Bismillahir Rahmanir Rahim
Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdüləziz əl-Şeyx Misirdə Mübarək əleyhinə keçirilən nümayişləri tənqid edərək, Hünsü Mübarək rejiminə dəstək verib.(dunyabulteni) "Bu nümayişlər İslam düşmənlərinin sabitsizlik yayma planıdır, bu xaosun səbəbi İslamın düşmənləri və onların təqibçiləridir", - deyən təkfirçi şeyx bir daha öz əqidəsinin iç üzünü ortalığa qoydu.
Misir, Tunis və Ərəb dünyasının digər ölkələrində hökumət əleyhinə keçirilən nümayişləri tənqid edən Səudiyyə müftisi bu nümayişləri İslam əleyhinə qiyamlar kimi qiymətləndirdi. Baş müfti Səudiyyə Kralı Abdullahın Misir prezidenti Hüsnü Mübarəkə dəstəyini də xatırlatdı və "Misir ilə əlaqələrimizin zədələnilməməsini xahiş edirik", - deyib.
Xatırlatma
Səudiyyə Ərəbistanında fitva verən vəhhabi şeyxi Əbduləziz bir müddət əvvəl Riyad şəhərində yerləşən "İmam Turki ibni Abdullah" məscidində sionist məhsullarının İslami ölkələr tərəfindən boykot edilməsini tənqid etmişdi. O demişdi ki, "Dünya bir halqa kimidir, onun hər bir hissəsi başqa hissələrinə möhtacdır, ona görə də məhsulların boykot edilməsi heç bir fayda verməyəcəkdir".