Перейти к содержимому


Фотография

Xamneyinin Nümayəndəsi Hədəfə Alındı


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 16

#1 Atella

Atella

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 16 Август 2011 - 09:34

Bakıda Xamneyinin nümayəndəsi hədəfə alındı

Изображение

Ortada İranla yeni diplomatik müharibə yarada biləcək ittihamlar dolaşır

Bir neçə gün öncə islamçıların həbsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun verdiyi birgə məlumatda bir məqam xüsusi diqqət çəkir. Düzdür, həbs olunan şəxslər əvvəllər də Iranla əməkdaşlıqda ittiham olunsalar da, bu dəfə rəsmi Tehrana qarşı konkret ittihamlar irəli sürülüb. Belə ki, saxlanılanlardan Abgül Süleymanov Iran Islam Respublikasının Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzindən maliyyə dəstəyi alaraq “Cəfəri” adlı radikal dini qrup yaratmaqda ittiham olunur.
Maraqlıdır ki, bundan əvvəl Irana qarşı bu cür ittiham irəli sürülməmişdi. Əldə etdiyimiz bəzi məlumatlara görə, hakimiyyət bir müddət əvvəl Iran Mədəniyyət Mərkəzinin Bakı nümayəndəliyinin rəhbəri Ocaq Necatı həbs etmək istəyirmiş. Amma sonradan O.Necatın Iranda din xadimi kimi böyük nüfuza sahib olması hakimiyyəti bu fikirdən daşındırıb. Lakin son günlər Iranla yaşanan gərginlik bu həbsi yenidən gündəmə gətirib.
Onu da qeyd edək ki, vaxtilə Azərbaycan Türkiyə ilə ölkəmizdə səfir işləmiş Altın Karamanoğluya görə bu tip diplomatik qalmaqal yaşamışdı. Indi isə analoji halın Iranla bağlı təkrarlanacağı istisna edilmir.
Bəs görəsən, Mədəniyyət Mərkəzinin Bakı nümayəndəliyinin rəhbərinin həbsi nə dərəcədə mümkündür?


Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, MTN və Baş Prokurorluğun Iran Mədəniyyət Mərkəzinə və onun rəhbərinə qarşı irəli sürdüyü ittihamlar inandırıcı deyil. Irəli sürülən ittihamlarda hüquq-mühafizə orqanlarının ənənəvi absurda yol verdiyini düşünən Z.Əlizadə vurğuladı ki, “Cəfəri” heç bir qeyri-qanuni fəaliyyətlə məşğul olmayıb: “Cəfəri” qonşu Iran dövlətinin rəsmi ideologiyası haqqında ədəbiyyatın yayılması ilə məşğul olub. Burada isə heç bir terror əməli yoxdur. Bu üzdən düşünmürəm ki, Irana qarşı irəli sürülən bu ittihamlar ciddi beynəlxalq qalmaqala səbəb olsun. Çünki dünya Azərbaycandakı vəziyyəti çox gözəl bilir. Dünya ictimaiyyəti bilir ki, Azərbaycanda öz xalqına zülm edən bir hakimiyyət mövcuddur. Azərbaycan bir bataqlıqdır”.
Mədəniyyət Mərkəzinin rəhbəri O.Necatın həbs olunmasının nə dərəcədə real olacağına gəlincə isə Z.Əlizadə hadisələrin bu cür gedişinə inanmır. “Əgər belə bir addım ata bilirlərsə, buyursunlar”,- deyə Z.Əlizadə vurğuladı.

"Ocaq Necatın həbsi İranın sərt reaksiyasına səbəb olar"

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərin fikrincə, Iran Mədəniyyət Mərkəzinin adının bu kontekstdə hallandırılması təsadüfi deyil. Hələ 90-ci illərdən mərkəzin fəaliyyətinin Azərbaycanın xüsusi xidmət orqanlarının diqqətini cəlb etdiyini deyən S.Əkbər vurğuladı ki, mərkəz heç də elan etdiyi prinsiplərə uyğun fəaliyyət göstərmir: “Iranın Mədəniyyət Mərkəzi əgər bir tərəfdən Islam dini ilə bağlı ideologiyanı təbliğ edirsə, digər tərəfdən Azərbaycanda Iran tipli bir dövlətin yaradılması təbliğatını da aparır. Bu istiqamətdə müxtəlif insanları ələ alır, onlarla iş birliyinə girir. Ona görə mərkəz barəsində bu cür sərt rəsmi mövqenin bildirilməsinə təəccüblənmədim”.
O.Necatın həbs olunmasına gəlincə, S.Əkbərin də fikrincə, Azərbaycan bu məsələdə çox dərinə getməyəcək. S.Əkbərin sözlərinə görə, O.Necat Iranın dini rəhbərliyinin təmsilçisi olduğundan Azərbaycan diplomatik qalmaqal istəməz. Çünki bu şəxsin həbsi Iranın sərt reaksiyasına səbəb ola bilər.

Hökumət politoloqundan Ocaq Necata təhqiramiz ifadələr


Bu arada hakimiyyətə yaxınlığı şübhə doğurmayan politoloq Mübariz Əhmədoğlu Ocaq Necata qarşı ağır ittihamlar səsləndirib. M.Əhmədoğlu deyib ki (APA), Ocaq Necatın 20 ilə yaxın fəaliyyəti dövründə Iran-Azərbaycan münasibətlərində müsbət heç bir şey baş verməyib. “Iran-Azərbaycan sərhədində narkotik axını o səviyyədədir ki, bunu birmənalı şəkildə Iran-Azərbaycan münasibətləri üçün Iranın müəyyənləşdirdiyi gerb və ya rəmz kimi başa düşmək olar. Iran sərhədçiləri Azərbaycana keçirilən narkotik maddələrin qarşısını almırlar. Özlərini hər şeyə qadir hesab edən Iran hərbçilərinin narkotikanın qabağında “qüdrətləri” sınırsa, bunu da təsadüfi hesab etmək lazım deyil”.
Politoloq deyib ki, Əhəd Qəzaidən sonrakı bütün səfirlər Ocaq Necat tərəfindən idarə olunub. Ona görə səfirlik bir lazımsız quruma çevrilib:"Islam Partiyası oyuncaq quruma çevrilib. Islam Partiyasına son vaxtlar yalnız zombiləşdirilmiş adamlar rəhbərlik ediblər. Partiyanın yuxarı eşelonunda normal dünyagörüşünə malik, diniliklə dünyəviliyi birləşdirməyi bacaran adamların olmasına baxmayaraq, Ocaq Necat yalnız zombilərin rəhbərliyə çıxmasına icazə verib. Rəftar prinsipləri “Ağlım Ocaq Necatın cibindədir” olan şəxslərin fəaliyyəti nəticəsində bu gün islamçıların böyük əksəriyyəti həbsxanadadır”.
Politoloqun fikricə, Iranda din siyasətin nökərinə çevrilib. Məscidi Ramazan ayında topla dağıdan, islami partiyaların fəaliyyətini qadağan edən, qadınları hicabsız gəzən Suriyanı Iran hər vasitə ilə müdafiə edir. Bundan xeyli yumşaq parametrli Azərbaycanı isə, az qala məhv etməyə hazırlaşır: “Ocaq Necat Azərbaycanda fəaliyyətə başladığı dövrdə Iran Azərbaycanın birinci və ya ikinci ticarət ortağı idi. Indi 10-cu tərəfdaşıdır. Ocaq Necatın fəaliyyəti dövründə Azərbaycanda onların təsiri altında olan adamlar arasında dini mədəniyyət pisliyə doğru transformasiya olunur”.
Hökumətyönlü politoloq Iranın spikeri Əli Laricaninin Bakıya səfərini Bakıda və Gəncədə Ocaq Necatın arxasında namaz qılmasını sərt tənqid edib:"Bu namazın ictimai nümayişini yada salmaq istəyirəm. Vaxtilə Ərdəbilin dağ-dərəsində at-eşşək dalında dayanan, otaran Ocaq Necatın arxasında indi Əli Laricani kimi vəzifəli şəxs, akademiklər, professorlar namaz qılır. Onun bu keçmişi və DAK-dakı ərdəbillilərin buna bənzər məlumatlara malik olması, görünür, Ocaq Necatda kompleks yaradıb, amma gecdir. Ocaq Necatın arxasında namaz qılan akademik, professor, özünü abırlı bilən savadlılar müəyyən qədər bu məsələdən məlumatlıdırlar. Bu məlumatlanma DAK-dakı ərdəbillilərin DAK-da qalıb-qalmamasından asılı olmayaraq davam edəcəkdir. Görünür, Ocaq Necat reallaşdırmağa cəhd etdiyi inqilabın başlanğıcında Əjdər Tağızadənin mətbuata çıxıb onun keçmişindəki belə hadisələrdən danışmağa başlamasından ehtiyatlanır”.

#2 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 16 Август 2011 - 20:32

Düzələr.
İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#3 Scriber

Scriber

    Arif – Corporal

  • Murid
  • 54 сообщений

Отправлено 16 Август 2011 - 21:13

Вот Мубариз Ахмедоглу ублюдок, тварь...
Знал, что он антииранский, но, чтобы до такого опуститься... гнида подколодная...
"Я с момента принятия ислама приготовил себя к смерти. Этим меня не испугать!" (Малкольм X)

#4 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 16 Август 2011 - 23:23

Mübariz Əhmədoğlu nə vaxtdan politoloq olub e? məni onu görəndə gülmək tutur :loool:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#5 Djafarit

Djafarit

    Naqib – Captain

  • Murid
  • 783 сообщений

Отправлено 17 Август 2011 - 01:29

Вот Мубариз Ахмедоглу ублюдок, тварь...
Знал, что он антииранский, но, чтобы до такого опуститься... гнида подколодная...

У него на лице написано что он свинья.Надеюсь его похоронят на еврейском кладбище.При жизни Хомейни не редко давались фетвы о дозволенности крови,всяких 'словесных поносов',жаль марджиат не балует нас сегодня подобными фетвами.
Удивительное дело, права на наследство лишены незаконнорожденные и дети пророков

#6 H I Z B U L L A H

H I Z B U L L A H

    Naqib – Captain

  • Murid
  • 765 сообщений

Отправлено 17 Август 2011 - 11:21

images.jpg хе, uzunnen nur tokulur!
Затем размышлял я, следует ли мне восстать,не имея поддержки, либо претерпеть перед лицом всепоглощающей тьмы, в которой [пребывать, может быть,суждено столь долго], что старики станут совсем немощными, молодые поседеют, и верные мне закончат бесславно дни свои, пока не встретятся со Всевышним.Я нашел, что мудрее в вышеописанных условиях — терпение, и принял его, несмотря на то что жжение в глазах и сдавленность в горле вызывало сознание того, как разграбляется мое наследие.

#7 Scriber

Scriber

    Arif – Corporal

  • Murid
  • 54 сообщений

Отправлено 17 Август 2011 - 19:35

Среди журналистов его обычно кличут "Чипполино" (хотя за что так наказывать героя сказки?!), а с недавних пор стали прозывать то ли Шрэком, то ли Гоблином (опосля того, как он постригся, если вплотную смотреть, то копия гоблин)...
"Я с момента принятия ислама приготовил себя к смерти. Этим меня не испугать!" (Малкольм X)

#8 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 17 Август 2011 - 23:03

Xomeyniyə neynəyiblər eee-başa düşmədim((
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#9 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 18 Август 2011 - 17:09

Вот Мубариз Ахмедоглу ублюдок, тварь...
Знал, что он антииранский, но, чтобы до такого опуститься... гнида подколодная...

Ну что я тоже антииранский-но ето не дает повода что сказать что то против Оджаг Нижата.Одно дело ненавидеть страну которой улыбаясь как старая баба ,делает подлянку ,одно дело ненавидеть Алима.Про Оджаг Ниджат они неправы 100 процентов.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#10 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 18 Август 2011 - 18:09

Ну что я тоже антииранский-но ето не дает повода что сказать что то против Оджаг Нижата.Одно дело ненавидеть страну которой улыбаясь как старая баба ,делает подлянку ,одно дело ненавидеть Алима.Про Оджаг Ниджат они неправы 100 процентов.


Komandir, sən canı 1 dənə de görək Azərbaycanın "anti" olmadığı ölkə var?
Qonşularımıznan "anti"yik. Rusiya- düşmənimizdi.
İran-düşmənimizdi.
Gürcüstan-o da uje düşmənimizdi. Çünki Şeyximizi nüfuzdan salıb, "GMİ" yaradıb!
1 dostumuz var idi- Türkiyə- Uzun müddətdi viza problemini həll edə bilmirik, neft-qaz tranzit qiymətlərində heç "qardaş adlandırdığımız ölkə ilə anlaşa bilmirik! Hamı bilir ki, son illər Ərdoğan hökuməti ilə Azərbaycanın münasibətləri heç də yaxşı deyil.
Heç ABŞ-la da yaxşı münasibətlərimiz yoxdu. İllərdi ki, ABŞ Qarabağ separatçılarına hələ rəsmən milyonlarla yardım ayırır.

İndi de görüm bizim yaxşı münasibətdə olduğumuz ölkə varmı? Niyə hamı ilə "anti"yik?
Əgər Azərbaycan kimi balaca ölkənin region dövlətləri ilə bu qədər problemi varsa, məncə o "tiri" həqiqətən öz gözümüzdə axtarmalıyıq.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#11 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 18 Август 2011 - 18:49

Komandir, sən canı 1 dənə de görək Azərbaycanın "anti" olmadığı ölkə var?
Qonşularımıznan "anti"yik. Rusiya- düşmənimizdi.
İran-düşmənimizdi.
Gürcüstan-o da uje düşmənimizdi. Çünki Şeyximizi nüfuzdan salıb, "GMİ" yaradıb!
1 dostumuz var idi- Türkiyə- Uzun müddətdi viza problemini həll edə bilmirik, neft-qaz tranzit qiymətlərində heç "qardaş adlandırdığımız ölkə ilə anlaşa bilmirik! Hamı bilir ki, son illər Ərdoğan hökuməti ilə Azərbaycanın münasibətləri heç də yaxşı deyil.
Heç ABŞ-la da yaxşı münasibətlərimiz yoxdu. İllərdi ki, ABŞ Qarabağ separatçılarına hələ rəsmən milyonlarla yardım ayırır.

İndi de görüm bizim yaxşı münasibətdə olduğumuz ölkə varmı? Niyə hamı ilə "anti"yik?
Əgər Azərbaycan kimi balaca ölkənin region dövlətləri ilə bu qədər problemi varsa, məncə o "tiri" həqiqətən öz gözümüzdə axtarmalıyıq.

Razıyam- amma bu mənə qadağan etmir ki,məhz İran haqqında şəxsi fikirlərim olmasın!
Hara ilə antiliyiyi tərk etsək də İranla məncə axıra qədər anti olmaq lazımdır!
P.S Şəxsi fikrimdir:(düzəliş) İran xalqı ilə yox, Məhz İranın hakimiyyəti ilə!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#12 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 18 Август 2011 - 18:51

Bir də Gürcüstanı qınamaq lazım deyil"Şeyximizi" özündən başqa hec kim ŞEYX saymır hələ burada,oki ola QAFQAZ OLSUN.QAFQAZIN ŞEYXİ HAAAA:loool:
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#13 Atella

Atella

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 19 Август 2011 - 09:18

P.S Şəxsi fikrimdir:(düzəliş) İran xalqı ilə yox, Məhz İranın hakimiyyəti ilə!

İranda hakimiyyətinin lideri ayetullah Xamneyidir.

Сообщение отредактировал Atella: 19 Август 2011 - 09:19


#14 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 19 Август 2011 - 15:19

Hökumətyönlü politoloq Iranın spikeri Əli Laricaninin Bakıya səfərini Bakıda və Gəncədə Ocaq Necatın arxasında namaz qılmasını sərt tənqid edib:"Bu namazın ictimai nümayişini yada salmaq istəyirəm. Vaxtilə Ərdəbilin dağ-dərəsində at-eşşək dalında dayanan, otaran Ocaq Necatın arxasında indi Əli Laricani kimi vəzifəli şəxs, akademiklər, professorlar namaz qılır.






SubhanAllah!



"Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. "


Tövbə-32.

Bu MUbariz ( Şəhid Mubariz hara,fasiq Mubariz hara) öz aləmində Ocaq Nejad ( həfəzəhullahu təala) haqqında "at-eşşək otaran" deyib guya ağanı gözdən salmağa çalışıb.
1.Əvvəla, guya MUbariz özü kimdir ? :rolleyes:
2.Allahın bəzi peyğəmbərləri(s.a) də bir muddət qoyun otarıb, çobanlıq ediblər.Təbii ki,özünü, Allahını tanımayan mədəni səviyyəsi aşağı olan Mubarizdən bundan artığını gözləmək olmazdı :rolleyes:
3.Qaldı ki, Əli Laricaninin Ocaq Nejadın arxasında namaz qılmasına ... Bu özü onların nə qədər təkəbbürdən uzaq olmasının göstəricisi deyilmi ? Alimə elmə görə hörmət qoyurlar ..Vəzifəsinə görə yox! :rolleyes:
Siz özüvüzdən vəzifəcə böyüklərin qabağında icazəsiz nəfəs belə almağa ,göz qırpmağa belə cürət etməyən , kreslosunun uğrunda, vəzifəsinin uğrunda, axirətini dünyasına satan bir yığın "ziyalı" belə şeyləri başa düşməzsiz! :rolleyes:

Сообщение отредактировал 3_Rengli_HeyaT: 19 Август 2011 - 15:22

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#15 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 19 Август 2011 - 19:51

İranda hakimiyyətinin lideri ayetullah Xamneyidir.

İstəyir Əlibaba Qafarov olsun=Xamenei ALLAH deyil !
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#16 Atella

Atella

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 21 Август 2011 - 13:50

İstəyir Əlibaba Qafarov olsun=Xamenei ALLAH deyil !

Emr sahiblerine itaet vacibdir

#17 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 Август 2011 - 17:27

Emr sahiblerine itaet vacibdir

Кim Sizə mane olur ki -itaət edin-vacib deyil ki mən də itaət edəm))
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru