyə imkan,
Zülmətlər içindən özümə bir yol açardım,
Zülmətlər içindən yol açardım və qaçardım

Audio: http://share.az/6zv2...k__ser_.mp3.htm

Сообщение отредактировал Şair: 04 декабря 2010 - 18:42
Audio variantı yerləşdirildi

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#18 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 19 ноября 2010 - 16:22

Mənə qıyma

Ilahi, mənə bir az güc ver,
Çox yox, bir az.
Sabaha çıxa bilim.
Həyatdan üzülüb əlim,
…Bəla ver, cəfa ver,
Nə iləsə başımı qat,
Ya da öldür,yenidən yarat.
Məni ümüdsüz qoyma,
Mənə qıyma.
Ayağımdan çəkir
Yolların boşluğu,
Duymuram qumluğu, daşlıgı.
Gözümdən ələnir
Rəngbərəng şəkillər
Onlarda həyat var, nicat var.
Ələnib gedirlər.
Ömrümdə ən yaxın sandığım,
Adına dindiyim, oduna yandığım
Ən şirin günlərim
Bivec bir küləyin əsiri.
Anlaya bilmirəm bu sirri.
Küləyin gücü çox,
Mənimsə gücüm yox.
Ilahi, kömək ol, nəfəs ver.
Yaşamaq,
Səadət yükünü daşimaq
Nəsib et mənə də.
Üzümü tutmuşam qibləyə yenə də.
Ardımca gülən də olacaq,
Ardımca gələn də olacaq,
Könlümü duyan da olacaq,
Halımı bilən də olacaq.
Bilirəm kimlərsə
Qədrimi biləcək sonda,
Amma,
Mən olmayacağam onda.
  • Shemsi это нравится
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#19 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 19 ноября 2010 - 18:14

Allah razı olsun, bacı.. Səndən də, şairdən də..

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#20 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 19 ноября 2010 - 20:14

Hacının dünən dediyi şeir, çox xoşuma gəldi:

Bir nəfəstək səni çəkdim sinəmə,
Bir nəfəs ömrü qədərmiş bu vüsal.
O nəfəs bir də düşərdi əlimə,
Məni sağ qoymağa tapmazdı macal.

Necə "sənsiz" sözü sənsizlik üçün,
Ötürüm qafiyədən qafiyəyə?
Necə mən sənli dünən ilə bu gün,
Anladım ki, sözə sənsizdi niyə?

Yaxın etmiş mənə öz çərçivəsin,
Sənin arxanca açılmış qapılar...
Geriyə dönməyə varsa həvəsin
Sənə də çərçivədə yer tapılar...

Səni də bağlayıb öz zəncirinə,
Çalışır baş ki, ayaq getsin evə.
Baş-ayaq düşdü məsəl öz yerinə,
Bu dəfə öldü ərəb, qaldı dəvə...

Сообщение отредактировал Şair: 21 ноября 2010 - 11:57
sonuncu bənddə səhv yazmışmdım, üzr istəyirəm





Количество пользователей, читающих эту тему: 2

0 пользователей, 2 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru