Перейти к содержимому

Фотография

Mövsüm Səmədovun həbsi

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 28

#1 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 08 января 2011 - 23:35

Bakı - APA. Azərbaycan Daxili İşlər Nazirliyi İslam Partiyasının sədri Mövsüm Səmədovun həbsi ilə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Mərdan oğlu Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı DİN-ə daxil olmuş məlumatlar əsasında cari il yanvarın 8-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Dəyanət Səmədovun işlədiyi, Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və içərisində dini radikalizmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanaraq götürülüb. Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılıblar.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#2 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 08 января 2011 - 23:38

Bakı. Ramil Məmmədli - APA. Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının (AİP) fəallarının saxlanması ilə bağlı məlumat yayıb.

BŞBPİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AİP sədri Mövsüm Səmədov tərəfindən terror aksiyası hazırlanması barədə BŞBPİ-yə daxil olmuş məlumat əsasında yanvarın 7-də həyata keçirilən əməliyyat tədbirləri ilə sonuncu Nərimanov rayonu ərazisində avtomobillə hərəkət edərkən saxlanılıb. Bu zaman M.Səmədov və avtomobildə olan sərnişinlər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstəriblər.

Saxlanılaraq Nərimanov rayon Polis İdarəsinə gətirilən Mövsüm Səmədov, onunla birlikdə olan Vaqif Abdullayev, Elçin Həsənov və Hüseyn Kazımov barəsində rayon məhkəməsi tərəfindən inzibati həbs-tənbeh tədbiri tətbiq edilib.

Hazırda Mövsüm Səmədovun hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə respublikada ictimai asayişin pozulmasına yönəlmiş terrorçuluğa hazırlıq və belə hərəkətlərin törədiləcəyi ilə hədələməsi faktının araşdırılması üzrə zəruri əməliyyat tədbirləri aparılır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#3 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 08 января 2011 - 23:41

Bakı. Pərvin Abbasov - APA. Azərbaycan İslam Partiyasının (AİP) sədri və daha üç nəfər polis tərəfindən saxlanılarkən Türkiyə vətəndaşı Bülənt Abdinoğlu da onlarla birgə olub.

Bu barədə APA-ya AİP-in mətbuat xidmətinin rəhbəri Hacı Akif Heydərli məlumat verib.

O bildirib ki, AİP sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiya fəalı Elçin Həsənov və AİP sədrinin sürücüsü Mirhüseyn Kazımovla birgə Bakıda qonaq olan Türkiyə vətəndaşı, partiya təəssübkeşi Bülənt Abdinoğlu da saxlanılıb: “Onların olduğu “Hyundai” markalı avtomobili paytaxtın Heydər Əliyev prospektində Dövlət Yol Polisinin əməkdaşları saxlayıb. Bülənt Abdinoğlu məhkəmənin qərarı ilə 20 manat cərimə olunaraq sərbəst buraxılıb”.

Xatırladaq ki, saxlanılan şəxslər barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 10 sutka azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Azərbaycan İslam Partiyası dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərir.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#4 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 09 января 2011 - 01:04

Deyilənə görə Hacı Zülfüqar Mikayılzadə də həbs edildi. Hal-hazırda o Abşeron rayonu Polis İdarəsindədir.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#5 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 09 января 2011 - 01:06

Bakı. Ramil Məmmədli - APA. Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının (AİP) fəallarının saxlanması ilə bağlı məlumat yayıb.

BŞBPİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AİP sədri Mövsüm Səmədov tərəfindən terror aksiyası hazırlanması barədə BŞBPİ-yə daxil olmuş məlumat əsasında yanvarın 7-də həyata keçirilən əməliyyat tədbirləri ilə sonuncu Nərimanov rayonu ərazisində avtomobillə hərəkət edərkən saxlanılıb. Bu zaman M.Səmədov və avtomobildə olan sərnişinlər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstəriblər.

Saxlanılaraq Nərimanov rayon Polis İdarəsinə gətirilən Mövsüm Səmədov, onunla birlikdə olan Vaqif Abdullayev, Elçin Həsənov və Hüseyn Kazımov barəsində rayon məhkəməsi tərəfindən inzibati həbs-tənbeh tədbiri tətbiq edilib.

Hazırda Mövsüm Səmədovun hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə respublikada ictimai asayişin pozulmasına yönəlmiş terrorçuluğa hazırlıq və belə hərəkətlərin törədiləcəyi ilə hədələməsi faktının araşdırılması üzrə zəruri əməliyyat tədbirləri aparılır.

Birce, terorcular ve radikallar azliq edirdi.
Ya da bu, bir teatr sehnesidir.
Heqiqi islami bir az da cozden salirlar.
İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#6 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 09 января 2011 - 01:12

Deyilənə görə Hacı Zülfüqar Mikayılzadə də həbs edildi. Hal-hazırda o Abşeron rayonu Polis İdarəsindədir.

Onda sehnenin rewissoru ve senari muellifleri melum oldu.
Bu ucuz (qondarma) radikallarin ucbatindan xalqin söz deyen qeyretli oğullari da həbs edilir.

Сообщение отредактировал Vey-sal: 09 января 2011 - 01:15

İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#7 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 09 января 2011 - 01:52

Bəs nə etməli idilər?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#8 Fajr

Fajr

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 09 января 2011 - 02:05

Bəs nə etməli idilər?

Hər haqqı deməyə Haqq icazə vermir. Bunun sonu məğlubiyyətdir.

Maalim.Net - Особенности школы Ахл аль-Бейт (а) и ответы на критику

Передал Хаким в "Мустадрак" (10/382):

... فأقبل رسول الله (ص) والغضب يُعرف في وجهه فقال: "ما تريدون من علي، إنَّ علياً مني وأنا منه وهو وليُّ كلِّ مؤمن بعدي". هذا حديث صحيح على شرط مسلم

Посланник Аллаха (с) сказал: «Что вы хотите от Али (а)? Али (а) от меня и я (с) от него. И он повелитель всех мусульман после меня!»

Хаким ан-Нишабури: "Хадис достоверен по условиям Муслим" и согласился с ним аз-Захаби.
ал-Албани: "Достоверен". ("ас-Силсила ас-сахиха", ал-Албани, 5/222)
Ибн Хиббан: "Достоверен". ("Сахих", Ибн Хиббан, 28/400)

#9 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 09 января 2011 - 02:13

Bəs nə etməli idilər?

Hər haqqı deməyə Haqq icazə vermir. Bunun sonu məğlubiyyətdir.

Əhsən! +1

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#10 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 09 января 2011 - 02:56

Heç təəccüblənmədim...

#11 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 09 января 2011 - 03:24

Bəs nə etməli idilər?

Getmek isteyirsense behanesiz get,
Oyatma murgulu xatireleri...

(şair N. Kesemeliden bir parca)
İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#12 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 09 января 2011 - 03:27

Bəs nə etməli idilər?

Hər haqqı deməyə Haqq icazə vermir. Bunun sonu məğlubiyyətdir.

Kerbelada qan qilinca qalib geldi.
Haqq-heqiqet hemişe qalib gelecek.
İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#13 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 09 января 2011 - 03:31

Heç təəccüblənmədim...

Tələsməyin!
Bizi hələ coxlu surprizlərlə təəccübləndirərlər.
İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#14 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 09 января 2011 - 08:41

Heyif ki,forumda yaza bilmirəm.
Necə necə ruhaninin və möminin dalınca nələr deyilir,nə var nə var fitva verməyiblər gırğına.Özüdə adama təsir eliyən odur ki,bunları deyənlər namaz əhlidirlər.
Bu millət hələdə başa düşmək istəmir ki,bu nə tələdir.
Bunlar bu hadisələrlə imanlı və üzdə olan ruhani və möminləri üzə cıxarıb başlarını yemək istəyirlər.
Amma möminlər hələdə onların əlinə bəhanə verməyiblər.
Bunların məqsədi o iydi ki,hicab məsələsini atsınlar ortaya və bütün ruhanilər yığışıb fətva versinlər ki,ay camaat mitinq və aksiyalar eləmək lazımdır,bəs gəlin.
Kafirədə elə bu lazımdır da bir bir cevriliş adı qoyub, dənnəsinlər üzdə olan ruhaniləri.

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#15 aburza

aburza

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 227 сообщений

Отправлено 09 января 2011 - 12:19

hacı zülfüqar artıq nə lazımdır elədi.O çıxışları ilə içtimai insana çevrilib.Türkiyədəki çıxışların nəzərdə tuturam.Onu təqsirləndirmək asan olmayacaq!!!
Özünü yuxuya qoymuş insanı oyatmaq,yatmış insanı oyatmaqdan çox-çox çətindir.

#16 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 09 января 2011 - 12:47

Heç təəccüblənmədim...

Razıyam. Hələ deyərdim, hadisələr bir az gecikmiş oldu.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#17 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 09 января 2011 - 16:46

Yatın və hələ də YATIN! Sozüm Sizədir ay məni siyasətdə uşaq hesab edənlər-ay hicab mövzusunda əlinə Əli(əs) qılıncı alıb az qala məni"münafiq" hesab edənlər.Hə qədər də uşaq qədər sadəlıövh və dargözsünüz.Srağagün mən catda yazanda ki,gözləyin hələ əmaməyə də ,əbaya da qadağa qoyacaqlar,bir userimiz başladə mənnən məzələnməyə.Hələdə mən bu işi tam anlayan yazı görmədim bu forumda-başqa forumlardan fərqli olaraq! Azacıq da olsa Əhli beyt aşıqı -yaxındır düz fikrə.Qalanınız ancaq fərziyyələrdəsiniz.Həqiqət isə daha acı və təhlükəlidir.Sonuna cəxanınız olmayacaq-əyər bu məsələlərə sırf İSLAMİ tərəfdən yanaşsaz!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#18 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 09 января 2011 - 16:48

hacı zülfüqar artıq nə lazımdır elədi.O çıxışları ilə içtimai insana çevrilib.Türkiyədəki çıxışların nəzərdə tuturam.Onu təqsirləndirmək asan olmayacaq!!!

İstəyir İNDİRA QANDİ olsun-təqsirləndirmək lazım olsa -inan ki bir yekə 0 problemdir.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#19 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 09 января 2011 - 16:50

Bəs nə etməli idilər?

Hər haqqı deməyə Haqq icazə vermir. Bunun sonu məğlubiyyətdir.

Kerbelada qan qilinca qalib geldi.
Haqq-heqiqet hemişe qalib gelecek.

Bəli düz vurğuladınız! Amma bir şeydə yanıldınız -AZƏRBAYCAN -KƏRBƏLAYA hec bənzəmir!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#20 IBRAHIM NESLI

IBRAHIM NESLI

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 09 января 2011 - 19:16

Heyif ki,forumda yaza bilmirəm.
Necə necə ruhaninin və möminin dalınca nələr deyilir,nə var nə var fitva verməyiblər gırğına.Özüdə adama təsir eliyən odur ki,bunları deyənlər namaz əhlidirlər.
Bu millət hələdə başa düşmək istəmir ki,bu nə tələdir.
Bunlar bu hadisələrlə imanlı və üzdə olan ruhani və möminləri üzə cıxarıb başlarını yemək istəyirlər.
Amma möminlər hələdə onların əlinə bəhanə verməyiblər.
Bunların məqsədi o iydi ki,hicab məsələsini atsınlar ortaya və bütün ruhanilər yığışıb fətva versinlər ki,ay camaat mitinq və aksiyalar eləmək lazımdır,bəs gəlin.
Kafirədə elə bu lazımdır da bir bir cevriliş adı qoyub, dənnəsinlər üzdə olan ruhaniləri.

əssalamun aleykum əhli forum
qardaşım sözündə 100%haqlısan
lakin mənim qorxduğum bunlar Mövsüm Səmədovun həbsi və bunula əlaqədar hadisələri önə çəkərəkən arxa plan da əsil görmək istədiklərini həyata keçirdsinlər çünki bele hadisələr informasiya propaqandası vasitələri olaraq istifade olunur . bir az göz açıq olsaq yaginki çox yaxinda hər şey bəlli olacaq çünk bele işlərin ömrü qırx gündr atalar deyib
oki qaldı növbəti həmləyə mənə elə gəlirki növbəti addım bir zamanlar türkiyede həyata keçirilən programın bənzəri əbalarin və əmmamələrin yıgışdırılması olacaq komutaniminda dediyi kimi
ne bilim allah bizi qorusun inşaallah

#21 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 09 января 2011 - 19:20

ƏHSƏN!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#22 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 10 января 2011 - 21:05

Inshaallah inaniram ki har shey yaxshi olacag

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549

#23 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 11 января 2011 - 20:19

Şok: Dindarlara zorla araq içirtmək istədilər

Ölkədə dindaralara qarşı kütləvi həbslər davam edir. Gəncə şəhərində polisə müqavimət adı ilə evdən çıxarılaraq həbs olunan 9 nəfər barədə yeni məlumatlar verilib. FaktXeberə daxil olan məlumata görə, Gəncə şəhər polis idarəsi tərəfindən həbs olunan 9 inanclı şəxsə, idarədə olmazın zülmləri edilir. Yerli polis dindarlara müxtəlif təzyiq vasitələrindən istifadə edərək, onların öz əqidələrindən vaz keçmələrini məcbur edir.

İdarədə olarkən dindarların qarşısına şərt qoyulub ki, kim araq butulkasından içki içsə, onu azad edəcəklər. Saxlanılan şəxslər bundan imtina etdikdən sonra, onları polis idarəsində döyməyə başlayıblar.

Gəncə sakinlərinin verdiyi məlumata görə, dindarların əzmini qıra bilməyən yerli polis, saxlanılan 3 nəfər barədə cinayət işi açmaq istəyir. Cinayət işi açılqmaqla hədələn Gəncə sakinləri isə bunlardır: İlqar Musayev, Samir Poladov və Elşən adlı şəxs.

Xatırladaq ki, saxlanılan digər 6 Gəncə sakininə 5-10 gün müddətində azadlıqdan məhrum etmə cəzası verilib.

Сообщение отредактировал Gunahkar: 11 января 2011 - 20:21

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение

#24 Atella

Atella

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 16 января 2011 - 23:25

Gunahkar

Ölkədə dindaralara qarşı kütləvi həbslər davam edir

Hacı Şahin Həsənli ilə müsahibə
Bu dövlət siyasəti deyil..

Bəzi KİV nümayəndələri qadağanı dövlət siyasəti kimi təqdim edib. Bununla razısınızmı?
- Belə fikirlər yayılsa da, biz bununla qətiyyən razılaşa bilmərik. Son illərdə məscidlərin tikintisi və təmiri, ziyarətgahlara göstərilən qayğı, dini bayramların dövlət səviyyəsində qeyd edilməsi, hətta Məhərrəm ayı ilə bağlı Yeni il şənliklərinin təntənəli qeyd olunmaması bunun əksini deməyə əsas verir. Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, sadalanan tədbirlər birbaşa dövlət başçısının şəxsi təşəbbüsü ilə həyata keçirilib. Həmçinin Azərbaycan Respublikasının prezidenti xalqımızın müsəlman kimliyini daim vurğulayıb. Ona görə belə iddiaları tam əsassız hesab edirəm.
salaminfo.

Сообщение отредактировал Atella: 16 января 2011 - 23:26

#25 IBRAHIM NESLI

IBRAHIM NESLI

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 18 января 2011 - 14:06

salamun aleykum
deyirəm yavaş yavaş hər şey aydınlaşmağa başlayır
allah sonumuzu xeyirli etsin inşallah

#26 Atella

Atella

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 02 августа 2011 - 08:40

Hacı İlqar İbrahimoğlu vətəndaş cəmiyyətini AİP rəhbərliyinə qarşı "yəhudiləri öldürmək" kimi absurd ittihamlarla bağlı mövqe sərgiləməyə çağırdı
Vəkil Anar Qasımovun verdiyi xəbərə görə, AİP rəhbərliyinə və fəallarına qarşı Qubada yaşayan yəhudilərə silahlı basqın təşkil etmək kimi absurd ittiham irəli sürülüb. "Dəyərlər" bunu şərh etmək üçün DEVAMM sədri Hacı İlqar İbrahimoğluna müraciət etdi. Hacı İlqar bununla bağlı bildirdi: "DEVAMM olaraq, bununla bağlı xüsusi bəyanat verdik. Müvafiq qurumları bu ittihamlardan imtina etməyə, müttəhimlərə bəraət verməyə çağırdıq. Belə ittihamlar Azərbaycanımıza yaraşmır. Bizdə milli və dini dözümsüzlük yoxdur. Bizdə həm cəmiyyət daxilində, həm məişət səviyyəsində tolerantlığın mövcudluğu hər kəsə məlumdur. Hacı Mövsümə gəldikdə isə, onun baxışlarına və çıxışlarına kimin necə münasibət bəsləməsindən asılı olmayaraq, Hacı Mövsümü tanıyan hər bir kəs bilir ki, ittiham olduğu məsələlərin heç birinə onun zərrə qədər də aidiyyəti yoxdur. Hacı Mövsüm savadlı, əxlaqlı, alicənab və təqvalı bir insandır. O, heç zaman qanunsuz işlərə, xüsusilə də, zorakılığa qol qoymaz. Bu, hər kəsə gün kimi aydındır. Hacı Mövsüm Səmədov neçə illik ictimai fəaliyyəti ilə toplumun tam etimadını qazanıb və buna görə, belə absurd ittihamların ona yapışması qeyri-mümkündür".
Hacı İlqar onu da vurğuladı ki, Hacı Mövsüm Səmədovu yəhidilərə qarşı basqını planlaşdırmaqda ittiham etmək - absurd olduğu qədər, ölkənin imicinə ciddi xətər gətirən bir mövzudur: "Ölkə rəsmiləri hər zaman Azərbaycanda nümunəvi tolerantlığın mövcudluğunu önə çəkiblər. Amma ittiham tərəfinin tələsik hərəkətlərinə görə, bu imicə əsaslı zərbə dəyə bilər. Belə ki, Azərbaycanda guya kimlərinsə anti-yəhudi ovqatda olması, antisemit əhval-ruhiyyənin Azərbaycana xas olması barədə yanlış illüziyalar aşılanar. Onsuz da vaxtaşırı erməni mətbuatında azərbaycanlıların dözümsüzlüyü barədə dezinformasiyalar yayılır. Bu ittiham - onların dəyirmanına su tökməkdir".
Hacı İlqar onu da qeyd etdi ki, anti-sionizmlə anti-semitizmi fərqləndirmək zəruridir: "Sionizm - faşist bazisli bir anti-bəşər ideologiya olaraq, bütün dünya aydınları tərəfindən pislənilir. Hətta BMT yaxın illərədək rəsmi olaraq, sionizmi irqçi və faşist ideologiya hesab edirdi, sonradan lobbiçilik fəaliyyəti sayəsində bu bəndi çıxarmağa müvəffəq oldular. Yəhudiliyin əksinə olmaq isə - İslamın ana prinsipliplərinə ziddir, çünki, insanın özündən asılı olmayan təqdiri məsələlərə görə kiminsə apriori günahlılığını ehtiva edir. Hacı Mövsüm dindar insan olaraq nəinki yəhudilərə qarşı hər hansı fiziki zorakılığı dəstəkləyə bilər, hətta bunu ideya olaraq da kiminsə gündəmə gətirməsinə imkan verməz. Bu, təmamən mümkünsüzdür. İstər xaçpərəst olsun, istər yəhidi - hər bir müsəlman Kitab əhlindən olan insanları qardaş sayır. O ki qalsın, ona qarşı dözümsüzlük edə.
Mən üzümü bütün Azərbaycan ziyalılığına, vətəndaş cəmiyyətinə tuturam və dünyagörüşünə, siyasi və ideoloji mənsubiyyətindən asılı olmayaraq, bütün ictimai fəal insanları Hacı Mövsüm Səmədova qarşı irəli sürülən bu absurd ittihamlarla bağlı mövqe sərgiləməyə çağırıram".

#27 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 02 августа 2011 - 13:58

Hacı Mövsüm Səmədov haqsız olaraq tutulub.Düşünürəm ki, hər bir müsəlman bu hadisəyə bacardığı kimi etiraz etməlidir.
Bu hicab problemi də "gölə tok verib balıqları üzə çıxartmaq" taktikasıdı.
Bu problemin də həll olması üçün əsaslı işlər görmək lazımdır.
Kim necə başa düşəcək bilmirəm.
Amma, bu problemlərin həll olması üçün də kor-koranə etirazlar eləmək heç bir fayda verməyəcək.Etirazların yönəldiyi istiqamətlər düzgün seçilməyib.BƏlkə də bunu çoxu bilirdi.Amma,bildiyinə riayət edən və etirazını düzgün istiqamətləndirməyi bacaran təkcə Hacı Mövsüm oldu.Ona görə də ( bildiyim qədəri ilə) ondan başqa hamısı azadlıqdadı.
Əvvəlcə ölkədə TAM BAĞIMSIZ ALİMLƏR yetişməlidir.Bu Alimlərin yetişməsi üçün də ölkə də TAM BAĞIMSIZ HÖVZƏLƏR olmalıdır ki, bu da vaxt tələb edir.

Сообщение отредактировал 3_Rengli_HeyaT: 02 августа 2011 - 14:05

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#28 Atella

Atella

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 05 августа 2011 - 11:47

"MÖVSÜM SƏMƏDOVUN HƏBSİ SİYASİ SİFARİŞDİR"

AİP sədri Mövsüm Səmədovun və partiyanın digər funksionerlərinin həbsindən artıq 8 ay keçib. Mövsüm Səmədov yanvar ayının 2-də partiyanın baş məclisində hakimiyyətin əleyhinə kəskin tənqidi fikirlər səsləndirmişdi. Bu çıxışdan bir neçə gün sonra AİP sədri onun yaxınları və partiya funksionerləri absurd ittihamlarla həbs olundu. Mövsüm Səmədov həbsindən bir neçə gün sonra dövlət çevrilişində ittiham olundu. Digər tərəfdən, Mövsüm Səmədovun ittiham olunduğu maddələrdən biridə bu oldu ki, guya Mövsüm Səmədov silahlı qruplaşma yaradaraq Qubada yaşayan yəhudilərə qarşı qırğın tördəcəkmiş.
Mövsüm Səmədovun müdafiəsi ilə bağlı ölkədə olan aparıcı partiya, təşkilat sədrləri, politoloqlar və hüquq müdafiəçiləri məlum çıxışa münasibət bildirərək, ittiham aktının absurd olduğunu bildiriblər. Məsələ ilə bağlı FaktXeber.com-a müsahibə verən Azərbaycan Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev maraqlıməqamlara toxunub.

- Mayis bəy, sizcə Mövsüm Səmədovun məlum çıxışında hakimyyət çevrilişindən söhbət gedirmi?
- Sözün həqiqi mənasında Mövsüm Səmədovun həmin çıxışını mən çox diqqətlə dinləmişəm. Onun çıxışında qəti olaraq hakimiyyət çevrilişi və ya hər hansı etnik qrupa nifrətlə bağlı heç bir element yoxdur. Əlbəttə ki, bu çıxış hakimiyyət əleyhinə olan kifayət qədər tənqidi bir çıxışdır. Yəni Mövsüm Səmədov siyasi bir partiya rəhbəri və Azərbaycan vətəndaşı kimi hakimiyyətin əleyhinə tənqidi fikirlər səsləndirib. Bu cür çıxışlar Azərbaycan Konstitusiyası vasitəsilə insanlara verilmiş bir hüquqdur. Hər bir cəmiyyətdə olduğu kimi bizim cəmiyyətdə də açıq söz və ifadə azadlığı mövcuddur. Ona görə də, bu çıxışı sadəcə hakimiyyət əleyhinə olan bir çıxış hesab etmək olar. Azərbaycan hakimiyyəti daima insanların bu hüququnu məhdudlaşdırmağa çalışıb. Mövsüm Səmədovun bu çıxışı və həbsi siyasi çıxışları ilə bağlıdır və siyasi xarakter daşıyır. Aydın məsələdir ki, son dövrlərdə görünür ki, Azəbaycanda ictimai-siyasi hadisələrə AİP tərəfindən verilmiş tənqidi qiymətlər və AİP sədrinin tənqidi çıxışları hakimiyyətdə olanları narahat eləyib. Mövsüm Səmədovun və partiya funksionerlərinin həbsi siyasi bir həbsdir. Mən düşünürəm ki, belə siyasi həbslər Azərbaycanın dünyada demokratik ölkə imicinə böyük ziyan vuracaq. Əlbəttə ki, mən də bir fərd olaraq onların yaxın gələcəkdə azad olunmasını arzulayıram və düşünürəm ki, Azərbaycan hakimiyyəti özünün beynəlxalq aləmdə olan imicinə ziyan vurmamaq üçün Mövsüm Səmədovla birgə digər siyasi məhbusların azad olunmasına qərar verəcəklər.
- Mövsüm Səmədovun eyni halda yəhudilərə qarşı silahlı hücum hazırlamaqda ittiham olunur. Sizin bu ittihama qarşı fikiriniz nədir?
- Aydın məsələdir ki, Səmədovun bu çıxışında və əvvəlki fəaliyyətlərində ölkədə olan etnik qruplara qarşı, xüsusilə də yəhudilərə və onların hüquqlarının məhdudlaşdırılmasına qarşı heç bir element mövcud deyil. Mövsüm Səmədovun bu çıxışında ölkədə qarşıdurmaları genişləndirən və bu qruplara qarşı nifrtlə bağlı heç bir fakt yoxdur. Ümumiyyətlə, həmin həbslər baş verəndə Yaşıllar Partiyası olaraq bəyanat vermişdik ki, bu həbslər siyasi xarakterlidir və belə həbslərə son qoyulmalıdır.
- İstintaq orqanları araşdırma zamanı belə bir nəticə əldə ediblər ki, Mövsüm Səmədov çıxış zamanı insanları cihada çağırıb. Halbuki həmin çıxışda ümumiyyətlə cihad sözünün işlənmədiyi görünür. Sizcə insanları hakimiyyətlə mübarizəyə çağırmaq cinayət və ya cihad hesab oluna bilərmi?
- Qətiyyən belə bir hal yol verilməzdir. Azərbaycan Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının bu və yaxud digər qanunlara, hakimiyyətin fəaliyyətinə və yaxud fəaliyyətsizliyinə etiraz hüququ var. Vətəndaşlar bu etirazları müxtəlif formalarda həyata keçirə bilərlər. İstər etiraz aksiyaları ilə olsun, istərsə də səsləndirlən ifadələrlə. Səmədovun bu çıxışı açıq-aşkar Azərbaycanda baş verən ictimai-siyasi hadisələrdə xüsusilə hicabın qadağası ilə bağlı hakimiyyətin qeyri-qanuni qadağasına qarşı yönəlib. Hicab qadağası bir qrup insanın konstitusyon və təhsil hüququnun pozulması ilə bağlı verilən bir qərar olduğundan, bu insanlar həmin qeyri-qanuni qadağaya qarşı öz narazıçılıqlarını bildiriblər.
Mövsüm Səmədovun çıxışında Azərbaycan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı heç bir fakt yoxdur. Açıq-aşkar görsənir ki, bu həbslər Azərbaycanda İslam Partiyasının, xüsusilə İslam müxalifətinin artan nüfuzuna qarşı hakimiyyətin keçirdiyi narahatçılığının bir nəticəsidir və siyasi xarakter daşıyır. Çünki son vaxtlar ölkədə baş verən siyasi-ictimai hadisələrə qarşı, xüsusilə korrupsiyaya, hakimiyyətin müxtəlif qollarının insan hüquqlarının qorunması ilə bağlı fəaliyyətsizliyinə və hicab qadağasına qarşı AİP-in apardığı fəaliyyət hakimiyyəti narahat etməyə başladı. AİP-in fəaliyyəti təkcə hakimiyyəti yox, həm də sionist qüvvələrini narahat eləyirdi. Ona görə də siyasi qüvvələr bundan narahat olaraq hakimiyyətə təzyiqlər göstərə bilərlər ki, AİP-in artan nüfuzunu və fəaliyyətini məhdudlaşdırsınlar. Nəhayət ki, bu da baş verdi. Bütün hallarda AİP-in həbs olunan üzvləri siyasi məhbuslardır və onlara siyasi məhbus kimi qiymət verilərək mütləq azadlıqdan məhrum etmə qərarı dəyişdirilməlidir və bu insanlar azad olunmalıdırlar.

#29 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 11 августа 2011 - 20:32

AİP SƏDRİ MƏHKƏMƏDƏ İTTİHAMLARA CAVAB VERDİ

http://abna.ir/data....ng=13&id=258992

İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru