Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd
bu mövzuda inşaAllah əhli sünnə mzəhəbinin mənbələrində özlərindən hədis rəvayət edilmiş olan xristian, yəhudi, xarici və nasibilər haqqında məlumat verməyə çalışacağıq. əvvəlcə başlayaq xristian rahib Təmimi Daridən:
و قال لي علي بن عبد الله حدثنا يحيى بن آدم حدثنا ابن أبي زائدة عن محمد بن أبي القاسم عن عبد الملك بن سعيد بن جبير عن أبيه عن ابن عباس رضي الله عنهما قال خرج رجل من بني سهم مع تميم الداري وعدي بن بداء فمات السهمي ” – ص 1023 -” بأرض ليس بها مسلم فلما قدما بتركته فقدوا جاما من فضة مخوصا من ذهب فأحلفهما رسول الله صلى الله عليه وسلم ثم وجد الجام بمكة فقالوا ابتعناه من تميم وعدي فقام رجلان من أوليائه فحلفا لشهادتنا أحق من شهادتهما وإن الجام لصاحبهم قال وفيهم نزلت هذه الآية يا أيها الذين آمنوا شهادة بينكم إذا حضر أحدكم الموت
Səid b. Cübeyr dedi: ibni Abbâs r.a belə rəvayət etdi: Bəni Səhm (qəbiləsin)dən müsləman bir nəfər Təmim əd-Dari və Abdiy b. Bədda ilə birlikdə səfərə çıxmış və müsləman olmayan bir ərazidə ölmüşdü. bu 2 xristiayan (Təmim əd-Dari və Abdiy b. Bədda) şəxs Səhm qəbiləsindən olan şəxsin varislərinin yanına gələndə varislər əşyalar içərisində qızıl bəzəkli gümüş bir qabı tapa bilmədilər. Rəsulullah s.a.a bu 2 xristiyana (qabı oğurlamadıqları haqqında) and içdirdi. bir müddət sonra o qab Məkkədə tapıldı və qabın təzə sahibləri "biz bunu Təmim ilə Daiydən aldıq pul ilə aldıq" dedilər. bundan sonra Səhmli şəxsin varislərindən 2 nəfər "bizim şəhadətimiz onların şəhadətlərindən şübhəsiz ki, daha haqlıdır və bu qab mütləq olaraq ilk sahiblərinə (yəni Səhm qəbiləsindən olan şəxsin varislərinə) aiddir" deyə and içdilər.
ibni Abbas: "Maidə surəsi 105-108-ci ayələr bu hadisə haqqında nazil oldu" deyib.
Buxari, "əs-Səhih", Vəsiyət kitabı, hədis 2628
oğruluq edən bu xristian rahibi Təmimi Dari daha sonra Təbuk qəzvəsindən sonra (hicri 9-cu il) müsəlman olub. və əhli sünnəyə görə avtomatik olaraq səhabə olub. Ömər b. Xəttab onun haqqında "Mədinənin ən xeyirlisi" deyərmiş. bax həmən bu oğru-xristian-rahib-mədinənin ən xeyirlisi əhli sünnənin hədis ravilərindəndir. əz-Zəhəbi deyir:
Tmimin Rəsulullahdan s.a.a rəvayət etdiyi çox hədis var. Təmimin özündən isə: Ənəs b. Malik, Abdullah b. Abbas, Əbu Hureyrə, Kəsir b. Mürra, Ata b. Yezid əl-Leysi, Abdullah b. Məvhəb, Zürarə b. Əvfa, Şəhr b. Həvşəb, Qabisə b. Züeyb (Bunda şübhə var), Süleym b. Amir, Şurahbil b. Müslüm, Əbdürrəhman b. Ğənm, Ravh b. Zinba, Vəbra b. Əbdürrhaman və Əzhər b. Abdullah hədis rəvayət ediblər.
əz-Zəhəbi, "Tarix əl-İslam", 6/ 372-379
bu oğrunun əhli sünnə nəzərindəki fəziləti haqqında danışmaq belə lazım deyil, sadəcə bu qədəri kifayətdir ki, o "səhabə" olub. sadəcə bir dənə link verirəm ki, orada onun fəziləti haqqındaki hədislərə nəzər salmaq kifayət edər: Ateşin Temim-i Darî'ye İtaat Etmesi