Bu yaxınlarda ərəb dilli, həmçinin bəzi ingilis dilli vəhhabi saytlarında bir məsələrə rast gəldim. Vəhhabi müəlliflərinin bu dəfə ki gülünc iddiası bu idi ki, məsum imamların (ə) elminin Peyğəmbərə (s) yetişməsinə dair nəql olunan rəvayətlər sənəd baxımından zəifdirlər. Yəni, imamın (ə) elminin bir-başa Peyğəmbərə (s) söykənməsini "səhih" sənədli hədislərlə isbat etmək mümkün deyil. Bu, növbəti vəhhabi manipulasiyasından başa bir şey deyildirdir. Öz növbəmizdə, biz bir neçə "səhih" sənədli hədislərlə (bu məsələyə dair çoxlu sayda mötəbər hədis mövcuddur) isbat edirik ki, İmamın (ə) sözü bir-başa əziz Peyğəmbərimizə (s) söykənir.
حدثنا عبد الله بن عامر عن عبد الله بن محمد الحجال عن داود بن ابى يزيد الاحول عن ابى عبد الله عليه السلام قال سمعته يقول انا لو كنا من الهالكين ولكنها اثار من رسول الله صلى الله عليه وآله اصل علم نتوارثها كابر عن كابر عن كابر نكنزها كما يكنز الناس ذهبهم وفضتهم
Davud ibni Əbi Yezid əl-Əhvəldən belə nəql olunur: Imam Sadiq (əleyhis-salam)-ın belə buyurduğunu eşitdim: "Əgər biz öz rə`yimizə və həvayi-nəfsimizə əsasən camaata fətva versək, onda həlak olanlardan olarıq! Dediyimiz, Peyğəmbərdən yadigar qalmış əsərlərdir. Elə bir əsil və həqiqi elm ki, bir-birimizdən irs aparır, camaat özlərinin qızıl və gümüşlərini qoruyub-saxladığı kimi, onu qoruyub-saxlayırıq."
"Bəsairud-Dərəcat", Şeyx Muhəmməd ibn əl-Həsən əs-Səffar, s. 319-320, №3
Bu hədis sənən baxımdan "səhih"-dir.
1. Əllamə Seyyid Murtəza əl-Əskəri (rə) özünün "Məalimul-Mədrəsətəyn" (2/302) kitabında bu hədisi "səhih" bilərək məsələnin isbatında dəlil kimi gətirmişdir.
2. Şeyx Həsən Əbdullah əl-Əcmi bu məsələyə dair yazmış müxtəsər (ما هي مصادر علم الإمام المعصوم ؟) məqaləsində bu hədisi "səhih" saymışdır.
Hədisin "Bəsairud-Dərəcat" kitabdan skanın da etmişəm ki, heç bir şəkk-şübhəyə yer qalmasın: