Перейти к содержимому


Фотография

Vəhşət gününüz mübarək !


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 4

#1 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 31 декабря 2010 - 13:47

Bu gün Aərbaycan adlanan məkanda -yəəni bizim "mənasız,dəyərsiz,kafir,məmurlarla,qacqınlarla,vəhhabilərlə,sünnilərlə dolu olan,30 milyonluq bayrağı bir necə dəfə cırılan və buna sevinclə ozümüzün şaqqanaq cəkdiyimiz" VƏTƏNİMİZDƏ-HƏMRƏYLİK GÜNÜDÜR! YƏƏNİ BAŞQA DİLLƏ DESƏK -VƏHŞƏT (ee caşdım yenə) VƏHDƏT GÜNÜDÜR! ALLAH TATARIN DƏDƏSİNƏ RƏHMƏT ELƏSİN!
Maşallah bizim vəhş..(eee yenə caşacaqdım ee) vəhdətimizə bir cox dövlətlər və insanlar həsəd aparıb arıqlayıb,restoranda qoyulan"zubocistkaya" dönüblər.Əcəb olub onlara-gözügötürməyənə bu da azdır.
Nə qədər vəhdətimiz güclü olasa -basılmaz vətən.
Bəəli-əsasən isə vətənimizin müsəlman əhalisi vəhdətə yaman meyillidir.Elə hara catırsan-sünni-şiə,sələfi-nurcu,cəfəri-sələfi davasına rast gəlirsən.Bu istər böyük məscidlərdə "başbilən" hacıfilankəslər tərəfindən olsun,istər ömrüboyu əyyaşlıq edib,diskotekalardan cıxmayan,binamusluq ev yıxmaq,zina gününün planına cevrilmiş və sonda "tovbə qapısı avtobus qapısıdır- nəqədər istəsən girib cıxmaq olar" zənn edən "yeni dindarlar" olsun!Vəhdətlidirlər!Vəhdətdən söz acılan zaman-"dünən bir vovkanı sürüdüm yerlə"deyə Qarabağdan kənd almış kimi elə danışarlar ki-sonda caş qalarsan -görən bu vovka yamyamdır -yoxsa müsəlman?Bə İslama görə bütün müsəlmanlar qardaş deyillərmi?.Amma məbadə bunu soruşasan haaa.O saat Qurani -Kərimin googledən -bir kəlaamını tapıb-öz əqli və düşüncəsi ilə şərh verib soxacaqlar gözünə.VƏHDƏTDƏNDİR BU.
Sünni-şiə boğuşması da öz yerində.Biri Yəzidi və Osmanı bütün nəsli ilə cıxarıb qoyar ortaya,o biri də ƏLİ(ə.s) başlayar şərh eləməyə.Qanmazlar ki Hər ikisi indiki gündə də ALLAHIN hüzurunda-Haqq dünyalarındadır!Yoo-bu şərt deyil,gərək mütləq Osmanın hansı gün isə kiməsə vurduğu şillə boyük bir dartışmanın mövzusu ola! Amma fikirləşən də yoxdur ki,bəlkə elə o şillə vurulan Osmana öz haqqını həlal edib- haqq dünyasında.Yox bu şərt deyil aaa-gərək bu dünyadakılar-halal edələr.Onlar da -"dədəmi kanalizasiyaya salıb boğsan da həlal eləmərəm"-deyərlər.Vəhş..VƏHDƏTDƏNDİ BU DA!
Nə bilim cayxanalarda vorzakonlar kimi,"vovkalarla"-razborka aparan hacılar və bunun sonu kimi YOUTBEDƏ-dünyanın başqa din nümayəndələrinin acı gülüşünü-amma bu hacıların fanatlarının alqışına səbəb olan vəhdətlərimiz var bizim.Bərəkallah!Əhsən!Vəhdətinə mələməmiş quzu kəsim!Birliyinizə gozü olana torpeda dəysin!
Vəhdətimiz "hicab davasında da" göründü haaa.dÜZDÜ-"BAŞBİLƏNLƏR" ancaq kənardan fətva verdi və polis zopası yenə bədbaxtlara dəydi-AMMA ALLAHIN QANUNU İCRA ELƏDİLƏR.Nə əldə olundu-onu bilən olmadı.Qanan da olmadı ki-məmurlar bu axmaq qərarı verməklə-hicaba hörməti daha da artırmış oldular.Loyallaşmış qəlblərdə daha bir etiraz qığılcımı oyatdılar.Amma yoox-vəhdətimiz elədir ki-internet məkanında da olsa müsəlmanlar bir-biri ilə"vəhdətə" meyillərini"ada sən münafiqsən-niyə gedib zopa payını almadıh? o dünyada bu zopanın yerinə sənə bir mələk verəcəklər ki,eynən, CİPİ olan,pulu olan,mərkəzdə evi olan,ərsiz bomba xalaşka kimi" -deyə bu birisinin gözünü cıxartdı.
Forumumuzda isə vəhdət lap fontan edir.Elə ki maşallah hamı ücün vəhdətimiz BOMBADIR! Amma qəlbimiz ücün-qruplaşmalar,mızlar,inciklik öz yerində.Vəhdətdəndir bu da.Vəhdətimizin gücündən bir necə bu forumda əməyi olanlar fırr eləyib cıxib getdilər və arxaları ilə,1941-ci ildə olduğu kimi-ZA RODİNU ZAMNOOY-eləyib coxunu apardılar.Vəhdətimizə and olsun ki,hec kimi nəzərdə tutmuram.Və VƏHDƏTİMİZƏ and verirəm ki-bu üzüyola TATARDAN istifadə edib mənə zəng vurdurmayın ki- Komandir o postu poz,o filankəslərə toxunur.Vallahı özünüzə bir hesab verin və qəlbinizdəki nifrət qapısını mıxlayın,qayıdın foruma.Mən bu forumu ailəyə bənzədəndə -bir coxu buranı öz ailəsindən mundar hesab eləyərək ZÜLFÜQAR qılıncını təpəmə yönəltdi.Amma ailə hec də МОЙ ДОМ-МОЯ КРЕПОСТ" DEMƏK DEYİL.Ailə bir cox insanların qəlbinin ailəsi ola bilər.Bir coxumuz bir-birimizin evinə də gəldik-corəyini də yedik!Bir coxu da evinin qapılarını üzümüzə qəlbi kimi acdı,fiziki yox-mənəvi dövlətini nümayiş elətdirdi.(ALLAH DƏDƏNƏ RƏHMƏT ELƏSİN HACI SAQI-YAXINDA OLSAYDIM NƏ SƏNİ BAĞRIMA BASARDIIM).
Vəhdətimiz -qruplaşmaya cevrildi-dilimizdə ƏLİ(ə.s) -ın : mərhəmətli və mehriban olmaq imanə işardir-kəlməsi ola-ola.Kimi xasiyyətini qalxan elədi,kimi mədəniyyətini,kimi isə təhsilini.Əşşi olsun eee-bunlar kecəl((ee caşdım yenə-kecər).Firr eliyənləri -firrdan cəkindirməyə hec TATARIN da gücü catmadı.Diskussiyalarımızda kiminləsə fikir mübadiləsi elədik-sonda əlimizə zopa aldıq-polis kimi."Я ТЕБЕ НЕ УВАЖАЮ" deyib daha da VƏHŞ..VƏHDƏTLƏŞDİK.
Millətimizin Vəhşəti-Vəhdəti də öz yerində.Bu "kopayoğlu qacqına bax eee,Cipdə gəzir" -deyib ,güya Sionistə nifrətimizi bildirdik.Ancaq o "kopayoğlu " qacqının bir gecədə illər boyu əziyyət və alın təri ilə qazandığını bir balışüzünə yükləyib arxasına atıb-yanında gozü yaşlı əyalı və bir gecədə də 10 il qocalaraq dədə yurdundan piyada dağ yolları ilə cıxıb, canını götürüb bizlərə pənah gətirdiyini düşünmədik.Düşünmədik ki,bu bəlanı özümüz qəlbimizdə yaşada bilmirik.Düşünmədik ki yuvasını itirmiş tənha canavar-yeni yuvası uğrunda daha qəddarcasına mübarizə aparmağa məcburdur.Düşünmədik ki-o cipi elə o qacqın,biz evimizdə isti yorğanda yatdığımız zaman-coyuq bazarlarda,soyuq iş yerlərində belini əyərək qazandı.Və bu ONUN HALALIDIR.İndi bir ağzı göycık deyəcək ki-o canavar elə əvvəlki yuvasını elə o qəddarləqla müdafiə edə bilməzdimi?Elə mən ağzıgöycəkolmayan da ona cavab verəcəm ki- bəs ona kömək olmaq ücün həmcinsi və həmvətəni olan canavarlar niyə onlara dayaq durmadı?Əlbətki yalquzağın üstünə 10-larla köpək sürüsü düşərsə-yalquzağın fatihəsi verilib.Şəkksizdir.Bakıda MÜTRÜBMÜTƏLLİBOVLARLA,İSAQƏMBƏRQULUYEVLƏRLƏ,NEMƏTPƏNAHSİFƏTSİZOVLARLA oynamaqdansa elə yalquzağa dayaq dursaydıq olmazdımı?ALLAH mənə lənət eləsin-mən yalancıyam-razıolmayanlara isə kömək olsun!Vəhdətimizə EŞŞŞQ OLSUN!
Başqa tərəfdən isə olan oldu və olunanların şadlıq evində-yəni qacqınların(bir parası haa-ümumi yazsam günah olar) "GÜN O GÜN OLSUN QACQİNLARIMIZ EVLƏRİNƏ QAYITSİN-deyib,oturanda ondan soruşanda ki- a kişi niyə "gün o gün olsun qacqınlarımız dedin-biz demədin" ,o da əvəzində-Ə nə azzarım qalıb orda,evim eşiyim var burada,işim gücüm var,nəyzirəm o dağlarda?-deyə sənə cavab verib hələ üstəlik- istəyirsən özün get-maa lazım döyül -deyib əlini üzünə yapışdırar.! Bax belə.Vəhdətdəndir.Amma dağlar dalındakı dədə ocağı,nəsillər uyuyan məkanlar ancaq ŞADLIQ EVLƏRİND-bir necə araxx rumkasından sonra yada düşər.
Cox cərənlədim ee deyəsən-uzunculuq olmasın-kasıbın malını yeyən,pensionerin pulunu kəsən,cibə narkotik atan,spravka ücün 10 manat istəyən,göz cıxaran,zopa göstərən -qanunsuz qanun keşikcilərimizin də VƏHŞƏTİ MÜBARƏK!
Elə hər şeydə Prezidenti mühakimə etməyə hazır olanların da bu günü mübarək! Onun villalarını sayan,cibinin puluna hesab istəyənlərin-əksinə qurub yaratdıqlarının-"xalqdan oğurlanmış pullar hesabına" olduğunu düşünənlərin də bu günü mübarək!
Hər halda mən şəxsən nə prezidentimi nə də dövlətimi,vətənimi belə cirkin saymıram.Cünki mən dəli və axmaq bir fantazyoram.Prezidentlə fəxr edirəm,vətənin nailiyyətlərinə sevinirəm,küləyin bayrağı cırmasına sevinmirəm,VƏ HƏR ZAMAN VƏTƏN,VƏTƏNDAŞLAR VƏ DÖVLƏTİM UĞRUNDA OLMƏYƏ-ƏN ƏSASI ŞƏHİD OLMAĞA HAZIRAM.Heyləyək bu qədər "ağıllının "arasında bir dəli də olmalıdır ya yox-axı dövlət vəsait qoyub-dəlixana da tikdirib.Mən getməsəm ora kim gedər?.Boş qalar axı!
Belə də isə MÜSTƏQİLLİK GÜNÜNÜZ MÜBARƏK!VƏHDƏT-VƏ VƏHŞƏT GÜNÜNÜZ DƏ ELƏCƏ.ALLAH HAMINIZI HİDAYƏT ELƏSİN! MƏNİ İSƏ LAP ƏVVƏL!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#2 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 31 декабря 2010 - 19:48

Azərbaycanda hərəylik günü (hansı məqsədlə belə adlandırıldığını bilmirəm) bir gündür, amma İslamda "vəhdət həftəsi" var!
ALLAH bizə həqiqəti görməyimiz üçün bəsirət versin! Bəsirətimizə tabe olmaqda bizə yardım göstərsin! Sonra da tanıdığımız doğru həqiqət ətrafında həmrəy olmağımıza yardım etsin! Amin!

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#3 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 31 декабря 2010 - 21:47

Bir ilimiz də Qarabağsız keçdi!!!

Deyirman-_Qarabaq.mp3 - 5.3 Mb

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#4 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 31 декабря 2010 - 22:52

"Yeni il" bayramı bizim millətə yeraşır...
Biz o qədər həmrəyik ki, həmrəylik günün bizə yeritdilər ki, nə var-nə var, "hamı bir gün" daha çox tətil etmək istəyir. Bir gün gec ölmək həvəsində olan xalqın, bir gün daha çox tətilə ehtiyacı başa düşüləndir. Ona görə də Wikipedia saytı deyir ki, Azərbaycanın ərazisi iki yerə bölünür: 1. Azərbaycan Respublikası. 2. Dağlıq Qarabağ Respublikası. Bu da MƏNBƏ. 113-cü yerdəyik... 11.458 kv km-i də onlara "satarıq", sonra 118-ci yerə düşərik. O yer də bizim üçün pis deyil!!! Sonra da "Dağlıq Qarabağın əldən çıxması" milli, ümumxalq hüzn kimi tətil günü adlandırarıq...

P.S. Zalımı zalım edən, məzlumun özüdür!!! Zalımın dayanacaq nöqtəsi, məzlumun onun qarşısında dayandığı nöqtədir!!!

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#5 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 01 января 2011 - 23:12

Sünni-şiə boğuşması da öz yerində.Biri Yəzidi və Osmanı bütün nəsli ilə cıxarıb qoyar ortaya,o biri də ƏLİ(ə.s) başlayar şərh eləməyə.Qanmazlar ki Hər ikisi indiki gündə də ALLAHIN hüzurunda-Haqq dünyalarındadır!Yoo-bu şərt deyil,gərək mütləq Osmanın hansı gün isə kiməsə vurduğu şillə boyük bir dartışmanın mövzusu ola! Amma fikirləşən də yoxdur ki,bəlkə elə o şillə vurulan Osmana öz haqqını həlal edib- haqq dünyasında.Yox bu şərt deyil aaa-gərək bu dünyadakılar-halal edələr.Onlar da -"dədəmi kanalizasiyaya salıb boğsan da həlal eləmərəm"-deyərlər.Vəhş..VƏHDƏTDƏNDİ BU DA!


VəhŞət üçün bir əməli, praktik göstəriş də məndən! (Heç kəs inciməsin!)
Ermənistan və Azərbaycan vəhŞəti...
Şəmistan Əlizamanlı demişkən: "Neçə şəhid getdi qurban"... Belə gözlərim aydın, ay Şəmistan... Tutaq ki, qurban gediblər. Sənə nə, mənə nə?! Mən qanıram ki, Azərbaycan şəhidləri də, erməni gor ba gorları da, indi haqq dünyada, ALLAHın hüzurundadırlar... Bəlkə onlar bir-birlərini orada halal ediblər. Burda boğuşmağa nə ehtiyac var?! Fikirləşmək lazımdır ki, bəlkə azərbaycanlı öz haqqını, ona dəymiş gülləni erməni dığasına halal edib?! Yox! B Qoy o haqq dünyada olanları azad buraxaq da. Olmaz??? Qoy şəhidlərimizin haqqını bir az da biz tapdalayaq... Əgər onlar erməni dığalarını halal ediblərsə, biz nə karəyik ki, onların işinə qarışaq?! Sabah, "bir gün gec" olsa belə, biz də onların yanına gedəcəyik... Onlar bizdən soruşsa ki; "Ay filankəs, Aşota niyə lənət deyirdin? Axı mən onu halal etmişdim". Biz başımızı aşağı salacayıq. Sonra da Aşota deyəcək ki; -"Ay mənim halal etdiyim, əziz və şərəfli qardaşım, sirdaşım, behişt yolçum, cənnət yoldaşım... Bu murdar həm vətənim "pis oğlan" çıxıb. Yapış onun kəkilindən, üzü üstə sürü cəhənnəmin dibinə". Aşot da yapışacaq mənim kəkilimdən, üzümü cəhənnəmə gedən kələ-kötür, daş-kəsəkli yola sürtə-sürtə sürüyərək deyəcək: -"Ay filan-filan olmuş zad... Sən hər dəfə mənə lənət göndərəndə, mənim gorum silkələnirdi, başımdan qara tüstülər çıxırdı, qəbrim iy verirdi və sair".
Buna görə də, ermənilərə lənət deməkdənsə, gəlin onlarla vəhŞətə sahib olaq...

Сообщение отредактировал MIROTVORES70: 01 января 2011 - 23:36

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru