Перейти к содержимому


Фотография

Namazın elementləri ayə və hədislərdə


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 17

#1 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 апреля 2011 - 00:19

Bismillahir-Rəhmanir-Rəhim. Burada siz müsəlman bacı və qardaşlarımıza namazın elementlərini Quran və sünnədən dəlillərlə sübut edirik. Təbii ki, namazın qaydaları təkcə bu bir neçə hədisə və ya ayəyə əsasən qəbul olunmayıb. Lakin nəzərə alınmalıdır ki, biz müctəhidlərə ictihad dərsi keçmirik, sadəcə sadə müsəlmanlara, haqqı axtaranlara yardımçı olmaq istəyirik. Hədislərin ərəbcə versiyası qeyd olunmayacaq, amma ərəbcədən axtarış verib qeyd ediləcək yerlərdə tapa bilərsiz.

Materiallar Abdullah Turanın “Əhli-beyt məktəbinə görə namaz” adlı kitabından tərcümə olunub.

  • N_ن_N это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#2 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 апреля 2011 - 00:22

Namazda təmizlik- qüsl, təyəmmüm və dəstəmaz.
Ümumilikdə təmizlik imandan gələn bir şeydir. Biz isə namaz təmizliyindən danışırıq. Quranda buyurulur:
“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin Əgər cünub olmusunuzsa, qüsl edin. Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə, şükür edəsiniz!” (“əl-Maidə”, 6).

1- Qüsl.

Bildiyimiz kimi müəyyən fiziki proseslərdən sonra namaz qılmaq üçün qüsl almaq vacib olur (cinsi əlaqə, heyz və s.). Bunlardan biri cənabət qüslüdür. Cənabət (və heyz) qüslü öz-özlüyündə müstəhəbdir, amma namaz qılmaq, Qurana toxunmaq kimi işlər üçün vacibdir. Bu barədə İmam Cəfər Sadiqdən (ə) nəql olunan hədisdə deyilir: “Cənabət qüslü almaq vacibdir. Heyzli qadının (qandan) təmizləndikdən sonra qüsl alması vacibdir. İstihazəli qadının isə əgər qan pambıqdan keçib xaricə çıxmışsa bir dəfə zöhr və əsr, bir dəfə məğrib və işa, bir dəfə də sübh namazı üçün qüsl alması vacibdir. Pambığa çatıb xaricə çıxmamışsa gündə bir dəfə qüsl etməsi, hər namaz üçün bir də dəstəmaz alması vacibdir. Nüfəsa* qadının qüsl alması vacibdir. Cənazəyə qüsl verilməsi vacibdir. Cənazəyə toxunan şəxsin qüsl alması vacibdir” (“Füru əl-Kafi”, cild 3, səhifə 40; “əl-Vəsail”, cild 1, səhifə 462).

*Nüfəsa- uşaq dünyaya gətirən qadın.

İmam Rza (ə) buyurmuşdur: “Bilin ki, Allah sizə rəhmət etsin, cənabət qüslü Allahın vacib qıldığı bir qüsldur...” (“Biharul-ənvar”, cild 81, səhifə 13).


  • N_ن_N это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#3 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 апреля 2011 - 00:23

2- Təyəmmüm.
Müəyyən zəruri hallarda (“təyəmmüm” səhifəsində qeyd olunub) qüsl və ya dəstəmaz əvəzinə təyəmmüm edilir.

Hədislərdən birində göstərilir ki, bir dəfə Ammar ibn Yasir (r.a.) cünub olub su tapmadığına görə bütün bədənini torpağa bulayırmış. Bunu görən Peyğəmbər (s) “Təmiz torpaqla təyəmmüm edin” deyərək ona səhivini bildirmişdir. Ravinin dediyinə əsasən Həzrət Peyğəmbər (s) bir başa olaraq təyəmmümü göstərmək məqsədilə: “Hər iki əlini yerə vurdu, sonra onları bir-birinə vuraraq silkələdi. Sonra əllərinin iç hissəsiylə alnına və üzünə məsh etdi. Sonra hər bir əlinin iç hissəsiylə digər əlinə, əlinə yəni sol əlinin ovucunu sağ əlinin üstünə, sağ əlinin ovcunu sol əlinə çəkdi” (“Biharul-ənvar”, cild 81, səhifə 159; “əl-Vəsail”, cild 2, səhifə 977).

Сообщение отредактировал al-Islam: 17 апреля 2011 - 00:23

  • N_ن_N это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#4 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 апреля 2011 - 00:25

3- Dəstəmaz.

Namazı dəstamazlı qılmaq vacibdir və dəstəmazsız qılınan namaz batildir. Həzrət Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) gələn hədislərdə dəstəmazın vacibliyi, əhəmiyyəti vurğulanmışdır. İmam Əli (ə) Məhəmməd ibn Əbu Bəkri (r.a.) Misirə vali təyin edərkən yazdığı məktubda buyurur: “Dəstəmazına diqqət yetir. Çünki dəstəmaz namazın kamalındandır. Üç dəfə ağzına, üç dəfə burnuna su al, sonra üzünü yu. Sonra sağ qolunu, daha sonra sol qolunu dirsəkdən barmaqların ucuna qədər yu. Sonra isə başına və ayaqlarına məsh et. Çünki mən Peyğəmbərin (s) belə dəstəmaz aldığını gördüm və bil ki, dəstəmaz imanın yarısıdır” (“Biharul-ənvar”, cild 80, səhifə 366; “əl-Vəsail”, cild 1, səhifə 279).

Qeyd: Hədisdə qeyd olunan ağzın və burnun yuyulması müstəhəbdir (sünnətdir).

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#5 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 апреля 2011 - 00:27

Namaz vaxtları.
Hər bir müsəlmana vacib olan gündəlik 5 vacibi namaz vardır ki, əgər onlar öz göstərilən vaxtında qılınmazsa qəzaya gedər. Qurani-Kərimdə buyurulur:
“Günortadan gecənin qaranlığınadək namaz qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur” (“əl-İsra”, 78).

1- Sübh namazının vaxtı.

Sübh namazının vaxtı ikinci fəcrdən günəşin çıxmasınadəkdir. İmam Məhəmməd Baqir (ə) buyurmuşdur: “Sübh namazının vaxtı fəcrin doğmasından başlayıb, gün çıxana qədər davam edər” (“əl-Vəsail”, cild 3, səhifə 152).



2- Zöhr və əsr namazlarının vaxtı.

Zöhr və Əsr namazlarının müştərək vaxtı günortadan gün batanədək davam edir. İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Günəşin zəval vaxtı çatanda zöhr namazının vaxtı girər. Dörd rəkətlik namaz qılmaq qədərində isə artıq zöhr və əsr namazlarının müştərək vaxtıdır. Günəşin batmasına dörd rəkətlik namaz qılmaq qədərində isə günorta namazının vaxtı bitər və gün batanadək əsr namazının vaxtı davam edər” (“əl-Vəsail”, cild 3, səhifə 92).

İmam Rzadan (ə) nəql olunan hədisdə isə deyilir: “Əgər günəş zəvaldan adlasa artıq iki namazın (zöhr və əsr) vaxtı daxil olmuşdur” (“Vəsailüş-şiə”, cild 5, səhifə 146).

Zöhr və əsr namazlarının müştərək vaxtda (birləşdirərək) qılmaq mümkün olduğu kimi, onların hər birinin öz fəzilətli vaxtda qılmaq daha gözəldir. Belə ki, zöhr namazının fəzilətli vaxtı günəşin zenit nöqtəsinə çatdığı vaxtdan (zöhr namazının əvvəl vaxtından) insanın kölgəsinin öz boyu qədər uzanmasınadəkdir.

Əsr namazının fəzilətli vaxtı isə məşhur rəyə görə insanın kölgəsinin dörd ayaq boyu uzanmasından başlayıb öz boyundan iki dəfə böyük olmasına qədər davam edir.



3- Məğrib və İşa namazlarının vaxtı.

Məğrib və işa namazlarının müştərək vaxtı gün batandan sonra şərq üfiqdən zahir olan qızartının insanın başının üstündən qərbə tərəf keçməsindən gecə yarısınadək davam edir. İmam Sadiqdən (ə) buyurmuşdur: “Günəş batdısa məğrib namazının vaxtı girir və bir insanın üç rəkətlik namaz qılması qədərinədək davam edir. Bu qədər vaxt keçəndən sonra məğrib və işa namazlarının müştərək vaxtı başlayır və gecə yarısına bir insanın dörd rəkətli namaz qılması qədər qalanadək davam edir. Bu qədər vaxt qalanda məğrib namazının vaxtı bitir və gecə yarısınadək ancaq işa namazının vaxtı qalır” (“əl-Vəsail”, cild 3, səhifə 134).

İmam Məhəmməd Baqirdən (ə) gələn bir hədisdə isə buyurulur: “Şərq tərəfdəki qızartı gedəndə Günəş yerin həm şərq, həm də qərb tərəfində batmış olur” (“Füru əl-Kafi”, cild 3, səhifə 278; “əl-Vəsail”, cild 3, səhifə 128).

Məğrib və işa namazlarının da müştərək vaxtları olduğu kimi fəzilətli vaxtları da var. Məğrib namazının fəzilətli vaxtı məğribin əvvəlindən başlayıb üfiqdəki qızartı yox olanadəkdir. İşa namazının fəzilətli vaxtı isə üfiqdəki qızartı itəndən gecənin üçdən biri gedənəkdir.

  • N_ن_N это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#6 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 апреля 2011 - 00:29

Qiblə.

Məkkə şəhərində yerləşən Kəbə evi qiblədir və namaz zamanı məkandan asılı olmayaraq qibləyə yönəlmək vacibdir. Quranda buyurulur: “İndi üzünü Məscidülhərama tərəf çevir! Harada olsanız üzünüzü oraya döndərin!” (“əl-Bəqərə”, 144).

Məsumlardan nəql olunan hədislərdə də namaz vaxtı Kəbəyə yönəlmənin vacibliyi vurğulanmışdır. İmam Sadiq (ə) buyurmuşdur: “Allahu-Təala Kəbəni Məscidül-Həramda olanlara, Məscidül-Həramı Həram əhlinə, Həramı da bütün dünya əhlinə qiblə qılmışdır” (“əl-Vəsail”, cild 3, səhifə 220).

  • N_ن_N это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#7 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 апреля 2011 - 00:30

Azan və iqamə.

Gündəlik vacibi namazlardan əvvəl azan və iqamə oxumaq təkid olunmuş müstəhəbdir. Rəvayətlərdən birində göstərilir ki, Həzrəti Peyğəmbər (s) Əbuzər Ğəffariyə (r.a.) buyurdu: “Ey Əbuzər, Rəbbin üç şəxs barəsində mələklərinə iftixar edər. Bunlardan biri o kimsədir ki, ucsuz bir səhrada tənha olduğu halda azan oxuyar, sonra da namaz qılmağa başlayar. O zaman Rəbbin mələklərə buyurar: “Baxın bəndəm namaz qılmağa başlamışdır, özünü də məndən başqa heç kim görmür”. Bundan sonra 70 min mələk nazil olar və ona iqtida edərək namaz qılar və sonraki günün həmin vaxtına qədər onun üçün Allahdan məğfirət dilərlər.

Ey Əbuzər, bəndə tənha və ucsuz bir səhrada olduqda əgər dəstəmaz və ya təyəmmüm alıb, azan və iqamə deyib namaza başlarsa, Allah mələklərə onun arxasında səf tutub namaz qılmalarını əmr edər. Mələklərin bu səfinin iki tərəfi görünməyəcək qədər uzun olar. Mələklər o insanın rükusuyla rüku, səcdəsi ilə səcdə edər, duasına da “Amin” deyərlər.

Ey Əbuzər, kim azansız iqamə deyib namaza başlarsa sadəcə onunla olan iki mələk namaz qılar” (“Biharul-ənvar”, cild 84, səhifə 116; “əl-Vəsail”, cild 4).



Burada eyni zamanda azanda “Əliyyən vəliyullah” cümləsinin deyilməsinin müstəhəb olmasına da aydınlıq gətirmək istərdik. Əvvəldə qeyd etdiyimiz kimi bu cümlə azan və iqamənin hissəsi deyil, lakin deyilməsi müstəhəbdir. Bu cümlənin deyilməsində məqsəd Həzrət Əliyə (ə) qarşı söyüş, lənət yağdıranlara, o Həzrətin imamətini qəti şəkildə inkar edənlərə cavabdır.

Bəzi mənbələrdə, bu cümlənin hətta Peyğəmbərin (s) zamanın da deyildiyi göstərilmişdir. Əhli sünnə mənbələrinin birində (Abdullah Mərai əl-Misri, “əl-Saləfə fi əmir ıl-Xilafə”) göstərilən rəvayətlərdən birində deyilir ki, Salman Farsi (r.a.) Peyğəmbərin (s) zamanında azan və iqamədə “Muhammədən rasulullah”dan sonra Əlinin (ə) vilayətinə də şəhadət gətirdi. Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəlib, “Ey Allahın elçisi, bu gün daha əvvəl eşitmədiyim bir şey eşitdim” dedi. Həzrəti Peyğəmbər (s), “Nə eşitmisən?” deyə sual etdi. Həmin kişi dedi: “Bu gün Salman azanda sənin risalətinə şəhadət etdikdən sonra Əlinin vilayətinə dair şəhadət gətirdi”. Allahın elçisi (s) buyurdu: “Xeyirli bir şey eşitmisən”.

Başqa bir rəvayətdə isə bunun ardınca Peyğəmbərin (s) belə dediyi göstərilir: “Əbuzərin dediyi kimidir (Bu rəvayətdə azanı deyən şəxsin Əbuzər olduğu göstərilir). Qədiri-Xumda dediyimi unutdunuzmu?! Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. Kim bunu (beyətini) pozarsa öz əleyhinə pozar” (“Risalətil-hidayə”, səhifə 45).

  • N_ن_N это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#8 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 20 апреля 2011 - 00:33

Namazın vacibatları.

1-Niyyət.

Məsumlardan gələn hədislərdə də vurğulanmışdır ki, namaz zamanı niyyət etmək vacibdir. Çünki insan nə etdiyini, nə üçün etdiyini bilməlidir. Hər bir insanın əməlləri də niyyətlərinə görədir.

Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Namaz qiyam və oturmaqdan ibarət deyildir. Namaz ancaq sənin ixlasın və onunla sırf Allah rzasını diləməyindir” (“Üsuli Kafi”, cild 2, səhifə 109). İmam Məhəmməd Baqir (ə) isə buyurmuşdur: “Niyyət etməmiş insanın namaza başlaması düzgün deyil. Kimi niyyət edib namaza başlarsa namaza başqa bir şeyi qatmaz və zahir və batin olaraq buna riayət etdiyi təqdirdə namazı qəbul olunar” (“Biharul-ənvar”, cild 84, səhifə 377).

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#9 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 20 апреля 2011 - 00:35

2-Qiyam.
“Qiyam”-namaz zamanı ayaqda durulan vaxtdır. İnsan bu vaxtda həmd və surə oxuyur, həmçinin 3-4-cü rəkətlərdə təsbihat oxuyur. İnsanın həmin vaxt ayaq üstə durması şərtdir, alkin xəstələr, çatışmazlığı olanlar üçün güzəştlər var. Həzrəti

Peyğəmbər (s) buyurmuşdur: “İnsan ayaq üstə durub namaz qıla bilmirsə oturaraq qılsın. Oturaraq qıla bilmirsə arxası üstə ayaqları qibləyə tərəf uzanıb qılsın, rüku və səcdə üçün işarə etsin” (“Biharul-ənvar”, cild 84, səhifə 334).

Daha çox verilən suallardan biri isə namazda əllərin bağlanması ilə bağlıdır. Qəti şəkildə bildirmək istəyirik ki, namazda əlləri bağlamaq olmaz və bu qəsdən olarsa namazı batil edir.

İmam Əli (ə) buyurmuşdur: “Müsəlman namazında, Allahın hüzurunda qiyama duran zaman əllərini bağlayıb kafirlərə, yəni məcusilərə oxşamamalıdır” (“Biharul-ənvar”, cild 84, səhifə 325).

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#10 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 20 апреля 2011 - 00:36

3-Təkbirətül-ehram.

Namazın başlanğıcında deyilən təkbir vacibdir. Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Hər şeyin bir başlanğıcı vardır. Namazın başlanğıcı da təkbir gətirməkdir” (“əl-Vəsail”, cild 4, səhifə 714).

Təkbir gətirərkən əlləri yuxarı qaldırmaq müstəhəbdir. İmam Məhəmməd Baqir (ə) buyurmuşdur: “Namaza qalxıb təkbir deyəndə əllərini yuxarı qaldır. Amma əllərinin ovuc hissəsi qulaqlarını aşmasın, yəni üzünün səviyyəndən yuxarı olmasın” (“əl-Vəsail”, cild 4, səhifə 728).


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#11 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 23 апреля 2011 - 00:19

4- Qiraət.
Qiraət qiyam vaxtı oxunan Fatihə və başqa surədir. Namazın birinci və ikinci rəkətlərində Fatihəni (həmdi) oxumaq vacibdir. Həzrəti Peyğəmər (s) buyurmuşdur: “Fatihənin oxunmadığı bir namaz yarımçıqdır” (“Biharul-ənvar”, cild 85, səhifə 11).

Vacibi namazlarda həmddən sonra bir (vacibi səcdəsi olmayan) surə oxunmalıdır. İmam Rza (ə) bir hədisdə buyurur: “Vacibi namazlarda (Fatihədən sonra) nə bir surəsi əksik oxu, nə iki surəni birlikdə. Nafilə namazlarda isə bunun maneəsi yoxdur” (“Biharul-ənvar”, cild 85, səhifə 42).

Bundan başqa “Fil” surəsi ilə “Qureyş”, həmçinin “Duha” surəsi ilə “İnşirah” surəsi bur surə sayılır. Vacibi namazlarda bu surələri bir yerdə oxumaq lazımdır.

Namazın 3-cü və 4-cü rəkətlərində ya təkcə Fatihə oxunmalıdır, ya da 3 dəfə “Təsbihati-ərbəə” zikri deyilməlidir. Zürarə (r.a.) deyir ki, İmam Məhəmməd Baqirdən (ə), “Namazın son iki rəkətində kafi olan zikr nədir?”. İmam (ə) cavabında buyurdu: “Subhanəllahi vəlhəmdulilləhi və lə iləhə illəllahu vəlləhu əkbə”r zikri kafidir. Sonra da təkbir alaraq rukuya get” (“Für əl-Kafi”, cild 3, səhifə 319; “əl-Vəsail”, cild 4, səhifə 782).

Namazı batil edən işlərdən biri də qiraətdə Fatihədən sonra “Amin” deməkdir. İmam Sadiq (ə) buyurmuşdur: “Bir imamın arxasında namaz qılan zaman imam Fatihəsini bitirəndə sən “Əlhəmdulilləhi Rabbəl ələmin” de və “Amin” demə” (“Für əl-Kafi”, cild 3, səhifə 313; “əl-Vəsail”, cild 4, səhifə 752).

Müstəhəbdir ki, namazın qiraətində Fatihənin və digər surənin “Bismillah”ı ucadan oxunsun. İmam Məhəmməd Baqir (ə) rəvayət edir ki, Həzrət Peyğəmbər (s) namazlarında “Bismillah”ı ucadan oxuyardı və onu oxuyarkən də səsini yüksəldərdi. Müşriklər isə Peyğəmbərin (s) “Bismillah”ı oxuduğunu eşidəndə arxalarını çevirib gedərdilər. Məhz buna görə də Allahu-Təala Qurandakı, “Sən Quranda (qiraətdə) Rəbbinin birliyini yad edəndə ürəkləri sıxılmış vəziyyətdə çıxıb gedərlər” ayəsini nazil etmişdir” (“Biharul-ənvar”, cild 85, səhifə 82).

Qiraətdə həmdi, həmçinin surəni oxuyanda “Bismillah”ı da oxumaq vacibdir. Bu barədə Əhli-beyt imamları (ə) çox təkid etmişlər. Tarixə baxdıqda görünür ki, ilk dəfə olaraq Əməvilər “Bismillah”ın surələrin bir hissəsi olmadığını iddia etmişlər. İmam Əliyə (ə) bir qrup insanın “Bismillah”ı (surələrdən) sildikləri xəbəri çatdıqda, o belə buyurdu: “Bilin ki, “Bismilləhir-Rahmənir-Rahim” Quran ayələrindəndir. Bunu onlara şeytan unutdurmuşdur” (“Biharul-ənvar”, cild 85, səhifə 20-21).

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#12 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 23 апреля 2011 - 00:20

5- Rüku.

Rüku namazın rükn olan vacibatlarındandır və onu tərk etmək istənilən halda namazı batil edər. İmam Məhəmməd Baqir (ə) buyurmuşdur: “Rükuda ayaqlarını aralarında bir qarış ara buraxdığın halda eyni səviyyədə qoy. Əllərinin içini dizlərinə çatdır. Sağ əlini sol əlindən əvvəl dizinə qoy. Əl barmaqlarınla diz qapaqlarını qavra. Bu halda barmaqlarını bir-birindən aralı saxla. Rükuda əl barmaqlarının ucunu dizlərinə çatdırsan kifayətdir. Amma əllərinin içini çatdırman daha gözəldir. Həmçinin belini düzəlt, boynunu uzat, baxışını ayaqlarının arasına yönəlt” (“əl-Vəsail”, cild 4, səhifə 949). Namazda rükunun xüsusi bir mənası var. Bu haqqda möminlərin əmiri Həzrət Əli ibn Əbu Talib (ə) buyurmuşdur: “Rükunun mənası budur ki, boynumu vursan belə mən Sənin (Allahın) ilahlığına iman etmişəm” (“Biharul-ənvar”, cild 85, səhifə 116).

Həmçinin imalardan gələn hədislərdə rükuda “Subhanə Rabbiyəl azimi və bihəmdih” zikrinin deyilməsi buyurulmuşdur (səcdə zikrləri namazın qılınması qaydalarında göstərilib).

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#13 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 23 апреля 2011 - 00:22

6- Səcdə.
Namazın hər rəkətində vacibdir ki, iki səcdə edilsin. İmam Cəfər Sadiq (ə) rəvayət edir ki, bir kişi Həzrət Peyğəmbərin (s) hüzuruna gəlib, “ Ey Allahın elçisi, günahlarım çox, xeyirli əməllərim isə azdır” dedi. Peyğəmbər (s) buyurdu: “Çox səcdə et. Çünki səcdə günahları, küləyin yarpaqları tökdüyü kimi tökər” (“Biharul-ənvar”, cild 85, səhifə 162). Səcdə zamanı yeddi üzv yerə qoyulmalıdır. İmam Məhəmməd Baqir (ə) rəvayət edir ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Səcdə yeddi sümük üzərində edilir: alın, iki əl, iki diz, ayaqlaqların baş barmaqları. Burnunu da yerə qoyarsan”. Sonra İmam özü deyir ki, vacib olan o 7 üzvdür. Burunun yerə qoyulması sünnətdəndir (“Biharul-ənvar”, cild 85, səhifə 128; “əl-Vəsail”, cild 4, səhifə 954).

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#14 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 30 апреля 2011 - 12:27

Namazda təmizlik- qüsl


http://www.youtube.com/watch?v=FOh3-jxzOLY

Сообщение отредактировал Ehli beyt ashigi: 30 апреля 2011 - 12:28

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#15 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 04 мая 2011 - 21:31

7-Zikr
Namaz zamanı rükuda, səcdədə və s. yerlərdə zikr demək vacibdir. Zikr çox önəmli məsələdi. Quranda buyurulur: “O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!” (“ər-Rad”, 28).

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#16 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 04 мая 2011 - 21:33

8- Təşəhhüd.
Namazın ikinci rəkətində, həmçinin 4-cü rəkətində, məğribini 3-cü rəkətində ikinci səcdədən sonra oturaq halda təşəhhüd oxunmalıdır.
İmam Əli (ə) təşəhhüdün mənası haqqında buyurmuşdur: “Təşəhhüd oxumağın mənası imanını və İslama girişini təzələmək və öləndən sonra diriləcəyini təsdiq etməkdir, (təşəhhüddə) sağ ayağını sol üstünə qoyub, sol tərəfdə oturmağının mənası isə “Allahım, haqqı iqamə (bərqərar) et, batili isə yox et” deməkdir” (“əl-Vəsail”, cild 4, səhifə 968; “Mizanul-hikmət”, cild 5, səhifə 395).

Təşəhhüddə Allahın ilahlıqda təkliyinə, Həzrəti Muhammədin (s) risalətinə şəhadət gətirilər və o Həzrətə salavat göndərilər. İmam Rza (ə) buyurmuşdur: “Təşəhhüddə ən az kifayət edəcək şey iki şəhadətdir” (“Biharul-ənvar”, cild 85, səhifə 281). Təşəhhüddə salavat göndərmək vacibdir. Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Kim namaz qılıb mənə və əhli-beytimə salavat göndərməzsə namazı onu cənnətdən başqa bir yola aparar” (“Biharul-ənvar”, cild 85, səhifə 288).

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#17 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 04 мая 2011 - 21:35

9- Salam.
Namazın son rəkətində salam oxunar və namaz bitirilər. İmam Həsən Əskəri (ə) buyurmuşdur: “Namaz qılan şəxs namazın salamını verəndə Allah və mələkləri də ona salam verərlər” (“Biharul-ənvar”, cild 82, səhifə 221).

İmam Əlidən (ə) gələn hədisdə vurğulanır ki, “Əssaləmu aleykum və rahmətullahi və bərakatuh” deyərək salam verməyin mənası Allahdan rəhmət diləmək və bu (namaz) axirət gününün əzabına qarşı bir zəmanətdir deməkdir (“Mizanül-hikmət”, cild 5, səhifə 395).

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#18 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 04 мая 2011 - 21:36

Qunut. Namazların ikinci rəkətində rükudan əvvəl qunut tutub dua etmək müstəhəbdir. Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Dünyada ən uzun qunut tutanınız, qiyamət günü məşhər yerində ən rahat olanınız olacaqdır” (“Biharul-ənvar”, cild 85, səhifə 199).

İmam Sadiq (ə) isə buyurmuşdur: “Hər namazın ikinci rəkətində rükudan əvvəl qunut tutmaq təkid olunmuş müstəhəbdir” (“Biharul-ənvar”,cild 85, səhifə 197).

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru