ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld, yazdığı kitabda yalan məlumat yazmışdır. Ramsfelt ABŞ-ın İraqı işğal etdiyi zaman dünya müsəlmanlarının Mərcəi Təqlidi Ayətullah Seyyid Əli Sistani cənabları ilə anlaşdığını iddia etmişdir. Dünyada tanınmış və çox sevilən alim olan Ayətullah Sistani barədə gedən yalnış məlumat isə, qərbyönümlü agentliklər tərəfindən böyük maraqla qarşılanıb. Kütləvi İnfomasiya Vasitələri məsələyə o qədər ciddi önəm verib ki, hətta alimin adından sorğuya cavab verilən saxta məktub da hazırlanıb. Məktubda isə Ayətullah Sistaninin ABŞ qoşunları İraqa daxil olarkən buna qarşılıq fətva vermədiyi, əvəzində isə 200 milyon ABŞ dolları aldığı öz əksini tapıb.
Qeyd edək ki, mövzu ilə bağlı Faktxeber.com saytıda dünya müsəlmanlarının Mərcəi Təqldi Ayətullah Sistaninin Moskvadakı nümayəndəısi şeyx Məhəmməd Mosuli ilə əlaqə saxlayaraq ondan bu məsələyə münasibıətini öyrənmişdir. Nüfuzlu müctəhidin nümayəndəsi isə bu məlumatı tamamilə yalan olduğunu bildirdi. "Bu sözlərin əsassız və yalan olması açıq-aşkar görsənir. Böyük alimə iftira atılır və onu nüfuzdan salmaq istəyirlər. Çox gülünc iddiadır ki, Ayətullah Sistaninin kimdənsə 200 milyon ABŞ dolları aldığı iddia edilir. Bu məlumat dezinformasiyadır və din alimlərinə qarşı təxribat planının tərkib hissəsidir. Deyə bilərəm ki, Ayətullah Sistani hətta bir dəfə olsun belə, hər hansı bir qərb, xüsusilə ABŞ nümayəndəsi ilə görüşə razılıq verməyib. Hətta Amerikanın iki prezidenti Corc Buş və Barak Obama Ayətullah Sistani ilə dəfələrlə telefon ələqəsi yaratmaq istəsələr də, nüfuzlu alim onlara rədd cavabı verib" (Mənbə: Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən).
Saxta məktubun nüsxəsi:
![Изображение](http://abna.ir/a/uploads//110/2/110271.jpg)