Перейти к содержимому


Фотография

mənzilət hədisi


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 5

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 685 сообщений

Отправлено 15 Сентябрь 2011 - 10:48

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

inşaAllah bu mövzuda əhli sünnə mənbələrindən Səqəleyn hədisini və hədisin sihhəti haqqında əhli sünnə alimlərinin bəyanlarını əlavə edəcəyəm.


#2 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 685 сообщений

Отправлено 15 Сентябрь 2011 - 10:57

1. hədisin nəql olunduğu mənbələrdən bəziləri:

bu hədis həm şiə və həmdə əhli sünnə mənbələrində ittifaq ilə nəql olunmuş hədislərdəndir. biz burda sünnülərin ən mötəbər kitablarından bir neçəsindən bu hədisi nəql etmək ilə kifayətlənəcəyik:



أخبرني إسحاق بن موسى بن عبد الله بن موسى بن عبد الله بن يزيد الأنصاري قال حدثنا داود بن كثير الرقي عن محمد بن المنكدر عن سعيد بن المسيب عن سعد رض أن رسول الله قال لعلي أنت مني بمنزلة هارون من موسى إلا انه لا نبي بعدي
...Səd b. Əbu Vəqqasdan dedi: Rəsulullah s.a.a Əliyə belə buyurdu: "sənin mənə olan nisbətin eyni ilə Harunun Musaya olan nisbəti kimidir"

Buxari, "əs-Səhih", Məğazi kitabı, hədis 409
Müslüm, "əs-Səhih", Səhabənin fəziləti kitabı, hədis 30-31
Tirmizi, "Sünən", Mənaqib kitabı, hədis 3730-3731
Nəsai, "xəsais", hədis 42-60
ibni Macə, "sünən", Müqəddimə, hədis 115


bu hədis bundan əlavə bir çox kitabda da var, ancaq bu qədəri elə bilirəm kifayətdir.


#3 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 685 сообщений

Отправлено 15 Сентябрь 2011 - 11:24

2. mənzilət hədisi "məndən sonra mənim xəlifəmsən" ləfzi ilə:

http://www.youtube.com/watch?v=-8CMOCw6fBk


gördüyünüz videoda son dövrün ən böyük yalançı vəhhabisi olan Osman əl-xamis Qədiri xum hədisinə bəzi iradlar bildirir. "niyə Rəsul s.a.a bir başa xəlifə demədi?" və s. kimi. Əllamə Seyyid Heydəri isə birbaşa əhli sünnənin öz kitablarında mənzilət hədisi ilə cavab verir ki, bu hədisdə Rəsul s.a.a bir başa "sən məndən sonra mənim xəlifəmsən" deyir. biz seyyid Heydərinin verdiyi mənbələri və bu hədisin nəql olunduğu başqa mənbələri də yazacağıq:

musnedi ahmed.png musnedi ahmed1.png musnedi ahmed2.png musnedi ahmed3.png
kitab: "əl-Müsnəd"
müəllif: Əhməd b. Hənbəl



أما ترضى أن تكون مني بمنزلة هارون من موسى إلا أنك لست بنبي ثم قال أنت خليفتي يعني في كل مؤمن من بعدي
"sənin mənə olan nisbətin eyni ilə Harunun Musaya olan nisbəti kimidir. ancaq məndən sonra peyğəmbər yoxdur." sonra dedi: "sən məndən sonra bütün möminlərə mənim xəlifəmsən"


hədisdən sonra mühəqqiq Muhəmməd Şakir deyir:



إسناده صحيح
isnad səhih

Əhməd b. Hənbəl, "Müsnəd", 3/331, hədis 3062 ve 3063



Fedail es-sahabe.jpg Fedail es-sahabe1.jpg Fedail es-sahabe2.jpg
kitab: "Fədail əs-Səhabə"
müəllif: Əhməd b. Hənbəl



أما ترضى أن تكون مني بمنزلة هارون من موسى إلا أنك لست بنبي ثم قال أنت خليفتي يعني في كل مؤمن من بعدي
"sənin mənə olan nisbətin eyni ilə Harunun Musaya olan nisbəti kimidir. ancaq məndən sonra peyğəmbər yoxdur." sonra dedi: "sən məndən sonra bütün möminlərə mənim xəlifəmsən"


kitabın mühəqqiqi Vəsiyullah Muhmməd b. Abbas deyir:



إسناده صحيح
isnad səhih

Əhməd b. Hənbəl, "Fədail əs-Səhabə", 2/684, hədis 1168



menzilet-nesai 8409.JPG
kitab: "Sünən əl-Kubra"
müəllif: Nəsai



أما ترضى أن تكون مني بمنزلة هارون من موسى إلا أنك لست بنبي ثم قال أنت خليفتي يعني في كل مؤمن من بعدي
"sənin mənə olan nisbətin eyni ilə Harunun Musaya olan nisbəti kimidir. ancaq məndən sonra peyğəmbər yoxdur." sonra dedi: "sən məndən sonra bütün möminlərə mənim xəlifəmsən"



menzilet2-hakim.JPG
kitab: "əl-Müstədrək"
müəllif: Hakim ən-Nişapuri



أما ترضى أن تكون مني بمنزلة هارون من موسى إلا أنك لست بنبي ثم قال أنت خليفتي يعني في كل مؤمن من بعدي
"sənin mənə olan nisbətin eyni ilə Harunun Musaya olan nisbəti kimidir. ancaq məndən sonra peyğəmbər yoxdur." sonra dedi: "sən məndən sonra bütün möminlərə mənim xəlifəmsən"


hədisdən sonra Hakim və həmçinin əz-Zəhəbi (Təlxisdə) deyir:



هذا حديث صحيح الإٍسناد
تعليق الذهبي قي التلخيص : صحيح
(Hakim): Bu hədisin isnadı səhihdir
əz-Zəhəbi: səhih

Hakim ən-Nişapuri, "əl-Müstədrək", 4/229, hədis 4652



menzilet2-elbani.JPG
kitab: "Zilal cənnə"
müəllif: əl-Albani

[color="#000080"]

أما ترضى أن تكون مني بمنزلة هارون من موسى إلا أنك لست بنبي ثم قال [color="#8B0000"]أنت خليفتي يعني في كل مؤمن من بعدي
"sənin mənə olan nisbətin eyni ilə Harunun Musaya olan nisbəti kimidir. ancaq məndən sonra peyğəmbər yoxdur." sonra dedi: [color="#8B0000"]"sən məndən sonra bütün möminlərə mənim xəlifəmsən"


əl-Albani hədis haqqında deyir:

[color="#000080"]

حسن
həsən

əl-Albani, "Zilal cənnə", 2/337, hədis 1188



#4 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 685 сообщений

Отправлено 15 Сентябрь 2011 - 11:49

3. mənzilət hədisi mütəvatirdir:

menzilet-hadisi-mutevatir.jpg
kitab: "Mütəvatir hədislər"
müəllif: əl-Kəttani



( أَمَا تَرْضَى أَنْ تَكُونَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى )
“Sen, Harun’un, Musa’nın yanında aldığı yeri, benim yanımda almaktan razı değil misin?”[10]

Suyûtî (ö. 911/1505) “el-Ezhâr”da bu hadisi şu yollardan getirmiştir:

1. Ebu Saîd el-Hudrî
2. Esmâ’ bint. Umeys
3. Ümmü Seleme
4. Abdullah ibn Abbâs
5. Hubşe b. Cünâde
6. Abdullah ibn Ömer
7. Hz. Ali
8. Câbir b. Semure
9. Berâ’ b. Âzib
10. Zeyd b. Erkam

Toplam, 10 kişi.

(Derim ki:) Bu hadis, şu yollardan da gelmiştir:

11. Mâlik ibnu’l-Huveyris
12. Sa’d b. Ebi Vakkâs
13. Hz. Ömer

İbn Asâkir (ö. 1182/1768), bu hadisin geliş yollarını müstakil bir cüz’de toplamıştır. Burada sahabilerin sayısı 20 kadar kimseye ulaşmıştır.

Şeyh Cesûs, “Şerhu’r-Risâle”de aynen şöyle der: أَنْتَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى “Sen, Harun’un, Musa’nın yanında aldığı yeri….. ” hadisi, mütevatirdir. 20′den fazla sahabiden gelmiştir. İbn Asâkir, bu hadisin geliş yollarını 20 kadar varakada tamamen toplamıştır.

el-Kettani, “Mütevatir hadisler”, Menkıbeler babı



#5 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 10 Октябрь 2014 - 23:54

İmam Əlinin (ə) imamətinə dəlalət edən hədislərdən biri də "Mənzilət" hədisidir. Bu hədis onunla səciyyələnir ki, Həzrət Peyğəmbərimiz (ə) İmam Əlidən (ə) başqa bu sözü heç bir kəs haqqında deməmişdir. Bütün İslam ümmətinə mütəvatir hədis yolu ilə sabit olmuşdur ki, Həzrət Peyğəmbərimiz (s) İmam Əli (ə) haqqında "Mənzilət" hədisində deyib: “Ey Əli! Sənin mənə olan nisbətin Harunun (ə) Musaya (ə) olan nisbəti kimidir. Lakin məndən sonra heç bir peyğəmbər olmayacaqdır".
Bu hədisin İmam Əlinin (ə) imamətinə dəlalət etməsini sübut etmək üçün Harunun (ə) Musaya (ə) olan nisbətini araşdırmalıyıq. Görək ki, Harun (ə) ilə Musa (ə) hansı münasibətdə olublar. Quran-Kərimə müraciət etdikdə, görürük ki, Həzrət Musa (ə) Allaha belə dua etmişdir: "(İlahi) mənə öz ailəmdən bir vəzir (yardımçı) ver. Qardaşım Harunu. Arxamı onunla möhkəmləndir. Və onu işimə (ilahi tapşırığın Sənin tərəfindən çatdırılması işinə) şərik et". (“Taha” 29-32).
Digər ayədə isə Allah Təala belə buyurmuşdur: "Biz Musaya kitab (Tövrat) verdik və qardaşı Harunu da ona vəzir etdik". (“Furqan” 35) Digər ayədə isə buyurulur: "Və Musa ilə (Tövratı qəbul etməyə hazır olması üçün) otuz gecə (və gündüz ibadət) vədə(si) qoyduq və onu daha on gecə ilə kamilləşdirdik. Beləliklə, onun Rəbbinin qoyduğu vədə qırx gecə ilə sona çatdı. Musa (vədələşdiyi yerə gedəndə,) qardaşı Haruna dedi: "Qövmümün içində mənim canişinim (mənim yerimə rəhbər) ol, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma". (“Əraf” 142).
Bu mübarək ayələrə və sözügedən hədisə əsasən belə bir məntiqi nəticəyə gəlirik ki, Harun (ə) Musanın (ə) vəziri və canişini sayıldığı kimi, İmam Əli də (ə) Peyğəmbərimizin (s) vəziri və canişini sayılır. Çünki, Peyğəmbər (s) özü buyurub ki: "Ey Əli! Sənin mənə olan nisbətin Harunun (ə) Musaya (ə) olan nisbəti kimidir ...". Yəni, Peyğəmbərimiz (s) İmam Əliyə (ə) buyurur ki, Harun (ə) Musaya (ə) necədirsə, sən də mənə o cürsən. İstisna budur ki, sən peyğəmbərlərdən deyilsən. Lakin, mənim xəlifəm (canişinim) olmaqla ümmətimin İmamısan. Necə ki, Harun (ə) Musanın (ə) xəlifəsi (canişini) və qövmünün imamı olduğu kimi.
“Əraf” surəsinin 142-ci ayəsindən gördüyümüz kimi, qövmündən 40 günlük müddətə ayrılan Musa (ə), qövmü üçün qardaşı Harunu (ə) öz yerinə imam seçir. Bu özü dəlildir ki, peyğəmbərlər özlərindən sonra yerlərinə imam təyin edirlər və təyin ediblər də. Həmçinin də 40 günlük qövmündən ayrılan bir peyğəmbər öz yerinə imam təyin edib gedirsə, dünyasını dəyişib ümmətindən ayrılan bir peyğəmbər bunu etməzmi? Təbii ki, məhz belə edər. Zira, Həzrət Rəsul (s) vida həccində yaxın vaxtlarda dünyadan köçəcəyini bəyan etmişdi. Belə olan halda, Peyğəmbəri-Əkrəm (s) ümməti başsız qoya bilərdimi?! Bir halda ki, həm nəqli və həm də əqli dəlillər təsdiqləyir ki, Peyğəmbərimiz (s) İmam Əlini (ə) məhz ümmətin rəhbəri olaraq seçib və vəzifələndirib.
Bəli, Həzrət Peyğəmbərimiz (s) İmam Əlini (ə) öz canişini, xəlifəsi və özündən sonra ümmətinin İmamı olaraq təyin edib və bu mövzunun ən bariz nümunəsi "Qədir-Xum"dur. "Mənzilət" hədisi də əlavə olaraq İmam Əlinin (ə) imamətinə dəlalət edən hədislərdəndir ki, Allahın iznilə yuxarıda gücümüz çatan tərzdə izah etdik.


#6 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 13 Декабрь 2019 - 18:04

İmam Əlinin (ə) fəziləti ilə bağlı bir hədisə nəzər salaq. Bu mübarək hədisdə Həzrət Rəsuli-Əkrəm (s) Musa peyğəmbər (ə) kimi Allaha dua etmişdir. Musa peyğəmbər (ə) qardaşı Harunla (ə) bağlı Allahdan nələri istəmişdirsə, əziz Peyğəmbərimiz (s) də Həzrət Musa peyğəmbər (ə) kimi İmam Əli (ə) ilə bağlı Allaha o cür dualar etmişdir.

 

Elə bu səbəbdəndir ki, başqa bir hədisdə də Peyğəmbərimiz (s) buyurmuşdur: "Əlinin mənə olan nisbəti – Harunun Musaya olan nisbəti kimidir və (lakin) məndən sonra peyğəmbər yoxdur".

 

Qeyd olunan hədislərə və Quran ayələrinə əsasən deyə bilərik ki, İmam Əli (ə) Peyğəmbərin (s) vəziri, köməkçisi, qardaşı, arxası və təbliğ işlərində Onun (s) şərikidir. Bu fəzilət Allah tərəfindən fəqət İmam Əliyə (ə) verilmişdir.

 

Abdullah ibn Cəfər əl-Himyəri mötəbər sənəd ilə İmam Baqirdən (ə) nəql edir: "Peyğəmbər (s) Ərəcdə olarkən belə buyurmuşdur: "İlahi, Sənin bəndən Musa (ə) dua etdi və Sən onu cavablandırdın. Öz tərəfindən ona sevgi yaratdın. Səndən istədi ki, onun sinəsini genişləndirəsən, işini asanlaşdırasan, ailəsindən onun üçün bir vəzir qərar verəsən və dilindəki düyünü açasan.

Mən Səndən bəndən Musanın (ə) istədiyini diləyirəm ki, sinəmi genişləndirəsən, işimi asanlaşdırasan, ailəmdən qardaşım Əlini (ə) mənə vəzir edəsən"”.

(Mənbə: "Qurbul-isnad" hədis 90)

 

Quran-Kərimdə Musa peyğəmbərin (ə) qardaşı Harunla bağlı etdiyi dualar bunlardır:

"Bağışlayan və mehriban Allahın adı ilə.

(25) Dedi: “Ey Rəbbim, sinəmi genişləndir (mənə çoxlu səbir və hövsələ ver).

(26) İşimi mənə asanlaşdır (peyğəmbərliyin yerinə yetirilməsində mənə kömək et).

(27) Dilimdən (məqsədin çatdırılmasına mane olan) düyünü aç

(28) ki, sözümü başa düşsünlər.

(29) Ailəmdən mənə bir vəzir və yardımçı ver.

(30) Qardaşım Harunu.

(31) Arxamı onunla möhkəmləndir.

(32) Və onu işimə (İlahi tapşırığın Sənin tərəfindən çatdırılması işinə) şərik et

(33) ki, Səni (qibtilərin və fironçuların arasında aşkarcasına) pak sifətlərlə çox mədh edək və (şəriki olmaqdan) pak (və uzaq) bilək.

(34) Və Səni çox yad edək.

(35) Çünki Sən bizi (biz əhli-beyti, həmçinin bizim Səni pak sifətlərlə mədh etməyimizi və Səni yada salmağa bağlılığımızı) həmişə görürsən”.

(36) (Allah) buyurdu: “Ey Musa, şübhəsiz, istədiklərinin hamısı sənə verildi"”.

/“Taha” 25-36”/






Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru