Перейти к содержимому


Фотография

Yaxın qohumlarla evlilik


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 11 июня 2011 - 14:51

Bismillahir-Rəhmanir-Rəhim. Burada Ayətullah Məkarim Şirazinin fətvaları əsasında evliliyə aid suallar cavablandırılıb: http://abna.ir/data....ng=10&id=246542 Amma məni maraqlandıran 14-cü sualdır. Burada qeyd edilir ki, yaxın qohumlarla evlilik məkruhdur. Peyğəmbərdən (s) hədis qeyd edilir ki, yaxınlarınızla evlənməyin ki, uşaqlarınız cılız və zəif ola bilər.
Amma qəribəsi odur ki, məsumlar özləri bu cür izdivaclar ediblər. Bunlardan ən bariz nümunə İmam Səccadın (ə) öz əmisi İmam Həsənin (ə) qızı Fatimə (r.ə.) ilə izdivac etməsidir. Hər halda bundan daha yaxın evlilik ola bilməz.
Onda məni bir sual maraqlandırır ki, bu əməl necə məkruh sayıla bilər?

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#2 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 14 июня 2011 - 00:42

İmam Əlı (ə) həzrəti Fatimeyi-Zəhranın (s.ə.) şəhid olmasından sonra yenidən ailə qurmaq qərarına gəldi. Qardaşı Əqil tayfa və qəbilələri yaxşı tanıdığı üçün İmam ona müraciət edib dedi: "Şücaətlı və qorxmaz tayfadan olan bir qadınla evlənmək istəyirəm". Əqil soruşdu: "Nə üçün, belə tayfadan?" Hz. Əlı (ə) buyurdu: "Ona görə ki, ondan olan övlad da şücaətli olsun".
Əqil dedi; "Belə bir qadın bəni-Kilab qəbiləsindən olan Fatimə (Ümmül-bənin) Hizam ibn Xalid ibn Rəbiənin qızıdır..."
Əqil Ümmül-bəninə elçilik etdi və İmam Əli (ə) onunla ailə qurdu. Bu qadından olan bütün uşaqlar çox şücaətlı və qəhraman uşaqlar idilər. Sonralar onların bəziləri Kərbəlada şəhid oldular. Onlardan ən məşhuru Həzrət Abbas idi. Deməlı bu övladlara şücaət həm ata həm də analarından irsən keçmişdi.
Mənbə; (M. Qəraəti, "Günahşünaslıq" səh. 60).

Məsumların izdivaclarında Allah-Taalanın inayəti və xeyir-duası olub, yəqin. Hətta bir sıra hədislərdə biz Üca Tanrının həzrəti Fatimeyi-Zəhranın (s.ə.) İmam Əlı əleyhsalamdan ötrü (və əksinə) yaradıldıqlarına işarələrə rast gəlırik.

Сообщение отредактировал Vey-sal: 14 июня 2011 - 00:45

İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#3 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 14 июня 2011 - 00:59


Onda məni bir sual maraqlandırır ki, bu əməl necə məkruh sayıla bilər?


Qardaşım, M. Şirazinin saytında "məkruh əməlın" rus dilində belə izahı verilib:
"Нежелательные деяния (макрух), совершение которых неодобрительно, но и ненаказуемо. Например, путнику нежелательно выполнять коллективную молитву вслед за человеком, который не является путником."

Yəni bu əməl İslamda cəzalandırılmır, sadəcə olaraq "çox da arzuolunan" əməl deyil. Ən əsası budur ki, yaxın qohumunla evlənməyi müctəhid "xaram" saymır.
İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#4 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 14 июня 2011 - 12:25


Onda məni bir sual maraqlandırır ki, bu əməl necə məkruh sayıla bilər?


Qardaşım, M. Şirazinin saytında "məkruh əməlın" rus dilində belə izahı verilib:
"Нежелательные деяния (макрух), совершение которых неодобрительно, но и ненаказуемо. Например, путнику нежелательно выполнять коллективную молитву вслед за человеком, который не является путником."

Yəni bu əməl İslamda cəzalandırılmır, sadəcə olaraq "çox da arzuolunan" əməl deyil. Ən əsası budur ki, yaxın qohumunla evlənməyi müctəhid "xaram" saymır.


Məsumlar məkruh əməl edə bilməzlər axı. Onlar nəinki məkruh, heç mübah əməl etməyiblər. Ona görə də İmam Səccadın (ə) məkruh əmələ yol verməsi qeyri-mümkündür.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru