Перейти к содержимому


Фотография

allaha "MƏKAN"verən sələfilərin hökmü nədir?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 10

#1 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 11 февраля 2009 - 21:04

Bu mövzünü açmaqda səbəb forum iştirakçılarının sözlərini bilmək istərdim.
Deməli mənə görə bu insan məhzəbindən aslı olmayaraq islamdan çıxır,
Əgər bir sələfi "alimi" allahın məkanının göydə olması haqq da fetva verərsə,və quranda olan məcazi ayələri möhkəm ayələr kimi
başa düşsə belə cahillik üzündən, bu "alimin" kafir olmasına ma`ne olmaz .Gətirdiyi quran ayəsi olsa belə onun kafir olmasına ma`ne olmaz,
dəlilərindən biridə budur ki,allahın məkanının göydə olması haqqda quran ayələri çoxdur?!
o ki,qaldı bu ayəyə
Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir !HADİD 4!
deyirlərki,bu allahın elmidir
bu söz özlüyündə küfürdü ,çünki allahin elmi allahdan ayrı olsaydı ve ya sonradan yaransaydı bu allah üçün nöqsan olardı,
2 ci küfürləri ondadır ki,onlar allahi ağılnan fikirləşdilər,yani sələfilər deyir ki əgər biz desək ki ,allah yerdədi onda bu allah üçün nöqsan olar,allah haqqında bu cür fikirləşmək özü küfürdü,çünki allahı ağılnan dərk etdilər,insan ağlı allahı tanıya bilməz,onu ancaq qəlblə tanımaq olar
nəticə olaraq onu deyim ki,hetta kimsə ola bilər ki,mənim dediklərimnən razılaşsın lakin sələfiləri cahil müsəlman adlandırsın.
Həmin adamda namaz qılan olsa belə kafir olar.Çünkü allaha verdiyi ə`hdi pozmuş olur,yəni lə illəhə illəllahı pozmuş olur

Ə`qidə məsələlərində cahilliyin üzrsüz olduğunu bilmək istəyən bu mövzuya baxsın
http://313news.net/f...38&st=0&start=0
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#2 Aykut_555

Aykut_555

    Arif – Corporal

  • Заблокированные
  • 74 сообщений

Отправлено 12 февраля 2009 - 00:12

ahmed
kendi axzinla diyorsun ki allahin goyde oldugu hakta deliler coku İstiva – Allah – subhanəhu və təala – nin feli sifətlərindəndir. İstiva – üstə olmaq, yüksəlmək, çıxmaq deməkdir. Allahın yeddi səmanın üstündə yaratdıqlarından ayrı olaraq Ərşin üzərinə istiva etdiyinə və elmi ilə hər bir şeyi əhatə etdiyinə iman gətirilməlidir. Qatadə b. ən-Numan – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyururdu: «Allah yaratmağı qurtardıqdan sonra ərşin üzərinə istiva etdi».
Bu kəlməni Müxaliflərin yozduqları kimi zəbt etdi, hökmü altına aldı, qüdrəti ilə və s. mənalar ilə dəyişməməliyik. İstiva – məlumdur, keyfiyyəti isə məchuldur. Ona iman gətirmək isə vacibdir. Əbu Nuaym Cəfər b. Abdullah deyir ki, biz imam Məlik – rahmətullahi aleyhi – nin yanında idik. Bir nəfər: «Ey Abdullahın atası! Allah Ərşə necə istiva etdi?» İmam Məlik – rahmətullahi aleyhi – bu sualı eşidəndə bərk qəzəbləndi. Başını aşağı salaraq, əlindəki çubuqla yerə sürtərək fikrə daldı. Sonra başını qaldırıb əlindəkini atdı və: «Necəliyi ağılla dərk olunmaz. İstiva Allah üçün məlumdur. Buna iman vacib, bu haqda sual vermək bidətdir. Səni də bir bidətçi kimi görürəm və bu adamın qovulmasını əmr etdi».
Allah – subhanəhu və təala – Qurani Kərimdə yeddi yerdə: əl-Əraf 54, Ta ha 5, ər-Rad 2, Yunus 3, əs-Səcdə 4, Furqan 59, əl-Hədid 4-də ALƏ – üzərinə ön qoşması ilə, «Rahmən ərşin üzərinə yüksəldi». (Ta ha 5). İki yerdə isə: əl-Bəqərə 29, Fussilət 11-də İLƏ – tərəf ön qoşması ilə, «Sonra səmaya tərəf üz tutaraq». (əl-Bəqərə 29) –də İstiva etdiyini bəyan etmişdi.
Müxaliflər İstiva kəlməsini bir çox mənalar ilə dəyişmişlər. Bunlardan ən məşhuru İSTİVA – sözünə LƏ – şəkilçisi artıraraq İSTƏVLƏ – zəbt etmək, hökmü altına almaq mənasıdır. Heç bir qrammatika alimləri bu sözlərin eyni məna ifadə etdiklərini qeyd etməmişlər. İSTİVA – felin səkkizinci fəslinə aiddir və kökü Sin, Vav, Və – dən ibarətdir. Əlif və Tə artırılaraq əmələ gəlib. İSTƏVLƏ – felin onuncu fəslinə aiddir və kökü Vav, Ləm, Və – dən ibarətdir. Əlif Sin artırmaqla düzəlir.
Həmçinin bizə Qurani – Kərimdən göründüyü kimi, sonra ərşə yüksəldi. Muxaliflərin dediyi kimi olsa, sonra hökmü altına aldı – belə çıxır ki, əvvəl Ərş Allahın hökmü altında deyildi, həmçinin hökmü altına almaq acizliyin əlamətidir. Allah əvvəl aciz olub, sonra güc toplayaraq öz hökmü altına alıb. İkinci tərəfdən əgər Allah, onların dediyi kimi Ərşi hökmü altına alıbsa bəs qalan məxluqlar necə? Biz bilirik ki, Allah göyləri və yeri yaratmamışdan əlli min il əvvəl də her bir şey Allahın hökmü altında olub və olacaqdır.

bu da delildir ki,allah goydedir bu ayeni nece ola bilerki qebul etmirsiniz qaldi selef alimlerien kafir demek bu senin cahiliyindendir cunki bu alimlerin elllerinde kuran ve sunneden delil vardir allag goydedir kaldi kafir meselesine kafir bu ayetleri kabul etmeyendir

#3 iravani

iravani

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 12 февраля 2009 - 11:08

Aykut_555, Allaha goyu xelq etmemisden evvel harda idi? Axı goyu O xelq edib...
Bir şam digərini yandırmaqla işığından heç nə itirməz..

#4 iravani

iravani

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 12 февраля 2009 - 11:08

Aykut_555, Allaha goyu xelq etmemisden evvel harda idi? Axı goyu O xelq edib...
Bir şam digərini yandırmaqla işığından heç nə itirməz..

#5 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 12 февраля 2009 - 12:26

Gəlin hələlik hədisləri qoyaq kənara. Birinci növbədə ərş sözünü məna edək. BUyurun Quranla ərşin nəyə deyildiyini isbat edin. Mən deyirəm ki, Ərş - lüğətdə o şeyə deyilir ki, damı-( паталок) olmuş olsun. Bəzən damın özünədə ərş deyilir. Məsələn:" أَوْ كَالَّذِي مَرَّ عَلى‏ قَرْيَةٍ وَ هِيَ خاوِيَةٌ عَلى‏ عُرُوشِها"
Bəqərə-259 diqqət etsək görərik ki. burada ərşdən məqsəd damın özüdür. Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (hekayətini) bilmirsənmi? Bəzən isə böyük taxtlara bənzədilib. Subutumuz yenə Quran ayəsidir. أَيُّكُمْ يَأْتِينِي بِعَرْشِها Nəml-38 Allah təala Süleymanın dilindən buyuru: (Süleyman) dedi: “Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun(Bilqeysin) taxtını mənə gətirə bilər?” Bəzən isə Ərş kəlməsi təqribən "Talvar" mənasında gəlib. وَ هُوَ الَّذِي أَنْشَأَ جَنَّاتٍ مَعْرُوشاتٍ وَ غَيْرَ مَعْرُوشاتٍ: Ənam-141. Talvar üzərində olan və talvarsız (öz gövdəsi üzərində duran) bağları, dadları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur.
Bura kimi ərşın Quranda müxtəlif mənalarda işləndiyini gördük. Biz ərş kəlməsini "Ərşi Xuda" Allah üçün qüdrət və s.. mənalara tətbiq etdikdə nədənsə sələfilər ərş kəlməsini ya Nəml-38 də deyilidiyi kimi taxt mənasına yozurlar yada ərşın məchul bir şey olduğunu söyləyirlər. Müxaliflərimizə cavabında deyə bilərik ki, əgər ərş kəlməsi Quranda müxtəlif mənalarda işlədilibsə heç qorxusu yoxdur ki qüdrət mənasında da işlədilsın. Siz taxt deməklə Allahı hansısa məkana aid edirsiz. Məchul deməklə isə Quran ayəsini təfsir edə bilməyib aciz qalırsız. Nə gözəl olar ki, ərşi Allahın qüdrəti mənasına məna edək. Bununlada nə Allaha nəqiz verərik. Nədə ayəni məna etməkdə çarəsiz qalmarıq. Əziz müxaliflərim. Sizlər bilməlisiniz ki, ərşdən məqsəd yalnız kinayə ola bilər. Siz özünüzdə bütün xalqlarda hətda qədim zamanlardan belə. Taxt kəlməsini qüdrət mənasına kinayə kimi işlədiblər. Məsələn: Bir padşah və Prezident devriləndən sonra. Xalq arasinda flan Prezident kürsüdən və ya taxtdan getdi kimi sözlər deyirik. BU sözləri deyəndə məqsədimiz onun hansısa kresloda və txta oturub ordan qalxıb getməsi deyil. Əsil məqsədimiz Prezidentlik və ya Padşahlıq qüdrətinini, Xalqı idarə etmə qüdrətini əldən veməkdir. Gördüyünüz kimi, bir çox hallarda biz özümüzdə taxt kəlməsini qüdrət mənasında işlədirik. İndi nə oldu Allaha çatanda zahiri mənası götürdük?!

«لبيــــــــك خــــــــامنئي »


#6 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 12 февраля 2009 - 13:53

nardarani sən bu cür yazmaqnan

Prezident devriləndən sonra. Xalq arasinda flan Prezident kürsüdən və ya taxtdan getdi kimi sözlər deyirik. BU sözləri deyəndə məqsədimiz onun hansısa kresloda və txta oturub ordan qalxıb getməsi deyil. Əsil məqsədimiz Prezidentlik və ya Padşahlıq qüdrətinini, Xalqı idarə etmə qüdrətini əldən veməkdir. Gördüyünüz kimi, bir çox hallarda biz özümüzdə taxt kəlməsini qüdrət mənasında işlədirik. İndi nə oldu Allaha çatanda zahiri mənası götürdük?!

müxaliflərin torunu düşərsən ,yani müxaliflər deyir ki, qarişqanın ayağı insan ayağı kimi olmadığı kimi,allahın ayağı da insanin ayağindan seçilir
səndə istəyirsən onlar üslübünda onlara başa salasan,allah isə başnan tanıtdıra bilməsən,
bax bir dənə də sual verirəm kafirlərə !
siz yüksəklik deyendə hansı yüksəkliyi qəsd edirsiz ? əgər desəz ki, kiminsə yuxarıdan kiməsə baxmağını deyirsizsə, 100% bilki allah elə deyil,allah ağıl məhsulun istehsal etdiyi məhsullardan ucalardadır,yəni allahı ağılnan anlaya bilməzsiz
sonra sual verə bilərsizki,yaxşı ağılnan allaha yüksədmək küfürdüsə ,onda bəs necə ? yəni fikir versəz şeytanın xoşladığı suallardan biridi bu,
bununda cavabı o olacaq ki, ancaq qəlbnən yüksəldə bilərsiz! qəlbdə olan hissiyyatı hər mömin sözə çevirə bilmir,çevirsə belə ağıl onu həzm edə bilmir
necəki əli r.a bu haqqda deyib .. allah hər şeyə əhatə edir ancaq maddə maddəni əhat edən kimi yox......
bu sözləri ağılnan qəbul etmək istəsən kafir olursan,yox əgər qəlbinizdə də qəbul edə bilmirsizsə (yəni yüksəldə bilmirsinizsə)onda demeli sizin qəlbiviz pərdəlidir
onda çönüb allaha dua edin ki (peyğəmbərə yoxa allaha) sizdən o pərdəni aradan qaldırsın, onda sonra alimlərivizi tərk edəcksiz,və tək allaha ibadət edəcəksiz.
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#7 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 12 февраля 2009 - 15:23

ahmed
Sən özündə səh düşünürsən. Əslində mən fəlsəfəni qəbul etməyən məzhəblərlə bu barədə danışmağı yersiz hesab edirəm. Bu səbəbdən xalq dilində ərş kəlməsinin necə istifadə olunduguna toxundum. Ərəblədə belə deyər: فُلانَ اِستَوى عَلى عَرشِهِ "Flankəs qüdrətə yetişdi" Göründüyü kimi ərş kəlməsindən istifadə edirlər.

«لبيــــــــك خــــــــامنئي »


#8 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 16 марта 2009 - 23:08

bir 3 il bundan qabaq ,bir saytda oxumushdum ki,
Imam Rza Tovhidi-Sadiqda demishdir ki:
kimki deyir ki ,allaha müəyyən bir məkandadır hemin adam müşrükdür.
hemin o saytda yadımdan çıxıb
Kİm deyə bilər, bu kitabı hardan tapmaq olar?
yadaki bu sözlərin səhifəsinni desə yaxşı olardı,
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#9 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 17 марта 2009 - 19:23



Albanidən soruşurlar ki, Allah ərşdə oturub? O isə cavab verir ki, oturmaq insan keyfiyyətlərinə aiddir və Allah haqda bunu demək olmaz, çünki O Ozü haqda belə deməyib. O heç nəyə bənzəmir.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#10 Zerger

Zerger

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 200 сообщений

Отправлено 24 октября 2009 - 05:00

Yaxshi Albani deyirki oturmayib,oturmag insani keyfiyyetdir.onda bele sual aglima geldiki,bes ershde ne edib?ayaq uste durub?bele desek onda yene alinmir axi,ayaq uste durmagda insani keyfiyyetdir.
bes ne deyek uzanib?buda olmur.
Bu lap meshediibadin papagi nece qoyum meselesine benzedi....
Selefiler izah ederdiler imkan olmasa bu sohbeti...


P.S Ahmed elbetde mushrikdirler.
Baxiram yollara.....

#11 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 25 октября 2009 - 20:52

Yaxshi Albani deyirki oturmayib,oturmag insani keyfiyyetdir.onda bele sual aglima geldiki,bes ershde ne edib?ayaq uste durub?bele desek onda yene alinmir axi,ayaq uste durmagda insani keyfiyyetdir.
bes ne deyek uzanib?buda olmur.
Bu lap meshediibadin papagi nece qoyum meselesine benzedi....
Selefiler izah ederdiler imkan olmasa bu sohbeti...


P.S Ahmed elbetde mushrikdirler.


Zerger deyirsən ki, müşrükdür, onda onların bu küfrünü görüb ancaq yəndə onları cahillik üzündən müsəlman sayan şiyə qardaşlarıvın hökmü nədir ? yəni kafiri cahillik üzündən kafir saymayan insanın hökmü nədir ?
sonrada Allah haqqında uzanıb demək ,və ya bu sözü dilə gətirmək nə isə izah etmək üçün yəndə batildi, murdar izahdı,
bunu başqa cürdə izah etmək olardı...
bax imam sadiqin imam rzanın sözlərinə bu haqqda.
gör necə Allaha məkan verənlərnən danişırdı......
sən isə ..

Сообщение отредактировал ahmed: 25 октября 2009 - 20:55

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru