Перейти к содержимому


Фотография

Bəxtiyar Vahabzadə


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 5

#1 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 14 февраля 2009 - 05:36

Vahabzadə Bəxtiyar Mahmud oğlu (1925 - 13 fevral, 2009)- şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına adəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000).
Fevralin 13-u dunyasını dəyişən şairlə vidalaşmaq istəyənlər bunu sabah BDU-da edə bilərlər. Allah rəhmət eləsin.

wexsi vebsayti http://vahabzade.net/

ALLAH

İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmasa, görünməz gözə Allah.

Allah! Bilirik cism deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.

Bildik, bilirik, gizlidir insadakı qüdrət,
Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.

Gerçək də budur: gizlidir hər zərrədə vəhdət.
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
Gördüklərimiz zahirdir, bətnə nüfuz et!
Bətndəki, cövhərdəki fitrətdədir Allah.

Fitrət də yatır sözdə, sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.

İnsan! Təpədən dırnağa sən arzu, diləksən,
Nəfsində duyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.

Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.

1984

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#2 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 14 февраля 2009 - 05:42

İBADƏT

Artıq dönüb dövran, dəyişib zaman
Gəlmək istəyirəm haqqa səcdəyə,
İmdad istəməkçün indi tanrıdan
Hər gecə əllərim uzanır göyə:

- İlahi, qəlbimi açıram sənə,
Çin eylə sən mənim röyalarımı.
Diz çöküb önündə gəldim səcdənə,
Qəbul et sən mənim dualarımı.

İbadət! Allahla pünhani söhbət,
İbadət - öz arzum, öz niyyətimdir.
Amma bacarmadım, yaş ötüb.. fəqət
Mənim dualarım ibadətimdir.

Allaha duama, namaz yerinə
Başqa cür ibadət, başqa yol - dedim.
Qol, boyun! Bağlıdır biri-birinə .
Boynun öz yüküdür sınmış qol - dedim.

"Çoxdur günahları ömür yolunun"
Neylərəm bu sözü mənə el desə?
Mən nəyə gərəyəm sınımış qolumun
Yükünü, cövrünü boynum çəkməsə?

Yaman üstələdi günah tövbəni,
Ruh da nəfsimizdə yox olmuş bizim.
İlahi, o qədər unutduq səni,
Bəsirət gözümüz tutulmuş bizim,
Durdu üzümüzə günahlarımız,
Bəndəlik etmədi tanrıya bəndə.
Səni yaxşı gündə unutduq, yalnız
Düşdün yadımıza dara düşəndə.

Dünyanın qəribə oyunları var,
Dünən aldananlar aldadır bu gün.
Dünən səni danıb rütbə alanlar
Səni təbliğ edən molladır bu gün.

Ya Rəbbim, sən özün kömək ol bizə,
İşıq saç qaranlıq ürəyimizə.
Biz bu var dünyada yaşarkən yoxuq,
Sən yox ikən varsan, biz varkən yoxuq.
Bizə bir kəramət bəxş elə yoxdan,
Tanıyaq yolunu, qılaq səcdəni.
Ey gözə görünməz, ey yeri pünhan,
Könül gözümüzlə biz görək səni.

Bizim qəlbimizə nur ver, ilahi,
Bizi haqq yoluna döndər, ilahi.
Sənin köməyinə möhtacıq bu gün,
Eşit fəryadımı, eşit naləmi.
Bizim dərdimizə ortaq et bu gün
Bizim dərdimizə lal-kar aləmi.

Özün görürsən ki, bu gen dünyada
Haqqımız tapdanır hər addım başı.
Təkləndik, əl açaq indi biz yada?
axı, göz yaşımız əridir daşı.
Dözdük bu on ili, dözərik yenə,
Başqa bir hikmətdir təntidən məni:
Məəttəl qalmışam sənin səbrinə,
Sözüm küfdürsə, əfv et sən məni.

Qaldı yad əlində namus, arımız,
Millət unudulmuş, xalq unudulmuş.
Bir loxma çörəkçün övladlarımız
Özgə qapılarda didərgin olmuş.

Dəyanət, ləyaqət qalmadı bizdə,
Hər gün gəlmələrlə dolur məmləkət.
Öz doğma, öz halal vətənimizdə
Gəlmə sahibkara əl açır millət.

Fəhlə maaşını alammır nədən?
On qat artıq alır yad oğulları.
Bizim ac fəhlənin göynərtisindən
Göyərir gəlmənin gömgöy dolları.

Bu millətverilən quru vədəyə,
Yaddan gələn paya şükran edilmiş.
İçilən bol suya, bomboş mədəyə
Udduğu havaya şükran edilmiş.

Doğma məmləkətdə, doğma diyarda
Bu xalqı həyansız qoyma, Allahım,
Cırıq çadırlarda, şaxtada, qarda
Donan körpələrə qıyma, Allahım.

Hamı yalanlardan cəzanə gəlmiş,
Riyalar, boyalar basıb ölkəni.
Bir qarın çörəyə möhtac edilmiş
Bu xalqın üstünə çək öz kölgəni.

Elə hey sabaha baxdıq bu gündən
İşartı görünmür, qarşı dumandır.
Ən adi, ən kiçik haqqımızla sən
Bizi imtahana çəkmə, amandır.

Gəl bu imtahandan sən qurtar bizi,
Ya Rəbbim, ağıl ver, kamal ver bizə.
Çoxdan unutmuşuq düşmənimizi,
Düşmən kəsilmişik bir-birimizə.

Yol bir olmalıdır, əqidə birsə,
Neçə təriqətə bölünmüşük biz.
Ailədə tirəlik - didişmədirsə,
Millətdə tirəlik - fəlakətimiz!

Vətən bir, millət bir, yollar cürbəcür,
Əqidə - ağ yalan, məqsəd - kürsüdür.
Köhnə bayatıya, köhnə səs-küyə
Təzə ad verdilər, ünvan verdilər.
Gözə kül üfürüb uca kürsüyə
Əqidə paltarı geyindirdilər.

Tarix səhnəsindən qorxuram silə
Biri-birimizə bu nifrət bizi.
Əfv et suçumuzu, bizə rəhm elə,
Bu dərin uçrumdan xilas et bizi.

Nə hiylə tanıdı, nə tələ millət,
Sənin anan ölsün, a belə millət.

Bizi endirdilər göylərdən yerə,
Qaytar tariximin qızıl çağını.
İlahi, hökmünlə qaldır göylərə
İslam bayrağını, türk bayrağını.

1-3 yanvar, 1999

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#3 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 14 февраля 2009 - 05:45

İKİ KOR

Bir kor tanıyıram, gözü korsa da, özü kor deyil.
Bəzən qəm odunda qovrulursa da,
Ağlına, hissinə o nankor deyil.
Gecəli-gündüzlü yazır, oxuyur,
Ağlınm gözüylə o görür, duyur.

Ancaq... biri də var... kor deyilsə də,
gözü görməyir.

Dostu göz önündə öldürülsə də,
görmədim deyir...
Yaxşıya ortaqdır, yamanı görmür,
O, saata baxır, zamanı görmür.
Fikrini, hissini ucadan deməz,
bəzən gördüyünü görmək istəməz.

Gözləri görməyən kor deyil hələ,
Görmək istəməyən kordur, deyərdim.
Belə müqəvvaya, belə cahilə
Həyatın özü də gordur, deyərdim.

1968

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#4 tatar

tatar

    Mulazzim – lieutenant

  • Murid
  • 360 сообщений

Отправлено 14 февраля 2009 - 16:23

Allah rehmet elasin
Я пёс у дверей Имама Али (А).

#5 Black knight

Black knight

    Aqid – Colonel

  • Emir
  • 2 006 сообщений

Отправлено 16 февраля 2009 - 13:34

Yaxshi shair idi. Allah ona rehmet elesin!
Я сам себе судья и никто на этом Свете не может меня судить

#6 Rufat 200

Rufat 200

    Mulazzim – lieutenant

  • Murid
  • 415 сообщений

Отправлено 16 февраля 2009 - 17:04

Allah-Taala onu Imam Huseyn a.s. va Kerbala shahidlarina bagishlasin !!!
Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!
10."Yunus" surəsi, 44 ayə, Məkkədə nazil olub.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru