Перейти к содержимому


Фотография
- - - - -

Əli ayağı ziyarətgahı sökülür


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 4

#1 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 18 марта 2011 - 11:05

Əli ayağı ziyarətgahı sökülür

Pirin yerində isə əyləncə mərkəzi tikmək planlaşdırılır

Bakının Türkan qəsəbəsi sakinlərinin səbir kasası dolub. Nardaran kəndindən başlayan etiraz dalğası Türkan qəsəbəsinə sıçrayıb. Kənd camaatı artıq martın 18-nə mitinq təyin edib. Yüzlərlə türkanlı kəndin “Əli ayağı” adlanan pirinin meydanına yığışaraq etiraz aksiyası keçirəcək. Məqsəd yüksək çinli məmurların əsrlərlə tarixi olan piri yerlə-yeksan edib yerində əyləncə mərkəzi inşa etdirmək istəyinə qarşı çıxmaqdır. Buna etiraz əlamət olaraq kəndlilər martın 18-də qəsəbədə yolu bağlayacaqlarını, pirin başqa əraziyə köçürülməsinə razılıq verməyəcəklərini bəyan ediblər.

Dünən kənd sakini Vüqar Əmirov bu barədə redaksiyamıza xəbər verən kimi adıçəkilən qəsəbəyə yollandıq. “Əli ayağı” pirinin həyətinə toplaşmış sakinlər bizimlə söhbətdə bildirdilər ki, iri oliqarxların Türkanda hektarlarla əraziləri zəbt etməsi azmış kimi, indi də əhalinin inancına toxunurlar. Hazırda pirin həyətindən dənizə açılan yol hasarlanıb, qapını isə söküb yerinə divar hörüblər. Üstəlik, şüşələr qəsdən sındırılıb, ziyarətgah baxımsız qalıb. Daha doğrusu, kənd sakinləri öz vəsaiti hesabına dəfələrlə pirdə təmir işləri görüb, ziyarətgaha nəzarət ediblər. İndisə ziyarətgahın içində ayaq ləpirlərinin üstünə sement tökülüb. Sakinlərə bildirilib ki, pirin ərazisi satılıb və burada əyləncə mərkəzi, restoranlar tikiləcək. Çünki pirə yaxın ərazi də alınıb və yayda çimərliyə gələnlər üçün iaşə obyektləri salınacaq. Bunun davamı kimi pirin də ərazisi plyaj olacaq.

Sakinlər bildirdilər ki, pir yaxınlıqdakı əraziyə köçürüləcək. Ərazidə olarkən artıq təzə pir üçün tikinti işlərinin intensiv şəkildə getdiyinin şahidi olduq. Kənd Ağsaqqalları Şurası isə bununla razılaşmır və günahı məmur özbaşınalığında görür.
Kənd sakini Vüqar Əmirov “Axırıncı aşırım” filmindən sitat gətirərək dedi ki, bu, kənd camaatına qarşı həm də təhqirdir: “Qardaşımın evini Məhərrəm Əliyevin yaxınları qanunsuz tikili adı ilə sökdülər - dinmədik. Kənddə bütün torpaqları qarış-qarış satdılar - yenə susduq. İnsanların ziyarət etdiyi, nəzir-niyaz verdiyi bir pir qalmışdı, indi də onu sökürlər. Buna nə ad vermək olar? Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Cavab verildi ki, pirin ərazisi satıla bilməz, bu, mümkün deyil. Ancaq gəlib baxan yoxdur ki, buranı necə xarabalığa çevirmək istəyən məmurlar var. Həmin korrupsioner məmurlar bilsin ki, pirin sökülməsinə imkan verməyəcəyik. Millət vəkili Mehriban Əliyevadan kömək istəyirik”.

Kənd əhli bələdiyyəsi sədrindən də şikayətləndi. Onun üzünü ildə bir dəfə görən sakinlər dedilər ki, müavini Hacı Sabir də pirin satılması məsələsində yaxasını kənara çəkib. Elə kənd bələdiyyəsinin fəaliyyətinin bariz nümunəsi idi ki, bələdiyyə binasının beş addımlığında zibil tullantıları göz deşirdi. Ümumiyyətlə, kənddə nəinki bələdiyyə sədrinin, hətta onun yaxınlarının villalarını gördük. Kəndin həll olunası ən vacib problemi də nəqliyyatdır. Sakinlər dedilər ki, 11 min sakini olan Türkana şəhər istiqamətində bir marşrut üzrə avtobuslar işləyir. 101 saylı avtobus metronun “Ulduz” stansiyasından Türkana gəlir. Axşam saat 6-dan sonra kəndə bir avtobus da tapmaq olmur. Camaat dəfələrlə Nəqliyyat Nazirliyinə müraciət edib. Ancaq nəticəsi olmayıb. Kəndlilər tələb edir ki, Türkandan Hövsan və Mərdəkana marşrut xətləri açılsın.

http://az.313news.ne...&to=art&id=2218

Сообщение отредактировал katala: 18 марта 2011 - 11:06

De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#2 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 18 марта 2011 - 11:29

Böyük rüsvayçılıqdı. Özdə "şiə" ölkəsində...

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#3 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 19 марта 2011 - 00:16

Nə qədər ki, vəhabilərin, sələfilərin, sionispərəstlərin əl-ayağları və dilləri bu ölkədə uzanır, Əlı ayağı kimi ziyarətgahlar, ocaqlar və yurdlar müqəddəs torpaqlarımızda söküləcəkdir.
Məncə bu "yüngülxasiyyət" addımdır. Bundan düşmən fayda görməz. Ola bilsin ki, bu hiylə aktiv mömin dəstələrini tapib, parçalamaq, zindana atmaq üçündür. Bir də şiyələri radikal, dözülməz qələmə verməkdir.
Amma, bu kimi hərəkətlərə bizlər (şiyələr) ücün daha faydalıdır, nəinki imansızlar üçün.
Biz şiyələr ətrafımızdakıları bir az səthi qəbul etməyə başlamışıq. "Yəqin"imiz azalıb. Hər hap-gopa aladnırıq.
Qardaşlar və bacılar başlayın ətrafinizdan, yaxınlarınızdan və dostlarınızdan. Diqqətlı olun.
Tolerant və "dost kimi" vələduznalar coxalıbdır!
İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#4 anti RFD

anti RFD

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 49 сообщений

Отправлено 11 апреля 2011 - 00:42

Əli (Allah ondan razı olsun) özü belə yerləri söküb. Məsələlər çaş-baş düşüb. İndi bütxananın adını böyük səhabənin adıyla bağlayıb, pul qazananların fitnəsinə uymusunuz.

#5 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 11 апреля 2011 - 01:18

Əli (Allah ondan razı olsun) özü belə yerləri söküb. Məsələlər çaş-baş düşüb. İndi bütxananın adını böyük səhabənin adıyla bağlayıb, pul qazananların fitnəsinə uymusunuz.


Kəbə ki,Allahın evidi nəyə görə ora gələnlər ücün Həcc vaxtı hər şey baha olur?

Təyyarələrin qiyməti,otellərin və s.Bunu sizə müaviyyə(l)öyrədib yoxsa yəhudilər ki,ora möminlər gəlməkdə cətinlik cəksinlər?

Gedənlərində əksəriyyəti vəhabi,alverci (cünki,onlara necə lazımdır ustupka olunur)

Cahiliyyət dövründə, eynən müşrüklərin etdiyi hərəkətlər,bütlərindən necə mənfəət əldə edirdilər, indi də Allahın evi olan Kəbənin hesabına varlanıblar.








Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"





Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru