Перейти к содержимому


Фотография

Abu Zeydin 12 imam əqidəsi altında növbəti yalanlarının ifşası


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 18 июля 2011 - 14:05

http://www.youtube.com/watch?v=RiX3zqDzYo8

Abu Zeyd deyir: 1-cisi Tarixdə şiəlik yarananda 12 imamçılıq əqidəsi, zadı yox idi. Deyəcəksən iddiadır, iddia deyil. Şiə kitablarında var. Məsələn, Növbəxtinin kitabı var. Firəquş Şiə və Abbas Qumminin əl-farqu beynəl firaq (firqələr arasında fərq) kitabı. Şiə firqələrindən danışan kitabdır. Ged elə orada yazılıb. Yəni nə? Şiəlik çıxanda 12 imamçılıq əqidəsi, zadı yox idi. 1-ci 3 imam əqidəsi var idi. Həsən, Hüseyn və Əli (ə.s).
Mən bunu araşdırdım və gördüm ki, bunun elə 1-ci səhvi Şeyx Abbas Qumminin adını zikr etməsidir. Çünkü o barədə məsələ Şeyx Abbas Qumminin deyil, Səd ib Abdullah əl Qumminin əl-Məqalət vəl Firaq kitabında yazılmışdır. Buna da İbn Səba (l.ə) haqqında olan hədislər bölməsində mənbə: http://313news.net/f...hp?/topic/3466/ - Elməddin qardaş bəzi izahlar vermişdir.

Gələk şübhəyə:

Şübhənin mətni:
"Həsən və Hüseyn (ə.s)-dan sonra İmamətin qardaşdan-qardaşa keçməsi icazəsinin mümkünsüzlüyü və imamətin davam etməsinin vacibliyi" sözü zəifdir və imami şələr bunda icma etməmişlərdir.

Şübhənin rəddi:
Əksinə İsmail ibn Əli Növbəxtini ət tənbih fil imamə kitabında və onun bacısı oğlu Həsən ib Musa Növbəxtinin firaquş şiə kitabında, həmçinin Səd ib Abdullah əl Qumminin əl-Məqalət vəl Firaq kitabında da nəql olunduğu kimi bu elə imami şiələrin cümhurunun sözüdür onlar arasında hələ İmam Mehdi (ə.s)-ın viladətindən öncə məşhur sözdür, mütəvatirdir.
İkmalud Din - Şeyx səduq - 92-ci səhifə.

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#2 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 18 августа 2011 - 19:46

Bes Imam Huseyne mektub yazan shiyeler neca oldu???))))

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#3 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 09 сентября 2012 - 02:53

Alçağın oğlu alçaq Əbu Zeyd həmişəki kimi hədisi axıra kimi qeyd etməyib. Hədisin sonunda Zeyd ibn Əli(ə) Möminut-Taqa deyir ki, "Allaha and olsun! İndiki belə oldu yadında saxla: Sənin sahibin(İmam Sadiq(ə)) Mədinədə olanda öldürüləcəyimi və Künasədə dara çəkiləcəyimi mənə xəbər vermişdir. Şübhəsiz onda mənim qətlim və dara çəkiləcəyim barədə yazılı məlumat vardır".
Əhvəl(digər ləqəbi) deyir ki, Mədinəyə getdim Hz.İmam Sadiqə(ə) Zeyd ibn Əlinin(ə) dediklərini dedim. İmam(ə) da mənə dedi ki, gərək elə edə idin ki, getmək üçün yolu qalmayaydı.(Qeyd edim ki, bu hədisdə Əhvəl Zeyd ibn Əlı(ə) ilə qiyam barədə mübahisə edirlər).

Rəvayətin zəif olub-olmadığını isə daha bilikli qardaşlar desinlər.

Zeyd ibn Əli barəsində(ə) İmam Sadiqin(ə) dilindən Biharul-Ənvarın 46-cı cildində hədis rəvayət olunub ki, Hz.İmam Sadiq(ə) buyurur ki, Zeyd ibn Əli ibn Hüseyn(ə) buyurmuşdur: "Hər bir zamanda bizdən, Peyğəmbər(s) ailəsindən bir kəs camaata höccətdir. Və indiki zamanın höccəti qardaşım oğlu İmam Sadiqdir(ə). Ona qoşulan yolunu azmayacaq. Və müxalif olan hidayətə qovuşmayacaq".

Bundan başqa Hz.İmam Rza(ə) Zeyd ibn Əlinin(ə) qiyamı barədə Məmuna deyir ki, İmam Sadiq(ə) buyurmuşdur ki,Zeyd ibn Əli(ə) qiyam etməsi barədə mənimlə məşvərət etmişdir.

Zeyd barədə "Aşura faciəsindən sonra baş verən qiyamlar" kitabına müraciət etmək də olar.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#4 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 09 сентября 2012 - 03:26

Bu rəvayəti də ona çatdırın:

حديث يحيى بن زيد بن علي بن الحسين قال: ((سألت أبي عن الأئمة، فقال: الأئمة اثنا عشر: أربعة من الماضين، وثمانية من الباقين. قلت: فسمهم يا أبه. قال: أما الماضون فعلي بن أبي طالب،

والحسن والحسين، وعلي بن الحسين، ومن الباقين محمد أخي الباقر، وبعده جعفر الصادق ابنه، وبعده موسى ابنه، وبعده علي ابنه، وبعده محمد ابنه، وبعده علي ابنه، وبعده الحسن ابنه، وبعده الحجة

المهدي. قلت: يا أبه، فلست منهم؟ قال: لا. ولكني من العترة. قلت: فمن أين عرفت أساميهم؟ قال: عهد معهود إلينا من رسول الله (صلى الله عليه وآله وسلم)))

(/ إثبات الهداة بالنصوص والمعجزات ج:2 ص:565. كفاية الأثر ص:304. بحار الأنوار ج:46 ص:198


Bu rəvayət Yəhya bin Zeyddəndir. Yəhya deyir ki, atamdan məsum imamların(ə) sayı barədə soruşdum. Dedi ki, 12 nəfərdilər. Sonra adlarını soruşdum ki, bir-bir saydı. dedim bəs sən onlardan döyüləsn ki? Dedi ki, yox amma o nəsildənəm. Soruşdum ki, bəs adlarını haradan bilirtsən. Cavab verdi ki, bu Peyğəmbərdən(s) bizə gəlib çatmışdır. Biharul-Ənvar c.46, səh.198.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru