Перейти к содержимому


Фотография
- - - - -

Mtn-In Əməkdaşı: Vəhhabilər "dinsiz" Deyərkən Kimi Nəzərdə Tuturlar


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 4

#1 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 19 июля 2011 - 16:49

MTN-in əməkdaşı: “Vəhhabilər “dinsiz” dedikdə, əsasən yəhudi və xristianları nəzərdə tuturlar”

“Siyasi məqsəd və zorakılıq fəaliyyətini dinlə pərdələnmək qədimdən mövcuddur. İslam ekstremizminin ideoloqları da əsərlərində hər hansı ekstremist fikirlərini əsaslandırmaq istəyəndə və bu fikir Quranla üst-üstə düşməyəndə, bu müqəddəs kitabın müddəalarına ümumiyyətlə məhəl qoymurlar”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Təhlükəsizliyik Nazirliyinin (MTN) əməkdaşı Elman Qurbanov deyib. O buna misal çəkərək bildirib ki, vəhhabi təlimində “dinsizlik” konsepsiyası mühüm yer tutur: ““Dinsiz” dedikdə, vəhhabilər əsasən yəhudi və xristianları nəzərdə tuturlar. Lakin yəhudi və xristianların “dinsiz”liyini əsaslandıran vəhhabi mətnlərinin heç birində Quranın bu ayəsi nəzərə alınmır: “İman gətirənlərdən, musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha axirət gününə (sədaqətlə) inananların və yaxşı iş görənlərin mükafatları Rəbbin yadındadır. (Qiyamət) günündə onların heç bir qorxusu yoxdur və onlar qəmgin olmazlar”. Eləcə də vəhhabi ideologiyasında sistemləşməni təşkil edən əsaslardan biri hesab olunan cihad da yalnız silahlı mübarizə şəklində şərh edilir. Burada da Quran və Sünnəyə istinad edilmir”.

E. Qurbanovun sözlərinə görə, hətta şərti olaraq terrorçuların həqiqətən İslam uğrunda mübarizə apardıqları qəbul oluna bilər: “Lakin bu halda belə şəriət qaydalarını birinci elə onların özləri pozurlar. Çünki bir çox müsəlman ilahiyyatçı və hüquqşünaslarının şərhlərinə görə, qanuni müharibə aparıldıqda belə, qadın və uşaqları, qoca və ruhaniləri, sənətkar və əkinçiləri öldürmək qadağandır”.

http://az.313news.net/news/a-2684.html
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#2 lekwin

lekwin

    Raqib – Seargeant

  • Murid
  • 106 сообщений

Отправлено 16 октября 2011 - 15:32

Bismilləhir-Rahmənir-Rahim

Şübhəsiz ki, həmd Allah üçündür. Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərrindən, əməllərimizin pisliklərindən Ona sığınırıq. Allah kimə hidayət verərsə onu azdıran olmaz, Allah kimi azdırarsa ona hidayət verən olmaz.Allahdan başqa ilah olmadığına şəhadət edirəm. O, təkdir və ortağı yoxdur. Yenə şəhadət edirəm ki, Məhəmməd sallallahu aleyhi və alə əlihi və səlləm Onun qulu və elçisidir. Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün! (Ali İmran, 102)

Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir! (Nisa, 1) Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar (Əhzab, 70-71)

Bundan sonra: Sözlərin ən doğrusu Allahın Kitabı, yolların ən xeyirlisi Məhəmməd sallallahu aleyhi və alə əlihi və səlləm-in yoludur. İşlərin ən şərlisi muhdəs (Dində olmayan şeyin din adından istifadə edilməsi) olanlardır. Dinə sonradan soxulan hər şey bidətdir, hər bidət zəlalətdir, hər zəlalət atəşdədir.

İslamda yəhudi və xristianlar əhli-kitab adlanır.
Hər hansı bir firqəni adlandıranda onun banisi olan alimin adından istifadə edirlər. Yaxşı indi mənə deyin, vəhhabi ləqəbi haradan götürülür? Məlumdur ki, alimin adı Muhəmməd ət-Təmimi olub. Atasının adı isə Əbdül Vəhhab. Atası ona qarşı çıxıbsa, atasının adı nəyə lazımdır?
Niyə MTN əməkdaşı belə məqamlara göz yumur?

Bu firqədə dində hər hansı bir yenilik qəti qadağandır. Və əgər hər hansı yenilik haramdırsa, bu o demək deyilmidir ki, bu firqənin kökləri 1400 il əvvələ gedir?

MTN əməkdaşı deyir ki, cihad yalnız silahlı mübarizə kimi şərh edilir, amma bütün sələfilər, əvvəl nəfsə qarşı olan cihadı üstün tutur. Daha sonra elm ilə dəvət. Allah Təala dəvətlə cihadı böyük cihad adlandırıb: “(Ya Rəsulum!) Kafirlərə itaət etmə və onlara qarşı (Quranla) böyük bir cihad et!” (Furqan, 52). Bu ayə Məkkə ayəsidir, orda da vuruşmaq hələ əmr olunmamışdı. Lakin buna baxmayaraq dəvətlə olan cihadı böyük adlandırır. Və ən son variant kimi vuruşmaq əmr olunur Allah yolunda. Və vuruşanda qayda qanun var. Peyğəmbər sallallahu aleyhi və alə əlihi və səlləm vaxtında olan cihadda hətta ağaclara dəymirdilər. Nəinki qoca, qadın və s. Yalnız vuruşanlarla vuruşmaq lazım idi.

Qaldıkı o kəslərə ki, silahlı cihadı ən üstün tutrlar, metro və s.partladırlar, müsəlmanda, qadın-uşaqda, özlərinə qarşı vuruşmayanlarıda öldürürlər və buna cihad deyirlər. Onların sözü rədd olunur. Peyğambərin sallallahu aleyhi və alə əlihi və səlləm cihadi belə deyildi. Demək bu cür cihad islama aid deyil. Bu firqə xəvaric firqəsidir. Onların etdiklərinin Muhəmməd ət-Təmimi-yə heç bir adiyyatı yoxdur. Çunki o rəhbərə qarşı cıxmağı rədd edir.

Göründüyü kimi sələfilərin əqidəsi ilə, mənhəci ilə xəvariclərinəqidə və mənhəci arasında kəskin fərq var. Onda niyə həm sələfiləri həm də xəvaricləri "vəhhabi" adlandırsınlar ki?
Çox qəribədir ki, MTN əməkdaşı bu kəliməni işlədir.

İMHO.Bu mənim şəxsi fikrimdir. Mübahisə etmək fikrim yoxdur.




#3 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 26 ноября 2011 - 15:33

Bu uzun-uzadı yazıya qısaca cavab:
1.Əvvəla, qeyd edim ki, bu məqalənin muəllifi özü ya vahabidir ya da vahabiliyə meyilli kimsə.Deməli, ya bilə-bilə həqiqəti təhrif edir ya da bilmədən.
2.Bu azğın camaat, yəni, vahabilər özlərinə nə deyirlər desinlər vahabilikdən kənar deyillər.Vahabilər-İbn Teymiyyə və Muhəmməd bin Abdulvahhab kimi nasibi "alimlərini" özlərinə rəhbər təyin edən kimsələrdir.Məhz İkincinin dövründə sünni və şiə müsəlmanların qanını ingilislərin yardımı ilə "cihad" adı altında tökdüklərinə görə yaddaşlarda "vahabi" adı ilə qalıblar.
3.İstər Qamətçilər olsun, istəyir qamətçiləri sevməyənlər olsun ( Qamətçilər öz rəqiblərini xəvaric adlandırır) hər ikisi xəvaricdir, hər ikisi də vahabidir, islamın və müsəlmanların düşmənləridir.Çox təəssüflər olsun ki, ta Allah rəsulu (s.a.s) dövründən İslamla düşmənçilik edənlər bu icraatlarını din pərdəsi altında etdiklərindən düşmənlikləri hər kəs tərəfindən açıq-aşkar bilinmirdi.
Allahu təala bütün müsəlmanları vahabilərin şərrindən qorusun! Amin!

P.S
"Vahhabi" adını vahabilərə MTN əməkdaşı veribmi ki, MTN əməkdaşını qınayırsan? "vahhabi" adını vahabilərə əhli-sünnə vəl-camaat verib, vahabi alimləri də bu addan narahat olmayıb,hətta, vahabi adını danışmaqlarını fəxr biliblər.Sizə niyə təsir eləyir ki? :rolleyes:
Demirsiz ki, Allahın adlarındadır? Vəssəlam! vahabi olmaqdan naharat olmayın! :rolleyes:

Сообщение отредактировал 3_Rengli_HeyaT: 26 ноября 2011 - 15:35

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#4 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 26 ноября 2011 - 15:38

Bu da ən böyük vahabi yalanlarından biri :


Onların etdiklərinin Muhəmməd ət-Təmimi-yə heç bir adiyyatı yoxdur. Çunki o rəhbərə qarşı cıxmağı rədd edir.



SubhanAllah! Bəs Muhəmməd bin Abdulvahhab kimə qarşı çıxmışdı? :rolleyes:
Yoxsa,ona qədər qanı su yerinə axıtdığı torpaqlarda heç bir hakimiyyət, məmuriyyət, rəhbərlik yox idi?
SubhanAllah! Vallahi, bu vahabilərin utanmaz-utanmaz, həyasızcasına belə cümlələr yazmaqları artıq məni heç təccübləndirmir.

Bəs Muhəmməd bin Abdulvahhabın tökdüyü sünni və şiə qanlarını hara yazırsız?
Terroristin yekəsidir bu adam,amma, muəllif zərrə qədər utanmadan-qızarmadan deyir ki,"Onların etdiklərinin Muhəmməd ət-Təmimi-yə heç bir adiyyatı yoxdur".Allah sizi islah eləsin! Amin! :rolleyes:



P.S
Deyəsən bir az uzun oldu! :rolleyes:

Сообщение отредактировал 3_Rengli_HeyaT: 26 ноября 2011 - 15:40

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#5 Muhaqqiq

Muhaqqiq

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 02 января 2012 - 21:38

Vahhabilər elə bilirlər cihadı ancaq özləri dəstəkləyir və edirlər.Vaxtilə ərəbistanda sünnilərin öldürülməsi onlara görə cihad ola bilər.Həmçinin bunu indi də bir qisim onların davamçıları davam etdirir.Bu ƏlQaida içindəki xavaric qruplardır.Həqiqi sünniləri,sufiləri,Əşariləri müşrik sayan vahhabilərə ən yaxşı cavab elə tarixdir.Tarixboyu ümmətin ən böyük mücahidləri sufi,əşari əqidəsinə mənsub olan müsəlmanlar olub.Salahəddin,Fatih Sultan,Ömər Muxtar,Şeyx Şamil və bir çoxu bunlara aiddir.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru