Перейти к содержимому


Фотография

Sünni məzhəblərinin yayılmasının sirri


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 15

#1 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 03 октября 2011 - 22:27

SÜNNÜ MƏZHƏBİNİN YAYILMASININ SİRRİ

:rtfm: Tarix kitablarında təhqiq aparan, qədimlərin yazdıqlarını mütaliə edənlər başa düşürlər ki, sünnü məzhəbinin yayılmasına əsl səbəb o zaman qüdrətdə olan hakimlərin istəyi olmuşdur. Elə buna görə də onların ardıcılları həddindən artıqdır. Xalq həmişə öz ardıcıllarının ardıncadır.
Mühəqqiqlər onlarla məzhəbin tarix boyu vücuda gəlməsini görə bilərlər. Lakin hakim dairələrin onları himayət etməməsinə görə tez də aradan getmişlər. Bunlara misal olaraq Ovzan, Həsən Bəsri, Əbu Üyeynə, İbni Əbi Züeyb, Süfyan Suri, İbni Əbi Davud, Leys ibni Səd və digərlərinin məzhəbinin adını çəkmək olar.
Nümunə üçün, Leys ibni Səd, Malik ibni Ənəsin dostu olmuşdur. Şafeinin etirafına görə o, Malikdən fəqih və savadda daha artıq idi. Amma onun məzhəbi aradan getmiş, fiqhi o biri məzhəblərin içində itib-batmışdır. Əhməd ibni Hənbəl deyir: İbni Əbi Züeyb Malik ibni Ənəsdən daha savadlı idi. Amma Malik şəxsiyyətləri məhv etməkdə usta idi.
Tarixə müraciət edəndə görürük ki, Malik dövlətə yaxın adam olmuş, onlarla razılığa gəlib, onların dediklərinə əməl etmişdir. Beləliklə, nüfuza minmiş, məşhur olmuşdur. Onun məzhəbi qızıl və zor gücünə yayılırdı.
Məxsusən, onun şagirdi Yəhya ibni Yəhya Əndəlosun hakimilə dost olmaq üçün çox çalışmış və istəyinə nail olmuşdu. Belə ki, hakim də qaziləri seçmək məsuliyyətini onun öhdəsinə qoymuşdu. O da özünün maliki məzhəbindən olan dostlarını qəzavət işlərində yerləşdirmişdi.
Əbu Hənifənin məzhəbinin yayılması da belə olmuşdur. O, dünyadan getdikdən sonra iki yaxın şagirdi Əbu Yusif və Mühəmməd ibni Həsən Şeybani Harun Ər-Rəşidin yaxınlarından idilər. və onun qüdrətinin saxlanmasında böyük rol oynadılar. Hərəmxana qəhrəmanı, xoş gün keçirmə aşiqi olan Harun o iki nəfərin icazəsi olmadan heç kəsə qəzavət etməyə və fətva verməyə icazə vermirdi. Hər işdə gərək birinci o iki nəfərin nəzərini biləydilər.
Onların qazi qoyduqları adamların hamısı Hənəfi məzhəbindən idi. Beləliklə, Əbu Hənifə alimlərin alimi, onun məzhəbi ən böyük məzhəb oldu. Bu elə bir halda idi ki, onunla eyni əsrdə olan alimlər onu kafir və dinsiz bilirdilər. O cümlədən, Əhməd ibni Hənbəl və Əbul-Həsən Əşəri bu fikirdə idi.
Şafeinin də məzhəbi aradan getmək təhlükəsində olduğu zaman birdən-birə dirilib qüdrət tapdı. Çünki bu zaman dövlət onun köməyinə gəlmişdi. Tamamilə Fatimi şiəsi olan Misir dövləti Səlahəddin Əyyubinin zamanında şafei oldu. Çünki Səlahəddin bu zaman şiələri aradan apararaq onların başını qoyun başı kimi kəsirdi.
Hənbəli məzhəbi də abbasilərin dövləti zamanı Mötəsim tərəfindən himayə olunmasaydı, tanınmamış qalardı. Bu zaman Əhməd ibni Hənbəl öz qəti nəzəriyyəsindən döndü (o, Quranın məxluq olmasını deyirdi) və nasibi olan Mötəsimin yanında uca məqama çatdı.
Bu məzhəb bir dəfə də keçən əsrdə Şeyx Mühəmməd Əbdül-Vəhhabın vaxtında qüdrətə çatdı. İstemarçı qüdrətlər ondan istifadə etdilər. O, Səudi ilə al-verə başladı. Onlar da geçikmədən ona kömək və himayə etdilər. Beləliklə, onun məzhəbini Hicaz və Ərəbistanda yaydılar.
Hənbəli məzhəbi üç imama nisbət verilir. Onlardan birincisi Əhməd ibni Hənbəldir. O, özünün dediyinə görə, fəqih deyil, sadəcə olaraq, əhli-hədis və rəvayətdir.
İkincisi, İbni Teymiyyədir. Onlar İbni Teymiyyəni “Şeyxul-islam” və “Mucədditus-sünnə” adlandırırlar. O, bütün müsəlmanları “müşrik” adlandırdığına görə, zəmanəsinin alimləri onu təkfir edib “kafir” adlandırmışdılar.
Üçüncüsü, Mühəmməd ibni Əbdül-Vəhhabdır. O, orta şərqdə ingilislərin köməyi ilə Hənbəli məzhəbini diriltməyə başladı. Mühəmməd ibni Əbdül-Vəhhab İbni Teymiyyənin fətvalarını öz işinin əsasında qərar verdi. Beləliklə, Əhməd ibni Hənbəli yadlardan çıxartdı. Hal-hazırda onların məzhəbi artıq “Hənbəli” deyil, “vəhhabi” adlanır.
Sözsüz, bu məzhəblərin genişlənib şöhrət tapması dövlətlərin əli ilə olmuşdur.
Həmçinin, bu hakimlərin hamısının Əhli-beyt (ə)-la düşmən olmasında da heç şəkk və şübhə yoxdur. Onlar Əhli-beyt (ə)-ı həmişə özləri üçün bir xətər bilmişlər. Onlar şiələrin bir gün şahlığı onların əlindən alacağını fikirləşirlər. Elə buna görə də gecə-gündüz xalqı Əhli-beyt (ə)-dan uzaq salmağa çalışırlar. Hər kəs onlara itaət edərsə, tez öldürürlər.
Sözsüz bu cür hakimlər bəzi yaltaq alimləri iş başına gətirir, onları öz siyasətləri ilə uyğun fətvalar verməyə məcbur edirlər. Çünki xalqın həmişə şəri hökmlərə ehtiyacı vardır.

Hər zəmanədə olan hakimlər dindən xəbərdar olmadıqları üçün çarəsiz qalaraq bəzi alimləri onların tərəfindən fətva vermək üçün saxlayırdılar. Beləliklə, xalqa bildirirdilər ki, din başqa şeydir və siyasət başqa şey.

Xəlifə və hakim siyasət adamı, fəqih isə din adamı idi. Necə ki, bu gün müsəlman dövlətlərində prezident belə edir. Özünə yaxın olan din alimlərindən birini müfti, ya ona oxşayan bir şey edir. Ondan dini məsələlər, ibadət və sair işlərdə fətva verməsini istəyir.
Amma həqiqətə gəldikdə isə heç vaxt onun fətva verməyə haqqı yoxdur. Yalnız o zaman danışa bilər ki, dövlətin dediyini təkrar etsin, ya da dövlətin əleyhinə olmayan söz desin.
Bu quruluşun yaranması üç xəlifənin – Əbu Bəkr, Ömər və Osmanın zəmanəsinə qayıdır. Baxmayaraq ki, onlar din və siyasət arasında ayrılıq salmamışlar, amma bununla yanaşı dində icad etdikləri yeni qanunlar xilafətin xeyrinə olmuş və ona zamindir.
Bu üç xəlifə az-çox Peyğəmbərin hüzurunda olmuşdular. Siyasətləri ilə müxalif olmayan sünnətləri öyrənmişdilər.
Müaviyə yalnız hicrətin 9-cu ilində müsəlman oldu. Səhih rəvayətlər belə deyir: O, uzun müddət Peyğəmbərlə olmamış, onun sünnətindən elə də xəbərdar deyildi. Çarəsiz qalıb Əbu Hüreyrə, Əmr ibni As və bəzi səhabəyə əmr etdi ki, onun istədiyi kimi fətva versinlər. Ondan sonra Bəni Üməyyə və Bəni Abbas bu sünnəni, ya “bidəti” davam etdirdilər. Hakimiyyətə gələn hər hakimin yanında qazilər qazisi əyləşərdi. Onun vəzifəsi dövlətin siyasətinə uyğun qazilər təyin etmək idi. Bu yolla dövlətin möhkəmlənməsinə kömək edirdilər. Siz bu qazilərin həqiqətini görə bilərsiniz. Onlar hakimləri razı salmaqdan ötrü Allahı qəzəbləndirirdilər (təki onlar razı olsunlar).
Məsum olan imamların kənara qoyulmasının sirri buradan aydın olur. Bütün tarix boyu onların heç olmasa birinin qəzavətdə olmasını görə bilməzsiniz.
Əgər hakimlərin əli ilə dörd məzhəbin necə yayılmağını araşdırmaq istəsək, imam Malikin məzhəbinin üstündən pərdəni götürməklə bu məsələyə yol tapa bilərik. Malik təkcə Müvəttəəni yazmaqla məşhur oldu. Deyirlər ki, onu öz əli ilə yazmışdır. Əhli-sünnənin fikrincə, Qurandan sonra ən səhih kitab sayılır. Hətta bəzi əhli-sünnə alimləri onu “Səhihi Buxari”dən də üstün bilirlər.
Malikin şöhrəti hər tərəfi tutmuşdu. İş o yerə çatmışdı ki, deyirdilər: Malik Mədinədə ola-ola bir kəs fətva verə bilərmi? Onu “darul-hicrə imamı” adlandırırdılar.
Qeyd etmək lazımdır ki, Malik zor və güclə olunan beybəti haram etmişdi. Elə buna görə də Mədinənin valisi Cəfər tərəfindən yetmiş şallaq zərbəsi ilə cəzalandırıldı.
Maliki məzhəbində olanlar onu dəlil gətirib deyirlər ki, Malik həmin hakim dairə ilə müxalif olmuşdur. Bu söz düz deyildir. Çünki bunu deyənlər ardını da bəyan etmişlər. İndi sizi həmin hadisə ilə tanış edirik:
İbni Qüteybə yazır: Deyirlər ki, Cəfər ibni Süleymanın Maliklə etdiyi rəftar Mənsura çatanda bu işi çox pis adlandırıb öz narahatçılığını elan etdi. Cəfər ibni Süleymanın kənara qoyulması barəsində məktub yazdı. Onun çulsuz dəvədə Bağdada gətirilməsini əmr etdi.
Sonra başqa bir məktub yazıb Malik ibni Ənəsi öz yanına – Bağdada çağırdı. Amma Malik qəbul etmədi və Mənsura məktub yazıb ondan üzr istədi. Mənsur onun cavabında yazdı: "ələn il həcc mərasimində mənim yanıma gəl, çünki bu il istəyirəm həccə gedəm.[105]
Əgər Abbasi xəlifəsi Əbu Cəfər Mənsur öz əmisi oğlu Cəfər ibni Süleyman ibni Abbası Mədinənin valiliyindən çıxarır və günahını Maliki vurmaq bilirsə, bunun özü insanı şəkkə salıræ çünki Cəfər ibni Süleyman Maliki öz əmisi oğlunun xilafətini möhkəmlətmək üçün döyürmüş. Mənsur buna görə gərək ona hörmət edib vəzifəsini böyüdə, nəinki onu bu cür hədələyə. Lakin görürük ki, onu bərkənar etməklə yanaşı acınacaqlı surətdə Bağdada gətirir, sonra xəlifə özü Malikə məktub yazıb onu razı salır. Bu təəccüblüdür!
Buradan başa düşülür ki, Mədinənin hakimi axmaq hərəkət etmiş və siyasətdən xəbərsizdir. O bilirdi ki, Malik xəlifənin inamlı adamı onun şərif hərəmlərdə olan siyasi dayağı idi. Əgər belə deyildisə, onda əmisi oğlunu – yalnız Maliki vurduğuna görə – valilikdən çıxarmamalı idi. Baxmayaraq ki, Malik döyülməyə layiq idi, çünki xalqın Mənsurla etdiyi beyətin güclə olduğunu demişdi.
Bu cür hadisələr bu gün də gözümüzün qarşısında baş verir. Dövlət işçilərindən biri bir nəfərə zülm edir, zindana salıb dövləti möhkəmlətmək istəyir. Birdən xəbər yayılır ki, bu adam böyüklərin birinin qohumlarındandır. O dövlət işçisi işdən çıxarılır. Bəzən nə üçün çıxarıldığını heç özü də bilmir.
Burada bir hadisə yadıma düşdü. Fransalıların Tunisi işğal etdiyi zaman “İsaviyyə” təriqəsinin şeyxi bir dəstə adamla təbil vurub məddahi etməyə başlayırlar. Onlar bəzi küçələrdən keçərək özlərini övliyalarından birinin yanına çatdırırdılar. Bu onların həmişəlik adəti idi. Onlar bir fransız zabitinin evinin qarşısından keçdikləri zaman, o küçəyə çıxıb acıqla onların təbillərini cırır, özlərini də qovur. Səbəbi də bu idi ki, gecə saat 10-dan sonra səs-küy salıb camaatı narahat etmək olmazdı.
Fransanın siyasi nümayəndəsi (ki, orada bir rəhbər kimidir) bunu eşitdikdə, polis zabitinin əlindən çox narahat oldu. Onu işdən çıxararaq üç gün müddətində Qəfəsə şəhərini tərk etməsini istədi. Daha sonra “İsaviyyə” təriqəsinin şeyxini çağırtdırıb Fransa dövləti tərəfindən üzr istədi. Çoxlu pul və hədiyyə verib onu razı saldı.
Yaxınlarından biri bu rəftarın səbəbini soruşduqda dedi: Bizim fikrimizcə, bu vəhşilərin təbil vurub boş-boş sözlər deməyə, əqrəb yeməyə məşğul olmaları daha yaxşıdır. Əgər onlar işsiz dursalar, ardımızca gəlib bizi yeyərlər. Çünki biz onların hüquqlarını əllərindən almışıq.
Yenidən Malikin əhvalatına qayıdırıq. Görək onun özü Əbu Cəfər Mənsurla olan görüşünü nə necə nəql edir.
MALİKİN ƏBU CƏFƏR MƏNSURLA GÖRÜŞÜ
Bu rəvayəti böyük tarixçi İbni Qüteybə “Tarixul-xüləfa” kitabında gətirmişdir. İbni Qüteybə bu rəvayəti Malikin özündən nəql edir.
Malik yazır: Minaya getdiyim zaman xeymələr vurulmuş bir yerə çatdım. İrəli getdim və icazə istədim. Mənə icazə verdilər. Bir azdan icazə verənin özü eşiyə çıxıb məni özü ilə içəri apardı. Ona dedim: Xəlifə əmirəl-möminin xeyməsinə çatanda mənə deyərsən. O məni bu xeymədən o xeyməyə, o xeymədən bu xeyməyə apardı. Hər xeymədə əlində qılınc və nizə tutmuş kişilər dayanmışdı, axırı ki, bir xeyməni mənə göstərib dedi: “O xeymədir!” Məni qabağa buraxıb özü arxada durdu.
Mən o xeyməyə getdim. Əbu Cəfər Mənsur orada idi. O öz taxtından düşmüş, yerə salınmış xalçanın üstündə oturmuşdu. Adi paltarda idi. Bu işləri mənim qarşımda təvazökarlıq etmək üçün etmişdi. Xeymədə bizim ikimizdən savayı, onun başı üstündə durmuş əli qılınclı bir adam var idi.
Yaxınlaşdıqda mənim qabağıma gəldi. Öz yanında mənə yer göstərdi. Mən ona: “elə burada da oturaram” – dedim. Axır ki, əl çəkməyib məni öz yanında oturtdu. Dizini mənim dizimə yapışdırdı. Sonra ilk cümləsi bu oldu: And olsun o Allaha ki, Özündən savayı heç kəsin Allah olmağa ləyaqəti yoxdur! Ey Əba Əbdillah! Mən bu işə əmr verməmişəm. Mənim bu işdən xəbərim olmayıb. Eşitdiyim zamandan heç vaxt bu işə razı olmamışam. (Məqsədi Malikin döyülməsi idi.)
Malik deyir: Mən Allaha hər halda şükür edib, Peyğəmbərə salavat göndərdim.
O dedi: Ey Əba Əbdillah! Sən bu iki hərəm camaatının içində olduğun müddətdə xalqın işi qaydasında gedəcəkdir. Mən bilirəm ki, sən onları Allahın əzabından saxlamaq üçün bir vasitəsən. Allah sənə görə böyük bəlanı onlardan götürür. Mənim bildiyimə görə, hamıdan çox onların ara qarışdırıb fitnə törətməyə meyilləri vardır. Allah onları öldürsün.
Mən əmr verdim ki, bu Allah düşmənini çulsuz dəvənin üstündə gətirsinlər. Onun dar bir yerdə zindana salınması əmrini verdim. Sənə verdiyi əzabın neçə bərabərini onun başına gətirəcəyəm.”
Mən dedim: “Allah əmirəl-möminini salamat etsin. Mən onu Allah rəsulu ilə qohumluğu və sonra səninlə yaxın olduğu üçün bağışladım.”
Əbu Cəfər dedi: “Allah sənin günahlarını bağışlasın və sənə rəhm etsin.”
Malik deyir: Sonra mənimlə keçmiş alimlər haqqında söhbət etdi. Xalqı hamıdan yaxşı tanıdığını gördüm. Daha sonra elm və fiqh barəsində mənimlə söhbət etdi. İxtilaf olan və olmayan məsələlər barəsində hamıdan yaxşı xəbəri var idi, bütün rəvayətləri bilir, eşitdiyini çox yaxşı başa düşərdi.
Sonra mənə dedi: Ey Əba Əbdillah! Bu elmi nəzmə salaraq bir yerə yığ, onun barəsində ayrı-ayrı kitablar yaz. Abdullah ibni Ömərin camaatı zəhmətə salmasından, Abdullah ibni Abbasın (çox) asanlıq etməsindən və Abdullah ibni Məsudun qeyri-adi fətvalarından uzaq ol. Orta xətlə hərəkət et. İmam və səhabələrin ittifaq etdiklərini gətir. Bu yolla xalq sənin bilik və kitablarını öyrənsinlər və şəhərlərdə yaysınlar. Biz onlarla əhd bağlarıq ki, onunla müxalifət etməsinlər və onun xilafına hökm verməsinlər.
Dedim: Allah sizi qorusun, İraq camaatı bizim elmimizi bəyənmir, öz işlərində bizim nəzərimizə diqqət etmir.
Əbu Cəfər dedi: Biz onları bu işə məcbur edərik. Qılıncla onların başına vurub, qamçı ilə bellərini sındırarıq. Sən tez onu yaz. Oğlum Məhəmməd Məhdi gələn il Mədinəyə gəlir. Bu işi tamam etmək xəbərini, inşaallah səndən eşitsin.
Malik deyir: Biz xeymədə oturduğumuz zaman kiçik bir oğlan uşağı içəri daxil oldu. Gözü mənə sataşdığı zaman qorxdu, geri çəkildi və daha yaxınlaşmadı.
Əbu Cəfər ona dedi: “Əzizim, yaxına gəl! Bu, Hicaz əhlinin fəqihi Əbu Abdullahdır.” Sonra üzünü mənə tutub dedi: “Ey Əba Əbdillah! Bilirsən uşaq nə üçün qorxub yaxın gəlmədi?”
Dedim: Yox!
Dedi: Allaha and olsun, təəccüb etdi ki, nə üçün mən sənə bu qədər yaxın oturmuşam. Bu vəziyyəti başqa bir kəs üçün görməmişdir. Buna görə də geri çəkildi.
Malik dedi: Sonra əmr verdi ki, mənə min dinar qızıl və qiymətli paltar versinlər. Oğluma da min dinar verdi. Sonra oradan getməyə icazə istədim. İcazə verdi. Ayağa qalxdım. O, mənimlə xudahafizləşdi, mənim üçün dua etdi. Yola düşdüyüm zaman bir qulam arxadan gəldi və o paltarı çiynimə qoydu. Bu, onların qaydası idi. Hər kəsə xələt vermək istədikdə, belə edərdilər. O da elə o cür xalqın içinə gələr və sonra onu öz qulamına verərdi. Qulam onu çiynimə qoyanda, çiynimi aşağı əydim. O paltarı geyib xalqın qarşısına çıxmaq istəmirdim. Bu işdən xoşum gəlmirdi.
Əbu Cəfər qışqırdı: Bu paltarı Əbu Abdullahın çadırına apar...
BƏHS VƏ TƏHQİQ ÜÇÜN LAZIM OLAN İNCƏ-NÖQTƏ
Hər kəs bu iki nəfərin dostcasına etdiyi söhbətə yaxşı diqqət etsə, başa düşər ki:
1. Abbasi xəlifəsi Mədinədə olan valisini işdən çıxarıb acınacaqlı vəziyyətdə Bağdada gətirir. Sonra imam Malikdən onun işi barəsində üzr istəyib, bu işdən xəbərsiz olduğunu bildirir. Eşitdiyi zaman narahat olduğunu ona çatdırır.
Bu dediklərimizdən o iki nəfərin arasında həmrəylik olduğunu görürük. İmam Malik Mənsurun yanında çox böyük hörmətə sahib idi. Belə ki, onu ev paltarında qarşılayır, heç kəsin oturmadığı yerdə otuzdurur. Hətta balaca uşaq onların diz-dizə oturmağından təəccüblənib qorxur.
2. Mənsurun Malikə dediyi bu sözündən: “nə qədər sən xalqın içindəsən, onların işi sahmandadır, sən onlar üçün Allah əzabından amansan. Allah sənə görə böyük bəlanı onlardan qaytarar”, – başa düşülür ki, “iki hərəm” camaatı xəlifənin əleyhinə qiyam etmək istəyirdilər. Malik onları sakitləşdirmişdi. Allaha, Peyğəmbərə və “Ulul-əmrə” (yəni hakimə) itaət etmənin vacib olduğunu deyib, inqilabı yatırtmışdı. Xəlifə də onlara qarşı zor işlətmədən əl saxlamışdı. Allah onun fətvasının vasitəsilə xəlifənin xalqı qırmasının qarşısını almışdı.
Elə buna görə də Mənsur deyirdi: Bu iki hərəmin camaatı hamıdan çox fitnə və qiyama meyillidir. Allah onları öldürsün.
3. Xəlifə Maliki bütün İslam dövlətlərinə fəqih qərar verir. Onun məzhəbini zorla bütün insanlara qəbul etdirir.
Buradan başa düşülür ki, bədbəxt şiələr bu zalımların əlindən nələr çəkmişlər. Onlara əzab verilirmiş ki, pak imamlardan ayrılıb, Malik və onun kimilərə itaət etsinlər.
4. İmam Malik və Əbu Cəfər Mənsur zorla iş başına gələn səhabə və xəlifələr barəsində həmfikirdirlər. Hər ikisi onları başqalarından üstün bilir.
Malik deyir: Elm və fiqh barəsində mənimlə söhbət etdi. Gördüm ki, hamısından biliklidir. Sonra keçmiş alimlər barəsində sözə başladı, yenə də gördüm ki, xalqı hamıdan artıq tanıyır.
Sözsüz, Əbu Cəfər Mənsur da Malik barədə bu fikirdədir. O da onu həmin sözlərlə tərifləmişdir. Görüşdükdə ona deyir: Allaha and olsun! Əmirəl-möminindən sonra səndən daha alim olanı görməmişəm. Sözsüz ki, “əmirəl-möminin” deyəndə, o özünü nəzərdə tuturmuş.
Dediklərimizdən belə məlum olur ki, Malik də nasibi olmuşdur. Çünki o da Əmirəl-möminin Əli ibni Əbi Talibin xilafətini qəbul etməmişdi. Qabaqda dediyimiz kimi, Əli (ə)-ı dördüncü xəlifə kimi tanıdığına görə camaat Əhməd ibni Hənbəldən narazı olmuşdu. Malikin Hənbəldən öncə yaşadığını nəzərə alsaq, daha bu danışığa ehtiyac qalmaz.
Bundan əlavə, qabaqda qeyd etdiyimiz kimi, o, nasibi Abdullah ibni Ömərin hədislərinə etimad edirdi. Abdullah ibni Ömər rəvayət edir: Biz Peyğəmbərin zəmanəsində heç kəsi Əbu Bəkrlə bərabər bilmirdik. Ondan sonra Öməri və Ömərdən sonra Osmanı qərar verirdik. Ondan sonra qalan camaatı bərabər bilirdik.
Abdulah ibni Ömər Malikin hədislərində ən məşhur sənəd sahibidir. Müvəttəənin əksər rəvayətləri və həmçinin Malikin fiqhi ona qayıdır.
5. Zülm üstündə qurulmuş siyasətli özünü xalqa yaxınlaşdırmaq istəyir. Xoşlarına gələn fətvaları xalqa çatdırır. Quran və sünnətə bağlanmaq istəmir.
Mənsurun Malikə olan sözlərində belə bir şey vardır: “Elmi nəzmə sal, kitab yazıb xalqa çatdır. Abdullah ibni Ömərin camaatı zəhmətə salmasından, İbni Abbasın (çox) asanlıq etməsindən, İbni Məsudun qeyri-adi sözlərindən çəkin. Orta yolu tut, səhabənin və xəlifələrin icmasını öz işinin əsasında qərar ver. Xalqı sənin kitablarını oxumağa və fiqhinə əməl etməyə məcbur edərəm.” Buradan başa düşülür ki, əhli-sünnət və camaatın məzhəbi Abdullah ibni Ömərin çətinlikləri, İbni Abbasın asanlıqları və İbni Məsudun qeyri-adi sözləri ilə qarışıqdır. Malikin bəyəndiyi və orta yol saydığı, xəlifəl Əbu Bəkr, Ömər, Osman və səhabələrin yoludur ki, Əbu Cəfər Mənsur onu bəyənir.
Amma orada Peyğəmbərin sünnətindən və pak imamlardan bir şey yoxdur. İmamların bəzisi Malik və Mənsurla müasir olmuşdur. Xəlifə onları siyasət səhnəsindən uzaqlaşdırmağa çalışırdı.
6. Gördüyünüz kimi, sünnə barəsində yazılan ilk kitab, səhabə və onlardan sonra gələnlərin hədislərini əhatə edir. Bu iş dövlətin, xüsusilə xəlifənin öz istəyi ilə baş verirdi. Belə ki, istədiyi zaman xalqı zor və qılınc gücü ilə özünə itaətə vadar edirdi.
Belə məlum olur ki, bu rəvayətlər əməvilərin və abbasilərin düzəltdiyi rəvayətlərdir. Belə ki, onlara xidmət etsinlər, onların nüfuzlarını və qüdrətlərini genişləndirərək xalqı İslamın həqiqətlərindən uzaq saxlasınlar.
7. Gördüyünüz kimi, Malik İraq xalqından savayı heç kəsdən qorxmur. Belə ki, onlar Əli ibni Əbi Talib (ə)-ın şiələrindən olub, elm və fiqhdə pak imamlara itaət edir, Malik və Malik kimilərə etina etmirdilər. Onların Əhli-beytlə müxalif olub, hakimiyyətə yaxınlaşmalarını gözəl başa düşür və dünyalarını pula satmalarını görürdülər.
Buna görə də Malik xəlifəyə deyir: Allah əmiri salamat etsin. İraq xalqı bizim elmimizi qəbul etmir və ona bağlanmırlar.
Mənsur təkəbbürlə cavab verir: Biz onları məcbur edər, qılıncla onların başını, qamçı ilə bellərini sındırarıq.
Burada hakimlərin yaratdığı məzhəblərin necə şöhrət tapıb yayılması aydın olur. Həmin məzhəblərdir ki, bu gün əhli-sünnət və camaat adını özünə almışdır.
Daha təəccüblüsü Əbu Hənifənin Maliklə və Malikin onunla müxalif olmasıdır. Hər ikisi də Şafei və Əhməd Hənbəl ilə müxalifdirlər. Dörd məzhəbin eyni nəzərdə olduğu heç bir məsələ yoxdur. Yalnız çox az və cüzi. Baxmayaraq ki, hamısı əhli-sünnət və camaatdır! Başa düşmək olmur ki, bu nə cür camaatdır (cəmdir)?!
Malikdir, ya Hənəfi, ya Şafei, ya Hənbəli?! Yox, nə budur, nə də o, bəlkə Müaviyə ibni Əbu Süfyanın camaatıdır. Onlar Əli ibni Əbi Talib (ə)-ı lənətləməkdə onunla həmfikirdirlər və səksən il bu “sünnəyə” əməl etmişdirlər.
Öz aralarında bu qədər ixtilaf ola-ola, bu dörd məzhəbdən kənara çıxmayınca hər bir məsələdə anlaşılmazlığı azad bildikləri halda, başqa bir müctehid onlarla ixtilaf etsə, onu kafir sanaraq İslamdan kənar bilərlər.
Əgər ağıllı insandırlarsa, nəyə görə şiənin ixtilafını öz daxili ixtilafları kimi qəbul etmirlər? Bu insafdandırmı?
Amma şiə onların nəzərində bağışlanmalı deyil, çünki onların günahı budur ki, Peyğəmbərdən savayı heç kimi həzrət Əli (ə)-dan üstün bilmirlər. Bu, ixtilafın əslidir ki, əhli-sünnə və camaat ona dözə bilmirlər. Onlar yalnız bir şeydə vəhdətdədirlər, o da Əli (ə)-ı xilafətdən kənara qoymaq, onun fəzilətlərini gizlətməkdir.
8. Zorla müsəlmanlara hakim olanlar onların mallarını əliaçıqlıqla alimə oxşayanlara paylayırlar. Bu yolla onların vicdan və dinlərini öz əllərinə alırlar.
Malik dedi: Sonra əmr etdi ki, mənə min dinar qızıl və qiymətli paltar versinlər. Min dinar da öz oğluna bağışladı.
Bu, Malikin özünün etiraf etdiyidir. Bəlkə demədiyi şeylər bundan da artıqdır. Çünki onun aşkar hədiyyədən xoşu gəlmirdi və istəmirdi ki, xalq bunu bilsin. Bunu onun öz sözlərindən başa düşmək olar.
Qulam o paltarı mənim çiynimə qoyanda aşağı əyildim. İstəmirdim onu mənim çiynimə qoysun. Bu işdən xoşum gəlmirdi.
Mənsur bunu bildiyi üçün qulamına əmr etdi ki, paltarı xeyməyə aparsın. Bəlkə, bu yolla camaat bir şey başa düşməsin.
Mənbə

#2 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 06 октября 2011 - 14:26

Allah razı olsun qardaşım! Həqiqətən də dəyərli mövzudur.
İnşaAllah ilk imkanda açdığınız bu gözəl mövzunu davam etdirəcəyik!

Сообщение отредактировал 3_Rengli_HeyaT: 06 октября 2011 - 14:26

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#3 Ebul Hesen

Ebul Hesen

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 288 сообщений

Отправлено 08 октября 2011 - 23:10

Allah razi olsun qardash bezi suallarima sayende cavab tapdim.
Ey Muaviye... Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix... Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.

#4 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 08 октября 2011 - 23:46

Əlhəmdulillah.Allah sizdəndə razı olsun.Bu ümumiyyətlə dəyərli bir kitabdann götürülmüşdür.Ticcaninin Allah hifz etsin kitabından.Mənbə göstərilib.O daha elmlidir hər iki məzhəbə xüsusən ixtilafların xırdalığına və mahiyyətnə.Doktor İsam İmadda Allah hifz etsin ondan dala qalmır.

#5 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 13 октября 2011 - 20:09

Başqa hansı nüansları bilirsiniz?

#6 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 22 октября 2011 - 08:36

Allahj razi galsin

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#7 Muhaqqiq

Muhaqqiq

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 03 декабря 2011 - 17:33

Sələfi deyiləm.Ancaq bu cür mövzular göstərir ki,sizin vəhdətdən danışmağınız ancaq quru sözdən ibarətdir.Foruma göz gəzdirdim.Radikal Şiəlik və nifrətlə dolu yazılar var.Sadəcə Allahdan diləyim odur ki,radikal şiə və vahhabilər burada daha qaranlıq günlərin gəlməsinə səbəb olmasınlar.

#8 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 03 декабря 2011 - 17:38

Sələfi deyiləm.Ancaq bu cür mövzular göstərir ki,sizin vəhdətdən danışmağınız ancaq quru sözdən ibarətdir.Foruma göz gəzdirdim.Radikal Şiəlik və nifrətlə dolu yazılar var.Sadəcə Allahdan diləyim odur ki,radikal şiə və vahhabilər burada daha qaranlıq günlərin gəlməsinə səbəb olmasınlar.


Vahabi olmamağın məlum deyil!
Üstəlik olmasaydın, onları "sələfi" yox, "vahabi" adlandırardın.
Ən azından onların "sələfi" olmasına etiqad etməzdin.
Çünki, əhli-sünnə qardaşlarımız da bu sapıq zındıqları özlərindən kənar bilirlər! :rolleyes:
Hər bir halda, "sələfi" olmasan da , "sələfilərə" meylli birisən!
:rolleyes:
Bundan əlavə, sən deyəsən mövzunu səhv salmısan!


P.S
"sələfi deyiləm" deyib artistlik edənlərin maskaları çox tez düşübaaa bu forumda! Diqqətli ol! :rolleyes:

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#9 Muhaqqiq

Muhaqqiq

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 03 декабря 2011 - 18:15

Vahabi olmamağın məlum deyil!
Üstəlik olmasaydın, onları "sələfi" yox, "vahabi" adlandırardın.
Ən azından onların "sələfi" olmasına etiqad etməzdin.
Çünki, əhli-sünnə qardaşlarımız da bu sapıq zındıqları özlərindən kənar bilirlər!
Hər bir halda, "sələfi" olmasan da , "sələfilərə" meylli birisən!
Bundan əlavə, sən deyəsən mövzunu səhv salmısan!
P.S
"sələfi deyiləm" deyib artistlik edənlərin maskaları çox tez düşübaaa bu forumda! Diqqətli ol!


Onları vahhabi də adlandırıram.Əhli-sünnətə zidd olan fikirlərini də bilirəm.Əhli-sünnət alimlərinin onlara yazdığı rədiyyələri də.Ən birinci elə Muhammədin doğma qardaşı Süleyman ibn Abdil Vahhab onu rədd edib.Əhli-sünnətə qardaş deməyiniz təqiyyədən ibarətdir.Necə "qardaş" olmağınız göz qabağındadır.

#10 Muhaqqiq

Muhaqqiq

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 03 декабря 2011 - 18:27

Hər bir halda, "sələfi" olmasan da , "sələfilərə" meylli birisən!


Heç bir meylim də yoxdur.Zaten onlar məni də sapıq,biraz radikalları müşrik sayırlar.Sizin nəzərinizdə sələfilərə meylli olmayan sünni profili necə olur o maraqlıdır.Elə bu mövzudan görsənir sizin sünniliyə münasibətiniz.

Bundan əlavə, sən deyəsən mövzunu səhv salmısan!


Cəfəngiyyatlarla dolu olan,savadsız bir yazıdan ibarət mövzudur.Heç adı da düz deyil."Sünnü" yox sünni olmalıdır.

Şafeinin də məzhəbi aradan getmək təhlükəsində olduğu zaman birdən-birə dirilib qüdrət tapdı. Çünki bu zaman dövlət onun köməyinə gəlmişdi. Tamamilə Fatimi şiəsi olan Misir dövləti Səlahəddin Əyyubinin zamanında şafei oldu. Çünki Səlahəddin bu zaman şiələri aradan apararaq onların başını qoyun başı kimi kəsirdi.


Şafii məzhəbinin elmi irsi ağıl sahiblərinə məlumdur.İmamımız həyatının son illərini Misirdə yaşadı və ikinci məzhəbini də orda qurdu.Məşhur "əl-Umm" əsərini misal çəkə bilərəm.Ayrıca İmam əş-Şafii üsul fiqhi tədvin edən ilk alimdir.Bu məzhəbin itib-getmək təhlükəsi heç vaxt olmayıb.Sizin fatimilərə qarşı dəqiq münasibətinizi də bilmək maraqlı olardı.Onları həqiqətən müsəlman sayırsızmı?Onların küfrləri və etdikləri məlumdur.Əksinə şafiilik Misirdə elmi yolla yayılmışdısa Fatimilər oranı zorla ələ keçirib öz dinlərini hakim etmişdilər.Salahəddin -rh-in etdiyi sadəcə oranı əvvəlki vəziyyətinə qaytarmaq idi.

Salahəddin Əyyubi kimi Allah dostlarından danışanda da ehtiyatlı olun.Bəlkə bir siz bir də xaçpərəstlər onu nifrətlə xatırlayır.

#11 Muhaqqiq

Muhaqqiq

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 03 декабря 2011 - 18:27

Hər bir halda, "sələfi" olmasan da , "sələfilərə" meylli birisən!


Heç bir meylim də yoxdur.Zaten onlar məni də sapıq,biraz radikalları müşrik sayırlar.Sizin nəzərinizdə sələfilərə meylli olmayan sünni profili necə olur o maraqlıdır.Elə bu mövzudan görsənir sizin sünniliyə münasibətiniz.

Bundan əlavə, sən deyəsən mövzunu səhv salmısan!


Cəfəngiyyatlarla dolu olan,savadsız bir yazıdan ibarət mövzudur.Heç adı da düz deyil."Sünnü" yox sünni olmalıdır.

Şafeinin də məzhəbi aradan getmək təhlükəsində olduğu zaman birdən-birə dirilib qüdrət tapdı. Çünki bu zaman dövlət onun köməyinə gəlmişdi. Tamamilə Fatimi şiəsi olan Misir dövləti Səlahəddin Əyyubinin zamanında şafei oldu. Çünki Səlahəddin bu zaman şiələri aradan apararaq onların başını qoyun başı kimi kəsirdi.


Şafii məzhəbinin elmi irsi ağıl sahiblərinə məlumdur.İmamımız həyatının son illərini Misirdə yaşadı və ikinci məzhəbini də orda qurdu.Məşhur "əl-Umm" əsərini misal çəkə bilərəm.Ayrıca İmam əş-Şafii üsul fiqhi tədvin edən ilk alimdir.Bu məzhəbin itib-getmək təhlükəsi heç vaxt olmayıb.Sizin fatimilərə qarşı dəqiq münasibətinizi də bilmək maraqlı olardı.Onları həqiqətən müsəlman sayırsızmı?Onların küfrləri və etdikləri məlumdur.Əksinə şafiilik Misirdə elmi yolla yayılmışdısa Fatimilər oranı zorla ələ keçirib öz dinlərini hakim etmişdilər.Salahəddin -rh-in etdiyi sadəcə oranı əvvəlki vəziyyətinə qaytarmaq idi.

Salahəddin Əyyubi kimi Allah dostlarından danışanda da ehtiyatlı olun.Bəlkə bir siz bir də xaçpərəstlər onu nifrətlə xatırlayır.

#12 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 03 декабря 2011 - 18:49

Sələfi deyiləm.Ancaq bu cür mövzular göstərir ki,sizin vəhdətdən danışmağınız ancaq quru sözdən ibarətdir.Foruma göz gəzdirdim.Radikal Şiəlik və nifrətlə dolu yazılar var.Sadəcə Allahdan diləyim odur ki,radikal şiə və vahhabilər burada daha qaranlıq günlərin gəlməsinə səbəb olmasınlar.

radikar şiəlik ya digər radikallıqlar məgər pis şeydi? kimə qarşı nifrəti gördüz, onu qeyd etmirsiz.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#13 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 03 декабря 2011 - 22:20



#14 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 03 декабря 2011 - 22:34

Onları vahhabi də adlandırıram.Əhli-sünnətə zidd olan fikirlərini də bilirəm.Əhli-sünnət alimlərinin onlara yazdığı rədiyyələri də.Ən birinci elə Muhammədin doğma qardaşı Süleyman ibn Abdil Vahhab onu rədd edib.Əhli-sünnətə qardaş deməyiniz təqiyyədən ibarətdir.Necə "qardaş" olmağınız göz qabağındadır.



Bir şeyin təqiyyə olub-olmaması qəlbə bağlı bir şeydir.Qəlbdə olanları da Allah bilir.Sui-zənn eləməmək də ALlahın dinindəndir.Deməli, həm də Allah rasulunun(s.a.s) sünnətindəndir.Biz isə əhli-sünnəni qardaş bilirik.Bizi qardaş bilməyənləri bilmirik!
Çünki, bizi qardaş bilməyən bizi müsəlman bilmir.Çünki, müsəlmanlar qardaşdı.Bizi müsəlman bilməyənlər isə kafirlərdir.Bəli! Biz kafirləri qardaş bilmirik.Əhli-sünnə isə müsəlmandı, qardaşlarımızdı. :rolleyes:

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#15 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 04 декабря 2011 - 13:16



#16 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 04 декабря 2011 - 13:21

Yanmishdar yaman burcudure...Ovaxt hindde bele eirmish yeqin da o birleri dmeirem...





Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru