Перейти к содержимому


Фотография

İlahi möcüzələr


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 6

#1 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 23 февраля 2011 - 15:57

Salam aleykum bacı və qardaşlar.

Buyurun siz də bura möcüzəvi linklər yerləşdirin.

BİSMİLLƏHİR RAHMƏNİR RAHİM.




Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#2 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 24 февраля 2011 - 08:28


Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#3 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 26 февраля 2011 - 01:08


Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#4 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 16 марта 2011 - 20:08

Dağıntılar altından 4 aylıq körpə sağ tapılıb


Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#5 Rugiyya.

Rugiyya.

    Jundi – Soldier

  • Ibtidai
  • 5 сообщений

Отправлено 17 мая 2011 - 20:19

mocuze axtaririg meger tebiyyet ozu bir mocuze deyilmi :whistling:
Ali hagdir ve hagg Ali iledir

#6 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 17 мая 2011 - 23:22

mocuze axtaririg meger tebiyyet ozu bir mocuze deyilmi :whistling:


Bacı, məgər ancaq təbiətdə olur möcüzə?

Сообщение отредактировал Ehli beyt ashigi: 17 мая 2011 - 23:22

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#7 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 15 ноября 2011 - 20:29

Əsrin Ən Böyük Möcüzəsi:

Quran Hafizi Kərbəlayı Məhəmməd Kazımın əhvəltı + Foto


Məhəmməd Kazım, İmam zadənin məzarının tavanı ətrafında nurlu yazılar görməyə başlayır. Gənclərdən biri: "Nə üçün bir şey oxumursan?" deyə soruşur. Məhəmməd Kazım: "Mən məktəbə getməmişəm, oxumaq yazmağı bilmirəm" deyir. Gənc: "Oxumalısan!" deyərək əlini Məhəmməd Kazımın sinəsinə qoyur və "İndi oxu!" deyir. Məhəmməd Kazım: "Nə oxuyum?" dedikdə, o gənc bir ayə oxuyub, "Belə oxu" deyir. Məhəmməd Kazım, ayəni oxuyub bitirincə, dönüb o gəncdən bir şey soruşmaq istədikdə kimsənin yanında olmadığını, türbədə tək olduğunu görür. Ani olaraq dəhşət onu bürüyərək huşsuz bir halda yerə yıxılır.


Məhəmməd Kazım, İranın Qərbində yerləşən Erak vilayətinin Fərahan mahalının "Saruk" kəndinin cütçüsü idi. Digər kənd əhalisinin əksəriyyəti kimi o, da oxumaq, yazmaq nemətindən məhrum idi. Bir gün, kəndə İlahi Hökümləri, halal və haramı təbliğ etmək üçün din alimi gəlir. Alim danışdıqda xüms, zəkat mövzularına işarə edərək; "Buğda məhsulu hesab həddinə çatarsa gərək məhsuldakı kasıbların haqqı olan zəkat verilsin. Əks təqdirdə əkinçinin malı haramla qarışmış olar. Əgər zəkatı verilməmiş buğdaların pulundan ev və ya paltar alınsa, o evdə və o paltarla namaz qılına bilməz" "Hər Müsəlman, "halal və harama diqqət yetirməli və malının zəkatını verməlidir" deyir.

Alimin söhbətlərindən sonra Məhəmməd Kazım, çalışdığı tarla sahibinin zəkat vermədiyini bildiyindən ötəri öz malının haramla qarışdığı və dolanışığını haramla qarışmış bir malla idarə etdiyi barədə dərin düşüncələrə qərq olur və sonunda qəti qərarın verərək: "Tarla sahibinə zəkat verməsini xatırladaram. Qəbul etməzsə o kənddən çıxıb ehtiyacımı təmiz və halal pulla təmin etmək üçün başqa bir yerə köç edərəm", – deyir.

Məhəmməd Kazımın bu cəhdi nəticəsiz qaldıqda, öz kəndin tərk edərək bir neçə il kəndin əhatəsindən qırağda çalışır. Sonda camaat ondan kəndə dönməsi üçün xahiş edərlər. Ona kiminsə tarlasında kiminsə nəzarəti altında deyil, məhz ayrıca müstəqil formada cütçülük etməsi üçün bir yer, bir miqdar da buğda verirlər.

Məhəmməd Kazım o il əkdiyi buğdanın yarısını (hərhalda zəkat olaraq) kasıblara verir, digər yarısını da toxum olaraq istifadə edir. Allah onun əkinçiliyinə bərəkət verir. Məhəmməd Kazım normadan artıq məhsul əldə edir. Bunu gördükdə o ildən etibarən məhsulunun yarısını kasıblara verməsini qərara alir. (Halbuki zəkat, tarlanın yağış və ya quyu suyu ilə suvarılmasına görə məhsulun onda və ya iyirmidə birdir.) Beləcə hər il məhsulunun yarısını kasıb və yoxsullara verməyə başlayır.

İllərin birində məhsulunu yığıb xırmanını döydükdən sonra, xırmanın samanını təmizləməklə məşğul olduğu günlərin birində günortaya yaxın külək dayanır, hava istiləşir. Artıq işinə davam edə bilməyən cütçü evə dönmək məcburiyyətində qalır. Yolun yarısında bir kasıb onunla qarşılaşar və "Bu il məhsulunuzdan bizə bir şey vermədiniz, yəqin bizi unutmusuz." deyir. Məhəmməd Kazım: "Xeyr, unutmadım. Amma hələ məhsulu yığa bilməmişəm” deyə cavab verir. Kasıb bunu eşidincə sevinib kəndə doğru gedir. Məhəmməd Kazım da istirahət etmədən təkrar tarlaya geri dönür. O, kasıbın buğda payını hazırlamaq üçün çoxlu zəhmət çəkir. Qoyunları üçün də birazca ot biçərək buğda və otları çiyininə götürüb kəndə doğru hərəkət edir.

Yol üstündə, gözəl bağçası olan "72 İmam zade " adlı məşhur bir türbə var idi. İstirahət etmək üçün ot və buğdasnı bir yana qoyaraq, İmam Zadenin bağçasında oturur. Bu əsnada iki yaraşıqlı gəncin ona doğru gəldiklərini görür. Onlar: "Bizimlə bu imam zadedə bir Fatihə oxumaq üçün gəlirsənmi?" deyərlər.

Məhəmməd Kazım: "Gəlmək istəyərdim, ancaq bu otları evə aparmaq istəyirəm deyə" cavab verir.

Amma onlar: "Bizimlə gəl də bir Fatihə oxuyaq, sonra get" deyə israr edirlər…

Onlar öndən, Məhəmməd Kazım da arxadan içəri daxil olur. İlk öncə, öndəki İmam zadənin qəbirinin başı üstündə bir fatihə oxuyrlar. Daha sonra, arxadakı İmam zadənin qəbirinə yaxınlaşıb bir sıra dualar oxumaqla məşğul olurlar. Lakin Məhəmməd Kazım onların oxuduqlarından heç bir şey anlamır. Bu əsnada Məhəmməd Kazım, İmam zadənin məzarının tavanı ətrafında nurlu yazılar görməyə başlayır.

Gənclərdən biri: "Nə üçün bir şey oxumursan?" deyə soruşur.

Məhəmməd Kazım: "Mən məktəbə getməmişəm, oxumaq yazmağı bilmirəm" deyir.

Gənc: "Oxumalısan!" deyərək əlini Məhəmməd Kazımın sinəsinə qoyur və "İndi oxu!" deyir. Məhəmməd Kazım: "Nə oxuyum?" dedikdə, o gənc bir ayə oxuyub, "Belə oxu" deyir. Məhəmməd Kazım, ayəni oxuyub bitirincə, dönüb o gəncdən bir şey soruşmaq istədikdə kimsənin yanında olmadığını, türbədə tək olduğunu görür. Ani olaraq dəhşət onu bürüyərək huşsuz bir halda yerə yıxılır.

Özünə gəldikdə, çox böyük bir yorğunluq hiss edir. "Bura haradır və burada nə edirəm?" deyə düşünməyə başlayır. Daha sonra türbədən çölə çıxaraq ot və buğda yükünü çiyininə alıb kəndə doğru yollanır. Yolun yarısında nələrisə oxuya bildiyini anlayır! Sonra o iki gənci xatırlayaraq özünün Quran hafizi olduğunu dərk edir.

Xalq ona, "Hardaydın?" deyə soruşduqda, onlara heç bir şey demir. Vaxt itirmədən kəndin imamı Hacı Səbir Ərakinin yanına gəlir. Başında gələn əhvalatı ona izah edir.

Kəndin İmamı: "Bəlkə yuxu görmüsən, xəyala qapılmısan." deyir. Amma Məhəmməd Kazım: "Xeyr, oyaq idım, o iki gənclə öz ayağımla türbəyə daxil oldum. İndi də Quranın hamısını əzbərdən bilirəm." deyə cavab verir.

Hacı Səbir Əraki bir Quran gətirib Quranın müxtəlif ayələrini və uzun surələrdən bir neçəsini ondan soruşur. O da hamısını əzbərdən oxuyur.

Kəndin əhalisi, Məscid İmamının nə deyəcəyini bilməkdən ötrü onun ətrafına toplanırlar. Hacı Səbir Əraki, Məhəmməd Kazımı bir çox müxtəlif imtahanlara çəkdikdən sonra belə deyir: "Xoş halına! İşi düzəlib. Dəyərli bir şeylə qarşılaşıb. Ona Allahın xüsusi lütfi şamil olmuşdur..."

Bu hadisədən aydın oldur ki, Kərbəlai Kazım haram və günahdan çəkinərək ,dini əmrlərə əhəmiyyət verməklə Allahın lütfün qazanmış və İlahi övliyalardan birinə çevrilmişdir.

Kərbəlai Kazım ömürünün sonuna qədər Quranın hamısını əzbərdən oxuyar, oxuyub yazmağı bilməməsinə baxmayaraq istənilən ayə və sözü Qurandan dərhal tapıb göstərərdi. Bu Allahın bəndəsinə verdiyi lütf və hədiyyəsidir.

Bu xəbər yayıldıqda, insanların bu canlı möcüzəni görüb qeyb aləminə imanlarının artması üçün onu İranın Məlayir, Tuysirkan, Həmədan, Kermanşah, Tehran, Qum və Məşhəd, İraqın Kazimeyn, Kərbəla və Nəcəf şəhərlərinə, Küveyt və Hicaza, aparırlar. Orada Kərbəlaı Kazımı, minlərlə insan yüzlərlə alim qarşılayaraq sınayır. Bu xəbərin bir hissəsi, hicri 1332-1335 (miladi 1943-1946-cı) illərdə İranın jurnal və qəzetlərində nəşr olunmuşdur.

Kərbəlai Kazım, təkcə Quran hafizli deyildi. O, digər qeyri addi xüsusiyyətlərə də malik idi. Belə ki, onun hər kəsi heyrətə salan xüsusiyyətlərindən biri də, hər Quranı, hətta əl yazılı olan Quranı belə ona verib filan ayəsni tap dedikdə, səyfələməmiş Quranı elə bir şəkildə açırdı ki, axtardığı ayə açdığı eyni səhifədə çıxırdı, barmağıyla o ayəni göstərirdi.

Daha maraqlı bu idi ki: Məkasib və Şərhi Lümə (ərəbcə və çox elmi kitablardır) kimi çox kiçik yazılarla yazılan Ərəbcə bir kitabı ona verib "Bu səhifədəki Quran ayələrini tap" dediklərində, o səhifədə Quran ayələrinin çox az olmasına və diqqətə çarpayan bir şəkildə yazılmasına baxmayaraq, heç gözləmədən həmin ayəni göstərərək "Bu ayə filan surədəki filan ayədir" deyərdi.

Hacı Şeyx Məhəmməd Razi

Bir çox əsəri olan Höccətul İslam Şeyx Məhəmməd Razi, "Gəncinei Danişmendan" adlı qiymətli kitabında belə yazır:

"Fərahanın "Saruk" kəndindən olan Quran hafizi mərhum Kərbəlai Kazım, zamanəsinin heyrətləndirici bir insanı idi. O bir neçə ay Qumda bizim evdə qaldı, oxuyub yaza bilmirdi. Amma Allahın höccəti, günahsız İmamdan başqa kimsənin mümkün olmayacağı bir şəkildə Quran hafizi idi. Mən dəfələrlə onu sınadım, heç bir dəfə də dayandığını və ya cavab verməkdə çətinlik çəkməsini görmədim.

Quran ayələrindən hər hansı bir ayəni ondan soruşduqda, ayə Quran Kərimin bir neçə yerində təkrarən gəlmiş olasaydı dərhal "Bu oxşar ayələrdəndir, filan və filan surələrdə gəlmişdir" deyərdi. Təkrarlanmayan ayədən soruşduqda da dərhal, "O ayə filan surədədir, əvvəli və sonu belədir" deyərdi. "Bu ayəsni Quranda göstər." dediklərində, hər növ Quran olsaydı onu əlinə alıb bir dəfə Quranı açmaqla istənilən ayəni göstərirdi.

Nəcəf və Kərbəla təqlid mərcilərinin hamısı, o cümlədən mərhum Ayətullahil Uzma Seyyid Əbul Həsən İsfəhani, Ayətullahil Uzma Xoi, Ayətullahil Uzma Mirzə Hadi Xorasanı və Qum Elm Hövzəsinin təqlid mərcilərindən mərhum Ayətullahil Uzma Burucerdi, Ayətullahil Uzma Höccət, Ayətullahil Uzma Seyyid Məhəmməd Təği Xansari, Ayətulllahil Uzma Sadr, Ayetullahil Uzma Mərəşi Nəcəfi və Tehran, Məşhəd, Həmədan, Kermanşah, Ərak və digər bir çox şəhərin böyük alimləri də onu görüb sınamış, bu növ əzbərləmənin təbii olmayıb, fövqəladə bir əzbərləmə olduğunu söyləmişlər.

Onu Ayətullah Burucerdinin yanına apardılar. Tələbələr, Feyziyyə Mədrəsəsində pərvanə kimi onun ətrafına toplaşmışdır.

Tələbələrdən bəziləri, Quranın müxtəlif ayələrindən bir neçə cümləni uyğun bir şəkildə ayırıb " Kərbəlai Kazım, bu ayə hansı surədədir?" deyə soruşduqda o gülümsəyərək, "dəcəllik edirsiniz, ilk cümlə filan surədədir, önü və arxası budur. İkinci cümlə də filan surədədir, önü və arxası belədir. Digər cümlələr də filan surələrdədir." demişdir.

Kərbəlai Kazımın Quran Hafizliyinin Bəzi Xüsusiyyətləri

1- Ərəbcə və ya Ərəbcə olmayan bir söz ona oxunduğunda dərhal Qurandan olub olmadığını söyləyirdi.

2- Qurandan hər hansı bir sözü ondan soruşduqda düşünmədən hansı surə və cüzdə olduğunu deyirdi.

3- Quranda təkrar gələn bir ayəni soruşduda, dayanmadan bütün təkrarlandığı yerləri sayıb hər birinin davamını oxuyurdu.

4- Bir ayədə və ya bir sözdə və ya bir hərfdə bir əlamət səhv oxunduğunda və ya azaldılıb çoxaldıldığında dərhal fərqinə varıb doğrusunu söyləyirdi.

5- Bir neçə surədən bir neçə ayəni dal ba dal oxunsaydılar, hər ayənin yerini yanılmadan söyləyirdi.

6- İstənilən hər ayə və sözü, müxtəlif naşirlərin çap etdiyi Quranlarda dərhal tapıb yerini göstərirdi.

Göz həkimi Professor Saduqi

Şeyx Məhəmməd Razi belə yazır: " Kərbəlai Kazımı göz ağrısından ötəri Tehranın məşhur göz həkimi Professor Saduqinin yanına müayin etməkdən ötrü apardım. Onu həkimlə tanış etdim və dedim ki: "Gördüyünüz bu şəxs əsrimizin Quran hafizi Kərbəlai Kazımdır. Yazıb oxumağı bilməyən və yaxşı bir yaddaşı olmadan Quranın hamısını möcüzə yoluyla əzbərdən bilir. Qurandan hər ayə soruşsanız, dərhal hansı surədə olduğunu və onun önündəki və arxasındakı ayəsini sizə söyləyər. Daha maraqlısı budur ki, müxtəlif çapxanalarda fərqli nəşr olunan Quranlardakı hər hansı bir ayəni tapmaq istədikdə dərhal tapıb sizə göstərər."

Bunu eşidən həkim kitab rəfindən əl yazması olan çox qiymətli bir Quranı gətirib: "Hacı! "İnnəməl xəmru vəl məysir" ayəsini bu Quranda taparsanmı?" dedikdə Kərbəlai Kazım Quranı götürüb açdı və "Buyurun" dedi. İstənilən ayənin eyni səhifədə olduğunu göstərdi.

Doktor Saduqi, bunu görüncə çaş-baş qalaraq belə dedi: "Çox təəssüf ki, din və məzhəbimiz üçün belə açıq bir ayə (nişana) olduğu halda hərəkət etmirik. Əgər belə bir şəxs Amerika və ya Avropada olsaydı, ondan maddi və mənəvi istiqamətd nəhayət faydanı alaraq öz dinlərini bütün dünyaya yaymağa çalışardılar."

Atasına Olduqca Bənzəyən Kərbəlai Kazımın Oğulu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

http://abna.ir/data....ng=13&id=278237
İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru