DİNİ SAVADI OLMAYAN ŞƏXSİN RUHANİ TƏKİN QƏLƏMƏ VERİLMƏ TƏHLÜKƏSİ! ALİMCIĞAZIN AQİBƏTİ! ŞAHİN HƏSƏNLİ DİNİN ZƏRURİYYƏTİNİ DANDI
Məqalədə Hacının dini savadının olması fikri irəli sürülür. Yəni Hacı azadlıq radiosuna verdiyi müsahibədə dini savadı olmamasını göstərib. Gəlin Hacı Şahinin dediklərini bir daha nəzərdən keçirək:
«İslamın cəza sistemi o dövr üçün mütərəqqi sistem olub. O zamankı yarımvəhşi dövrdə hüquqi sistemin qurulması çox ciddi bir məsələ idi».
Buna irad tutmaq mümkün deyil. Həqiqətən də İslam dini o dövr üçün çox mütərəqqi cəza sistemi qurub.
«Məsələn, müasir alimlər daşqalaq cəzasını məqbul hesab etmirlər. Ümumiyyətlə, ölüm hökmü ilə bağlı da mübahisələr gedir. Düzdür, İslam ölüm hökmünü cəza növü kimi qəbul edir. Amma İslamın bu cəzanın tərəfdarı olduğunu iddia etmək düzgün deyil».
Bu gün İran İslam Respublikasında daşqalaq hökmünü əksər bölgələrdə asılma ilə əvəz ediblər. Və yəqin ki, çox keçməz bu cəza növünü bütün İran ərazisində tətbiq edəcəklər. Burada bir sual doğur: Məgər bunu müctehidlərlə razılaşmadan etmək mümkün idimi? Əlbəttə ki, yox. Yəni...
İslam ölüm hökmünün tərəfdarı deyil sözünü tərsə-mayallaq başa düşənlərə çatdırmaq istəyirəm ki, Hacı deyir ki. İslam dini gəlməyib ki. camaatı bir ucdan edam etsin. İslam dini bu cəza növünü cəmiyyətin islahında qaçılmaz elementlərdən biri kimi görür.
Ş.Həsənli deyir ki, şəriətə görə, böyük günahların cəzası – ölüm hökmü olur. Bunların sırasına zina, oğurluq, qanunsuz cinsi münasibət, dövlətə qarşı cinayətlər və s. daxil edilir. Amma hazırda hansı növ əməllərin böyük günah sayılacağına dair də mübahisələr aparılır. Hətta İranın özündə belə bəzi ruhanilər dünyəvi cəza növlərindən istifadə etməyə çağırırlar:
«Bəziləri 100-ə qədər böyük günah siyahısı tutub. Bəzisi bu cür günahların sayının sadəcə 7 olduğunu düşünür. Bəziləri deyir ki, İslamda əsas dəyərlər – yaxşı və pis qiymətləndirilən hərəkətlər dəyişmir. Sadəcə, cəza növü tətbiq ediləndə, baxılmalıdır ki, hansı günaha hansı cəza tətbiq edilsin».
İndi Bu sözlərdə Hacı Şahin hansı savadsızlığını nümayiş etdirtmişdir? Hacı Şahin alimlər arasında böyük günahların neçə dənə olması barədə fikir müxtəlifliyinin olduğunu deyir və əgər kimsə kitab oxuyandırsa, həqiqətən də alimlərin bu barədə fikir müxtəlifliyinin olduğunu görmüşdür.
Cəzalardan sui-istifadə hallarına gəlincə, Ş.Həsənli hesab edir ki, bu, yalnız İslam dövlətlərində deyil, dünyəvi dövlətlərdə də mövcuddur. İslam alimlərinə istinad edən ilahiyyatçı deyir ki, İslamda yalnız dəyərlər toxunulmaz qala bilər, cəzaları isə yenidən müzakirə etmək olar.
Əgər bunu bu gün İranda ruhanilər müzakirə edirlərsə. Hacı Şahin bunu deməklə dini savadsızlığını göstərmiş olub?
P.S Məncə burada məsələ başqadır. Sifarişlə yazılmış bu məqaləyə ar olsun!!!
P.P.S Moder və admindən xahiş edirəm ki, bu mövzunu silməsinlər. Bu mövzuya əgər həssas yanaşıb müzakirə etsək bir neçə məsələ aydınlaşacaq.