Səfəvidən öncə İran və Azərbaycanda əhalinin 90%-i şiəydi. Səfəvidə nə oldu ki, bu rəqəm əks tərəfə dəyişdi?
I Şah İsmayılın anti-sünni siyasəti
- Şiəlik dövlət və məcburi din kimi qəbul edildi və İran sünniləri şiəliyi qəbula zorlandılar.
- Sədr deyə dini institutlara və bağışlamalara nəzarət edən bir idarə təsis olundu. İranı şiə dövlətinə çevirmək məqsədiylə bu Sədr həm də şiəliyi yaymaqla məşğul olurdu.
- Sünni məsçidləri dağıdılırdı. Bunu hətta Tome Pires adlı Çindəki portuqal səfir də qeyd etmişdi: (O 1511-12-ci illərdə İrana səfər etmişdir) "O (yəni Şah İsmayıl) kilsələrimizi dəyişdirir, Məhəmmədin yolunda olan (sünni) murların (mavrların) evlərini dağıdırlar"
- Məcburi şəkildə bütün məsçidlərdən ilk üç Xəlifəyə qəsbkarlar kimi lənət oxutdular. Sünni tıriqətlərin dağıtdılar, onların mülklərini ələ keçirdilər, Şiə türbələrini, qurum və dini sənətləri yaymaq üçün dövlət himayəsindən istifadə etdilər, Sünni alimlərini şiə alimləriylə əvəz etdilər.
- Sünnilərin qanın tökdülər, məzarların və məscidlərin dağıtdılar. Bu Osmanlı Sulatnı II Beyazidin (hansı ki, ilk öncə İsmayılı qələbəsinə görə təbrik etmişdi) Şah İsmayıla anti sünni hərəkətlərini dayandırmasını məsləhət gördü və xahiş etdi. Amma, İsmayıl qatı anti-sünni idi və Sultanın xəbərdarlıqlarına fikir vermədi və QILINC GÜCÜNƏ şiəliyi yaymağa davam etdi.
- Şiəliyi qəbul etməyən sünnilərə əziyyət etdilər, həbs etdilər və edam etdirdilər.
- Səfəvilərdə Rəbi əl-Əvvəl ayında çox rəngarəng, karnaval kimi bir bayram var idi. Xəlifə ömərin öldürülməyin qeyd edirdilər. Günün maraqlı tərəfləri Ömərin surərinin söyülməsi, lənətlənməsi və nəhayət yandırılması idi. Sonradan İranla sünni ölkələr arasındakı münasibırlər inkişaf etdikdə (Mən deyərdim ki, Osmanlının qorxusundan) bu bayramı keçirmədilər (ən azı rəsmi olaraq).
- 1501-ci ildə Şah İsmayıl İrandan kənarda yaşayan bütün şiələri İrana çağırdı və sünni əksəriyyətdən qoruyacağına zəmanət verdi.
BURAYA QƏDƏR ŞAH İSMAYILIN SİYASƏTİ.
Azərbaycanda əsasən də Şirvanda əhali zorla şiələşdirildi.
İraqda (Bağdadda) sünni abidələri dağıdıldı. Əbu Hınifə və Seyid Əbdülqadir Geylaninin qəbirləri dağıdıldı. Hər yerdə olduğu kimi burda da əhali zorla şiələşdirildi.
I Təhmasibin dövründə Bağdad və Bəsrədə Şiəliyi qəbul etməyən sünni alimlər edam olundu. Sünni qəbirləri və kiçik məsçidləri dağıdıldı, böyük məsçidlər yalnız şiələrin istifadəsinə verildi. Geniş olmasa da şiələşmə başverdi və sünniliyə sadiq qalanlar Sultan Süleymanın Səfəviləri İrandan qovmasına qədər təqib edildilər.
1624-cü ildə I Şah Abbas Bağdadı yenə ələ keçirdi və sünni əhalini yenidən qırdı.
Şiələşdirmə prosesinin önəmli fiqurları
II İsmayıl
Onun dövründə anti-sünni hərəkatı nisbətən yumşaldı. Osmanlıyla sülh bağlanıldı. Aişəyə iftira atılmasının, üç Xəlifəyə söyülmənin qarşısını almağa çalışdı.
I Şah Abbas
Onun dövrünə qədər şiəlik İranda tam oturmamışdı. O sünnilərə nifrət edirdi. Əhalini şiəliyi qəbul etməyə məcbur edirdi. Beləliklə 1602-ci ilə qədər əvvəlcə sünni olan iranləların əksəriyyəti şiəliyi qəbul etdi. yenə də kifayət qədər insan Səfəvilərin bu qanunun qəbul etmədilər və Şah Abbas dövlət qürumlarında bu prosesin davam etməsi üçün bəzi dəyişikliklər apardı.
Muhamməd Baqir Məclisi
Həyatını İranda sünniliyin kökünü kəsməyə həsr etmişdi. Və yalnız onun vaxtında Şiəlik İranda həqiqətən də kütləvilik qazandı.
Sultan Hüseyin
Onun zamanında dini üsyanlar başladı. Sünnilər səfəvi zülmünə dözməyərək üsyanlar etdilər. Sünni olan əfqanları zorla şiələşdirmək siyasəti sonra onların üsyanıyla nəticələndi. və bəzi bölgələr müstəqilliklərini elan etdilər.
Nadir Şah
Onun vaxtında anti-şiə siyasəti yeridildi. O İranı yenidən sünniliyə qaytarmaq istəsə də buna müvəffəq olmadı. Osmanlıyla əlaqələrə girərək cəfəriliyi beşinci məzhıb kimi qəbul elətdirmək və onların həcc etməsinə icazə vermələrini istədi. Osmanlı onun birinci təklifini rıdd etdi, amma ikinci tıklifini qəbul etdi. Nadir Şah Səfəvilərin bəzi adətlərinə son qoydu (əsasən sünniləri incidən, ilk üç Xəlifəyə söyülməsi kimi). Sünni və şiələr arasındakı fərqlərin qaldırılmasına səy göstərdi. Onun bu siyasəti ordusunun əksəriyyətini təşkil edən sünnilərin ürəyincə idi.
HƏLƏLİK BU QƏDƏR! Bu da şiə Səfəvi imperatorluğunun şanlı tarixi.
BUYURUN FİKİRLƏRİNİZ
Сообщение отредактировал Shafii: 03 января 2011 - 07:13