Salam olsun haqqi eşidib ona tabe olanlara!
Şiələrə qarşı çox kitablar yazılıb və onların demək olar ki, hamısı yalan və qondarma rəvayətlər üstə qurulublar. Bu məqalələrdən biri də "Elm əhlinin şiə haqda sözləri" kitabıdır. Düzdür, bu kitabda əsasən əhli-sünnət alimlərinin şiəyə qarşı olan fətvaları qeyd olunub, amma kitabı yazan bunu elə göstərmək istəyib ki, guya bütün əhli-sünnət alimləri şiəni təkfir etməkdə icma ediblər. Amma müəllif iki şey haqda susur:
Birincisi: müasir əhli-sünnət alimlərinin icmasına görə şiələr də müsəlmandır və hətta beşinci haqq məzhəb kimi qəbul olunur.
İkincisi: müəllif susur ki, bu "Elm əhli" yalnız şiəni yox, bütün özlərindən olmayan məzhəbləri və onların başçılarını təkfir ediblər, amma müəllif nədənsə yalnız şiə haqda deyilənləri qeyd edir.
Aşağıda bu kitabın bir hissəsini Siz oxucuya təqdim edirəm və ardıyca bu kitabın müəllifinin qeyd etmədiyi və gizlətdiyi bəzi məqamlara toxunmaq istəyirəm.
ELM ƏHLiNiN ŞiƏ HAQQINDA SÖZLƏRi
- İbn Həzm (r.a) onlar haqqında deyir ki: "Şüphəsiz ki, şiələr müsəlmanlardan deyildirlər. Onlar yalan və küfrdə yəhudi və xristiyanlarla eynı səviyyədədirlər." (Fasl: 78/2)
- İmam Əbu Hanifə (r.a) deyir ki: "Şiə əqidəsinin əsası səhabələri sapığ hesab etməkdir." (Səvaik əl-Muhrika fi'r rəddi əla əhli'l bidaa ve zandaka / əl-bəbu'l əvvəl / fasl'ul hamis)
- İmam Şafii (r.a) deyir ki: "şiələrən daha çox yalanlara iman edən bir qövmə rast gəlmədım." (Şərh usulu itikadi əhli sunnə vəl cəmaa: 1544 / 8)
Bu fətvaları oxuyan insanda elə təsurat yaranır ki, əgər bu alimlərin hamısı şiə haqda bu sözləri deyiblərsə, bəlkə doğrudanda şiə dindən çıxmış firqədir. Həqiqətdə isə bu belə deyil! Müəllifin adlarını çəkdiyi o sünni alimləri özləri bir-biri barəsində elə sözlər deyiblər ki, şiə barədə deyilənləri onların yanına qoysan "orucluqdakı iftar süfrəsi kimi şirin gələr" ona. Misal olaraq bir neçəsini gətirmək istərdim ki, bəlkə o kitabı yazan müəllif də bunları oxuyub feyziyyab ola.
İlk öncə baxaq görək ən çox davamçısı olmasını iddia etdikləri Əbu Hənifə haqda sünni alimləri nə deyir:
Mühəmməd ibn Abdurrahman as-Sami Seid ibn Yaqub Taliqanidən, o, Muabmmil ibn Omar ibn İşaqdan nəql edir ki: İbn Aunun belə deməsini eşitdim: "Islamda Əbu Hənifədən nəhs və uğursuz doğum olmayıb! Dininin əksər hissəsində aciz qalan kəsdən necə din öyrənirsiniz?!"
Al-Aqili, Ad-Duafa al-Kabir, cild 4, sehifə 280
Hatəm ibn Mənsur Hamididən nəql edir ki: Sufyandan belə deməsini eşitdim: İslamda Islam uçun Əbu Hənifədən zərərli bir doğuş olmayıb.
Al-Aqili, Ad-Duafa al-Kabir, cild 4, sehifə 281
Abdullah ibn Ahbah Hənbəl Mənsur ibn Əbu Muzahimdən nəql edir ki, Malik ibn Anas deyib: Əbu Hənifə dində hiyləgərlik edirdi. Kim dində hiyləgərlik etsə onun dini olmaz!
Al-Aqili, Ad-Duafa al-Kabir, cild 4, sehifə 281
Abdullah ibn Əhməd İbrahim ibn Abdurrahimdən, o da Əbu Muammardan və o Valid ibn Müslimdən nəql edir ki: Malik ibn Anas məndən soruşdu: Sizin şəhərdə Əbu Hənifənin adı çəkilir? Mən dedim: Bəli. Malik dedi: Onda sizin şəhərdə yaşamaq layiqli deyil!
Al-Aqili, Ad-Duafa al-Kabir, cild 4, sehifə 281
Al-Kamil fi duafair-rical, Əbu Əhməd Abdullah ibn Udeyy Corcani, cild 7, sehifə 6
Əbu Bəkr al-A'yun deyir: Mansur ibn Sələmə Əbu Sələmə al-Xuzai dedi: Hemad İbn Sələmə və Ş'öbənin Əbu Hənifəni lənətləmələrini eşitdim.
Al-Aqili, Ad-Duafa al-Kabir, cild 4, sehifə 281
Abdullah ibn Leys Mərvəzi Mühəmməd ibn Yunus Camaldan, o da Yəhya ibn Seiddən nəql edir: Ş'öbənin belə deməsini eşitdim: Bir ovuc torpaq Əbu Hənifədən daha xeyirlidir.
Al-Aqili, Ad-Duafa al-Kabir, cild 4, sehifə 282
Zəkəriyya ibn Yəhya Həlvani deyir: Mühəmməd ibn Beşar Abd ibn Bendarin belə deməsini eşitdim: Abdurrahman ibn Məhdi həmişə Əbu Hənifənin adı çəkiləndə deyərdi: Əbu Hənifə ilə haqq arasında pərdə olub.
Al-Aqili, Ad-Duafa al-Kabir, cild 4, sehifə 282
Xatib Bağdadi, Tarixu Bağdad, cild 13, sehifə 408
Süleyman ibn Davud Aqili nəql edir ki, Əhməd ibn Həsən Tirmizi deyib: Əhməd ibn Hənbəldən belə deməsini eşitdim: Əbu Hənifə yalançıdır.
Al-Aqili, Ad-Duafa al-Kabir, cild 4, sehifə 284
Abdullah ibn Mühəmməd Mərvəzi deyir: Hüseyn ibn Həsən Mərvəzidən belə deməsini eşitdim: Əhməd ibn Hənbəldən soruşdum: Əbu Hənifə barəsində nəzərin nədir? Əhməd ibn Hənbəl dedi: Əbu Hənifənin fikirləri məzəmmət olunmuş, hədisləri dilə gətirilməyəndir!
Al-Aqili, Ad-Duafa al-Kabir, cild 4, sehifə 285
Abdullah ibn Abdulhəmid Vasiti İbn Əbu Bərrədən nəql edir: Müəmmil deyirdi ki, Himad ibn Sələmədən bele deməsini eşitdim ki: Əbu Hənifə Peyğəmbərin – səllallahu əleyhi və səlləm – hədislərinə üz tutub onlardan öz rəyi ilə istifadə edən Şeytan olub!
Al-Kamil fi duafair-rical, Əbu Əhməd Abdullah ibn Udeyy Corcani, cild 7, sehifə 8
Bilirsiz bu Himad ibn Sələmə kim olub? İbn Hacər "Təqribut-təhzib"də (1/178) onun siğə və abid insan adlandırır:
1499 - حماد بن سلمة بن دينار البصري أبو سلمة ثقه عابد
Elə həmin ibn Hacər digər bir əsərində (Lisanul-mizan, 7/203) deyir ki, Himad ibn Sələmə İMAMdır!
2751 - حماد بن سلمة بن دينار الربعي أبو سلمة البصري الامام
Zəhəbi də (əl-Kaşif fi mə'rifəti mən ləhu rəvayətun fil-kutubus-sittə, 1/349) onu imam adlandırıb.
1220 - حماد بن سلمة بن دينار الإمام أبو سلمة أحد الأعلام
Maraqlısı budur ki, Himad ibn Sələmə Əbu Hənifəyə lənət oxuyurmuş. İbn Hibban da Özünün əs-Siqat əsərində (6/216) deyir ki, bizim bu Himad duası qebul olan şəxslərdən olub.
وكان من العباد المجابين الدعوة
Əgər İbn Hibbanın dediyi düz olsa, onda vay Əbu Hənifənin halına.
İbn Rizq İbn Səlmdən, o Abardan, o Sələmə ibn Şebibdən, o Valid ibn Utbədən nəql edir: Muəmmil ibn İsmayıldan eşitdim ki: Ömər ibn Qeys deyirdi: Kim haqqı tapmaq istəsə Kufəyə gəlsin və Əbu Hənifənin və onun tərəfdaşlarının nəzərinə baxsın və onların dediklərinin əksini etsin.
Xatib Bağdadi, Tarixu Bağdad, cild 13, sehifə 408
Barqani Mühəmməd ibn Abdullah ibn Xəmriveyhdən, o da Hüseyn ibn İdrisdən nəql edir ki: İbn Əmmar deyib: "Hər vaxt hansısa bir məsələ barəsində şəkkə düşsən və Əbu Hənifənin həmin məsələ barədə dediyinə baxıb onun əksini etsən haqq olar." Yaxud deyib: "Bərəket Əbu Hənifənin dediklərinin əksini yerinə yetirməkdədir."
Xatib Bağdadi, Tarixu Bağdad, cild 13, sehifə 409
İbn Numeyr bəzi alimlər vasitəsi ilə Əmmar ibn Zəriqdən nəql edir: Əgər səndən bir məsələ barəsində soruşsalar və sən o barədə bir şey bilməsən Əbu Hənifənin nəzərinə bax və onun əksini et, onda haqqi tapacaqsan.
Xatib Bağdadi, Tarixu Bağdad , cild 13, sehifə 409
İndi gorün dunya musəlmanlarının əksəriyyəti kimin dalınca gedir və hansı əqidəni daşıyırlar!? Özü də bilirsız hansı xülya ilə?! Bu xülya ilə ki, davamçısı olduqları imam "ümmətin çırağıdır". Hələ Əbu Hənifənin şəninə Peyğəmbərdən (s) hədis də uydurublar ki:
سيكون في أمتي رجل يقال له أبو حنيفة هو سراج أمتي
Yəni: Ümmətimdə Əbu Hənifə deyilən bir kişi olcaq. O, mənim ümmətimin çırağıdır.
(İbn Hacər Əsqalani, Lisanul-mizan, 5/178; Xatib Bağdadi, Tarix Bağdad, 5/308)
Birdən kimsə sevincək olub elə bilər ki, İbn Hacər və Xatib Bağdadi bu hədisi tesdiqləyirlər?! Xeyr!, Onlar bu hədisi səhih hədis kimi yox, uydurma hədis kimi nəql ediblər. Sadəcə belə hədisin mövcudluğunu nəql edib, onu uyduran ravinin yalançı olduğunu qeyd ediblər.
Bu da hənəfilərin vəziyyeti!
Amma hənəfilər də sakit qalmayıb, altdan-altdan başqalarına soz atiblar. Məsələn bir vaxtlar Dəməşqin qazisi olmuş Mühəmməd ibn Musa deyirmsih ki: "Əgər əlimdə olsaydı şafiilərdən cizyə alardım."
Zəhəbi, Mizanul-e'tidal, 4/51-52; Zəhəbi, Siyeru e'lamun-nubela, 19/245
Hənbəlilər isə ümumiyyətlə özlərindən başqasını – istər hənəfi olsun, istər şafii, istər maliki – musəlman saymırlar.
أحمد بن الحسين بن محمد . المحدث الأمام أبو حاتم بن خاموش الرازي البزاز . من علماء السنة . يروي عن : أبي عبد الله الحسين بن علي القطان وأحمد بن محمد بن إبراهيم المروزي الفقيه والحسين بن محمد المهلبي والحافظ ابن مندة وخلق . روى عنه : أبو منصور حجر بن المظفر وأبو بكر عبد الله بن الحسين التوبي . بقي إلى حدود سنة ثلاثين بل أربعين . وحكاية شيخ الإسلام الأنصاري معه مشهورة . وقوله : من لم يكن حنبليا فليس بمسلم
Yəni: Kim hənbəli deyilsə müsəlman deyil.
Tarixul-İslam 1/3076; Təzkirətul-huffaz, 3/1187
Eyni zamanda şafiilər də hənbəliləri müsəlman saymır. Elə yaxşı da eləyirlər, çünki hörmət qarşılıqlı olmalıdır. Qarşı tərəf onları kafir sayanda, bunlar da onları kafir sayar da! Deməli belə, adı uzun olduğu üçün aşağıda ərəbcesini oxuyacağınız şafii alimi deyir ki, Əgər əlimdə imkan olsaydı, hənbəlilərə cizyə təyin edərdim. Yəni onlar müsəlman deyillər. İnşəallah ki, cizyənin nə olduğunu bilirsiz və bu alimin məqsədinin nə olması hamınıza aydındır.
محمد بن محمد بن محمد بن محمد بن أحمد . الفقيه أبو حامد الطوسي البروي الشافعي
سمع : محمد بن إسماعيل الفارسي وعبد الوهاب بن شاه الشاذياحي وتفقه بأبي سعد محمد بن يحيى
وقدم دمشق سنة خمس وستين ونزل بدويرة السميساطي وكان واعظا فاضلا مناظرا
توفي ببغداد في رمضان وله خمسون سنة . كذا ذكره ابن عساكر
وأما ابن الدبيثي فأطنب في وصفه وسماه محمد بن محمد بن محمد بن إسماعيل بن عبد الله البروي وقال : أحد علماء عصره والمشار إليه بالتقدم في معرفة الفقه والكلام والنظر وحسن العبارة والبلاغة . قدم من دمشق فرزق قبولا ببغداد ودرس بها الأصول والجدل بالمدرسة البهائية ؛ وكان يحضر درسه خلق . ووعظ بالنظامية ثم عاجله الموت
وقد حدث بشيء يسير
وكناه ابن الجوزي في منتظمه أبا المظفر وقال : قدم علينا بغداد وجلس للواعظ وأظهر مذهب الأشعري وناظر عليه وتعصب على الحنابلة وبالغ
وقال ابن الأثير : اصابه إسهال فمات فقيل إن الحنابلة أهدوا له حلواء فأكل منها فمات هو وكل من أكل منها
وقال سبط ابن الجوزي : كان شابا حسن الصورة فصيحا مليح الإشارة والعبارة بالغ في ذم الحنابلة وقال : لو كان لي أمر لوضعت عليهم الجزية . فيقال إنهم دسوا عليه امرأة جاءته في الليل بصحن حلوى مسموم وقالت : هذا يا سيدي من منزلي . فأكله هو وآمرآته وولد صغير فأصبحوا موتى
Zəhəbi, Tarixul-İslam, 1/3984
البروي الشافعي
محمد بن محمد بن محمد ابن سعيد بن عبد الله أبو منصور الفقيه الشافعي البروي بالراء أحد الأئمة المشاهير المشار إليهم بالتقدم في النظر وعلم الكلام والفقه والوعظ وكان حلو العبارة فصيحها تفقه على الفقيه محمد بن يحيى النيسابوري صاحب المحيط في شرح الوسيط وكان من أكبر أصحابه صنف في الخلاف تعليقة جيدة والمقترح في المصطلح وهو مليح في الجدل وشرحه تقي الدين أبو الفتح منصور بن عبد الله المصري المعروف بالمعتز شراً مستوفي وعرف به فلا يقال شرح التقي المصري دخل البروي إلى بغداد سنة سبع وستين وخمس مائة وصادف قبولاً من العام والخاص وتولى المدرسة البهائية قريباً من النظامية ويذكر بها كل يوم عدة دروس ويحضره الخلق وله حلقة المناظرة بجامع القصر ويحضر عنده المدرسون والأعيان ويظهر عليه من الحركات ما يدل على رغبته في تدريس النظامية وكان ينشد في أثناء مجلسه مشيراً إلى موضع التدريس قول أبي الطيب :
بكيت يا ربع حتى كدت أبكيكا ... وجدت بي وبدمعي في معانيكا
الأبيات الثلاثة ويفهم الناس عنه ذلك وكان قدم دمشق ونزل في رباط الشميساطي وقريء عليه هناك شيء من أماليه وكانت ولادته يوم الثلاثاء خامس عشر ذي الحجة سنة سبع عشرة وخمس مائة بطوس وتوفي سادش عشر شهر رمضان سنة سبع وستين وخمس مائة ببغداد وصلى عليه المستضيء يوم الجمعة بقصر الخليفة ودفن بباب أبرز في تربة الشيخ أبي اسحاق الشيرازي وكان يبالغ في ذم الحنابلة وقال لو كان لي أمر لوضعت عليهم الجزية فجاءته امرأة في الليل بصحن حلوى قالت أنا أعزل وأبيعه وقد اشتريت هذا الصحن وهو حلال وأريد أن يأكل الشيخ منه فأكله هو وزوجته وولد له صغير فأصبحوا موتى
Əl-Vafi bil vafiyat, 1/121
Həmçinin malikilər də bekar oturmayıblar. Məsələn bütün rical alimlərinin can-başla ağiz dolusu tərifləyib siğə-siğə dediyi maliki alimi Haris ibn Miskin Misirdə qaziliq vəzifəsinə keçən kimi hənəfi və şafiiləri məsciddən çıxarmağı əmr edib. Bu da həmin hadisənin tarixi mənbəyi:
122 - الحارث بن مسكين بن محمد بن يوسف - د . ن . - قاضي الديار المصرية أبو عمرو الفقيه مولى زبان بن عبد العزيز بن مروان الأموي
سأل الليث بن سعد عن مسألة وتفقه بابن وهب وابن القاسم وروى عنهما
وعن : سفيان بن عيينة وأشهب ويوسف بن عمرو الفارسي وبشر بن عمر الزهراني وجماعة.....................
............................
..................
قال ابن قديد : أتاه في سنة سبع وثلاثين كتاب ولاية القضاء وهو بالإسكندرية فآمتنع فلم يزل به إخوانه حتى قبل وقدم مصر . فجلس للحكم وأخرج أصحاب أبي حنيفة والشافعي من المسجد وأمر بنزع حصرهم من العمد
Tarixul-İslam, 1/1901 və Siyəru e'lamin-nubela, 12/57
Vallah sünni alimlərinin bu cür "gözəl münasibətlərinin" nümunələrindən yenə var, amma mən yoruldum yazmaqdan. İnşəallah ki, sizin nəticə çıxarmanız üçün bes edər. Tarix kitablarında bu sünni məzhəblərinin davamçıları arasında olan qanlı qırğınlar barədə də məlumatlar mövcuddur.
Ərəblərdə belə bir misal var – deyir ki, "Evi şüşədən olan gərək başqasına daş atmasın!"
http://islam-news.ru...a...cles&id=648