حدثنا يوسف بن موسى وأبو موسى إسحاق الفروي قالا: حدثنا جرير بن عبد الحميد حدثنا إسماعيل والأعمش عن الحسن قال: قال رسول الله صلى الله عليه وسلم: (إذا رأيتم معاوية على منبري فاقتلوه " ؛ فتركوا أمره فلم يفلحوا ولم ينجحوا.
Bizə Yusif b. Musa və Əbu Musa İshaq əl-Fəravi rəvayət etdilər və dedilər: bizə Cərir b. Əbdül-Həmid rəvayət etdi, bizə İsmayıl və əl-Aməş rəvayət etdilər ki,, Həsən (əl-Bəsri) dedi: Rəsulullah (s) dedi: Muaviyəni mənim minbərimdə görsəniz öldürün. (Daha sonra əlavə etdi) Lakin onlar onun əmrini həyata keçirmədilər və bu işi tərk etdilər.
əl-Bəlazuri, Ənsab əl-Əşrəf, c.1, s.121
Kitabın scan edilmiş versiyası:
Rəvayətin sənədinin araşdırılması:
1. Yusif b. Musa
əl-Buxari, Əbu Davud, ət-Tirmizi, ən-Nisai, İbn Macənin, İbn Xuzeymənin (əs-Səhih kitabının sahibidir) ravilərindəndir. əz-Zəhəbi deyib: İmam, mühəddis, siqə. ən-Nisai deyib: onda pis bir şey yoxdur. Əbu Hatim və Yəhya b. Muin deyib: səduqdur. əl-Xətib onun siqə olduğunu bildirib. İbn Hibban onu "əs-Siqət" kitabında zikr edib. (Bədruddin əl-Ayni, Məğani əl-Əxyar, c.5, s.306, №2753, əl-Mizzi, Təhzib əl-Kamal, c.32, s.465-467, №7159, əz-Zəhəbi, Siyət aləm ən-Nubəla, c.12, s.222)
2. Cərir b. Əbdül-Həmid
Kutubi-Sittənin əl-Buxari, Müslim, Əbu Davud, ət-Tirmizi, ən-Nisai, İbn Macə) ravilərindəndir. İbn Həcər deyib: Sihah-Sittənin siqə ravilərindəndir. Zəhəbi deyib: İmamdır, hafizdir. İbn Səd deyib: siqədir, çox elmlidir, insanlar onun yanına səyahət edərdilər. İbn Hibban onu siqə hesab edib. (İbn Həcər, əqrib ət-Təhzib, c.1, s.139, №916, əz-Zəhəbi, Siyər aləm ən-Nubəla, c.9, s.10, İbn Səd, Təbəqat əl-Kübra, c.7, s.381, İbn Hibban, əs-Siqət, №7092)
3. İsmayıl b. Əbu Xalid əl-Kufi
Kutubi-Sittənin ravilərindəndir. İbn Həcər deyib: siqə səbtdir. Zəhəbi deyib: hafizdir, böyük imamlardandır. ən-Nisai, İbn Hibban, Yəhya b. Muin, əl-İcli, Əbu Hatim, İbn Mehdi, Əhməd b. Abdullah onu siqə hesab ediblər. Yaqub b. Şeybə deyib: siqədir, səbtdir. (əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.6, s.176-177, İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.107, №438, İbn Həcər, Təhzib ət-Təhzib, c.1, s.254-255, №543)
4. əl-Aməş
Sihah-Sittənin ravilərindəndir. İbn Həcər, əl-İcli, İbn Muin, İbn Sad onu siqə hesab ediblər. Nisai deyib: siqə səbtdir. əz-Zəhəbi deyib: imam, şeyxul-islam. (əz-Zəhəbi, Siyər aləm ən-Nubəla, c.6, s.226, Daha çox məlumat üçün)
5. Həsən əl-Bəsri
Kutubi-Sittənin ravilərindəndir. Tabein nəslinin ən tanınmış şəxslərindən biridir. Muhəmməd b. Səd deyib: alimdir, höccətdir, siqədir. İbn Həcər deyib: siqədir, fəqihdir. İbn Hibban onu siqə hesab edib. (İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.160, №1227, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.4, s.564, Daha çox məlumat üçün)
Beləliklə, hədisin bütün raviləri əhli-sünnə rical elminə görə siqə və etibarlı şəxslərdir.
Kimsə deyə bilər ki, Həsən əl-Bəsri tabeindir, səhabə deyil, ona görə də hədis mürsəldir və etimad edilməz. Bu barədə çox dərinə getmədən əs-Səxavidən bir sitatla hələlik kifayətlənirik.
Mürsel'in bir kaç derecesi vardır. Sırayla en çok itibar edileni Rasul-i Ekrem(s.a.s.)'den hadis dinlemiş olan sahabî'nin mürselidir. Sonra Rasulullah(s.a.s.)'den hadis duymayan fakat sadece onu gören Sahâbî'nin mürselidir. Sonra Muhadram'ın, daha sonra da Saîd b. Müseyyib gibi güvenilir râvilerin mürselidir. Bunları takiben de Şa'bî ve Mücâhid gibi, Hadis şeyhleri üzerinde titizlikle duranların mürseli gelir. Bunlardan aşağı derecede bulunan mürsel de Hasanu'l-Basrî gibi herkesten hadis alanların mürselidir. Katâde, Zührî, Humeydu't-Tavi gibi küçük tabiîlerin mürsellerine gelince; bunların rivâyetlerinin çoğu Tabiîndendir (Sehâvî, Fethu'l-Muğîs, Beyrut 1983, I, s. 155).