Перейти к содержимому

Фотография

İmam Mehdi (ə.s)-ın anasının adı

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 11

#1 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 25 февраля 2011 - 19:42

Sual: Hz.Nərcis (s.ə.) xanımın müxtəlif adlarının olması İmam Mehdinin (ə.s) doğulmamasına dəlildirmi?

Son dövrün pakistanlı vəhhabilərindən Ehsan İlahi Zahir və habelə müasir vəhhabilərdən olan Qalib İvaci İmam Zamanın (ə.s) anasının adı barədə olan ixtilafları o həzrətin (ə.s) anadan olması məsələsinin zəif olduğuna dəlil hesab ediblər.

Ehsan İlahi Zahir yazır:

اختلف في اسم الجارية التي قالوا انّها ولدته، فقال قائلهم: انّ اسمها نرجس، وقيل: اسمها صقيل أو صيقل، وقيل: حكيمة، وقيل غير ذلك.

Onu dünyaya gətirən kənizin adı haqqında ixtilaflar var. Bəziləri deyiblər ki onun adı Nərcis olub, digərləri isə onun adının Suqeyl, Seyqəl, Həkimə və sair olduğunu deyiblər.

əş-Şiə və təşəyyü, səh.272-273

Qalib İvaci də bu məsələni “Firəqu müasira” kitabının 1-ci cild, 263-cü səhifəsində təkrar etmişdir.

MƏQALƏNİN DAVAMINI OXUMAQ ÜÇÜN TIQLAYIN

YAXUD PDF FAYL OLARAQ YÜKLƏYİN Прикрепленный файл  Imam_Mehdinin_(as)_anasinin_adi.pdf   158,52К   10 Количество загрузок:

GUNAHKAR qardaşıma dərin təşəkkürlər.

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#2 anti RFD

anti RFD

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 49 сообщений

Отправлено 27 марта 2011 - 00:16

“Məhəmməd b. Yəhya və başqaları belə rəvayət edirlər: “Bu, Həsən əlƏsgəridir.
Öz əcəli ilə və yatağında ölmüşdür. Öldüyü zaman, yanında Əmirul –
mömininin xidmətçilərindən və güvənilən adamlarından filankəs və filankəs, qazilərdən
filankəs və filankəs, təbiblərdən filankəs və filankəs var idi. Sonra (Həsən əl-Əsgərinin)
üzünü örtdülər və cənazəni qaldırdılar. Cənazə evin ortasından götürüb atasının dəfn
edildiyi otağa basdırıldı. Dəfn etdikdən sonra bir müddət mirasın paylaşdırılmasına da ara
verdilər. (Çünki) Hamilə olduğu zənn edilən cariyənin (Nərgizin) başında dayananlar, hələ
də gözləməkdə idilər. Lakin cariyənin (Nərgizin) hamilə olmadığı bilindi. Onun hamilə
olmadığını başa düşəndə, (Həsən əl-Əsgərinin) mirası anası və qardaşı arasında
paylaşdırıldı.” (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1-ci cild, səh 900, hədis №
1323
(“Əl-Qeybət” ət-Tusi, səh, 74. “Əl-İrşad” əl-Müfid səh, 345.
“Ə’lamül-vəra” əl-Fədlə ət-Təbərsi, səh, 380. “Əl-Məqalət vəl firəq” Əl- Əş`əri, əl-Qummi
səh, 102

Сообщение отредактировал anti RFD: 27 марта 2011 - 00:17

#3 anti RFD

anti RFD

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 49 сообщений

Отправлено 27 марта 2011 - 00:20

Əliyyən-Nəqinin (ə) bacısı Həkimə xanım belə
rəvayət edir: “(Mehdinin anası sayılan) Nərgizin heç bir hamiləlik əlamətləri yox idi. Bu
məsələ ilə bağlı mən İmam Həsən Əsgəriyə müraciət edərək: “Ey mənim ağam uşaq hansı
qadından anadan olacaqdır? Çünki mən Nərgizdə hamiləlik əlamətlərini görmürəm. İmam
Həsən əl-Əsgəri: “Mehdi, Nərgizdən anadan olacaqdır.” cavab olaraq verdi. Lakin mən
ayağa qalxıb yenə diqqət ilə Nərgizə baxmağa başladım. Amma onda hamiləlik
əlamətlərini görmədim. İmama bu haqda yenə də məlumat verdim. O, (ə) gülərək: “Səhər
sənə bəlli olacaq ki, onun (Nərgizin) uşağı var. Çünki O, Musanın (ə) anasına bənzəyir.
Çünki Musa (ə) anasının bətnində nə vaxt anadan olacağını gizli qalaraq heç kəs bilmirdi.
Bu gecə doğulacaq uşaq da Musaya (ə) bənzəyir.” dedi.” (Biharul-ənvar, 5-ci cild, səh 12-
14, Kəmalüddin, 2-ci cild, səh 100 – 102
Bununla da belə şiə məzhəbinin adət ənənəsinə görə
Mehdinin anasının hamiləlik əlamətləri qeyd olunmamışdır.
1) Mehdinin anası sayılan Nərgizin heç bir hamiləlik əlamətləri olmayıb.
2) Musanı (ə) anası dünya gətirməmişdən qabaq onun hamiləlik əlamətləri qeyd olunmuşdur.
3) Musanı (ə) Mehdidən fərli olaraq bütün İsrail oğulları görmüşdülər. Lakin şiələrə görə
Mehdini demək olar cüzi insanlar görmüşdülər.
4) Musa Mehdi (ə) kimi qeybə çəkilməmişdir.
5) Şübhəsiz ki, Musanın (ə) doğulmasında heç kim şübhə içində olmayıb. Lakin. Mehdinin
doğulmasında hətta bəzi şiələr də şübhə içində olmuşlar.

#4 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 27 марта 2011 - 01:03

“Məhəmməd b. Yəhya və başqaları belə rəvayət edirlər: “Bu, Həsən əlƏsgəridir.
Öz əcəli ilə və yatağında ölmüşdür. Öldüyü zaman, yanında Əmirul –
mömininin xidmətçilərindən və güvənilən adamlarından filankəs və filankəs, qazilərdən
filankəs və filankəs, təbiblərdən filankəs və filankəs var idi. Sonra (Həsən əl-Əsgərinin)
üzünü örtdülər və cənazəni qaldırdılar. Cənazə evin ortasından götürüb atasının dəfn
edildiyi otağa basdırıldı. Dəfn etdikdən sonra bir müddət mirasın paylaşdırılmasına da ara
verdilər. (Çünki) Hamilə olduğu zənn edilən cariyənin (Nərgizin) başında dayananlar, hələ
də gözləməkdə idilər. Lakin cariyənin (Nərgizin) hamilə olmadığı bilindi. Onun hamilə
olmadığını başa düşəndə, (Həsən əl-Əsgərinin) mirası anası və qardaşı arasında
paylaşdırıldı.” (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1-ci cild, səh 900, hədis №
1323
(“Əl-Qeybət” ət-Tusi, səh, 74. “Əl-İrşad” əl-Müfid səh, 345.
“Ə’lamül-vəra” əl-Fədlə ət-Təbərsi, səh, 380. “Əl-Məqalət vəl firəq” Əl- Əş`əri, əl-Qummi
səh, 102

Qeyd etdiyiniz məhbələrdə bu hədis məgər səhih adlandırılıb? Məhəmməd b. Yəhya və başqaları - kimdir bu başqaları? Bu hədis imamın əmisi Cəfər tərəfindən nəql olunub və o kəzzab idi. Hədis isə zəifdir.

Əliyyən-Nəqinin (ə) bacısı Həkimə xanım belə
rəvayət edir: “(Mehdinin anası sayılan) Nərgizin heç bir hamiləlik əlamətləri yox idi. Bu
məsələ ilə bağlı mən İmam Həsən Əsgəriyə müraciət edərək: “Ey mənim ağam uşaq hansı
qadından anadan olacaqdır? Çünki mən Nərgizdə hamiləlik əlamətlərini görmürəm. İmam
Həsən əl-Əsgəri: “Mehdi, Nərgizdən anadan olacaqdır.” cavab olaraq verdi. Lakin mən
ayağa qalxıb yenə diqqət ilə Nərgizə baxmağa başladım. Amma onda hamiləlik
əlamətlərini görmədim. İmama bu haqda yenə də məlumat verdim. O, (ə) gülərək: “Səhər
sənə bəlli olacaq ki, onun (Nərgizin) uşağı var. Çünki O, Musanın (ə) anasına bənzəyir.
Çünki Musa (ə) anasının bətnində nə vaxt anadan olacağını gizli qalaraq heç kəs bilmirdi.
Bu gecə doğulacaq uşaq da Musaya (ə) bənzəyir.” dedi.” (Biharul-ənvar, 5-ci cild, səh 12-
14, Kəmalüddin, 2-ci cild, səh 100 – 102

Hədisi niyə yarımçıq gətirirsiz?

Şeyx Səduq (r.ə) Həkimə (s.ə) xanımın dilindən belə nəql edir:
“Əbu Muhəmməd Həsən ibn Əli (ə) (11-ci imam) ardımca xəbər göndərdi, məni öz evinə çağırıb buyurdu:
-Ey bibi, bu gecə bizimlə iftar et. Çünki şəbanın 15-ci gecəsidir. Bu gecədə Allah Təala öz höccətini yer üzünə göndərəcəkdir.
Ondan soruşdum:
-Anası kimidr?
Buyurdu:
-Nərcis.
Dedim:
-Sənə qurban olum, axı onda hamiləlik əlamətləri yoxdur?
İmam buyurdu:
-Dediyim kimi olacaq.
Buna görə, evə daxil olub, salam verdim. Nərcis xatun irəli gəldi, ayaqqabılarımı cütləyib məndən soruşdu:
-Mənim xanımım, əhvalınız necədir?
Ona dedim:
-Sən mənim və ailəmin xanımısan.
Lakin o, bu sözümdən gileylənib buyurdu:
-Ey bibi siz nə danışırsınız?
Ona dedim:
-Qızım, bu gecə Allah Təala sənə bir oğul verəcəkdir ki, dünya və axirət aləmlərinin ağası olacaq.
O, xəcalət çəkib qızardı. Söhbəti bitirdikdən sonra namazımızı qılıb, iftar etdik və az sonra mən yatdım. Gecə yarısı gecə namazı qılmaq üçün yerimdən qalxdım. Namazımı qıldım. Nərcis xatun yatırıdı. Onda doğrudan da hamiləlikdən heç bir əsər-əlamət görmürdüm. Oturub nafilə namazını da qıldım. Sonra yenə yatağa getdim. Yenidən oyananda o hələdə yatırdı. Mən İmamın bu gecə övlad yolunu gözləməsindən şübhəyə düşdüm. Elə bu zaman İmam Həsən Əsgəri (ə) öz otağından səsləndi:
-Ey bibi tələsmə! Təvəllüd yaxındadır!
Mən oturub Səcdə və Yasin sürələrini oxumağa başladım. Həmin anda o, (Nərcis xatun) nigaran halda yuxudan oyandı. Mən ona yaxınlaşıb dedim:
-Allahın sənə salamı olsun, bir şey hiss edirsənmi?
O, cavabında buyurdu:
-Ey bibi, bəli.
Bu vaxt mən ona dedim:
-Özünü topla, bu mövlud sənə verdiyim müjdədir.
Bu zaman yuxuladığımı hiss etdim. Yuxudan oyananda gördüm ki, üşaq artıq doğulub, Allaha səcdə edir. O, bütün uşaqlardan fərqli olaraq natəmiz deyildi. Bu zaman Əbu Muhəmməd (İmam Həsən Əsgəri) (ə) məni səsləyib buyurdu:
-Ey bibi, oğlumu yanıma gətir.
Mən uşağı yanına apardım. İmam Həsən Əsgəri (ə) dilini onun ağzına qoyub, əlini yavaşca onun gözlərinə, qulaqlarına, dirsəklərinə çəkib buyurdu:
-Oğlum, daniş!
Körpə dilə gəlib cavab verdi:
-Şəhadət verirəm ki, yeganə Allahdan başqa heç bir məbud yoxdur, o, vahiddir, şəriki və oxşarı yoxdur. Şəhadət verirəm ki, Muhəmməd (s) Allahın peyğəmbəridir...
Sonra Əmirəl-mö`minin Əlini (ə) və ardıyca digər imamları salamladı.

İmam Həsən Əsgərinin (ə) bibisi Həkimə (s.ə.) xatunun nəql etdiyi rəvayət çox mötəbərdir.

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#5 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 27 марта 2011 - 01:15

Allah razı olsun al-Fath qardaşım!
İmm Məhdinin (ə) doğulması sabitdi !
Şiənin mötəbər kitablarında da bu qeyd edilib! Əlhəmdulillah!
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#6 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 27 марта 2011 - 05:41

“Məhəmməd b. Yəhya və başqaları belə rəvayət edirlər: “Bu, Həsən əlƏsgəridir.
Öz əcəli ilə və yatağında ölmüşdür. Öldüyü zaman, yanında Əmirul –
mömininin xidmətçilərindən və güvənilən adamlarından filankəs və filankəs, qazilərdən
filankəs və filankəs, təbiblərdən filankəs və filankəs var idi. Sonra (Həsən əl-Əsgərinin)
üzünü örtdülər və cənazəni qaldırdılar. Cənazə evin ortasından götürüb atasının dəfn
edildiyi otağa basdırıldı. Dəfn etdikdən sonra bir müddət mirasın paylaşdırılmasına da ara
verdilər. (Çünki) Hamilə olduğu zənn edilən cariyənin (Nərgizin) başında dayananlar, hələ
də gözləməkdə idilər. Lakin cariyənin (Nərgizin) hamilə olmadığı bilindi. Onun hamilə
olmadığını başa düşəndə, (Həsən əl-Əsgərinin) mirası anası və qardaşı arasında
paylaşdırıldı.” (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1-ci cild, səh 900, hədis №
1323
(“Əl-Qeybət” ət-Tusi, səh, 74. “Əl-İrşad” əl-Müfid səh, 345.
“Ə’lamül-vəra” əl-Fədlə ət-Təbərsi, səh, 380. “Əl-Məqalət vəl firəq” Əl- Əş`əri, əl-Qummi
səh, 102

http://valiasr-aj.com/fa/page.php?bank=question&id=12001

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#7 anti RFD

anti RFD

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 49 сообщений

Отправлено 27 марта 2011 - 19:40

"Qeyd etdiyiniz məhbələrdə bu hədis məgər səhih adlandırılıb? Məhəmməd b. Yəhya və başqaları - kimdir bu başqaları? Bu hədis imamın əmisi Cəfər tərəfindən nəql olunub və o kəzzab idi. Hədis isə zəifdir. "

Imamın əmisi deyəndə kimi nəzərdə tutursan? Yəni imam Məhəmməd Təqinin oğlunu? İmam kəzzəb tərbiyyə edib? Yəni hansı imamın əmisindən söhbət edirsən?

#8 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 27 марта 2011 - 20:35

Imamın əmisi deyəndə kimi nəzərdə tutursan? Yəni imam Məhəmməd Təqinin oğlunu? İmam kəzzəb tərbiyyə edib? Yəni hansı imamın əmisindən söhbət edirsən?

İmam Məhəmməd Təqi(ə) 9-cu imamdır. O isə İmam Hadi(ə) və yaxud Əliyyən Nəqi(ə) adlandırdığımız imamın övladıdır. Yəni İmam Təqinin(ə) nəvəsi İmam Hadinin(ə) isə oğludur.

Nuhun(ə) və digər peyğəmbərlərin(ə) mömin olmayan övladlarını xatırlatmağa yəqin ki, lüzum yoxdur. Cəfər İmam Hadidən(ə) və İmam Əskəridən(ə) sonra imamlıq iddiası etmişdir ki, buna görə onu Kəzzab adlandırmışlar. Bundan qabaq verdiyim mənbədə Peyğəmbəri-Əkrəmdən(s) belə onun haqqında hədis gətirilmişdır ki, o hədisdə buyrulur ki, Peyğəmbər(s) Cəfər adlı bir şəxsin gələcəyini və onun Kəzzab çağıralacağını bildirmişdi. Cəfərin barəsində İmam Hadi(ə) özü belə buyurmuşdur: "Onu özünüzdən uzaq edin. Onun mənə nisbəti Kənanın atası Nuha olan nisbəti kimidir". İmam Həsən əskəri(ə) onun barəsində demişdir ki, "Mənlə Cəfərin nisbəti Adəmin oğulları Habillə Qabil kimidir. Əgər imkanı olsaydı, məni öldürərdi. Amma Allah buna imkan vermir". Qeyd edirlər ki, atası öldükdən sonra özünün imam olmasını iddia etdikdə görür ki, camaat onu qəbul etmir. Belə olduqda gedir xəlifənin qəbuluna ki, bəs elan et ki, imam mənəm. Xəlifə cavabında gözəl cavab verir ona. Deyir ki, əcəb axmaq adamsan. Əgər imaməti mən təyin edə bilənəmsə, elə özümüz üçün edərəm də.

Mirasın onun və İmam Həsən Əskərinin(ə) xanımının arasında bölünməsinin səbəbi onunla bağlıdır ki, İmam Həsən(ə) sağlığında 12-ci İmamı(ə.f) gizlədirdi ki, düşmən Ona yetişə bilməsin. Xəlifənin adamları İmam Həsən Əskərinin(ə) şəhadətə yetişməsindən sonra güdürdülər ki, Hz.Məhdini(ə.f) tutcaq aparsınlar xəlifənin hüzuruna. Və atasının rehlətindən sonra onun peyda olaraq miras tələb etməsi özünü düşmənlərin əlinə verməsi olduğu üçün o miras məsələsinə qatışmasmışdır. Bu barədə verdiyim mənbədə danışılır. Fars dilini bilməsən də yəqin ki, ərəb dilini bilirsən. Orada yazdığım rəvayətlər ərəbcə də qeyd olunub və mənbələri də göstərilib.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#9 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 27 марта 2011 - 22:36

"Qeyd etdiyiniz məhbələrdə bu hədis məgər səhih adlandırılıb? Məhəmməd b. Yəhya və başqaları - kimdir bu başqaları? Bu hədis imamın əmisi Cəfər tərəfindən nəql olunub və o kəzzab idi. Hədis isə zəifdir. "

Imamın əmisi deyəndə kimi nəzərdə tutursan? Yəni imam Məhəmməd Təqinin oğlunu? İmam kəzzəb tərbiyyə edib? Yəni hansı imamın əmisindən söhbət edirsən?

Bismillah,siz elə yazırsız ki,elə bil qabağınızdakılar bisavad,ya da avam "zaddır".Lut(ə)və Nuh(ə) xanımları cəhənnəmlikdir,Adəm(ə)-ın bir oğlu cəhənnəmlikdir,Nuh(ə)-ın Kənan adlı oğlu cəhənnəmlikdir,bunlar ola bilir,amma 11ci İmamının(ə) qardaşı kəzzab olanda qəribə gəlir???
P.S xanımları cəhənnəmlik olanlardan biri Lut(ə) idi,digəri səhv etmirəmsə Nuh(ə)dır.Səhvdirsə düzəliş edin

#10 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 15 апреля 2013 - 10:27

“Məhəmməd b. Yəhya və başqaları belə rəvayət edirlər: “Bu, Həsən əlƏsgəridir.
Öz əcəli ilə və yatağında ölmüşdür. Öldüyü zaman, yanında Əmirul –
mömininin xidmətçilərindən və güvənilən adamlarından filankəs və filankəs, qazilərdən
filankəs və filankəs, təbiblərdən filankəs və filankəs var idi. Sonra (Həsən əl-Əsgərinin)
üzünü örtdülər və cənazəni qaldırdılar. Cənazə evin ortasından götürüb atasının dəfn
edildiyi otağa basdırıldı. Dəfn etdikdən sonra bir müddət mirasın paylaşdırılmasına da ara
verdilər. (Çünki) Hamilə olduğu zənn edilən cariyənin (Nərgizin) başında dayananlar, hələ
də gözləməkdə idilər. Lakin cariyənin (Nərgizin) hamilə olmadığı bilindi. Onun hamilə
olmadığını başa düşəndə, (Həsən əl-Əsgərinin) mirası anası və qardaşı arasında
paylaşdırıldı.” (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1-ci cild, səh 900, hədis №
1323
(“Əl-Qeybət” ət-Tusi, səh, 74. “Əl-İrşad” əl-Müfid səh, 345.
“Ə’lamül-vəra” əl-Fədlə ət-Təbərsi, səh, 380. “Əl-Məqalət vəl firəq” Əl- Əş`əri, əl-Qummi
səh, 102

CAVAB

İmam Həsən Əskərinin (ə) mirası anası və qardaşı arasında bölündümü?
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#11 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 16 апреля 2013 - 00:33

Əziz İmam Zaman ağamızın (ə.f) anası haqqında qısa araşdırma

20:00-a qədər.

#12 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 16 апреля 2013 - 01:08

İmam Mehdinin (ə.f) vilayətini etiraf edən əhli-sünnə alimlərindən bəziləri

Сообщение отредактировал qulam: 16 апреля 2013 - 01:11

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru