Перейти к содержимому


Фотография

Muaviyəni mənim minbərimdə görsəniz öldürün!


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 13

#1 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 10 октября 2011 - 17:55

Bismillahir-Rəhmanir-Rəhim.

حدثنا يوسف بن موسى وأبو موسى إسحاق الفروي قالا: حدثنا جرير بن عبد الحميد حدثنا إسماعيل والأعمش عن الحسن قال: قال رسول الله صلى الله عليه وسلم: (إذا رأيتم معاوية على منبري فاقتلوه " ؛ فتركوا أمره فلم يفلحوا ولم ينجحوا.


Bizə Yusif b. Musa və Əbu Musa İshaq əl-Fəravi rəvayət etdilər və dedilər: bizə Cərir b. Əbdül-Həmid rəvayət etdi, bizə İsmayıl və əl-Aməş rəvayət etdilər ki,, Həsən (əl-Bəsri) dedi: Rəsulullah (s) dedi: Muaviyəni mənim minbərimdə görsəniz öldürün. (Daha sonra əlavə etdi) Lakin onlar onun əmrini həyata keçirmədilər və bu işi tərk etdilər.


əl-Bəlazuri, Ənsab əl-Əşrəf, c.1, s.121



Kitabın scan edilmiş versiyası:



ansaab-ul-ashraaf5.jpg ansaab-ul-ashraaf5a.jpg



Rəvayətin sənədinin araşdırılması:

1. Yusif b. Musa

əl-Buxari, Əbu Davud, ət-Tirmizi, ən-Nisai, İbn Macənin, İbn Xuzeymənin (əs-Səhih kitabının sahibidir) ravilərindəndir. əz-Zəhəbi deyib: İmam, mühəddis, siqə. ən-Nisai deyib: onda pis bir şey yoxdur. Əbu Hatim və Yəhya b. Muin deyib: səduqdur. əl-Xətib onun siqə olduğunu bildirib. İbn Hibban onu "əs-Siqət" kitabında zikr edib. (Bədruddin əl-Ayni, Məğani əl-Əxyar, c.5, s.306, №2753, əl-Mizzi, Təhzib əl-Kamal, c.32, s.465-467, №7159, əz-Zəhəbi, Siyət aləm ən-Nubəla, c.12, s.222)

2. Cərir b. Əbdül-Həmid

Kutubi-Sittənin əl-Buxari, Müslim, Əbu Davud, ət-Tirmizi, ən-Nisai, İbn Macə) ravilərindəndir. İbn Həcər deyib: Sihah-Sittənin siqə ravilərindəndir. Zəhəbi deyib: İmamdır, hafizdir. İbn Səd deyib: siqədir, çox elmlidir, insanlar onun yanına səyahət edərdilər. İbn Hibban onu siqə hesab edib. (İbn Həcər, əqrib ət-Təhzib, c.1, s.139, №916, əz-Zəhəbi, Siyər aləm ən-Nubəla, c.9, s.10, İbn Səd, Təbəqat əl-Kübra, c.7, s.381, İbn Hibban, əs-Siqət, №7092)

3. İsmayıl b. Əbu Xalid əl-Kufi

Kutubi-Sittənin ravilərindəndir. İbn Həcər deyib: siqə səbtdir. Zəhəbi deyib: hafizdir, böyük imamlardandır. ən-Nisai, İbn Hibban, Yəhya b. Muin, əl-İcli, Əbu Hatim, İbn Mehdi, Əhməd b. Abdullah onu siqə hesab ediblər. Yaqub b. Şeybə deyib: siqədir, səbtdir. (əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.6, s.176-177, İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.107, №438, İbn Həcər, Təhzib ət-Təhzib, c.1, s.254-255, №543)

4. əl-Aməş

Sihah-Sittənin ravilərindəndir. İbn Həcər, əl-İcli, İbn Muin, İbn Sad onu siqə hesab ediblər. Nisai deyib: siqə səbtdir. əz-Zəhəbi deyib: imam, şeyxul-islam. (əz-Zəhəbi, Siyər aləm ən-Nubəla, c.6, s.226, Daha çox məlumat üçün)

5. Həsən əl-Bəsri

Kutubi-Sittənin ravilərindəndir. Tabein nəslinin ən tanınmış şəxslərindən biridir. Muhəmməd b. Səd deyib: alimdir, höccətdir, siqədir. İbn Həcər deyib: siqədir, fəqihdir. İbn Hibban onu siqə hesab edib. (İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.160, №1227, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.4, s.564, Daha çox məlumat üçün)

Beləliklə, hədisin bütün raviləri əhli-sünnə rical elminə görə siqə və etibarlı şəxslərdir.

Kimsə deyə bilər ki, Həsən əl-Bəsri tabeindir, səhabə deyil, ona görə də hədis mürsəldir və etimad edilməz. Bu barədə çox dərinə getmədən əs-Səxavidən bir sitatla hələlik kifayətlənirik.


Mürsel'in bir kaç derecesi vardır. Sırayla en çok itibar edileni Rasul-i Ekrem(s.a.s.)'den hadis dinlemiş olan sahabî'nin mürselidir. Sonra Rasulullah(s.a.s.)'den hadis duymayan fakat sadece onu gören Sahâbî'nin mürselidir. Sonra Muhadram'ın, daha sonra da Saîd b. Müseyyib gibi güvenilir râvilerin mürselidir. Bunları takiben de Şa'bî ve Mücâhid gibi, Hadis şeyhleri üzerinde titizlikle duranların mürseli gelir. Bunlardan aşağı derecede bulunan mürsel de Hasanu'l-Basrî gibi herkesten hadis alanların mürselidir. Katâde, Zührî, Humeydu't-Tavi gibi küçük tabiîlerin mürsellerine gelince; bunların rivâyetlerinin çoğu Tabiîndendir (Sehâvî, Fethu'l-Muğîs, Beyrut 1983, I, s. 155).

İnşaAllah davam edəcək...
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#2 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 10 октября 2011 - 23:32

İkinci sənəd:



حدثني إبراهيم بن العلاف البصري قال، سمعت سلاماً أبا المنذر يقول: قال عاصم بن بهدلة حدثني زر بن حبيش عن عبد الله بن مسعود قال: قال رسول الله صلى الله عليه وسلم : (إذا رأيتم معاوية بن أبي سفيان يخطب على المنبر فاضربوا عنقه).


İbrahim b. əl-Alaf rəvayət etdi və dedi: Salam Əbu əl-Munzir dedi: Asim b. Bəhdələ dedi: mənə Zirr b. Hubeyş Abdullah b. Məsuddan rəvayət etdi ki, Rəsulullah (s) dedi: Muaviyə b. Əbu Sufyanı mənim minbərimdə görsəniz boynunu vurun.

əl-Bəlazuri, Ənsab əl-Əşrəf, c.2, s.122


Rəvayətin sənədinin araşdırılması:

1. İbrahim b. əl-Alaf

O, İbrahim b. əl-Həsən əl-Əlaf əl-Bəsridir. İbn Həcər əl-Əsqəlani deyib: siqədir. İbn Hibban onu "əs-Siqət" əsərində zikr etmişdir. (Təqrib ət-Təhzib, c.1, s.89, №165, İbn Hibban, əs-Siqət, c.8, s.78)

2. Salam Əbu əl-Munzir

Kutubi-Sittədən olan Sünən ət-Tirmizi və Sünən ən-Nisainin ravisidir. İbn Həcər deyib: səduqdur. Əbu Hatim deyib: səduq, salihul-hədis. İbn Muin dedi: La basə bihi (İbn Muinə tərəfindən siqə hesab etdiyi ravilər barədə işlətdiyi termindi). İbn Cuneyd onun barəsində İbn Muinə sual etdi və o cavab verdi: siqədir. Əbu Davud deyib: onda bir problem yoxdur. İbn Hibban onu "əs-Siqət" kitabında zikr edib. (İbn Həcər, Təhzib ət-Təhzib, c.4, №499, İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.261, №2705)

3. Asim b. Bəhdələ

Kutubi-Sittə ravilərindəndir. İbn Həcər deyib: səduqdur. Zəhəbi onun həsənul-hədis olduğunu və Əbu Zurə və Əhməd b. Hənbəlin onu siqə hesab etdiyini qeyd edib. Ümumiyyətlə o, məşhur quran qarilərindən biridir. Əsasən yaddaşındakı problemlərə görə tənqid edilib. (Daha ətraflı məlumat üçün)

4. Zirr b. Hubeyş

Kutubi-Sittə ravilərindəndir. İbn Həcər, İbn Sad və Yəhya b. Muin deyib: siqədir. İbn Hibban onu "əs-Siqət" kitabında zikr edib. (İbn Həcər, Təhzib ət-Təhzib, c.3, №597, İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.215, №2008, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.4, s.167)

5. Abdullah b. Məsud

Səhabədir.
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#3 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 11 октября 2011 - 17:21

Üçüncü sənəd:

İbn Hibban özünün "əl-Məcruhin" (Cərh olunmuşlar) kitabında Abbad b. Yaqubun tərcümeyi-halında yazır:

وهو الذي روى عن شريك عن عاصم عن زر، عن عبد الله قال. قال رسول الله صلى الله عليه وسلم إذا رأيتم معاوية على منبري فاقتلوه

O həmin şəxsdir ki, Şərikdən, o da Asimdən, o da Zirrdən, o da Abdullah (b. Məsud)dan nəql edir ki, Rəsulullah deyib: Əgər Muaviyəni mənim minbərimdə görsəniz öldürün.

İbn Hibban, əl-Məcruhin, c.2, s.172


Kitabın scan edilmiş səhifəsi:

majrooheen-2.jpg majrooheen-2a.jpg



Rəvayətin sənədinin araşdırılması:

1. Abbad b. Yaqub

əl-Buxari, ət-Tirmizi və İbn Macənin ravilərindəndir. İbn Həcər deyib: səduq rafizidir. əz-Zəhəbi özünün "Mizan əl-Etidal" kitabında deyib: Abbad b. Yaqub şiə ğulatıdır, bidətin böyüklərindəndir, ancaq hədisdə səduqdur. Digər bir kitabı olan "Siyər əlam ən-Nubəla" kitabında isə deyib: şeyxdir, şiədir, səduqdur. Əbu Hatim deyib: şeyxdir, sidəqdir. İbn Xuzeymə deyib: hədisdə siqədir. əd-Darəqutni deyib: şiədir, səduqdur. (İbn Həcər, Təhzib ət-Təhzib, c.5, s.95, №183, İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.291, №3153, əz-Zəhəbi, Mizan əl-Etidal, c.2, s.379, №4149, Siyər əlam ən-Nubəla, c.13, s.537)

2. Şərik b. Abdullah

Kutubi-Sittənin ravilərindəndir. İbn Həcər deyib: səduqdur, ancaq səhv edərdi. əz-Zəhəbi deyib: Şərik ibn Abdullah Nəxəi görkəmli şəxsiyyətlərdən biridir. İbn Muin onu siqə hesab edib. Digərləri onun barəsində deyirlər ki, hafizəsi yaxşı olmayıb. Nəsai isə onun barəsində deyir: Onda heç bir eyb yoxdur, o Kufə əhlinin hədislərinə Sufyan əs-Sovridən daha yaxşı agah idi. əl-İcli deyib: siqədir, həsənul-hədisdir. Yaqub b. Şeybə deyib: Şərik səduqdur, siqədir. İbn Hibban onu öz "əs-Siqət" kitabında zikr edib. Həmçinin Əbu Davud, İbn Sad və əl-Hərbi onu siqə hesab etməklə bərabər, səhvlərinin olduğunu deyiblər. İbn Həcər onun adını "Təbəqat əl-Müdəllisin" əsərində ikinci təbəqədə zikr edir və deyir: güvənilən məşhur bir qazidir. Ancaq qaziliyə başlayandan sonra yaddaşında problem yarandı. Tədlisdən uzaq duran bir kəs idi. Darəqutninin dediyinə görə tədlis etdiyi vaxta qədər ona Əbdül-Haqq adı nisbət edilmişdi. İbn Həcərin ikinci təbəqə üçün nəzərdə tutduğu göstəricilər bunlardır: İmamların tədlis etdiklərinə ehtimal verdikləri şəxslərdir. Bu şəxslər az tədlis etmələri və hədisdə imam olmaları səbəbindən səhih mənbələrdə rəvayətlərinə yer verilən şəxslərdir. Məsələn, Süfyan əs-Sövri və sadəcə siqə ravilərdən tədlis edən Süfyan b. Uyeynəni misal göstərə bilərik. (Bu təbəqəyə 33 ravi daxildir.) (İbn Həcər, Təhzib ət-Təhzib, c.4, №587, İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.266, №2787, əz-Zəhəbi, əl-Kaşif, c.1, s.486, №2276, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.8, s.201, İbn Hibban, "əs-Siqət", c.6, s.444, №8507)

3. Asim b. Bəhdələ

Kutubi-Sittə ravilərindəndir. İbn Həcər deyib: səduqdur. Zəhəbi onun həsənul-hədis olduğunu və Əbu Zurə və Əhməd b. Hənbəlin onu siqə hesab etdiyini qeyd edib. Ümumiyyətlə o, məşhur quran qarilərindən biridir. Əsasən yaddaşındakı problemlərə görə tənqid edilib. (Daha ətraflı məlumat üçün)


4. Zirr b. Hubeyş

Kutubi-Sittə ravilərindəndir. İbn Həcər, İbn Sad və Yəhya b. Muin deyib: siqədir. İbn Hibban onu "əs-Siqət" kitabında zikr edib. (İbn Həcər, Təhzib ət-Təhzib, c.3, №597, İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.215, №2008, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.4, s.167)

5. Abdullah b. Məsud

Səhabədir.


Bəzi Muaviyə sevərlər Asim və Şərikə görə hədisi zəiflətmək istəsələr, yuxarıdakı yazılanları bir daha diqqətlə oxusunlar. Bu ravilər ən pis halda həsənul-hədisdir. Yəni, nəticə olaraq bu rəvayət həsən dərəcəsindədir. Digər şahid rəvayətləri də nəzərə alsaq, hədis səhih dərəcəsinə qədər yüksəlir.
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#4 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 15 октября 2011 - 15:11

Dördüncü sənəd:

حدثنا إسحاق بن أبي اسرائيل وأبو صالح الفراء الأنطاكي قالا: حدثنا حجاج بن محمد حدثنا حماد بن سلمة عن علي بن زيد عن أبي نضرة عن أبي سعيد الخدري أن رجلاً من الأنصار أراد قتل معاوية، فقلنا له: لا تسل السيف في عهد عمر حتى تكتب إليه، قال: إني سمعت روسل الله صلى الله عليه وسلم يقول: " إذا رأيتم معاوية يخطب على الأعواد فاقتلوه " ، قال: ونحن قد سمعناه ولكن لا نفعل حتى نكتب إلى عمر، فكتبوا إليه فلم يأتهم جواب الكتاب حتى مات.

Bizə İshaq b. Əbu İsrail və Əbu Salih əl-Fəra əl-Əntaki rəvayət etdilər və dedilər: bizə Həccac b. Muhəmməd rəvayət etdi, bizə Həmmad b. Sələmə, Əli b. Zeyddən, o da Əbu Nədradan, o da Əbu Səid əl-Xudridən rəvayət etdi ki, Ənsardan olan bir kişi Muaviyəni öldürmək istəyəndə ona dedik: Ömərin xilafəti dövründə qılıncını qınından çıxarma. Qoy biz ona (Müaviyənin öldürülməsinə icazə barədə) yazaq. O kişi dedi: Mən Peyğəmbərdən belə dediyini eşitdim: "Muaviyəni minbərimdə görsəniz öldürün." İbn Səid əl-Xudri dedi: Biz də Peyğəmbərin (s) bu kəlamını eşitmişik, lakin Ömərə bu haqda xəbər verənə qədər bunu etmərik. Biz bu haqda Ömərə məktub yazdıq, lakin o, ölənə qədər cavab vermədi.


əl-Bəlazuri, Ənsab əl-Əşrəf, c.2, s.121


Rəvayətin sənədinin araşdırılması:

1. İshaq b. Əbu İsrail

əz-Zəhəbi deyib: imamdır, hafizdir, siqədir. İbn Həcər, əs-Saci, Salih Cəzirə onun səduq olduğunu bildiriblər. İbn Hibban onu "əs-Siqət" kitabında zikr edib. əl-Bəğavi, Yəhya b. Muin, Saleh, əl-Bəlavi, əd-Darəqutni, Əhməd b. Hənbəl onun siqə olduğunu qeyd ediblər. (Siyər əlam ən-Nubəla, c.12, s.477, Təqrib ət-Təhzib, c.1, s.126, №338, Təhzib ət-Təhzib, c.1, s.195, №415)

2. Əbu Salih əl-Fəra əl-Əntaki

İbn Həcər onun səduq olduğunu, əz-Zəhəbi, əl-İcli və Əbu Davud isə siqə oldunu qeyd ediblər. İbn Hibban onun adını "əs-Siqət" kitabında zikr edərək mutqin və fazil olduğunu deyib. əd-Darəqutni deyib: Leysə bi qavi (güclü deyildir). (əz-Zəhəbi, əl-Kaşif, c.2, s.243, №5303, İbn Həcər, Təhzib ət-Təhzib, c.10, s.48, №85, İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.521, №6495)

3. Həccac b. Muhəmməd

Kutubi-Sittənin ravisidir. İbn Həcər deyib: siqə səbtdir. əz-Zəhəbi deyib: imamdır, höccətdir, hafizdir. İbn Sad deyib: siqə səduqdur inşaAllah. Yəhya b. Muin deyib: səbtdir. Əli b. əl-Mədini və ən-Nisai onun siqə olduğunu bildiriblər. İbn Hİbban onu "əs-Siqət" kitabına daxil edib. (İbn Həcər, Təhzib ət-Təhzib, №381, İbn Həcər, Təqrib ət-Təhzib, s.153, №1135, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.9, s.448)

4. Həmmad b. Sələmə

Müslim, ət-Tirmizi, Əbu Davud, İbn Macə və ən-Nisainin ravisidir. İbn Həcər deyib: siqədir, abiddir, səbtdir. əz-Zəhəbi deyib: imam, fəqih, şeyxul-islam, ərəb qrammatikası üzrə böyük alimlərdəndir, siqədir. İbn Muin deyib: siqədir. əl-Qəttan deyib: Həmmadı alçaldan birini görsəm onun dinindən şübhə edərəm. İbn Hibban onu "əs-Siqət" kitabına daxil edib. (İbn Həcər, Təhzib ət-Təhzib, c.3, №14, İbn Həcər, Təqrib ət-Təhzib, s.268-269, №1499, əz-Zəhəbi, Mizan əl-Etidal, c.1, s.590, 2251, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.7, s.445-446)

5. Əli b. Zeyd

əl-Buxari (Ədəb əl-Müfrəd), Müslim (əs-Səhih) və digər 4 əs-Sünən müəllfinin ravisidir. (İbn Həcər, Təhzib ət-Təhzib, c.7, s.283) Şiədir. Ona görə də əhli-sünnə alimləri onu güclü ravi hesab etməmiş, bəziləri isə əzif olduğunu bildirmişlər. Ancaq bununla belə, heç bir alim onu yalançılıqda ittiham etməyib. İbn Həcər bir kitabında onu zəif (Təqrib ət-Təhzib, c.1 s.401), digər kitabında isə səduq adlandırmışdır (Fəth əl-Bari, c.11, s.82). İbn Muin, Əbu Zurə, Əbu Hatim kimi alimlər onun güclü olmadığını qeyd etmişdirlər. Və bunu "leysə bi qavi", "leysə bi zakil-qavi" kimi terminlərlə ifadə etmişdirlər. Hədis elminə əsasən isə belə şəxsin hədisi tərk edilməz, etibar üçün yazılar. əs-Saci deyib: doğrudanışan insanlardandır. Yaqub b. Şeybə onun siqə, salihul-hədis olduğunu qeyd etmişdir. əl-İcli deyib: şiədir, zərəri yoxdur (la bəsə bihi). Tirmizi isə səduq olduğunu bildirişdir. (Siyər əlam ən-Nubəla, c.5, s.206-208, əl-Mizzi, Təhzib əl-Kamal, c.20, s.434-444).

6. Əbu Nədra

Müslim və 4 Sünən müəllifinin ravisidir. İbn Həcər deyib: siqədir. əz-Zəhəbi deyib: imamdır, mühəddisdir, siqədir. Yəhya b. Muin, ən-Nisai, Əbu Zurə, İbn Sad, ibn Şahin, Əhməd b. Hənbəl onun siqə olduğunu bildiriblər. (İbn Həcər, Təqrib ət-Təhzib, c.2, s.546, №6890, İbn Həcər, Təhzib ət-Təhzib, c.10, s.268, №528, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.4, s.530).

7. Əbu Səid əl-Xudri

Səhabədir.


Göründüyü kimi, hədisin ravilərindən Əli b. Zeyddən başqa hamısı əhli-sünnə hədis elminə əsasən siqə və güclü ravilərdir. Əli b. Zeyd isə bəzi əhli-sünnə alimləri tərəfindən siqə və səduq hesab edilmiş, bəziləri onu zəif hesab etmiş, digərləri isə güclü olmadığını qeyd etmişdirlər. Yekdil fikir budur ki, onu yalan danışmaqda ittiham etməyiblər. Ona görə də alimlər onun hədisini etibar üçün yazıblar. Bu hədisin bundan əvvəlki həsən və səhih sənədləri olduğundan, Əli b. Zeydin də şahidliyi qəbul edilir.
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#5 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 16 октября 2011 - 23:43

Beşinci sənəd:

حدثنا الساجي قال ثنا بندار قال ثنا سليمان قال ثنا حماد بن زيد قال قيل لأيوب إن عمرا روى عن الحسن عن النبي صلى الله عليه وسلم قال إذا رأيتم معاوية على المنبر فاقتلوه


Bizə əs-Saci rəvayət etdi və dedi: bizə Bindar rəvayət etdi və dedi: bizə Süleyman rəvayət etdi və dedi: bizə Həmmad b. Zeyd rəvayət etdi və dedi: Əyyub Əmr (b. Ubeyd)in əl-Həsəndən belə rəvayət etdiyini dedi: Peyğəmbər (s) buyurdu: Muaviyəni mənim minbərimdə görsəniz öldürün.

İbn Adiy, əl-Kamil fi Duafa ər-Rical, c.5, s.103



İbn Adiy bu hədisi zəif hesab edərək bu kitabında zikr etmişdir. Ümumiyətlə mümkün deyildir ki, hansısa əhli-sünnə alimi bu hədisi səhih və ya həsən hesab etsin. Çünki, Muaviyə ilə birgə bütün səhabə barədə əqidə də məhv olur.

Rəvayətin sənədinin araşdırılması:

1. Zəkəriyyə b. Yəhya əs-Saci

İbn Həcər deyib: siqədir, fəqihdir. əz-Zəhəbi deyib: imamdır, hafizdir, səbtdir, siqədir, Bəsrənin mühəddislərindəndir. (İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.216,№2029, əz-Zəhəbi, Tarix əl-İslam, c.23, s.210, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.14, s.198).

2. Bəndar (Muhəmməd b. Bəşar)

əl-Buxari və Müslimin ravisidir. İbn Həcər deyib: siqədir. əz-Zəhəbi deyib: imamdır, hafizdir. Əbu Hatim ər-Razi deyib: səduqdur. əl-İcli deyib: siqədir. (İbn Həcər, Təqrib ət-Təhzib, c.2, s.469, №5754, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.12, s.45-146).

3. Süleyman b. Hərb

Kutubi-Sittənin ravisidir. İbn Həcər deyib: siqədir, hafizdir, imamdır. əz-Zəhəbi deyib: siqədir, imamdır, hafizdir, Məkkə qazisi olub. Əbu Hatim ər-Razi, ən-Nisai, Yəhya b. Şeybə, İbn Xərraş, İbn Sad onun siqə olduğunu bildiriblər. (İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.250, №2545, İbn Həcər, Təhzib ət-Təhzib, c.4, s.157, №311, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.10, s.331-332).

4. Həmmad b. Zeyd

Kutubi-Sittənin ravisidir. İbn Həcər deyib: siqə səbtdir. əz-Zəhəbi deyib: əllamə, hafiz, zamanının mühəddisidir. əl-İcli deyib: siqədir. İbn Sad deyib: Osmani idi, siqə səbtdir, höccətdir. əl-Xəlili deyib: siqədir. (İbn Həcər, Təhzib ət-Təhzib, c.3, s.9, №13, İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.178, №1498, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.7, s.456-466)

5. Əyyub b. Əbu Təmimi

Kutubi-Sittənin ravisidir. İbn Həcər deyib: siqə səbtdir. əz-Zəhəbi deyib: imamdır, hafizdir, səduqdur. İbn Sad, Əbu Hatim, ibn Xeysəmə onu siqə hesab ediblər. ən-Nisai deyib: siqə səbtdir. (İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.117, №605, İbn Həcər, Təhzib ət-Təhzib, c.1, s.348-347, №733, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.6, s.16-18)

6. Əmr b. Ubeyd

Mötəzilənin böyüklərindəndir. Bu səbəbdən də əhli-sünnə alimləri tərəfindən cərh edilmişdir. (İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.740, №5071, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.6, s.106, İbn Həcər, Təhzib ət-Təhzib, c.8, №108)

7. Həsən əl-Bəsri

Kutubi-Sittənin ravilərindəndir. Tabein nəslinin ən tanınmış şəxslərindən biridir. İbn Sad deyib: alimdir, höccətdir, siqədir. İbn Həcər deyib: siqədir, fəqihdir. İbn Hibban onu siqə hesab edib. (İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.160, №1227, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.4, s.564)


Göründüyü kimi, Əmr b. Ubeyddən başqa bütün ravilər hədis elminin ən yüksək tədil terminləri ilə vəsf edilmişdirlər. Və şübhəsiz ki, ilk olaraq zikr etdiyimiz əl-Aməş və İsmayıl yolu ilə Həsən əl-Bəsridən nəql edilən səhih hədis bu hədisi qüvvətləndirir və həsən dərəcəsinə çatdırır.
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#6 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 октября 2011 - 00:28

Allah razı olsun, qardaşım. Qoluna qüvvət versin. Ümumiyyətlə, Muaviyənin ən alçaq bir şəxs olmasına Qurandan sünnəyə, ta ki əqlə qədər minlərlə dəlil mövcuddur. Hər bir təəssübkeşliyi kənara qoymuş şəxs başa düşər ki, Muaviyə bəşər tarixinin ən əxlaqsız şəxslərindəndir. Forumda bəlkə ən çox müzakirə olunanlardan biri də Muaviyədir və təəssüf ki, əhli-sünnə qardaşlarımız onunla bağlı demək olar ki, heç bir suala cavab verə bilmirlər. Heç cəhd də etmirlər. Bu isə artıq qəbul olunmuş "səhabə ədaləti" əqidəsinin puç və məntiqsiz olduğunu sübut edir. Allah-Təala sənin yerini qiyamətdə Muaviyə və onun zatı qırıq tayfasından min illərlə məsafədə qərarlaşdırsın :gizildish:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#7 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 17 октября 2011 - 21:21

Bismillah,qardaş,halal elə vvord-ə yazdım və yadda saxladım bunu,amma forumdan olduğunu da,master_ier nikli birinisin yazdığını da qeyd etdim,yəni müəllif hüquqları qorunur,ümumiyyətlə belə özümçün düzəldəcəm,həmişə müəllif hüququ qorunur,halal edin
P.S eləcə də başqaları

#8 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 17 октября 2011 - 22:06

Bismillah,qardaş,halal elə vvord-ə yazdım və yadda saxladım bunu,amma forumdan olduğunu da,master_ier nikli birinisin yazdığını da qeyd etdim,yəni müəllif hüquqları qorunur,ümumiyyətlə belə özümçün düzəldəcəm,həmişə müəllif hüququ qorunur,halal edin
P.S eləcə də başqaları


Halal olsun. İnşaAllah davam edəcək. Məsləhətdir ki, ən son variantı yadd saxlayasan. Ola bilər nəsə yadıma düşər, əvvəlki sənədlərə də əlavələr edərəm.
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#9 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 18 октября 2011 - 00:01

master_ier,qardaşım,Allah səndən razı olsun!
Elmindən çox faydalanırıq.Çox sağ ol ki, belə dəyərli məlumatları bizimlə paylaşırsan.Allah razı olsun! Allah səni məhşər günü əhli-beyt ilə məşhur eləsin! Kovsər hovuzun yanında Əlinin(ə) əlindən su içmək,Allah rəsulunun(s.a.s) "xoş gəldin!" deməsi sənə və yaxınlarına qismət olsun inşaAllah! Amin!

Сообщение отредактировал 3_Rengli_HeyaT: 18 октября 2011 - 00:03

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#10 Ebul Hesen

Ebul Hesen

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 288 сообщений

Отправлено 18 октября 2011 - 22:54

3_Rengli_HeyaT, qardash, Amin
Ey Muaviye... Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix... Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.

#11 sahih

sahih

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 32 сообщений

Отправлено 19 октября 2011 - 21:53

Sizə nə qədər təşəkkür etsəm azdır. Allah elminizi artırsın.

#12 samral

samral

    Arif – Corporal

  • Murid
  • 73 сообщений

Отправлено 13 сентября 2012 - 22:52

Allah razı olsun !
O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)

#13 Raykard

Raykard

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 27 декабря 2012 - 03:54

Ebu Seid Xudri, Ebdullah ibn Mesud ve basqalari peygemberden (s) neql edibler:- Ele ki, gordunuz Muaviye ibn Ebu Sufyan menim minberime cixib xutbe oxuyur onu yere salib boynunu vurun!”

(Ensabul-esraf Muaviye ibn Ebu Sufyan 5/136-137 ve 11420, Tehzibut-tehzib 3260-ci tercumeyi hal İbad ibn Yequb 5/98, 4905-ci tercumuyi hal Eli ibn Zeyd Temimi 7/276)


#14 Raykard

Raykard

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 27 декабря 2012 - 04:01

Ebu Seid Xudriden neql olunmus diger bir hedisde deyilir:- Ensardan olan bir kisi Muaviyeni oldurmek isteyende ona dedik:- Omer ibn Xettabin xilafetinde qilincini qinindan cixarma. Qoy biz Omerden Muaviyenin qetli haqqinda icaze alaq. O kisi dedi:- Men peygemberden estdim deyirdi:- “O zaman ki, Muaviyeni minberde gordunuz onu oldurun”

İbn Seid Xudri dedi:- biz de peygemberin (s) bu kelamini esitmisik, lakin Omere bu haqda xeber verene qeder bunu etmerik. Biz bu haqda Omere mektub yazdiq ve ondan cavab almamisdiq ki, O, vefat etdi.

(Ensabul-esraf Muaviye ibn Ebu Sufyan 5/136)





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru