Перейти к содержимому


Фотография
- - - - -

Yeni mektebli formasi


  • Авторизуйтесь для ответа в теме
В теме одно сообщение

#1 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 12 января 2011 - 15:24

Məktəblərdə ancaq 2 forma tətbiq olunacaq

Gələn ildən Bakı məktəblərində şagirdlərin hamısı vahid məktəbli forması geyinəcək. Əgər əvvəllər 1-4-cü siniflər üçün vahid məktəbli forması tətbiq olunurdusa, artıq yuxarı sinif şagirdləri üçün də vahid məktəbli formasının seçim prosesi başa çatıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib.
Vahid məktəbli forması yanvarın 12-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil olunan mətbuat konfransında təqdim edilib.
Formanın seçim prosesində Valideyn-Müəllim Assosiasiyaları da iştirak edib.
Yekun nəticəyə görə, 1-4-cü sinif şagirdlərinin vahid məktəbli forması eyni, 7-11-ci sinif şagirdlərinin geyimi isə eyni olacaq. Beləliklə, Bakının orta ümumtəhsil məktəblərində 2011–2012–ci dərs ilindən etibarən bütün sinifləri əhatə etməklə 2 formada vahid məktəbli geyimi tətbiq ediləcək.
Zəminə Əliqızı bildirib ki, valideynlər formaları Bakı Tikiş Evinin təşkil etdiyi satış mərkəzlərindən əldə edə biləcəklər:
“Biz formaları nümayiş etdiririk, bu formaları kim tikəcək, necə satacaq, valideynlər sərbəstdir haradan istəyirlər ala bilərlər. Parça alıb özləri də tikə bilərlər”.
Mətbuat konfransında iştirak edən Bakı Tikiş Evinin rəhbəri Fəzail Rəhimov bildirib ki, 1-4-cü siniflər üçün nəzərdə tutulan məktəbli formaları 40 manat, 5-6-cı sinif şagirdlərinin geyimləri 45 manat, 7-11-ci sinif şagirdlərinin geyim formaları isə 53 manata satılacaq.

Прикрепленные изображения

  • DE27AE5E-DF9D-47CF-A7B3-BFC1B08779D3_mw800_mh600_s.jpg
  • CCB01405-0E8F-469F-8001-5F6FFC5C43DD_mw800_s.jpg

De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#2 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 12 января 2011 - 18:28

Allah hər şeyi görür hər şeydən xəbərdardır.
Allah O,Allahdır ki,buynuzsuz qocun haqqın, buynuzlu qocdan alar.
Allah bu alcaq tayfaya lənət eləsin.Amin !

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru