Перейти к содержимому

Фотография

Bunun arxasında kim durur və nə məqsəd güdür?

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 32

#1 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 25 февраля 2011 - 03:25

Abna.ir saytı yəqin ki, hamıya tanış saytdır. Dini mövzularda və İslam aləmində baş verən hadislərlə bağlı məqalələri milyonlarla insan tərəfindən izlənilir və oxunur. Amma həmin saytın azərbaycan dilindəki versiyası görkəmli dini liderlərimizdən olan Hacı Şahini çox məntiqsiz şəkildə tənqid daha doğrusu təhqir etmişdir. Alçaqcasına yazılan bu məqaləyə alçaqcasına belə ad qoyulmuşdur.
DİNİ SAVADI OLMAYAN ŞƏXSİN RUHANİ TƏKİN QƏLƏMƏ VERİLMƏ TƏHLÜKƏSİ! ALİMCIĞAZIN AQİBƏTİ! ŞAHİN HƏSƏNLİ DİNİN ZƏRURİYYƏTİNİ DANDI

Məqalədə Hacının dini savadının olması fikri irəli sürülür. Yəni Hacı azadlıq radiosuna verdiyi müsahibədə dini savadı olmamasını göstərib. Gəlin Hacı Şahinin dediklərini bir daha nəzərdən keçirək:

«İslamın cəza sistemi o dövr üçün mütərəqqi sistem olub. O zamankı yarımvəhşi dövrdə hüquqi sistemin qurulması çox ciddi bir məsələ idi».

Buna irad tutmaq mümkün deyil. Həqiqətən də İslam dini o dövr üçün çox mütərəqqi cəza sistemi qurub.

«Məsələn, müasir alimlər daşqalaq cəzasını məqbul hesab etmirlər. Ümumiyyətlə, ölüm hökmü ilə bağlı da mübahisələr gedir. Düzdür, İslam ölüm hökmünü cəza növü kimi qəbul edir. Amma İslamın bu cəzanın tərəfdarı olduğunu iddia etmək düzgün deyil».

Bu gün İran İslam Respublikasında daşqalaq hökmünü əksər bölgələrdə asılma ilə əvəz ediblər. Və yəqin ki, çox keçməz bu cəza növünü bütün İran ərazisində tətbiq edəcəklər. Burada bir sual doğur: Məgər bunu müctehidlərlə razılaşmadan etmək mümkün idimi? Əlbəttə ki, yox. Yəni...

İslam ölüm hökmünün tərəfdarı deyil sözünü tərsə-mayallaq başa düşənlərə çatdırmaq istəyirəm ki, Hacı deyir ki. İslam dini gəlməyib ki. camaatı bir ucdan edam etsin. İslam dini bu cəza növünü cəmiyyətin islahında qaçılmaz elementlərdən biri kimi görür.

Ş.Həsənli deyir ki, şəriətə görə, böyük günahların cəzası – ölüm hökmü olur. Bunların sırasına zina, oğurluq, qanunsuz cinsi münasibət, dövlətə qarşı cinayətlər və s. daxil edilir. Amma hazırda hansı növ əməllərin böyük günah sayılacağına dair də mübahisələr aparılır. Hətta İranın özündə belə bəzi ruhanilər dünyəvi cəza növlərindən istifadə etməyə çağırırlar:

«Bəziləri 100-ə qədər böyük günah siyahısı tutub. Bəzisi bu cür günahların sayının sadəcə 7 olduğunu düşünür. Bəziləri deyir ki, İslamda əsas dəyərlər – yaxşı və pis qiymətləndirilən hərəkətlər dəyişmir. Sadəcə, cəza növü tətbiq ediləndə, baxılmalıdır ki, hansı günaha hansı cəza tətbiq edilsin».

İndi Bu sözlərdə Hacı Şahin hansı savadsızlığını nümayiş etdirtmişdir? Hacı Şahin alimlər arasında böyük günahların neçə dənə olması barədə fikir müxtəlifliyinin olduğunu deyir və əgər kimsə kitab oxuyandırsa, həqiqətən də alimlərin bu barədə fikir müxtəlifliyinin olduğunu görmüşdür.

Cəzalardan sui-istifadə hallarına gəlincə, Ş.Həsənli hesab edir ki, bu, yalnız İslam dövlətlərində deyil, dünyəvi dövlətlərdə də mövcuddur. İslam alimlərinə istinad edən ilahiyyatçı deyir ki, İslamda yalnız dəyərlər toxunulmaz qala bilər, cəzaları isə yenidən müzakirə etmək olar.

Əgər bunu bu gün İranda ruhanilər müzakirə edirlərsə. Hacı Şahin bunu deməklə dini savadsızlığını göstərmiş olub?

P.S Məncə burada məsələ başqadır. Sifarişlə yazılmış bu məqaləyə ar olsun!!!

P.P.S Moder və admindən xahiş edirəm ki, bu mövzunu silməsinlər. Bu mövzuya əgər həssas yanaşıb müzakirə etsək bir neçə məsələ aydınlaşacaq.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#2 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 25 февраля 2011 - 12:24

Çox təəccübləndim. ABNA Azərbaycanın belə deyək ən nüfuzlu şiə ruhanisini "vurur". Mənə elə gəlir ki, bunu səbəbləri bir neçə ola bilər. Bundan əvvəl Hacı polis idarəsinə çağrılanda ABNA bu haqda yazmışdı və pisləmişdi. Həqiqətən ar olsun. Deyəsən həqiqətən İranın təbliğçi saytalarını muhafizəkar mollalar ələ alıb.

Сообщение отредактировал al-Islam: 25 февраля 2011 - 12:28

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#3 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 25 февраля 2011 - 13:05

24:19 Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!

24:20 Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı (Halınız necə olardı)? (Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi).

24:21 Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#4 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 25 февраля 2011 - 13:53

«İslamın cəza sistemi o dövr üçün mütərəqqi sistem olub. O zamankı yarımvəhşi dövrdə hüquqi sistemin qurulması çox ciddi bir məsələ idi».

O dövrdə insanlar yarımvəhşi idilərsə indi tam vəhşiləşiblər.

«Məsələn, müasir alimlər daşqalaq cəzasını məqbul hesab etmirlər. Ümumiyyətlə, ölüm hökmü ilə bağlı da mübahisələr gedir. Düzdür, İslam ölüm hökmünü cəza növü kimi qəbul edir. Amma İslamın bu cəzanın tərəfdarı olduğunu iddia etmək düzgün deyil».

Onda elə cıxır ki,İslam dönüb olub moda,hər yeni bir müassir alim gələcək nəsə Allahın hökmündə yeniliklər edəcək?Əcəb yaxşı,onda biz nəyə görə bəzi xəlifələrə irad tuturuq ki,mütə,azan,dəstəmaz,namaz və s.fiqhi məsələlərdə dəyişikliklər ediblər.

İslam bu cəza növlərinin tərəfdarı olmasaydı Allah təala bu ayələri nazil etməzdi və hec kimin ixtiyarı yoxdur ki,Allahın hökmlərini dəyişə.Bu Qurana xilaf cıxmaq deməkdir və İran islam demək deyil,İslam Qurandır və Allah təala hər bir hökmü orada verib ta qiyamətə kimi.

Ş.Həsənli deyir ki, şəriətə görə, böyük günahların cəzası – ölüm hökmü olur. Bunların sırasına zina, oğurluq, qanunsuz cinsi münasibət, dövlətə qarşı cinayətlər və s. daxil edilir. Amma hazırda hansı növ əməllərin böyük günah sayılacağına dair də mübahisələr aparılır. Hətta İranın özündə belə bəzi ruhanilər dünyəvi cəza növlərindən istifadə etməyə çağırırlar:.

Deməli, dünyavi cəza növlərinə cağırırlar,əla hansısa adi bir insanın kəşf etdiyi cəza növünə cağırıb, Allahın hökm verdiyi cəza növündən cəkindirirlər?

İslamda yalnız dəyərlər toxunulmaz qala bilər, cəzaları isə yenidən müzakirə etmək olar.

Cəza növü İslamda dəyərsizdir?Yoxsa İslam dəyərlərinə aid deyil?Axı nəyə əsasən,Allah təala kimə ixtiyar verib ki,Onun verdiyi hökmləri müzakirə etsinlər?Yoxsa bu cəza növləri Quranda yazılmayıb?

Allahdan yaxşı hökm verən var?Allahdan ədalətli kim ola bilər?

P.S.İslam şəxsiyyət pərəstliyi sevmir.Ona görə haqqı həmişə demək lazımdır,hətda bizim ziyanımıza olsada belə.

Сообщение отредактировал Ehli beyt ashigi: 25 февраля 2011 - 14:00

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#5 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 25 февраля 2011 - 19:29

Çox təəccübləndim. ABNA Azərbaycanın belə deyək ən nüfuzlu şiə ruhanisini "vurur". Mənə elə gəlir ki, bunu səbəbləri bir neçə ola bilər. Bundan əvvəl Hacı polis idarəsinə çağrılanda ABNA bu haqda yazmışdı və pisləmişdi. Həqiqətən ar olsun. Deyəsən həqiqətən İranın təbliğçi saytalarını muhafizəkar mollalar ələ alıb.

Bunun bir səbəbi var və mövzunu davam etdirdikcə buna işarə edərik. Sayta isə mühafizəkar mollalar filan rəhbərlik etmir. Saytın azərbaycan dili versiyasını azərbaycanlılar idarə edir. İranlıların azərbaycan dili versiyasında hansı məqalələrin getməsindən xəbəri belə yoxdur. Çünki rus dili versiyasında bir dəfə elə məqalə getmişdi ki, o məqalə birbaşa vilayəti-fəqihə və Hizbullah təşkilatına qarşı məqalə idi. Mənim o sayta bunu bildirdiyimdən sonra deyəsən o məqaləni yığışdırdılar. Yəni mollalar tut ne priçom. Bir də ki, mollaları mühafizəkara yaxud islahatçıya böləndə bir az gülməyim gəlir. Çünki dəfələrlə şahidi olmuşam ki, islahatçı adlandırılan adam elə söz danışır ki, bizim yas mollalarına şükür edirsən. Mühafizəkar adlandırılan isə elə söz deyir ki, postmodernistin atasına rəhmət oxumaq istəyirsən. Və bunun adı ictihaddır.

Сообщение отредактировал vusal114: 25 февраля 2011 - 20:05

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#6 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 25 февраля 2011 - 19:54

«İslamın cəza sistemi o dövr üçün mütərəqqi sistem olub. O zamankı yarımvəhşi dövrdə hüquqi sistemin qurulması çox ciddi bir məsələ idi».

O dövrdə insanlar yarımvəhşi idilərsə indi tam vəhşiləşiblər.

Onda dediklərinin əksinə gərək daha kamil qanunlar yazılsın ki. :rolleyes: Amma bizim mövzumuz bu deyil. Və Hacının da bu sözünə irad tutmaq gülməlidir. Çünki bu tarixi faktdır.

«Məsələn, müasir alimlər daşqalaq cəzasını məqbul hesab etmirlər. Ümumiyyətlə, ölüm hökmü ilə bağlı da mübahisələr gedir. Düzdür, İslam ölüm hökmünü cəza növü kimi qəbul edir. Amma İslamın bu cəzanın tərəfdarı olduğunu iddia etmək düzgün deyil».

Onda elə cıxır ki,İslam dönüb olub moda,hər yeni bir müassir alim gələcək nəsə Allahın hökmündə yeniliklər edəcək?Əcəb yaxşı,onda biz nəyə görə bəzi xəlifələrə irad tuturuq ki,mütə,azan,dəstəmaz,namaz və s.fiqhi məsələlərdə dəyişikliklər ediblər.

İslam bu cəza növlərinin tərəfdarı olmasaydı Allah təala bu ayələri nazil etməzdi və hec kimin ixtiyarı yoxdur ki,Allahın hökmlərini dəyişə.Bu Qurana xilaf cıxmaq deməkdir və İran islam demək deyil,İslam Qurandır və Allah təala hər bir hökmü orada verib ta qiyamətə kimi.

Zəhmət olmasa müctehidlərin arasında şəri məsələlərlə bağlı fikir müxtəlifliyini izah et. Edə bilməzsən. Bu onlara verilmiş ixtiyardır. Nə vaxt sən və ya mən müctehid olarıq, o zaman daha düzgününü bəyan edərik. Bu gün müctehidin biri deyir kafir nəcisdir, o biri deyir pakdır. Heç biri kafirlə heç müvəqqəti evlənməyə icazə vermir amma biri lap daimi əqdə icazə verir. Bir neçəsinin nəzərində şahmat hələ də haramdır amma əksəriyyəti halal bilir. Biri deyir sünnüyə iqtida etmək olar amma digəri deyir o kafirdir. Biri deyir qəmə vurmaq haramdır, digəri bunun savab olduğu fitvasını verir. Yəni müctehidə ictihad etmək icazəsi verildiyi üçün biz bu işə qarışa bilmərik. Bizim boynumuza düşən təqlid etdiyimiz müctehidə itaət etməkdir.

Allah-təala Quranda bəzi zina etmiş şəxsləri ölüm hökmünə məhkum edir. Amma daşqalaq etməsi barədə danışmır. Daşqalaq sünnədə gəlmişdir. Ayətullah Məkarim Şirazi(mən ancaq onun nəzərini bilirəm) daşqalağın adi edamla əvəzlənməsinə icazə verir. Və əgər İranda daşqalağın başqa edam növü ilə əvəzlənməsinə icazə veriblərsə, bu o deməkdir ki, buna müctehidlər icazə veriblər. Yəni bunu parlamentdəki deputatlar etməyiblər.

Ş.Həsənli deyir ki, şəriətə görə, böyük günahların cəzası – ölüm hökmü olur. Bunların sırasına zina, oğurluq, qanunsuz cinsi münasibət, dövlətə qarşı cinayətlər və s. daxil edilir. Amma hazırda hansı növ əməllərin böyük günah sayılacağına dair də mübahisələr aparılır. Hətta İranın özündə belə bəzi ruhanilər dünyəvi cəza növlərindən istifadə etməyə çağırırlar:.

Deməli, dünyavi cəza növlərinə cağırırlar,əla hansısa adi bir insanın kəşf etdiyi cəza növünə cağırıb, Allahın hökm verdiyi cəza növündən cəkindirirlər?

Çünki bəzi məsələlər ortaya çıxıb ki, onlara şəriətimizdə hədd yazılmayıb. Və o məsələlərə həddi mövcud olan şəri hədlə müqayisə edərək tətbiq etmək mümkün olmur.

İslamda yalnız dəyərlər toxunulmaz qala bilər, cəzaları isə yenidən müzakirə etmək olar.

Cəza növü İslamda dəyərsizdir?Yoxsa İslam dəyərlərinə aid deyil?Axı nəyə əsasən,Allah təala kimə ixtiyar verib ki,Onun verdiyi hökmləri müzakirə etsinlər?Yoxsa bu cəza növləri Quranda yazılmayıb?

Allahdan yaxşı hökm verən var?Allahdan ədalətli kim ola bilər?

P.S.İslam şəxsiyyət pərəstliyi sevmir.Ona görə haqqı həmişə demək lazımdır,hətda bizim ziyanımıza olsada belə.

Alimlər peyğəmbərlərin varisləridir. Və yalnız onlara bu məsələlər barədə fikir yürütmək icazəsi verilmişdir. Və Hacı Şahin bu müsahibədə bir kəlmə belə öz fikrini deməyib. Yalnız həmin alimlərin fikirlərinə istinadən danışıb.

P.S Açdığım mövzunun məğzi isə cəza növlərinin dəyişilməsinin mümkünlüyü və qeyri-mümkünlüyü barədə deyil. Mövzunu açmaqda məqsədim başqadır. Və bunu ilk postda açıqlamışam.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#7 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 25 февраля 2011 - 19:56

Deyəsən abnadakılar səhvlərini başa düşdülər. Əslində mənim bildiyimə görə onlara ünvanlanan şərhlərə tab gətirməyərək mövzunu silmişlər. Amma koppolun Google saytı

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#8 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 25 февраля 2011 - 20:28

Burada 2 siyasi istiqamət ola bilər:
1. Hacı Şahini AİP sədri və Hacı Zülfüqarın tutduğu nisbətən sərt mövqeyə təzyiq etməklə istiqamətləndirmək.
2. Məlumdur ki, həbs olunan dindarlar Azərbaycan dövlətçiliyinə xəyanətdə, İrana "nökərçilikdə" ittiham olunur. Ola bilsin ki, İran Hacını "vurmaqla", onu bu tərəfdən sığortalamaq istəyir.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#9 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 25 февраля 2011 - 20:54

Zəhmət olmasa müctehidlərin arasında şəri məsələlərlə bağlı fikir müxtəlifliyini izah et. Edə bilməzsən. Bu onlara verilmiş ixtiyardır. Nə vaxt sən və ya mən müctehid olarıq, o zaman daha düzgününü bəyan edərik. Bu gün müctehidin biri deyir kafir nəcisdir, o biri deyir pakdır. Heç biri kafirlə heç müvəqqəti evlənməyə icazə vermir amma biri lap daimi əqdə icazə verir. Bir neçəsinin nəzərində şahmat hələ də haramdır amma əksəriyyəti halal bilir. Biri deyir sünnüyə iqtida etmək olar amma digəri deyir o kafirdir. Biri deyir qəmə vurmaq haramdır, digəri bunun savab olduğu fitvasını verir. Yəni müctehidə ictihad etmək icazəsi verildiyi üçün biz bu işə qarışa bilmərik. Bizim boynumuza düşən təqlid etdiyimiz müctehidə itaət etməkdir.

Qardaşım, fikir müxtəlifliyi o vaxt olar ki,100% dəlil olmasın amma söhbət burada möhkəm ayələrdən,mötəbər hədislərdən gedir.Hansı ki,Allah təala hökm verib,Hz.Peyğəmbərdə(s.ə.ə.s.) icra edib.Quran və sünnədə belə gəlib,bu hökmləri dəyişdirmək bidət deyil?

Dünyavi cəzaya cağırırlarsa,onda dünyanın 90% ölkələrində ölüm hökmü yoxdur,ömürlük həbs cəzasıdır.

Sabahda bir müctehid icdihad edib deyər ki,namaz ərəblərcün gəlib, kim itəyir qılsın kim istəyir gılmasın.Bizdə deyək ki,hədə alimdir deyir deməli belədir biz avamıq hecnə bilmirik.

Vusal,sən məndən də yaxşı bilirsən ki,o yazıda nöqsanlı cavablar coxdur.

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#10 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 25 февраля 2011 - 21:11

Qardaşım, Vüsal qardaşımız da göstərdi ki, bəzi müctehidlər bu barədə hökm veriblər. Məsələn, Ayətullah Məkarim daş-qalaq hökmünün asmaqla əvəz olunmasına cəvaz verib. İndi belə çıxır ki, o da bidət edir?
Allah niyə cəza təyin edib? Allah cəza təyin edib ki, insanlara əzab versin ya nə? Allahın əzab vermək üçün şəri hökmə ehtiyacı yoxdu. Allah cəza təyin edib ki, insanları bu cinayətlərdən çəkindirsin. Cəza da cəmiyyətin şüuruna uyğun şəkildə olur. Ona görədə mahiyyətin yox, formanın dəyişməsində bidət niyə olsun? Kiminsə daşnan yox, asılmaqnan öldürülməsi dinin əsaslarından sayılmır.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#11 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 25 февраля 2011 - 22:40

Qardaşım, Vüsal qardaşımız da göstərdi ki, bəzi müctehidlər bu barədə hökm veriblər. Məsələn, Ayətullah Məkarim daş-qalaq hökmünün asmaqla əvəz olunmasına cəvaz verib. İndi belə çıxır ki, o da bidət edir?
Allah niyə cəza təyin edib? Allah cəza təyin edib ki, insanlara əzab versin ya nə? Allahın əzab vermək üçün şəri hökmə ehtiyacı yoxdu. Allah cəza təyin edib ki, insanları bu cinayətlərdən çəkindirsin. Cəza da cəmiyyətin şüuruna uyğun şəkildə olur. Ona görədə mahiyyətin yox, formanın dəyişməsində bidət niyə olsun? Kiminsə daşnan yox, asılmaqnan öldürülməsi dinin əsaslarından sayılmır.

Qardaşım,Söhbət daş qalaqdan asmaqdan getmir,burada deyilir ki,ruhanilər dünyavi cəzaların tətbiqinə səslənirlər.Kim icad edib bu cəza növlərini?

Yəni dünyavi cəza tətbiginə görə, zinakarı, qatili edam etmirlər.Gedib kimi harda gəldi zorlayırlar uzaq başı 2-3 il qazamat yatıb cıxırlar.Qatildə lap 100 nəfəri öldürsün ömürlük həbs cəzasıdır.

Oğrunuda həmcinin əlini kəsən yoxdur,oğurluq elə nə qədər istəyirsən uzaq başı zindandır.

Bax, biz deyirik ki,İmamı Allah təyin etməlidir düzdür? və ilk üc xəlifənidə buna görə qəbul etmirik,cünki,buna dəlilimiz Qurandandır,amma mütaşabeh ayələrlə..

İndi baxaq, cəzanı kim təyin etməlidir?Əlbətdə ki,Allah təala Quranda isə acıq aşkar və möhkəm ayələrlə Allah təala hökm verib cünki insanı O,yaradıb və bilir ki,ona hansı cəza hansı günaha görə verilsə,onu bu cinayətlərdən cəkindirər.

İndi Allahın hökmləri qalıb bir qırağda ruhanilər olub hökm verən.İslamı modernləşdirmək istəyirlərsə acıq desinlər,yoxsa dolayı yollarla camaatı nəyə görə caş baş qoyublar.

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#12 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 26 февраля 2011 - 02:19

Qardaşım, fikir müxtəlifliyi o vaxt olar ki,100% dəlil olmasın amma söhbət burada möhkəm ayələrdən,mötəbər hədislərdən gedir.Hansı ki,Allah təala hökm verib,Hz.Peyğəmbərdə(s.ə.ə.s.) icra edib.Quran və sünnədə belə gəlib,bu hökmləri dəyişdirmək bidət deyil?

Dünyavi cəzaya cağırırlarsa,onda dünyanın 90% ölkələrində ölüm hökmü yoxdur,ömürlük həbs cəzasıdır.

Sabahda bir müctehid icdihad edib deyər ki,namaz ərəblərcün gəlib, kim itəyir qılsın kim istəyir gılmasın.Bizdə deyək ki,hədə alimdir deyir deməli belədir biz avamıq hecnə bilmirik.

Vusal,sən məndən də yaxşı bilirsən ki,o yazıda nöqsanlı cavablar coxdur.

İndi sənin fikrincə, Məkarim Şirazi Ağa o möhkəm dəlillərlə tanış deyil?

Heç kəs demir ki, ölüm hökmü ləğv olunsun. Düzdür, bəzi üləma həm qədimdə həm də indiki dövrdə bütün hökmlərin icrasını yalnız məsumun hökmranlığı altında həyata keçirilməsini deyirlər. Amma qəti deyə bilərəm ki, Hacı bunu qəsd etməyib. Və o fikrin tərəfdarı da deyil.

O "alimi" heç it yuvasına yaxın buraxmazlar o ki qaldı minbərə. Və əgər alim nəsə deyirsə. bunu öz fiqh dərsində, dərsi-xaricində isbatlayıb deyir və dəlillərini gətirir. Qısası ağlına gələni danışmır.

O yazıda heç bir nöqsanlı moment yoxdur. O yazı müsahibədən çıxarışdır deyə. adama elə gəlir ki, Hacı ilahi cəza hökmlərinə qarşıdır. Hacının moizələrilə az-çox tanış olanlar belə bunun absurd olmasını başa düşərlər.

Mənim davam cəza hökmlərinin sabit yaxud qeyri-sabit olması deyil. MƏnim sözüm budur ki, bunu yazmaqda nə məqsəd güdülür. Həqiqətənmi. bu məqaləni yazanın ürəyi yanır ki. bir qrup camaat savadsız adamın arxasınca gedir ya...

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#13 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 26 февраля 2011 - 04:06

«Məsələn, müasir alimlər daşqalaq cəzasını məqbul hesab etmirlər. Ümumiyyətlə, ölüm hökmü ilə bağlı da mübahisələr gedir. Düzdür, İslam ölüm hökmünü cəza növü kimi qəbul edir. Amma İslamın bu cəzanın tərəfdarı olduğunu iddia etmək düzgün deyil»

İslamda yalnız dəyərlər toxunulmaz qala bilər, cəzaları isə yenidən müzakirə etmək olar.

Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.Maidə/33

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#14 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 26 февраля 2011 - 10:23

Abna.ir saytı yəqin ki, hamıya tanış saytdır. Dini mövzularda və İslam aləmində baş verən hadislərlə bağlı məqalələri milyonlarla insan tərəfindən izlənilir və oxunur. Amma həmin saytın azərbaycan dilindəki versiyası görkəmli dini liderlərimizdən olan Hacı Şahini çox məntiqsiz şəkildə tənqid daha doğrusu təhqir etmişdir. Alçaqcasına yazılan bu məqaləyə alçaqcasına belə ad qoyulmuşdur.
DİNİ SAVADI OLMAYAN ŞƏXSİN RUHANİ TƏKİN QƏLƏMƏ VERİLMƏ TƏHLÜKƏSİ! ALİMCIĞAZIN AQİBƏTİ! ŞAHİN HƏSƏNLİ DİNİN ZƏRURİYYƏTİNİ DANDI

Məqalədə Hacının dini savadının olması fikri irəli sürülür. Yəni Hacı azadlıq radiosuna verdiyi müsahibədə dini savadı olmamasını göstərib. Gəlin Hacı Şahinin dediklərini bir daha nəzərdən keçirək:

«İslamın cəza sistemi o dövr üçün mütərəqqi sistem olub. O zamankı yarımvəhşi dövrdə hüquqi sistemin qurulması çox ciddi bir məsələ idi».

Buna irad tutmaq mümkün deyil. Həqiqətən də İslam dini o dövr üçün çox mütərəqqi cəza sistemi qurub.

«Məsələn, müasir alimlər daşqalaq cəzasını məqbul hesab etmirlər. Ümumiyyətlə, ölüm hökmü ilə bağlı da mübahisələr gedir. Düzdür, İslam ölüm hökmünü cəza növü kimi qəbul edir. Amma İslamın bu cəzanın tərəfdarı olduğunu iddia etmək düzgün deyil».

Bu gün İran İslam Respublikasında daşqalaq hökmünü əksər bölgələrdə asılma ilə əvəz ediblər. Və yəqin ki, çox keçməz bu cəza növünü bütün İran ərazisində tətbiq edəcəklər. Burada bir sual doğur: Məgər bunu müctehidlərlə razılaşmadan etmək mümkün idimi? Əlbəttə ki, yox. Yəni...

İslam ölüm hökmünün tərəfdarı deyil sözünü tərsə-mayallaq başa düşənlərə çatdırmaq istəyirəm ki, Hacı deyir ki. İslam dini gəlməyib ki. camaatı bir ucdan edam etsin. İslam dini bu cəza növünü cəmiyyətin islahında qaçılmaz elementlərdən biri kimi görür.

Ş.Həsənli deyir ki, şəriətə görə, böyük günahların cəzası – ölüm hökmü olur. Bunların sırasına zina, oğurluq, qanunsuz cinsi münasibət, dövlətə qarşı cinayətlər və s. daxil edilir. Amma hazırda hansı növ əməllərin böyük günah sayılacağına dair də mübahisələr aparılır. Hətta İranın özündə belə bəzi ruhanilər dünyəvi cəza növlərindən istifadə etməyə çağırırlar:

«Bəziləri 100-ə qədər böyük günah siyahısı tutub. Bəzisi bu cür günahların sayının sadəcə 7 olduğunu düşünür. Bəziləri deyir ki, İslamda əsas dəyərlər – yaxşı və pis qiymətləndirilən hərəkətlər dəyişmir. Sadəcə, cəza növü tətbiq ediləndə, baxılmalıdır ki, hansı günaha hansı cəza tətbiq edilsin».

İndi Bu sözlərdə Hacı Şahin hansı savadsızlığını nümayiş etdirtmişdir? Hacı Şahin alimlər arasında böyük günahların neçə dənə olması barədə fikir müxtəlifliyinin olduğunu deyir və əgər kimsə kitab oxuyandırsa, həqiqətən də alimlərin bu barədə fikir müxtəlifliyinin olduğunu görmüşdür.

Cəzalardan sui-istifadə hallarına gəlincə, Ş.Həsənli hesab edir ki, bu, yalnız İslam dövlətlərində deyil, dünyəvi dövlətlərdə də mövcuddur. İslam alimlərinə istinad edən ilahiyyatçı deyir ki, İslamda yalnız dəyərlər toxunulmaz qala bilər, cəzaları isə yenidən müzakirə etmək olar.

Əgər bunu bu gün İranda ruhanilər müzakirə edirlərsə. Hacı Şahin bunu deməklə dini savadsızlığını göstərmiş olub?

P.S Məncə burada məsələ başqadır. Sifarişlə yazılmış bu məqaləyə ar olsun!!!

P.P.S Moder və admindən xahiş edirəm ki, bu mövzunu silməsinlər. Bu mövzuya əgər həssas yanaşıb müzakirə etsək bir neçə məsələ aydınlaşacaq.

Vüsal qardaş mövzunun müzakirəsinə başlamaq üçün sizdən xahiş edirəm:

1. Hagı Şahinin bu mövzuda qeyd olunan müsahibəsini (sitatlarla deyil, bütövlüklə) burada göstərin;

2. ABNA-da çap olunan, hazırda silinmiş məqalənin (məqalə yüklənmir) özünu ya da kopiyasını yukləyin.

Bu mövzu giddi təhlil tələb edir. Əks halda mövzu "islamda gəza və onun tətbiqi" mövzusuna cevrilər.

Mövzunu oxuyub belə nətigə və tövsiyyələrə gəldim:

1. ABNA saytdır. Ordakı məqlələr Sahibi Zaman (ə.s.) ağanın diktəsi ilə yazılmır. Ağaya qəlbən və zahirən beyət edənlər tərəfindən cap olunur.

2. Hagı Şahin islam dövlətinin mügtəhidi deyil. Islam alimi, ruhanisi və filosofudur. Onun islam dini ilə bağlı söylədikləri ictimai və fəlsəfi fikirlərini onun ruhaniliyinə (ruhani savadına) qarşı qoymaq cətin deyil.

3. Dünyəvi dövlətlərdə din ilə cəmiyyət qanunları arasında sərhədlər mövcüddur. Bu sərhədləri aradan qaldırmağa qadir olan xalqımızın Hagi Şahin kimi oğulları daim təzyiqə məruz qalacaqlar.

İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#15 Fajr

Fajr

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 26 февраля 2011 - 17:57

Məqalə saytdan silinib. Heç bir saytdan oxuya bilmədim. Zənnimcə bu anlaşılmamazlıqdır və buna siyasi don geyindirmək bir növ mənasızdır.

Maalim.Net - Особенности школы Ахл аль-Бейт (а) и ответы на критику

Передал Хаким в "Мустадрак" (10/382):

... فأقبل رسول الله (ص) والغضب يُعرف في وجهه فقال: "ما تريدون من علي، إنَّ علياً مني وأنا منه وهو وليُّ كلِّ مؤمن بعدي". هذا حديث صحيح على شرط مسلم

Посланник Аллаха (с) сказал: «Что вы хотите от Али (а)? Али (а) от меня и я (с) от него. И он повелитель всех мусульман после меня!»

Хаким ан-Нишабури: "Хадис достоверен по условиям Муслим" и согласился с ним аз-Захаби.
ал-Албани: "Достоверен". ("ас-Силсила ас-сахиха", ал-Албани, 5/222)
Ибн Хиббан: "Достоверен". ("Сахих", Ибн Хиббан, 28/400)

#16 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 26 февраля 2011 - 19:44

Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.Maidə/33

İndi sənin fikrincə Təfsiri-Nurun müəllifinin bu ayədən xəbəri yoxdur?

http://al-shia.org/h...3/05.htm#link33

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#17 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 26 февраля 2011 - 19:49

Vüsal qardaş mövzunun müzakirəsinə başlamaq üçün sizdən xahiş edirəm:

1. Hagı Şahinin bu mövzuda qeyd olunan müsahibəsini (sitatlarla deyil, bütövlüklə) burada göstərin;

2. ABNA-da çap olunan, hazırda silinmiş məqalənin (məqalə yüklənmir) özünu ya da kopiyasını yukləyin.

Bu mövzu giddi təhlil tələb edir. Əks halda mövzu "islamda gəza və onun tətbiqi" mövzusuna cevrilər.

Mövzunu oxuyub belə nətigə və tövsiyyələrə gəldim:

1. ABNA saytdır. Ordakı məqlələr Sahibi Zaman (ə.s.) ağanın diktəsi ilə yazılmır. Ağaya qəlbən və zahirən beyət edənlər tərəfindən cap olunur.

2. Hagı Şahin islam dövlətinin mügtəhidi deyil. Islam alimi, ruhanisi və filosofudur. Onun islam dini ilə bağlı söylədikləri ictimai və fəlsəfi fikirlərini onun ruhaniliyinə (ruhani savadına) qarşı qoymaq cətin deyil.

3. Dünyəvi dövlətlərdə din ilə cəmiyyət qanunları arasında sərhədlər mövcüddur. Bu sərhədləri aradan qaldırmağa qadir olan xalqımızın Hagi Şahin kimi oğulları daim təzyiqə məruz qalacaqlar.

Bu həmin verilişin audioyazısı. http://origin.azadli...dio/297548.html

Abnadakı məqalə demək olar ki, BU məqalənin eynisi idi. Sadəcə əvvəlcə Hacının bisavad olduğu yazılmışdı. Və təsdiq üçün həmin məqaləni eynilə vermişdilər.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#18 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 26 февраля 2011 - 20:09

İslamın cəza sistemi ədaləti təmin edirmi?

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#19 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 26 февраля 2011 - 20:24

Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.Maidə/33

İndi sənin fikrincə Təfsiri-Nurun müəllifinin bu ayədən xəbəri yoxdur?

http://al-shia.org/h...3/05.htm#link33

Bəs təfsirdən sonra bunu nəyə görə qeyd edir?

Воздаяние, о котором идет речь в настоящем аяте, считается 'правом Аллаха' – его нельзя ни отменить, ни изменить. (Атъяб аль-баян).

Yəni burada qeyd edilir ki,Allahın hökmünü nə dəyişdirmək olar nədə təxirə salmaq.

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#20 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 26 февраля 2011 - 20:34

Bəs təfsirdən sonra bunu nəyə görə qeyd edir?

Воздаяние, о котором идет речь в настоящем аяте, считается 'правом Аллаха' – его нельзя ни отменить, ни изменить. (Атъяб аль-баян).

Yəni burada qeyd edilir ki,Allahın hökmünü nə dəyişdirmək olar nədə təxirə salmaq.

İndi demək istəyirsən ki, Məkarim Ağa İslamın hökmünə müxalifət edir və dindən çıxmış hesab olunmalıdır?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#21 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 26 февраля 2011 - 20:54

Bəs təfsirdən sonra bunu nəyə görə qeyd edir?

Воздаяние, о котором идет речь в настоящем аяте, считается 'правом Аллаха' – его нельзя ни отменить, ни изменить. (Атъяб аль-баян).

Yəni burada qeyd edilir ki,Allahın hökmünü nə dəyişdirmək olar nədə təxirə salmaq.

İndi demək istəyirsən ki, Məkarim Ağa İslamın hökmünə müxalifət edir və dindən çıxmış hesab olunmalıdır?

Mən,sənin gətirdiyin təfsirin sonundaki yazını özünə göstərdim.Sən isə mənə deyirsən ki,Məkarim ağa İslamın hökmünə müxalifət edir.

Bunu yazan mən deyiləm Məkarim ağadır,burada mənim günahım nədir ki,zidiyyat var.

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#22 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 26 февраля 2011 - 21:07

Bunu yazan mən deyiləm Məkarim ağadır,burada mənim günahım nədir ki,zidiyyat var.

Nə vaxt dini hökmlər barədə fikir yürütməyə söz sahibi olacağıq, o zaman alimlərin sözlərində daha doğrusu, ictihadlarında səhv tutarıq. İndi bizim boynumuza düşən başqa şeydir. Əgər bu fikir dinə müxalif fikir olsaydı. o biri müctehidlər dərhal buna irad bildirərdilər. Əgər bir nəfər elə bir söz deyə ki, dinlə ziddiyət təşkil etsin, digər müctehidlər öz dərsi-xariclərində buna işarə edirlər.

Gəl mövzunu İslam qanunlarının sabit yaxud qeyri-sabit mövzusuna keçirtməyək. Keçək əsas mətləbə - Hacının müsahibəsinin audioyazısını da yerləşdirdim. Məgər Hacı o müsahibədə öz fikirlərini səsləndirir ki, ona bisavad damğası vurulsun.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#23 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 26 февраля 2011 - 21:15

Vüsal qardaş mövzunun müzakirəsinə başlamaq üçün sizdən xahiş edirəm:

1. Hagı Şahinin bu mövzuda qeyd olunan müsahibəsini (sitatlarla deyil, bütövlüklə) burada göstərin;

2. ABNA-da çap olunan, hazırda silinmiş məqalənin (məqalə yüklənmir) özünu ya da kopiyasını yukləyin.

Bu mövzu giddi təhlil tələb edir. Əks halda mövzu "islamda gəza və onun tətbiqi" mövzusuna cevrilər.

Mövzunu oxuyub belə nətigə və tövsiyyələrə gəldim:

1. ABNA saytdır. Ordakı məqlələr Sahibi Zaman (ə.s.) ağanın diktəsi ilə yazılmır. Ağaya qəlbən və zahirən beyət edənlər tərəfindən cap olunur.

2. Hagı Şahin islam dövlətinin mügtəhidi deyil. Islam alimi, ruhanisi və filosofudur. Onun islam dini ilə bağlı söylədikləri ictimai və fəlsəfi fikirlərini onun ruhaniliyinə (ruhani savadına) qarşı qoymaq cətin deyil.

3. Dünyəvi dövlətlərdə din ilə cəmiyyət qanunları arasında sərhədlər mövcüddur. Bu sərhədləri aradan qaldırmağa qadir olan xalqımızın Hagi Şahin kimi oğulları daim təzyiqə məruz qalacaqlar.

Bu həmin verilişin audioyazısı. http://origin.azadli...dio/297548.html

Abnadakı məqalə demək olar ki, BU məqalənin eynisi idi. Sadəcə əvvəlcə Hacının bisavad olduğu yazılmışdı. Və təsdiq üçün həmin məqaləni eynilə vermişdilər.

Mövzu ilə tanış oldum. Nəzərə alsaq ki, abnadakı məqalə silinib, bu məqalə abnanın rəhbərliyinin sifarişi olmayıb.

Hacının dedikləri ilə tamamilə razılaşmaq olar.
Amma, əksər müsəlman dövlətlərində (İran istisna olmaqla) islam və cəmiyyətşünaslıq arasında sərt sərhədlər var. Bu da sionist, imperialist və digərləri tərəfindən dəstəklənir. Cünki onlar həqiqi islamdan qorxurlar. Yəni İslam onların mahiyyətini inkar edir, insani və əsıl humanist cəmiyyət yaratmağa qadirdir.

Uzağa getməyək, bu gün Yaxın Şərqdə və şimalı Afrikada baş verənlər bu kimi zidiyyətlərlə bağlıdır. Nəticədə bu, sistemli zıddiyətlərə gətirib çıxarır. Xalq və cəmiyyət dövlət idarəetməsi ilə razılaşmır.

Əfsuslar olsun ki, bu çürük sistem ölkəmizdə yenicə qurulmaqda davam edir. Zənnimcə, neftimizin sayəsində xalqımız zəngin yaşasa belə ( şübhəm var) əxlaq və mənəviyyat cəhətdən zəlıl olacaq. Və əksəriyyət xoşbəxt yaşamaz.
Zahirən o, qədər də gözə çarpmır, amma artıq yerli əhali diskriminasiyaya uğrayır. Yeni "Haçı Şahinlər" - din ilə cəmiyyəti birləşdirənlər - bu sistem üçün aktual deyil.

Сообщение отредактировал Vey-sal: 26 февраля 2011 - 21:16

İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#24 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 26 февраля 2011 - 23:20

Keçək əsas mətləbə - Hacının müsahibəsinin audioyazısını da yerləşdirdim. Məgər Hacı o müsahibədə öz fikirlərini səsləndirir ki, ona bisavad damğası vurulsun.

Yuklədim və qulaq asdım Allah razı olsun.Xeyr,bisavadlıq damğasını başqa niyyətlə yəqin ki,vurmaq istəyiblər.

Hacı savadsız insan deyil,onun səlist və bəlağətli xütbələrinə qulaq asanda, onun elmli bir insan olduğu bilinir.

Hacının orda dedikləri ümumiyyətlə hec biri demək olar ki,öz fikirləri deyildir,O alimlərin rəylərinə əsasən danışırdı.

Ancaq o, fikirləri söyləyənlər ki, var İslam cəzalarının təkminləşməsinə,İslamı cəzaların dünyəvi cəzalarla əvəz edilməsinə dair,mən bununla razılaşa bilmərəm.

Прикрепленный файл  20110128-163500-AZ-program.mp3   1,01МБ   10 Количество загрузок:

Прикрепленный файл  Islami cezalari aradan qaldirmaq.mp3   309,29К   7 Количество загрузок:

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#25 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 27 февраля 2011 - 00:15

Bunun arxasında kim durur ?

Azərbaycanlı Homo erectus lar.

və nə məqsəd güdür?

Onlar bu həyatda hec bir məqsədləri və mövqeyləri yoxdu. Mövqeysiz və məqsədsiz Homo erectusun bir hissi olur o da paxıllıq ... Heyvani paxıllıq...

Vəssalam.
Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!

#26 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 27 февраля 2011 - 01:34

Yuklədim və qulaq asdım Allah razı olsun.Xeyr,bisavadlıq damğasını başqa niyyətlə yəqin ki,vurmaq istəyiblər.

Hacı savadsız insan deyil,onun səlist və bəlağətli xütbələrinə qulaq asanda, onun elmli bir insan olduğu bilinir.

Hacının orda dedikləri ümumiyyətlə hec biri demək olar ki,öz fikirləri deyildir,O alimlərin rəylərinə əsasən danışırdı.

Ancaq o, fikirləri söyləyənlər ki, var İslam cəzalarının təkminləşməsinə,İslamı cəzaların dünyəvi cəzalarla əvəz edilməsinə dair,mən bununla razılaşa bilmərəm.

Прикрепленный файл  20110128-163500-AZ-program.mp3   1,01МБ   10 Количество загрузок:

Прикрепленный файл  Islami cezalari aradan qaldirmaq.mp3   309,29К   7 Количество загрузок:

Cümləmizdən.

Mənim mövzunu açmaqda məqsədim məhz bunu çatdırmaq idi ki, Hacının dedikləri sözlər öz fikirləri deyil. Və əgər mən Vüsal Azərbaycanda otura-otura bunları bilirəmsə, yəni bəzi alimlərin cəzalar barədə olan fikirlərini bilirəmsə, стенограмасиQumda oturan tüllab bunu bilmir? Bilir, özü də çox qəşəng bilir. İkincisi, müsahibənin yazılı forması kontekstdən çıxardılmış sitatlardır ki, adamda çaşqınlıq yarada bilər. Yalnız audioyazıya qulaq asan və bir də Hacının dediyi sözlərlə tanış olan şəxs bilir ki, bu onun fikri yox bəzi alimlərin sözləridir. Və yenə qeyd edirəm ki, abnadakı məqaləni yerləşdirənlər də bunu çox gözəl bilirlər. Sadəcə olaraq Hacını ləkələmək istəyirlər.

O alimlərin nəzərini qəbul edib-etməməyin öz işindir. Mən də mühafizəkar adamam. Və mənim də nəzərimdə qəbuledilməzdir. Amma mən İslam maarifində heç zad qanmıram. Və boynuma düşən vəzifələrə əməl edirəm.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#27 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 27 февраля 2011 - 14:34

Və əgər mən Vüsal Azərbaycanda otura-otura bunları bilirəmsə, yəni bəzi alimlərin cəzalar barədə olan fikirlərini bilirəmsə, стенограмасиQumda oturan tüllab bunu bilmir? Bilir, özü də çox qəşəng bilir.

Hər bir pislikdə bir yaxşılıq var.

Bu möminlər ücün yaxşı siqnaldır ki,ruhanilər haqqinda hər deyilənlərə inanmasınlar.

Yoxsa bir ruhani haqqında bir söz deyilən kimi,başlayırlar abrını aparmağa, lənətləməyə,paqon verməyə.

Bu 5-6 ay icində hələ mən eşidəni necə ruhaninin abrını aparmaq istəyiblər, lənətləyiblər.Yəqinki,coxsu bilir söhbət kimlərdən gedir.

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#28 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 27 февраля 2011 - 21:39

Haci Shahin kimi camaati nemaza devet etseler yaxshi olardi, neinki onun arxasiyca bela ittihamlar yazmag.
Mashaallah yuzlerle cavanlar Hacinin ibretamiz moizalarina gulag asib yaxshi tesirlenirler.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549

#29 Nasir

Nasir

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 36 сообщений

Отправлено 17 марта 2012 - 01:45

Qardaşım,Söhbət daş qalaqdan asmaqdan getmir,burada deyilir ki,ruhanilər dünyavi cəzaların tətbiqinə səslənirlər.Kim icad edib bu cəza növlərini?

Yəni dünyavi cəza tətbiginə görə, zinakarı, qatili edam etmirlər.Gedib kimi harda gəldi zorlayırlar uzaq başı 2-3 il qazamat yatıb cıxırlar.Qatildə lap 100 nəfəri öldürsün ömürlük həbs cəzasıdır.

Oğrunuda həmcinin əlini kəsən yoxdur,oğurluq elə nə qədər istəyirsən uzaq başı zindandır.

Bax, biz deyirik ki,İmamı Allah təyin etməlidir düzdür? və ilk üc xəlifənidə buna görə qəbul etmirik,cünki,buna dəlilimiz Qurandandır,amma mütaşabeh ayələrlə..

İndi baxaq, cəzanı kim təyin etməlidir?Əlbətdə ki,Allah təala Quranda isə acıq aşkar və möhkəm ayələrlə Allah təala hökm verib cünki insanı O,yaradıb və bilir ki,ona hansı cəza hansı günaha görə verilsə,onu bu cinayətlərdən cəkindirər.

İndi Allahın hökmləri qalıb bir qırağda ruhanilər olub hökm verən.İslamı modernləşdirmək istəyirlərsə acıq desinlər,yoxsa dolayı yollarla camaatı nəyə görə caş baş qoyublar.

Əhsən!sənə.düzdür İslami elmim çox zəifdir.Amma ağıl neməti mənə sənin fikirlərin qəbul etməyimi məsləhət bildi.

#30 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 17 марта 2012 - 07:30

umumiyetle ruhani ile mominin arasina girib fikir ayriligi yaratmag coxtanin siyasetidir.gerek bele emellerin siyasi qurbanina cevrilmeyesen.
Evvelce ruhanini vururlar sonrada aradan gotururler.
Bir de ki o ses yazmalar kesilib qoyulub bununlada o yazi kimlerinse maragina xidmet edir.

ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru