Перейти к содержимому

Фотография

Vəhabilərin baş müftisindən mason Hüsnü Mübarəkə dəstək !

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 9

#1 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 05 февраля 2011 - 20:31

Bismillahir Rahmanir Rahim

Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdüləziz əl-Şeyx Misirdə Mübarək əleyhinə keçirilən nümayişləri tənqid edərək, Hünsü Mübarək rejiminə dəstək verib.(dunyabulteni) "Bu nümayişlər İslam düşmənlərinin sabitsizlik yayma planıdır, bu xaosun səbəbi İslamın düşmənləri və onların təqibçiləridir", - deyən təkfirçi şeyx bir daha öz əqidəsinin iç üzünü ortalığa qoydu.
Misir, Tunis və Ərəb dünyasının digər ölkələrində hökumət əleyhinə keçirilən nümayişləri tənqid edən Səudiyyə müftisi bu nümayişləri İslam əleyhinə qiyamlar kimi qiymətləndirdi. Baş müfti Səudiyyə Kralı Abdullahın Misir prezidenti Hüsnü Mübarəkə dəstəyini də xatırlatdı və "Misir ilə əlaqələrimizin zədələnilməməsini xahiş edirik", - deyib.

Xatırlatma

Səudiyyə Ərəbistanında fitva verən vəhhabi şeyxi Əbduləziz bir müddət əvvəl Riyad şəhərində yerləşən "İmam Turki ibni Abdullah" məscidində sionist məhsullarının İslami ölkələr tərəfindən boykot edilməsini tənqid etmişdi. O demişdi ki, "Dünya bir halqa kimidir, onun hər bir hissəsi başqa hissələrinə möhtacdır, ona görə də məhsulların boykot edilməsi heç bir fayda verməyəcəkdir".

Zillət bizdən uzaqdır !

#2 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 05 февраля 2011 - 22:54

Qardaş, Misirdə baş verən qiyamlar nə islami nə də islam əleyhinə olan qiyamlardır. Bu qiyam daha cox sosial xarakter daşıyır və əhalinin kasıb və pis yaşayışı ilə bağlıdır.
Məşhur rus sosioloqu Porşnev demişdir; hər 20-25 ildən bir istənilən cəmiyyətdə ciddi sosial dəyişikliklər baş verməsinə şərait yaranır. Yəni Misirdə qiyamlara ilkin şərtlər var imiş. Bunun belə kütləvi, xaos və qeyri-müəyənlik xarakteri daşımasını hec kim qabaqcadan görə bilməyib.
Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdüləziz əl-Şeyx dediklərində qeyri-adilik yoxdur. Həmçinin, qərb ölkələri İmam Xomeneinin dediklərindən və islamçı qüvvələrin hakimiyyətə gəlışindən qorxurlar.
Bir də ki, xalqa arxalanmayan rejimlər gec-tez dağılır.
Qeyd etmək lazımdır ki, Misirdəki qiyam xalq hərəkatıdır. Bu hərəkatın ideoloji rəhbəri yoxdur. Amma onların islam bayrağı altında birləşməsi şansı var. Misirin gələcəyi İsrail dövlətinin gələcəyini həll edə bilər. Beləlıklə bu qiyam bölgədə olduqca böyük və həlledici rol oynayır.
Nə bilirik, bəlkəm sionist bu qiyamın qalxmasına özü tələsdirib ki, qiyam həqiqı islami xarakter daşımasın. Amma say hesabında uzaqgörən olmayıb.
Mənim fikrimcə sionost Misir xalqının qırılmasına və Misir dövlətinin parçalanmasına razılaşar, amma bunun həqiqı islam inqilabına ( 79-cü il İran inqilabi kimi) cevrilməsinə yol vermək istəməz. Artıq proses başlayıb. Məsələn jurnalistləri cəkilişə buraxmırlar. Məncə orda qurbanların sayı 10 dəfə coxdur, nəinki bizə xəbərlər yayılır. Müsəlmanın qanını sionistlər özlərinə halal bilirlər. 2-3 il bundan əvvəlki Fələstin hadisələrini yada salaq.
Nə isə...
Allah günahsız müsəlman bəndələri qorusun!

İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#3 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 05 февраля 2011 - 23:32

Fikirlərinlə razıyam qardaş ,inqilab sosial xarakterlidir və bəlkə də Misirdəki rejim artıq Amerikaya sərf etmədiyi üçün ABŞ-ın da bu qiyamda müəyyən mənada rolu vardır. Amma sən dediyin kimi ,onlar artıq bu qiyamın özlərinə qarşı çevriləcəyindən çox bərk narahatdırlar ,çünki bu qiyam İslami bir xarakter almağa başlasa və hakimiyyəti islamçılar ələ keçirsələr bu bölgədə ABŞ-ın siyasətinə çox böyük zərbə vura bilər ,eləcə də İsrail üçün həyati təhlükə daşıya bilər,məhz bu səbəbdən İsrail bu qiyam başlayandan ha əlləşir-vuruşur ki Hüsnü Mübarək toxunulmaz qalsın ,qiyam yatsın.Hüsnü Mübarək tağutdur,masondur ,30 ildən çox İsrailə xidmət göstərib və fələstinlilərə gün verib işıq verməyib .Hesab edirəm İsrailin Misirdəki qiyamla bağlı narahatlığı tamamilə düzmüş ,çünki İsrailə gedən qaz kəməri partladılıb..))) Bir sözlə Misir qiyamı İsrailə heç cürə sərf etmir ,vəhabi şeyxi isə sionist ağalarına dəstək üçün bu cür münafiqcə fətva verir ,hələ qiyama qarşı olması bir yana qalsın üstəlik Hüsnü Mübarək kimi zalım diktator və masonu,tağutu dəstəkləyir

Zillət bizdən uzaqdır !

#4 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 05 февраля 2011 - 23:35

Hz Mehdinin (ə.f) zühuru ilə bağlı 1987-ci ildə çap olunmuş "Zühur Əsri" (müəllif Əli Kurani) kitabının (2005-ci il nəşrinə əsasən)126-127-ci səhifəsində Misirlə bağlı bir sıra hədislər və hədislərin maraqlı şərhləri yer almışdır :

"...Hər bir halda bu rəvayətlər ümumi şəkildə Misirdə islami bir hərəkat və inqilabdan söz açır ki, bu da həzrət Məhdi (ə)-ın zühur əlamətidir..göstərir ki, Misirdə daxili inqilab baş verəcək, dərin dəyişikliklər yaranacaqdır..
Zühur ərəfəsində baş verəcək hadisələrlə əlaqədar rəvayətlərdə qibtilərin Misirin ətraf nahiyələrinə hakim olacağından söhbət açılır. Belə ki, Əli (ə) zühur əlamətləri ilə əlaqədar buyurmuşdur :
"Qibtilər Misirin ətraflarına hakim kəsilməsidir." (Bişarətul-İslam ,səh. 42)
Mümkündür ki burada məqsəd, İbni Həmmadın öz əlyazmasında (səh. 78) Əbuzərdən rəvayət etdiyidir: "Əmin-amanlıq Misirdə aradan qalxacaqdır." Xaricə deyir ki, Əbuzərə dedim : "Əmin-amanlıq aradan getdiyi zaman onu bərqərar edəcək bir rəhbər varmı?" O dedi: "Xeyr! Əksinə, onun (hakimiyyət) quruluşu dağılacaqdır."

Kəbdən də belə rəvayət olunur : "Misir dəvənin peyini kimi əzilib aradan gedəcəkdir"

Bir sözlə, Misirdə qibtilər qiyam edib iğtişaşlar törədəcək, yerli hökümətə qarşı itaətsizlik edəcək və bəzi nahiyələrə hakim kəsiləcəklər, nəticədə Misirin iqtisadiyyatında və təhlükəsizliyində zəiflik və xələl yaranacaqdır.Təbiidir ki, bu tüğyançılıq və inadkarlıq İslam düşmənlərinin xaricdən istiqamətləndirilən təhriklərilə yanaşıdır, çünki qibtilərin tarixində görünməmişdir ki, müsəlmanlar əleyhinə hər hansı mühüm bir hərəkata əl atmış olsunlar.Bu işlər səlib yürüşlərində və hazırkı əsrdə olduğu kimi, yalnız xarici dövlətlərin müdaxiləsi ilə baş vermişdir..."

Əli Kurani daha sonra kitabının 127-ci səhifəsində qeyd edir ki, bəzi rəvayətlərə əsasən Misirdəki qiyamın qərbdən təsir vardır.

Əli Kurani bütün bunları özünün "Zühur Əsri" kitabında (bu kitab ilk dəfə 1987-ci ildə nəşr olunub)qeyd edir..Amma onun hədisləri araşdıraraq onlara verdiyi şərhlər bu gün özünü doğrultmaqdadır ,məlumdur ki, Misirdəki qiyamda qərbin ,xüsusən ABŞ-ın müəyyən mənada rolu vardır.

Сообщение отредактировал reservoir engineer: 05 февраля 2011 - 23:38

Zillət bizdən uzaqdır !

#5 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 05 февраля 2011 - 23:36

Başqa bir forumda bir userin aşağıdakı şərhi mənə maraqlı gəldi :

1400 İL ƏVVƏLDƏN PEYĞƏMBƏRİMİZİN BİLDİRDİYİ MİSİRdəki HADİSƏLƏR

Naim b. Hammad Fitendə, və Əbu Cəfər, Məhəmməd b. Əli (r. a. );dan tahric etdilər. Buyurdu kiAbbasi, Xorasansa; a çatdığı zaman ŞƏRQDƏ BUYNUZ şəklində bir ULDUZ ÇIXAR. Bu ulduz, ilk çıxdığında Allah Nuh qövmünü həlak etmişdir. Hz. ibrahim atəşə atıldığında da çıxmışdır. Firon qövmü yox edildiyində və Yəhya b. Zekeriya öldürüldüyündə də görülmüşdür. Siz o ulduzu gördüyünüzdə fitnələrin şərindən Allaha sığının. O ulduzun doğulması günəş və ay tutulmasından sonra olacaq. Sonra fitnələr; alaca qarğa; MİSİRdə ZÜHUR edənə QƏDƏR DAVAM EDƏR.

.......

sonra da özünə qarşı gələni yox edən, uzun boylu , çox qüvvətli geniş çiyinli bir ərəbi başa keçəcək yaxşıları öldürən zalım bir misirli hökm edəcək.

.......

buyurduki peyğəmbər əfəndimiz Qureyşdən bir adam çıxar, çökük burunludur. Məğlub olar və mülkünü zail edər və Ruma qaçar

Deylemi, Əbu Əli Mərdənidən (ravi silsiləsi ilə) O da Əbu Zərdən, O da Rəsulullah (s.ə.v)dan rəvayət etdilər. Buyurdu ki:

Misirdə Qureyşdən bir adam çıxar, çökük burunludur. Məğlub olar və mülkünü zail edər və Ruma qaçar. Onları götürüb İskenderiyyeyə gətirər və müsəlmanlarla döyüşər və ilk melhame bu olar.

İbni Asakir Tarixində, Əbu Zərə söykənən ravi silsiləsi ilə rəvayət etdilər. Rəsulullah (s.ə.v) buyurdu:

Misirdə Əməvi soyunda burnu çökük biri çıxar. Məğlub olar və ya mülkünü zail eder,Ruma qaçar. Onları İskenderiyyəyə gətirər və Əhli İslam ilə döyüşərlər. Bu melhamelerin ilki olar.

Zillət bizdən uzaqdır !

#6 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 06 февраля 2011 - 00:06

Cox maraglidir.
Umumen bela cixir ki selefiler ozleri artig cash bash olublar)))

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549

#7 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 06 февраля 2011 - 20:25

[b]Hz Mehdinin (ə.f) zühuru ilə bağlı 1987-ci ildə çap olunmuş "Zühur Əsri" (müəllif Əli Kurani) kitabının (2005-ci il nəşrinə əsasən)126-127-ci səhifəsində Misirlə bağlı bir sıra hədislər və hədislərin maraqlı şərhləri yer almışdır :

Qardaş, bu kitabın elektron versiyası sizdə varmı? Ya da zəhmət deyilsə yazın, kitabı harda əldə etmək olar?
İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#8 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 07 февраля 2011 - 14:12

[b]Hz Mehdinin (ə.f) zühuru ilə bağlı 1987-ci ildə çap olunmuş "Zühur Əsri" (müəllif Əli Kurani) kitabının (2005-ci il nəşrinə əsasən)126-127-ci səhifəsində Misirlə bağlı bir sıra hədislər və hədislərin maraqlı şərhləri yer almışdır :

Qardaş, bu kitabın elektron versiyası sizdə varmı? Ya da zəhmət deyilsə yazın, kitabı harda əldə etmək olar?

Qardaş ,bu kitabın elektron versiyası yoxdur məndə ,googlda axtarış etdim tapmadım ,googlda sadəcə bir şey çıxdı ki bu kitab Axundov kitabxanasında var .

Bu kitab Nizami metrosunun yaxınlığında yerləşən İran Mədəniyyət Mərkəzinin kitabxanasında da var ,özüm görmüşəm ,həmçinin bu kitabı pul ilə almaq istəsən kitabın içində email adres var ,həmin emaillə əlaqə saxla :nadir_95@mail.ru

Zillət bizdən uzaqdır !

#9 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 08 февраля 2011 - 19:38

SARAY MOLLALARI MİSİR İNİLABINA QARŞI ÇIXDI

"Əl-Əzhər" Universitetinin alimləri Misir nümayişləri ilə bağlı əcaib mövqe sərgiləməkdə davam edirlər. Belə ki, nümyişlər baş qaldırandan Hüsnü Mübarəkin yanında olan Universitet alimləri indi də, Misir inqilabına dəstək verən İslam alimlərinə öz etirazlarını bildirirlər, - "Abna" xəbər verir.

"İnqilaba dəstək verənlər xalqın hissləri ilə oynayırlar və ölkədə təxribat salmaq istəyirlər. Bütün bunlar fitnədir", - deyə Əl-Əzhər alimləri öz bəyənatlarında bildirirlər.

Universitetin bu xəbərdarlığı Misir xalqını dəstəkləyən fətvalardan sonra yayımlanıb. Sonuncu belə fətva Əhli-Sünnə Alimləri İttifaqının rəhbəri və Dünya Müsəlman Alimləri Assosiasiyasının üzvü Əhməd Ər-Risuni tərəfindən verilib. Həmin fətvada deyilirdi ki, Misir müsəlmanlarına vacibdir ki, Hüsnü Mübarəki hakimiyyətdən kənarlaşdırsınlar. O bildirmişdi ki, bir neçə gün və ya həftə də səbr etsələr, öz azadlıqlarına qovuşacaqlar.

Misirdə nümayişlər başlanandan sonra Dünya Müsəlman Alimləri Assosiasiyasının rəhbəri Yusif Əl-Kərdavi də vətva verərək bildirmişşdi ki, Misir xalqını dəstəkləyir.

Xatırladaq ki, Əl-Əhzər alimlərinin belə mövqeyinə görə, Universitetin sözçüsü Məhəmməd Təntavi istefa vermişdi.

Zillət bizdən uzaqdır !

#10 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 16 февраля 2011 - 20:19

MÜBARƏKİN MİLYARDLARINI SƏUDİYYƏ KRALI XİLAS EDİB

http://www.musavat.com/new/Gündəm/94942-MÜBARƏKİN_MİLYARDLARINI_SƏUDİYYƏ_KRALI_XİLAS_EDİB

İsrail kəşfiyyatına bağlı mənbə sensasion məlumat yaydı: “Pulları çıxarmaq üçün bank işçilərini gecəyarısı evlərindən çağırıblar”

Misirin devrilmiş prezidenti Hüsnü Mübarəkin milyardlarla ölçülən sərvətinin taleyinin necə olacağı hələ məlum deyil. Mübarək istefa verəndən dərhal sonra İsveçrə hökuməti Misir diktatorunun, onun ailə üzvlərinin və ölkə hakimiyyətinin yüksək rütbəli təmsilçilərinin bank hesablarına həbs qoyulacağını açıqlamışdı. Lakin Mübarəkə aid nə qədər pulun aşkar edildiyi barədə məlumat yoxdur. Danimarka hökuməti isə bildirir ki, Avropa İttifaqının rəsmi qərarı olsa Mübarəkə aid bank hesablarını aşkarlayıb dondurmağa hazırdır.

Xəbərlərə görə, Fransa hökuməti də hazırda ölkə banklarında Mübarək ailəsinin pullarının olub-olmadığını araşdırır. Lakin İsrail kəşfiyyatına bağlı mənbənin yaydığı sensasion məlumata görə, avropalılar Mübarəkin pullarını indi axtarmağa başlasa da, devrilmiş diktator hakimiyyətinin son günlərində milyardlarını xilas edə bilib və etibarlı yerdə yerləşdirib.
“Debkafile” saytının yazdığına görə, Hüsnü Mübarək və onun ailəsi 20-70 milyard dollar arasında qiymətləndirilən sərvətinin əhəmiyyətli hissəsini Avropa banklarından çıxara bilib. Bu işdə ona Səudiyyə Ərəbistanı kralı Abdullah və Birləşmiş Ərəb Əmirliklərinin şeyxi Əl- Nəhyan kömək ediblər. Körfəz ölkələrindəki və Qərbdəki mötəbər mənbələrdən məlum olub ki, Avropa banklarındakı hesablarının dondurulacağını anlayan Mübarək onlardan kömək istəyib. Kral və şeyx pulların Avropa banklarından çıxarılaraq öz ölkələrindəki banklarda yerləşdirilməsinə təminat veriblər. Bildirilir ki, Tunisin keçmiş diktatoru Bin Əli də pullarının əksər hissəsini bu yolla xilas edib. “Debka” xəbər verir ki, Mübarəkin pullarının Avropa banklarından çıxarılması fevralın 12-dən 13-nə keçən gecə baş verib. Həmin gün istirahət günü olduğundan Avropa banklarından əksəriyyəti bağlı olub, lakin Ər-Riyaddan gedən yüksək vəzifəli şəxslər bankların menecerlərini evlərindən çağıraraq Mübarəkin sifarişinin təcili yerinə yetirilməsini təmin ediblər.
Məlumata görə, fevralın 11-də Misir televiziyası ilə vitse-prezident Ömər Süleyman Hüsnü Mübarəkin istefaya getdiyini və səlahiyyətlərini orduya təhvil verdiyi barədə bəyanatı oxuduqdan az sonra keçmiş prezident telefonla Səudiyyə kralı ilə əlaqə saxlayıb. Mübarək krala deyib ki, onun ölkəsində Vaşinqtondan dəstəklənən hərbi qiyam olub və ordu hakimiyyəti ələ keçirib. O, səlahiyyətlərini könüllü olaraq kiməsə təhvil verdiyini də inkar edib. “Mən Ömər Süleymanın televiziya ilə nə oxuyacağını bilmirdim. Heç vaxt onun oxuduğu mətnin altına imza atmamışam və imkan verə bilməzdim ki, kimsə mənim adımdan belə bəyanat oxusun” deyə, Mübarək krala bildirib. Səudiyyə kralı keçmiş prezidentin bu çətin günlərdə yanında olduğunu, ona nə kömək lazımsa edə biləcəyini deyib. Mübarək isə deyib ki, hələ özünü qanuni prezident sayır. Bildirilir ki, Misirdə hakimiyyəti ələ alan Yüksək Hərbi Şura bundan xəbər tutaraq fevralın 13-də konstitusiyanın qüvvəsini dayandırıb. Əks halda, Mübarək hələ də prezident hesab edilməli idi və ordunun onun adından heç bir fərman verməyə səlahiyyəti çatmırdı. Saytın yazdığına görə, Misirdə Mübarəkin devrilməsini təşkil edən Qərb Hərbi Şuranı 6 ay sonraya seçkilər təyin etmək barədə qərarı elan etmək üçün tələsdirib. Bildirilir ki, Misir müxalifəti Mübarək ailəsinin və ölkənin hakim partiyasının rəhbərlərinin korrupsiya əməllərini araşdırmaqda israrlıdır. Müxalifət təmsilçilərindən biri deyib ki, onlar nazirləri, ailə üzvlərini, prezidentin ailə üzvlərini və digərlərini araşdıracaqlar. Amerikalı professor Samer Solimen isə deyib ki, Mübarək ailəsinin korrupsiya sxemi pulları büdcədən oğurlamaq üzərində qurulmamışdı. Onlar hakimiyyətdən istifadə edərək öz bizneslərini qurublar və yaxşı gəlir götürüblər.
Bu arada Misirin yeni hakimiyyəti də ABŞ, Böyük Britaniya və Fransaya müraciət edərək Mübarək administrasiyasının üzvlərinin hesablarını dondurmağı xahiş edib. “Röyter”in xəbərinə görə, müraciətdə nə Mübarəkin, nə də onun ailə üzvlərinin adları yoxdur. Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Qahirədən belə müraciət aldıqlarını təsdiqləyib, lakin siyahıda kimlərin adlarının yer aldığını deməyib. O bildirib ki, Britaniya hakimiyyəti bu məsələdə Misirlə əməkdaşlıq etməyə hazırdır. Gözlənilirdi ki, dünən Avropa İttifaqına üzv ölkələrin maliyyə nazirləri də Mübarək rejiminin mənsublarının hesablarını dondurmaq məsələsini müzakirə edəcək. Misirlə bağlı digər xəbərdə isə deyilir ki, müvəqqəti hökumət yeni konstitusiyanın mətnini hazırlamaq üçün xüsusi komitə yaradıb və müstəqil mövqeli keçmiş hakim Tarek əl-Bişrini ora rəhbər təyin edib.

Zillət bizdən uzaqdır !

Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru