Перейти к содержимому


Фотография

Təvəssül barədə Malik əd-Darın hədisi


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 17

#1 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 12 октября 2011 - 15:52


delillerinden 5-cisi

Əbu Muaviyə - Aməş – Əbu Salih – Malik əd Dardan – ki bu adam Ömərin ərzaq xəzinədarı idi – belə dediyini təhdis etdi: Ömər zamanında insanlara quraqlıq üz verdi. Bir adam Nəbinin – sallallahu aleyhi və səlləm – qəbrinə gəlib dedi: Ey Allahın Rəsulu! Ümmətin üçün yağmur istə, çünki onlar həlak olmaq üzrədirlər.
O adam yuxuda belə deyildi: Ömərə get, salam de və ona yağmura qovuşacaqlarını xəbər ver. Həmçinin ona de ki: Müdrik ol! Müdrik ol!
Adam gedib Ömərə bunu xəbər verdi və Ömər ağladı. Sonra isə, "Ya Rəbbim mən bacardığımı edirəm” dedi.”
Qaynaq: İbnu Əbi Şeybə: Əl Musənnəf: 17/63-65

cavab-

Bu hədis səhih deyil. İbn Əbu Şeybə ravilərin zəncirində qeyd edilən "bir adam”-ın kim olmasını yazmamışdır və ona görə də bu insan məchuldu, yəni bilinməyəndir. Səif ibn Ömərin zəncirində, Səif ibn Ömər tanınmayan bu insanın Bilal ibn Haris olduğunu deyir, lakin Səif ibn Ömər özü yalançıdır. Onun yalançı olduğunu Əbu Davud, İbn Main, əl-Hakim və digər alimlər demişlər.
Bu hədisin zəncirində olan ravilərdən Əməş digər ravi Əbu Salihdən rəvayət etmişdir. Əbu Salih isə müdəllisdir, "UN” kəlməsi ilə rəvayət edir. Rical elmində isə bu qəbul edilmir.
Həmçinin, bu hadisə Malik ibn Darın ətrafında baş verir, lakin bu insan məchuldur, tanınmır. Onun etibarlı olması barədə heç bir məlumat verilmir – İbn Abu Hatim (Cərah vət Tədil, cild 8, səh 213). Həmçinin, Şeyx Əlbani "əl-Vəsilə” kitabında da qeyd edir ki, Malik əl-Dar məchuldur, yəni tanınmır.
Əgər hər hansı bir alim zəif hədisə uyğun hökm verərsə, bu o demək deyil ki, onun dediyi haqdır. Gördüyünüz kimi bu hədis zəif hədisdir. Zəif hədislə hökm vermək əlbəttə qəbul olunmur.



Abdulhay,

Sənin iradların demək olar ki, elə Albaninin "ət-Təvəssül" kitabındakı iradlardır. Albani təvəssülə dair yazdığı kitabda hədisləri zəif hesab eliyib, siz də düşün onun arxasınca gedin. İnşaAllah vaxtım olanda Albaninin bütün iradlarına cavab yazacağam inşaAllah. Sadəcə sələfilərin korkoranə ordan-burdan kopyaladığı, bundan daha dəhşətlisi kopyaladığı saytın elə özündə təvəssülə dair N qədər misalı görməzdən gəlməkləri insanı məəttəl edir. Nə isə.



Sözü gedən hədisin mənbəsi:


əl-Müsənnəf, Məktəbə ər-Rəşid, ər-Riyad, Səudiyyə Ərəbistanı, səh 118, hədis №32538

Musannaf uz qapagi.jpg Musannaf seh 118.jpg


İbn Həcər əl-Əsqəlani yazır:

وروى ابن أبي شيبة بإسناد صحيح من رواية أبي صالح السمان عن مالك الداري – وكان خازن عمر – قال ” أصاب الناس قحط في زمن عمر فجاء رجل إلى قبر النبي صلى الله عليه وسلم صلى الله عليه وسلم فقال: يا رسول الله استسق لأمتك فإنهم قد هلكوا، فأتى الرجل في المنام فقيل له: ائت عمر ” الحديث.

وقد روى سيف في الفتوح أن الذي رأى المنام المذكور هو بلال بن الحارث المزني أحد الصحابة


İbn Əbi Şeybə səhih sənədlə Əbu Salehdən, o da Malik əd-Dardan - Ömərin xəzinədarı - nəql edir: Ömərin dövründə qıtlıq yaranmışdı. Bir kişi Peyğəmbərin (s) qəbri üzərinə gələrək dedi: “Ey Allahın elçisi! Ümmətin həlak olur, onlar üçün yağış yağmasını istə!” Sonra yuxuda ikən o kişiyə Ömərin yanına getməsini tapşırdı…”

Seyfin “əl-Fütuh” əsərində qeyd etdiyinə görə, həmin yuxunu görən şəxs Peyğəmbərin (s) səhabələrindən olan Bilal ibn Haris olmuşdur.


Fəth əl-Bari, c.2, s.495


İbn Kəsir eyni hədisi Beyhəqidən nəql edir:


وقال الحافظ أبو بكر البيهقي: أخبرنا أبو نصر بن قتادة وأبو بكر الفارسي قالا: حدثنا أبو عمر بن مطر، حدثنا إبراهيم (1) بن علي الذهلي، حدثنا يحيى بن يحيى، حدثنا أبو معاوية، عن الاعمش، عن أبي صالح عن مالك قال: أصاب الناس قحط في زمن عمر بن الخطاب فجاء رجل إلى قبر النبي صلى الله عليه وسلم فقال: يا رسول الله استسق الله لامتك فإنهم قد هلكوا.

فأتاه رسول الله صلى الله عليه وسلم في المنام فقال: إيت عمر فأقره (2) مني السلام واخبرهم أنهم مسقون، وقل له عليك بالكيس الكيس.

فأتى الرجل فأخبر عمر فقال: يا رب ما آلوا إلا ما عجزت عنه (3)

.

وهذا إسناد صحيح.

(Hədisdən sonra deyir:) Bu hədisin sənədi səhihdir.

əl-Bidayə vən-Nihayə, c.7, s.105



Həmçinin İbn Kəsir özünün "Cami əl-Məsanid" (c.1, s.223) kitabında "Müsnəd Ömər" fəslində bu hədisi zikr edir və deyir: إسناده جيد قوي - sənədi ceyyiddir, qavidir (güclüdür).


ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#2 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 12 октября 2011 - 17:46

Sələfilərin şeyxi Albani "ət-Təvəssül" kitabında deyir:

عدم التسليم بصحة هذه القصة لأن مالك الدار غير معروف العدالة والضبط وهذان شرطان أساسيان في كل سند صحيح كما تقرر في علم المصطلح وقد أورده ابن أبي حاتم في ( الجرح والتعديل ) ولم يذكر راويا عنه غير أبي صالح هذا ففيه إشعار بأنه مجهول ويؤيده أن ابن أبي حاتم نفسه - مع سعة حفظه واطلاعه - لم يحك فيه توثيقا فبقي على الجهالة ولا ينافي هذا قول الحافظ ( . . . بإسناد صحيح من وراية أبي صالح السمان . . . ) لأننا نقول : إنه ليس نصا في تصحيح جميع السند بل إلى أبي صالح فقط ولولا ذلك لما ابتدأ هو الإسناد من عند أبي صالح ولقال رأسا : ( عن مالك الدار . . . وإسناده صحيح ) ولكنه تعمد ذلك ليلفت النظر إلى أن هاهنا شيئا ينبغي النظر فيه والعلماء إنما يفعلون ذلك لأسباب منها : أنهم قد لا يحضرهم ترجمة بعض الرواة فلا يستجيزون لأنفسهم حذف السند كله لما فيه من إيهام صحته لا سيما عند الاستدلال به بل يوردون منه ما فيه موضع للنظر فيه وهذا هو الذي صنعه الحافظ رحمه الله هنا وكأنه يشير إلى تفرد إلى تفرد أبي صالح السمان عن مالك الدار كما سبق نقله عن ابن أبي حاتم وهو يحيل بذلك إلى وجوب التثبت من حال مالك هذا أو يشير إلى جهالته . والله أعلم

وهذا علم دقيق لا يعرفه إلا من مارس هذه الصناعة ويؤيد ما ذهبت إليه أن الحافظ المنذري أورد في ( الترغيب ) قصة أخرى من رواية مالك الدار عن عمر ثم قال : ( رواه الطبراني في الكبير ورواته إلى مالك الدار ثقات مشهورون ومالك الدار لا أعرفه ) . وكذا قال الهيثمي في ( مجمع الزوائد )

وقد غفل عن هذا التحقيق صاحب كتاب ( التوصل ) فاغتر بظاهر كلام الحافظ وصرح بأن الحديث صحيح وتخلص منه بقوله : ( فليس فيه سوى : جاء رجل . . ) واعتمد على أن الرواية التي فيها تسمية الرجل ببلال بن الحارث فيها سيف وقد عرفت حاله

وهذا لا فائدة كبرى فيه بل الأثر ضعيف من أصله لجهالة مالك الدار كما بيناه


Biz bu hədisi səhih hesab etmirik, çünki ravilərdən Malik əd-Darın ədalət və zəbti barədə məlumatımız yoxdur. Hədis elminin terminolgogiyasından da məlum olduğu kimi istənilən rəvayətin sihhəti üçün bu iki şərt vacibdir. İbn Əbu Hatim onu "əl-Cərh vət-Tədil" kitabında (4/1-213) zikr etmiş və Əbu Salihdən başqa ondan rəvayət edən bir kəsin adını çəkməmişdir. Bu o deməkdir ki, sözügedən ravi məchuldur. İbn Əbu Hatimin güclü hafizəsi və geniş elminə baxmayaraq Malik əd-Darın güvənilən ravi olmasını qeyd etməməsi bu faktı bir daha isbat edir. Buna görə də bizim üçün o məchul ravidir. Bununla belə, bu, Hafiz İbn Həcərin "Əbu Salih əs-Səmandan səhih sənədlə rəvayət edilmişdir" sözlərinə əks deyildir. Bu cür ifadə hədisin bütün sənədinin səhih olmasına dəlalət etmir. Əksinə, İbn Həcər Əbu Salihə qədər olan sənədi səhih hesab etmişdir. Belə olmasaydı, o, sənədi Əbu Salihlə başlamazdı, birbaşa Malik əd-Dardan başlayar və "sənədi səhihdir" deyərdi. Ancaq o, bilərəkdən bu cür edərək onun (Malik əd-Darın) diqqətə alınmasına işarə etmişdir. Alimlər bəzən bu cür davranırlar. Elə hallar olur ki, bir və ya bir neçə ravinin tərcümeyi-halını əldə edə bilmirlər. Bu halda əmin olmadan sənədə tam şəkildə sihhət qaydalarını tətbiq etməyi özlərinə rəva bilmirlər, çünki bu halda digər insanlarda hədisin səhihliyi fikri yaranır və höccət kimi istifadə edirlər. Ona görə də məhz gələcəkdə araşdırılma ehtiyacı olan ravilərin adlarını zikr edirlər. Necə ki, Hafiz İbn Həcər də bu cür etmişdir. O, sanki bu yolla Abu Salih əs-Səmanın Malik əd-Dardan rəvayət edən yeganə ravi olmasına işarə edib, necə ki bunu artıq qeyd etdik ki, ibn Əbu Hatim aşkar şəkildə bəyan edib. Bununla o, ya Malikin halının yoxlanma ehtiyacı olduğuna, yaxud da onun tanınmamasına işarə edib. Allah daha yaxşı bilir.

.

(Hədis) elminin bu incəlikləri sadəcə onunla məşğul olanlara məlumdur. Bizim nöqteyi-nəzərimizi təsdiq edən faktlardan biri də budur ki, Hafiz əl-Munziri "ət-Təqrib"də (2/41-42) Malik əd-Darın Ömərdən nəql etdiyi rəvayətin digər variantını nəql etdikdən sonra deyir: Bu hədisi ət-Təbərani "Mucəm əl-Kəbir" kitabında rəvayət etmişdir. Malik əd-dara qədər bütün raviləri məşhur və siqə şəxslərdir. Malik əd-Darı isə tanımıram. əl-Heysəmi də "Məcmə əz-Zəvaid"də (3/125) eynilə bu cür demişdir.

.

Bu incə məqam "ət-Təvəssül ila Həqiqət ət-Təvəssül" kitabının müəllifinin nəzərindən qaçmışdır və Hafiz İbn Həcərin sözlərinin zahirinə aldanmış və hədisin səhih olduğunu söyləmişdir. Sənəddə " - bir adam gəldi - sözündən başqa bir problem yoxdur" deməklə canını qutarmağa çalışmışdır. (Adı "bir adam" keçən) keçən şəxsin adının Bilal b. əl-Haris olduğu nəql edilən rəvayətin ravisi olan Seyf (b. Ömər)-in halı (zəif olması) məlumdur.

Lakin bu, heç nəyi dəyişmir. Çünki daha əvvəl də qeyd etdiyimiz kimi Malik əd-Darın halının məchul olması səbəbindən rəvayətin özü bötövlükdə zəifdir.


Albani, ət-Təvəssül, s.120-121


İndi isə keçək qeyd edilən iradların cavablarına...
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#3 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 12 октября 2011 - 22:55

Malikin hedisi sehihdir sunni saytlarida yazir bunu!!!
Изображение
Изображение
Изображение
Hədis səhih sənədlə rəvayət olunub səhihliyi bildirilib və Malikin haqqında ətraflı yazılıb.

#4 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 13 октября 2011 - 00:41

İRAD №1:

a ) İbn Həcər əl-Əsqəlani Əbu Salihə qədər olan sənədi səhih hesab etmişdir və Malik əd-Darın halı barədə tərəddüd etmişdir.
b ) əl-Munziri və əl-Heysəminin Malik əd-Darı tanımamaları onun məchul olması fikrini qüvvətləndirir.
c ) Əbu Salihdən başqa Malikdən rəvayət edən olmamışdır.
d ) Əbu Salihin Malik əd-Dardan rəvayəti mürsəldir, yəni Əbu Salih Malikdən hədis eşitməmişdir. (Bunu Albanidən başqaları irəli sürmüşdür)

Əvvəla onu qeyd etmək lazımdır ki, əgər İbn Həcər əl-Əsqəlani hədisin məhz Əbu Salihə qədər olan hissəsini səhih hesab etdiyini bildirmək istəsəydi "bi isnadi sahih ila Abi Salih" deyərdi. Ancaq "ila" yox, "min" işlətmişdir.

İkincisi, İbn Həcər əl-Əsqəlaninin Malik əd-Darın halı barədə tərəddüd etməsi batil bir fikirdir. Çünki, öz kitabında onun barəsində kifayət qədər ətraflı məlumat vermişdir. Buna inşaAllah ətraflı şəkildə toxunacağıq.

Üçüncüsü, əl-Munziri və əl-Heysəminin onu tanımamaları Malikin halına heç bir mənfi təsir göstərə bilməz. Çünki, onların özləri açıq şəkildə Malik əd-Darın "məchul" olduğunu deməmişdirlər. Sadəcə olaraq onun barəsində məlumatlarının olmadığını qeyd etmişdirlər.

İbn Həcər əl-Əsqəlani, əl-İsabə fi Təmyiz əs-Səhabə, c.6, s.164, №8350, Dar əl-Kutub əl-Əzhər, Misir.

el-isabe Malik ed-Dar.jpg el-isabe Malik ed-Dar 2.jpg

مالك بن عياض مولى عمر هو الذي يقال له مالك الدار له إدراك وسمع من أبي بكر الصديق وروى عن الشيخين ومعاذ وأبي عبيدة روى عنه أبو صالح السمان وابناه عون وعبد الله ابنا مالك وأخرج البخاري في التاريخ من طريق أبي صالح ذكوان عن مالك الدار أن عمر قال في قحوط المطر يا رب لا آلو إلا ما عجزت عنه وأخرجه بن أبي خيثمة من هذا الوجه مطولا قال أصاب الناس قحط في زمن عمر فجاء رجل إلى قبر النبي صلى الله عليه و سلم فقال يا رسول الله استسق الله لأمتك فأتاه النبي صلى الله عليه و سلم في المنام فقال له ائت عمر فقل له إنكم مستسقون فعليك الكفين قال فبكى عمر وقال يا رب ما آلوا إلا ما عجزت عنه وروينا في فوائد داود بن عمرو الضبي جمع البغوي من طريق عبد الرحمن بن سعيد بن يربوع المخزومي عن مالك الدار قال دعاني عمر بن الخطاب يوما فإذا عنده صرة من ذهب فيها أربعمائة دينار فقال اذهب بهذه إلى أبي عبيدة فذكر قصته وذكر بن سعد في الطبقة الأولى من التابعين في أهل المدينة قال روى عن أبي بكر وعمر وكان معروفا وقال أبو عبيدة ولاه عمر كيلة عيال عمر فلما قدم عثمان ولاه القسم فسمى مالك الدار وقال إسماعيل القاضي عن علي بن المديني كان مالك الدار خازنا لعمر


Malik b. İyad, Ömərin azad etdiyi kölədir, Malik əd-Dar kimi tanınır. O, Peyğəmbəri (s) görmüş və Əbu Bəkrdən hədis eşitmişdir. Əbu Bəkr əs-Siddiqdən, Ömər Faruq, Muaz və Əbu Ubeydədən hədis nəql etmişdir. Əbu Səmman və onun iki oğlu Aun və Abdullah ondan hədis qəbul etmişdirlər. İmam Buxari Tarix əl-Kəbirdə (c.7, s.304-305) Əbu Salih Zəkvan yolu ilə Malik əd-Dardan nəql edir ki, Ömər aclıq dövründə belə dedi: Ya Rəbbim! Gücüm xaricindəkilərdən başqa hər bir işdə əlimdən gələni əsirgəmirəm. İbn Əbi Xeysəmə də bundan daha uzun hədisdə bu sözləri nəql etmişdir: Camaat Ömərin dövründə susuzluqdan əziyyət çəkirdi. Bu vaxt bir nəfər Peyğəmbərin (s) qəbrinə gəlir və deyir: "Ya Rəsulullah, Allahdan ümmətin üçün yağış istə." Rəsulullah (s) onun yuxuna gəlmiş və demişdir: Ömərin yanına get və ona de: Sizə yağış veriləcək. Sən işinə daha məsuliyyətlə yanaşmalısan. (Həmin şəxs bu sözləri Ömərə çatdırdı). Sonra Ömər göz yaşlarını silərək ucadan səsləndi: Ya Rəbbim! Gücüm xaricindəkilərdən başqa hər bir işdə əlimdən gələni əsirgəmirəm. Həmçinin Bəğavinin tərtib etdiyi Fəvaid Davud b. Ömər və əd-Dəbbidən köçürdüyüm hədisdə Əbdür-Rəhman b. Səid b. Yərbu əl-Məxzumi Malik əd-Dardan rəvayət edir ki, o dedi: Bir gün Ömər b. əl-Xəttab məni çağırdı. Əlində bir qızıl kisəsi tutmuşdu ki, içində 400 dinar var idi. O dedi: Bunu apar Əbu Ubeydəyə ver. Və hədisin qalan hissəsini zikr etdi. İbn Səd onu (Malik əd-Darı) Mədinə camaatı arasında səhabələrin birinci pilləsində zikr etmiş və demişdir: O, Əbu Bəkr və Ömərdən hədis nəql etmişdir və mərufdur (yəni, tanınır). Əbu Ubeydə deyir ki, Ömər onu ailə üzvləri üzərində (onun ailəsi üçün nəzərdə tutulan ərzaqları yoxlayan) məsul şəxs təyin etdi. Osman onun (Ömərin) yerinə xəlifə keçdikdə, onu maliyyə işləri üzrə məsul şəxs təyin etdi. Və beləcə o, Malik əd-Dar kimi tanındı. İsmayıl əl-Qazi deyir ki, Əli b. əl-Mədini deyib: Malik Ömərin xəzinədarı idi.


İbn Həcər əl-Əsqəlani, əl-İsabə fi Təmyiz əs-Səhabə, c.6, s.274, №8362, Dar əl-Cil, Beyrut



ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#5 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 13 октября 2011 - 14:40

Şəmsuddin əz-Zəhəbi, Təcrid əsma əs-Səhabə, c.2, s.44, №470, Dar əl-Marifə, Beyrut.

Zehebi Malik ed-Dar1.jpg Zehebi Malik ed-Dar2.jpg


Malik əd-Dar Ömər b. əl-Xəttabın azad etdiyi kölə idi. Əbu Bəkrdən hədis rəvayət etmişdir.



İbn Sad, Təbaqat əl-Kubra, c.5, s.12, №1423, Məktəbə əl-Kənci, Qahirə.

Ibn Sad - Malik ed-Dar1.jpg Ibn Sad - Malik ed-Dar2.jpg

مالك الدار مولى عمر بن الخطاب وقد انتموا إلى جبلان من حمير وروى مالك الدار عن أبي بكر الصديق وعمر رحمهما الله روى عنه أبو صالح السمان وكان معروفا


Malik əd-Dar, Ömər b. əl-Xəttabın azad etdiyi kölə idi. Himyər qəbiləsindəndir və Cüblanlıdır. Malik əd-Dar Əbu Bəkr əs-Siddiq və Ömərdən ® rəvayət etmidşir. Ondan isə Əbu Salih əs-Səmman rəvayət edib. Məruf idi.

İbn Sad, Təbaqat əl-Kubra, c.5, s.12




İbn Hibban, əs-Siqət, c.5, s.384, əl-Kutub əs-Səmafiyyə, Heydərabad, Hindistan.

as-Siqat malik ed-Dar1.jpg as-Siqat malik ed-Dar2.jpg

مالك بن عياض الدار يروى عن عمر بن الخطاب روى عنه أبو صالح السمان وكان مولى لعمر بن الخطاب أصله من جبلان


Malik b. İyaz əd-Dar. O, Ömər b. əl-Xəttabdan rəvayət edib. Ondan isə Əbu Salih əs-Səmman rəvayət etmişdir. Ömərin azad etdiyi kölədir. Əslən Cüblanlıdır.


İbn Hibban, əs-Siqət, c.5, s.384, №5312, Dar əl-Fikr, Beyrut


Əbu Yalə əl-Xəlili özünün "əl-İrşad fi Mərifət Uləma əl-Hədis" kitabında deyir:

مالك الدار مولى عمر بن الخطاب رضي الله عنه تابعي قديم متفق عليه اثنى عليه التابعون


Malik əd-Dar, Ömər b. əl-Xəttabın ® azad etdiyi kölədir. Böyük tabeindir, onun (güvənilən bir ravi olması) haqqında ittifaq edilmişdir, tabeinlər onu tərifləmişdirlər.


əl-Xəlili, əl-İrşad fi Mərifət Uləma əl-Hədis, c.1, s.313, Məkətəbə ər-Rəşaf, ər-Riyad



Yekun olaraq əldə etdiyimiz nəticə:

Hədis elmində ən güvənilən iki böyük əhli-sünnə alimi İbn Həcər əl-Əsqəlani və Şəmsuddin əz-Zəhəbi Malik əd-Darın səhabə olmasına ehitimal vermişdirlər. Belə ki, İbn Həcər Malik əd-Darı "Peyğəmbər (s) zamanında yaşayanlar və onunla (s) görüşmə imkanı olanlar" fəslində zikr etmişdir. Buradan əslində bir çox qaranlıq məqamlara aydınlıq gəlir. Bəziləri onun "məchul əl-hal" olduğunu iddia etmələri bu səbəbdən əsassızdır. Əhli-sünnə məzhəbinin rical elmində səhabələrə cərh və tədil qaydaları tətbiq olunmadığından alimlər onun halına toxunmamışdırlar. Onu tabein nəslinin nümayəndəsi hesab edənlərin fikirlərini isə yuxarıda nəzərdən keçirdik. İbn Hibban, Əbu Yalə əl-Xəlili açıqca onun siqə olduğunu qeyd etmiş, İbn Sad onun tabeinlərin birinci təbəqəsində zikr etməklə məruf olduğunu qeyd etmişdir. Bütün bunlardan əlavə, rəvayətlərdən də göründüyü kimi Ömər b. əl-Xəttab və Osman b. Əffanın güvəndikləri bir kəsə əhli-sünnə hansı əsasla güvənməməlidir ki?
  • N_ن_N это нравится
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#6 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 13 октября 2011 - 17:46

Deməli, aydın oldu ki, Malik əd-Dardan rəvayət edən ravilər aşağıdakılardır:


1. Əbu Salih
2. Aun b. Malik
3. Abdullah b. Malik
4. Əbdür-Rəhman b. Səid b. Yərbu əl-Məxzumi


Və nəhayət sonuncu bənd üzrə irad: Əbu Salihin Malik əd-Darı görməsi və eşitməsi məsələsi.


Əvvəla İbn Əsakir "Tarixi Diməşq" kitabında Malik əd-Darın tərcümeyi halında onun Mədinəli olduğunu, Abu Bəkr, Ömər, Əbu Ubeydə əl-Cərrah və Muaz b. Cəməl kimi səhabələrdən hədis rəvayət etdiyini, ondan isə Əbu Salih, Əbdür-Rəhman b. Səid, Aun b. Malik və Abdullah b. Malikin rəvayət etdiyini qeyd etmişdir. (Tarixi Diməşq, c.56, s.489, №7180)


əz-Zəhəbi "Siyər əlam ən-Nubəla" kitabında Əbu Salihin tərcümeyi-halında onun "hafiz""höccət" olduğunu, Əhməd b. Hənbəlin onu "siqə siqə" adlandırdığını, Əbu Hatimin isə "siqə, salihul-hədis" olduğunu qeyd etmişdir. Daha sonra Əbu Salih əs-Səmmanın Ömər b. əl-Xəttabın xilafəti dövründə dünyaya gəldiyini qeyd etmişdir. Ölüm tarixi isə hicrətin 101-ci ilidir. (Siyər əlam ən-Nubəla, c.5, s.37, Muəssisət ər-Risalə). əz-Zəhəbi isə Malik əd-Darın adını hicri 61-80-cı illərdə dünyasını dəyişənlərin arasında zikr edir. Ömərin xilafəti isə 13-23-cü hicri illərini əhatə edir. İbn Həcər əl-Əsqəlani "Təhzib ət-Təhzib"də Əbu Salihin tərcümeyi-halında onun Malik əd-Darı gördüyünü və Əbu Salihin Mədinəli olduğunu qeyd etmişdir. (Təhzib ət-Təhzib, c.3, s.189, №417)



Nəticə olaraq, Malik və Əbu Salihin Mədinədə ən azı 20-30 il bir şəhərdə yaşadıqları ortaya çıxır. Hansı əsasla onların görüşmədiyini iddia etmək olar? Əksər alimlərin Əbu Salihin Malikdən hədis rəvayət etməsini qeyd etməklərinə necə göz yummaq olar?
  • N_ن_N это нравится
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#7 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 15 октября 2011 - 01:05

İRAD №2:

əl-Aməş müdəllisdir, bu hədisdə də Əbu Salihdən "AN" ilə rəvayət etmişdir. Müdəllislərin bu cür rəvayətlərinə etibar edilməz.

Bu iddianı irəli sürənlər hər halda əhli-sünnənin hədis elmindən o qədər də xəbərdar deyillər. Hətta Albani də "ət-Təvəssül" kitabında bu məsələyə toxunmamışdır. Hədisi Malik əd-Dar səbəbi ilə zəif hesab edən Albani üçün bu fakt hər halda göydən düşmə olardı. Ancaq görünür o, Aməşin Əbu Salihdən tədlisini etibarlı hesab edir. Aməşin Əbu Salihdən tədlisi ilə gələn digər hədislər barədə Albaninin rəyləri də bunu bizə deməyə əsas verir. Təkcə "Sünən ibn Macə" kitabının təhqiqi zamanı əl-Aməşin Əbu Salihdən tədlisi ilə gələn hədisləri SƏHİH hesab etmişdir. Hədis №3027, 3049, 3080, 3081, 3089, 3103, 3172, 3176 və sair və sair. (Səhih Sünən ibn Macə)

Həmçinin əl-Buxari və Müslim də əl-Aməşin Əbu Salihdən tədlisinə etibar etmişdirlər.

حدثنا أبو بكر بن أبي شيبة وأبو كريب واللفظ لأبي كريب قالا حدثنا أبو معاوية عن الأعمش عن أبي صالح عن جابر بن عبد الله قال

Səhih əl-Buxari, №8914

حدثنا أبو بكر بن أبي شيبة وأبو كريب واللفظ لأبي كريب قالا حدثنا أبو معاوية عن الأعمش عن أبي صالح عن جابر بن عبد الله قال

Səhih Müslim, №2011



İndi isə daha konkret dəlillərə keçək:

سمعت أحمد سئل عن الرجل يعرف بالتدليس يحتج فيما لم يقل فيه: حدثني أو سمعت ؟ ققال: أدري فقلت: الأعمش متى تصاد له الألفاظ ؟ قال: يضيق هذا ـ أي إنك تحتج به.

Əbu Davud dedi: Əhməd (b. Hənbəl)dən "həddəsəni" və "səmitu" deyərək rəvayət etməyən müdəllislər barədə soruşdum. Dedi: Kimi nəzərdə tutursan? Dedim: əl-Aməşi. Dedi: Ondan qəbul olunur.

Sualat Abu Davud, səh.199


əz-Zəhəbi yazır:

قلت: وهو يدلس، وربما دلس عن ضعيف، ولا يدرى به، فمتى قال حدثنا فلا كلام، ومتى قال " عن " تطرق إلى احتمال التدليس إلا في شيوخ له أكثر عنهم: كإبراهيم، وابن أبى وائل، وأبى صالح السمان، فإن روايته عن هذا الصنف محمولة على الاتصال.

Deyirəm: O (Aməş) tədlis edərdi və bəzən kimliyini bilmədiyi zəif bir ravidən də tədlis etdiyi hal olmuşdur. "Həddəsəna" (bizə rəvayət etdi) deyərək rəvayət etdiyi hallara söz yoxdur. "An" ilə rəvayət edən zaman isə rəvayətdə tədlis ehtimalı yaranır. Ancaq İbrahim, ibn Əbu Vail və Əbu Salih əs-Səmman kimi çox rəvayət etdiyi şeyxlərindən "an" ilə rəvayət edərsə, o halda rəvayətləri ittisala (yəni, sənədin səhih hədislərdəki kimi müttəsil - bitişik olmasına) hökm edilər.


Mizan əl-Etidal, c.2, s.224, №3517



Beləliklə, bu iddianın da əsassızlığı meydana çıxmış olur.
  • N_ن_N это нравится
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#8 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 17 октября 2011 - 17:24

İRAD №3:

هب أن القصة صحيحة فلا حجة فيها لأن مدارها على رجل لم يسم فهو مجهول أيضا وتسميته بلالا في رواية سيف لا يساوي شيئا لأن سيفا هذا - وهو ابن عمر التميمي - متفق على ضعفه عند المتحدثين بل قال ابن حبان فيه : ( يروي الموضوعات عن الأثبات وقالوا : إنه كان يضع الحديث ) . فمن كان هذا شأنه لا تقبل روايته ولا كرامة لا سيما عند المخالفة

( تنبيه ) : سيف هذا يرد ذكره كثيرا في تاريخ ابن جرير وابن كثير وغيرهما فينبغي على المشتغلين بعلم التاريخ أن لا يغفلوا عن حقيقة أمره حتى لا يعطوا الروايات ما لا تستحق من المنزلة

ومثله لوط بن يحيى أبو مخنف قال الذهبي في ( الميزان ) : ( أخباري تالف لا يوثق به . تركه أبو حاتم وغيره . وقال الدارقطني : ضعيف وقال يحيى بن معين : ليس بثقة وقال ابن عدي : شيعي محترق صاحب أخبارهم )

ومثله محمد بن عمر المعروف بالواقدي - شيخ ابن سعد صاحب ( الطبقات ) الذي يكثر الرواية عنه - وقد اغتر به الدكتور البوطي فروى أخبار كثيرة في ( فقه السيرة ) من طريقه مع أنه تعهد في مقدمته بأن ينقل الصحاح وما صح من السيرة والواقدي هذا متروك الحديث أيضا كما قال علماء الحديث فتأمل



Hətta rəvayətin səhih olduğunu fərz etsək belə, dəlil hesab edilə bilməz. Çünki, rəvayət adı çəkilməyən bir insanın hərəkətinə əsaslanmışdır. Seyfin rəvayətində həmin şəxsin Bilal b. əl-Haris olduğu deyilməsi heç nəyi dəyişmir. Çünki, adı çəkilən Seyf - ittifaqla zəif hesab edilən Seyf b. Ömər ət-Təmimidir. İbn Hibban isə demişdir: "O, etibarlı insanlardan mövzu hədislər rəvayət edir. alimlər onun hədis uydurduğunu demişdirlər". Belə ravilərin rəvayətləri qəbul edilmir. Hələ digər mətnlərə zidd olmağı bir kənara.

Qeyd: Bu Seyf adlı şəxsin adı İbn Cərir (ət-Təbəri), İbn Kəsir və digər müəlliflərin tarix barədə yazdıqları kitablarda tez-tez xatırlanmışdır. Ona görə də tarixi araşdıranlar bunu nəzərdən qaçırmamalıdırlar ki, etibarsız rəvayətləri qəbul etməsinlər. Eyni sözləri Lut b. Yəhya Əbu Mihnəf barədə demək olar. əz-Zəhəbi "əl-Mizan"da onun haqqında deyib: "Tarixi rəvayətlər nəql edir, ona güvənmək olmaz. Əbu Hatim və digərləri də onu tərk etmişdirlər. əd-Darəqutni onu zəif hesab etmişdir. Yəhya b. Muin deyib: siqə deyil. İbn Adiy deyib: şiədir, həlak olmuş biridir, onların rəvaəylətini danışır". əl-Vaqidi adı ilə tanınmış Muhəmməd b. Ömər də belədir. O, ("ət-Təbəqat" kitabının müəllifi olan) İbn Sadın şeyxi olmuşdur. İbn Sad ondan çox sayda rəvayət nəql etmişdir. Şeyx əl-Buti özünün "Fiqh əs-Sirə" kitabının müqəddiməsində Peyğəmbərin (s) həyatı barədə yalnız səhih rəvayətləri qeyd etdiyini yazmasına baxmayaraq, onun rəvayətlərinə aldanmış və tez-tez kitabında ona istinad etmişdir. Ancaq əl-Vaqidi hədis alimlərinin dediyinə görə mətruk əl-hədisdir. Ona görə də (belə ravilərə qarşı) ehtiyatlı olmaq lazımdır.

Albani, ət-Təvəssül, s.122


Bundan əvvəl rəvayətin səhihliyini isbat etdik. Albaninin "rəvayətin səhihliyini fərz etsək belə" kimi sözləri ancaq özünə qaldı. Rəvayət səhihdir.

Seyf b. Ömərin hədisdə alimlərin ittifaqına əsasən zəif olduğu düzdür. Bununla belə, əhli-sünnənin hədisşünaslıqda "əmirilmöminin" adlandırdıqlar İbn Həcər əl-Əsqəlaninin onun haqqında rəyinə diqqətinizi çəkmək istərdim:

ضعيف الحديث عمدة في التاريخ

Hədisdə zəifdir, tarixdə dayaqdır.

İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.262, №2724


Sözü gedən rəvayət isə Peyğəmbərin (s) dilindən deyilmiş bir hədis deyil, səhabənin rəvayət etdiyi tarixi bir faktır ki, buna da hədis elmində "əsər" deyilir. Məhz buna görə İbn Həcər əl-Əsqəlani Seyf b. Ömərin sözlərindən sonra ona heç bir irad bildirməmişdir. Halbuki, onun halından çox yaxşı xəbəri var idi.


Ümumiyyətlə, bir insanın yalan danışması o demək deyil ki, o hər sözü yalandır. Eyni ilə də doğruluğu ilə bilinən bir kəsin də hər zaman düz danışacağına heç kəs zəmanət verə bilməz.

Peyğəmbərin (s) qəbrinə gələn şəxsin kimliyi əslində o qədər də mühüm deyildir. Burada məsələ Ömər b. əl-Xəttabın hərəkətidir. O, bu şəxsin əməlinin şirk olmasını bildirməmiş, əksinə ağlamışdır.

  • N_ن_N это нравится
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#9 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 18 октября 2011 - 20:01

Məsələyə o qədər də aidiyyatı olmasa da, Albaninin əl-Vaqidi barədə iradını da cavablandırmağı lazım bildik.

Bir çox alimlər onun hədisdə zəif olduğunu demişdir. Lakin o, Siyər və Məğazi sahəsində mühüm əhəmiyyətə malikdir.


İbn Kəsir "əl-Bidayə vən-Nihayə" kitabında ondan çox rəvayətlər etmişdir. Onun haqqında deyir:

والواقدي (رح) عنده زيادات حسنة، وتاريخ محرر غالبا فإنه من أئمة هذا الشأن الكبار، وهو صدوق في نفسه مكثار

əl-Vaqidi (r.a)-da gözəl olan bəzi əlavələr var. O, bu sahənin öndəgələn şəxslərindənri. Şəxsiyyət kimi səduq biridir. Çoxlu rəvayətləri vardır. Belə ki, "ət-Təkmil fi mərifəti əs-Siqət və əd-Duafa və əl-Məcahil" kitabında onun ədalət və cərhi barədə xeyli söhbət açmışıq. Və Allahu əl-Həmid vəl-Minnət.

əl-Bidayə vən-Nihayə, c.3, s.288




İbn Həcər deyib:


مقبول في المغازي عند أصحابنا والله أعلم

Əshabımıza görə əl-Vaqidi Məğazidə məqbul hesab edilir. Allah daha yaxşı bilir.

Təlxis əl-Həbir, c.2, s.554



Gəlin baxaq əz-Zəhəbi "Siyər əlam ən-Nubəla"da Ibn Əbi Zibbin tərcümeyi-halında əl-Vaqidi barəsində nə yazır:



والواقدي - وإن كان لا نزاع في ضعفه - فهو صادق اللسان ، كبير القدر

əl-Vaqidi - zəifliyi barədə nəzərləri diqqətə almasaq, özü səduqdur, qədri uca şəxsiyyətdir.

Siyər əlam ən-Nubəla, c.7, s.140



əz-Zəhəbi daha sonra onun tərcümeyi-halında geniş şəkildə məlumat verir:


محمد بن عمر بن واقد الأسلمي مولاهم الواقدي المديني القاضي ، صاحب التصانيف والمغازي ، العلامة الإمام أبو عبد الله ، أحد أوعية العلم على ضعفه المتفق عليه .

ولد بعد العشرين ومائة .

وطلب العلم عام بضعة وأربعين ، وسمع من صغار التابعين ، فمن بعدهم بالحجاز والشام وغير ذلك .

حدث عن محمد بن عجلان ، وابن جريج ، وثور بن يزيد ، ومعمر بن راشد ، وأسامة بن زيد الليثي ، وكثير بن زيد ، وعبد الحميد بن جعفر ، والضحاك بن عثمان ، وابن أبي ذئب ، وأفلح بن حميد ، والأوزاعي ، وهشام بن الغاز ، وأبي بكر بن أبي سبرة ، ومالك ، وفليح بن سليمان ، وخلق كثير ، إلى الغاية من عوام المدنيين .

وجمع ، فأوعى ، وخلط الغث بالسمين ، والخرز بالدر الثمين ، فاطرحوه لذلك ، ومع هذا فلا يستغنى عنه في المغازي ، وأيام الصحابة وأخبارهم .


Muhəmməd b. Ömər b. Vaqid əl-Əsləmi əl-Mədini, qazidir, bir çox kitab və məğazi müəllifidir. əllamədir, imamdır, Əbu Əbdullah kimi də tanınır, elm dəryalarından biridir, lakin zəif olmasında ittifaq edilmişdir. Hicrətin 120-ci ilindən sonra dünyaya gəlmişdir. 140-ci illərdə elm axtarışına çıxmışdır. Tabeinin gənc nəslindən rəvayət eşitmişdir. Onlardan sonra isə Hicaz, Şam və s. camaatından da rəvayət dinlədi. O, Muhəmməd b. Əclan, İbn Cureyc, Səvr b. Yezid, Muəmmar b. Rəşid, Usamə b. Zeyd əl-Leysi, Kəsir b. Ziyad, Əbdül-Həmid b. Cəfər, əd-Dəhhak b. Osman, ibn Əbi Ziab, Əfləh b. Həmid, əl-Əvzai, Hişam b. Ğaaz, Əbi Bəkr b. Əbi Səbra, Malik, Fuleyh b. Salman və digərlərindən, xüsusən Mədinə camaatından rəvayət eşitmişdir. O, rəvayətləri bir yerə toplamış, lakin zəifləri güclülərlə qarışdırmışdır. Bu səbəbdən də (alimlər) onu tərk etmişdirlər. Buna baxmayaraq, Məğazi və səhabələrin həyatı və onların xəbərləri barədə rəvayətləri tərk edilə bilməz.



Davam edəcək inşaAllah...
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#10 Youthcolour

Youthcolour

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 26 сообщений

Отправлено 13 июля 2012 - 11:28

Əssalamualeykum !

Çox gümanki aşağıda gətirəcəklərim tam mövzuya aid olmasın....ümüd edirəm Master_ier qardaşım və moderator bunu böyük qəbahət hesab etməz.

Əhli sünnə qardaşlardan təvəssülə qarşı belə bir arqumentdən istifadə edən var :

İstədiyin şeyi ancaq Rəbbindən istə (Ondan başqasına üz tutma). çünki bağışlamaq və vermək də Onun əlindədir, məhrum etmək də. (Hər bir işdə Allahdan) çoxlu xeyir dilə. Mənim vəsiyyət və tapşırığım barəsində dərrakə və fikir işlət, ondan üz çevirmə.
Bil ki, göylər və yerin xəzinələri (qüdrətli və bacarıqlı) əllərində olan Allah sənə dua etmək və istəmək icazəsi verib və (onların) qəbul edilməsinə zəmanət verib. Sənə (istədiyini) vermək üçün istəməyini, mehribanlıq etməsi üçün rəhmət və mehribanlıq diləməyini əmr edib. Səninlə özü arasında Onu səndən ayıracaq bir kimsə qoymayıb. Səni Onun yanına şəfaətçi və vasitəçi aparmağa məcbur etməyib.

(Nəhcül Bəlağə, II cild, 31-ci məktub)


Bu mətnin şərhi marağlandırır.

Сообщение отредактировал Youthcolour: 13 июля 2012 - 11:30

Muslim.Şiə.

#11 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 02 февраля 2013 - 05:13

Əs-sələmu aleykum və rəhmətullahi və bərəkətuhu

Master ier, Allah səndən razı olsun! Sənin böyük xidmətlərinin qarşısında bizim xidmətlərimiz kiçik bir xidmətdir.Bizdə istərdik bu mövzuda kiçik xidmətimizi edək.Forumda zəhməti olan bütün qardaş və bacılardan Allah razı olsun!

Malik əd-Darın rəvayətinə əl-Qastalanidə səhih hökmü verib.

Müəllif: Əllamə Əhməd ibn Muhəmməd əl-Qastalani,(851-923 h.q) kitab əl-Məvahibul-ləduniyyə cild,4 səh.276

وروى ابن أبي شيبة بإسناد صحيح من رواية أبي صالح السمان عن مالك الدار قال:أصاب الناس قحط في زمن عمر بن الخطاب فجاء رجل إلى قبر النبي صلى الله عليه وسلم فقال: يا رسول الله استسق لأمتك فإنهم قد هلكوا، فأتى الرجل في المنام فقيل له: ائت عمر

"İbn Əbi Şeybə səhih sənədlə Əbu Salehdən, o da Malik əd-Dardan rəvayət edir: Ömər ibn Xəttabın dövründə qıtlıq yaranmışdı. Bir kişi Peyğəmbərin (sas) qəbri üzərinə gələrək dedi:"Ey Allahın Elçisi! Ümmətin həlak olur, onlar üçün yağış yağmasını istə!" Sonra yuxuda ikən o kişiyə Ömərin yanına getməsini tapşırdı".

http://www.waqfeya.com/book.php?bid=2015
cild,3 səh.255 http://archive.org/d...MawahibLaduniya


#12 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 05 февраля 2013 - 03:36

əl-Qastalani Malik əd-Darın hədisinə sənədin səhih olduğunun dediyini gördük.İndisə,onun kitabına şərh yazan əz-Zərqaninin fikrinə nəzər salaq.O da sənədə etiraz etməyib isnadın səhih olduğunu deyir

Müəllif:Əllamə Əbu Abdilləh Muhəmməd ibn AbdulBəqi ibn Yusuf ibn Əhməd ibn Şəhəbuddin ibn Muhəmməd əz-Zərqani əl-Maliki (vəfatı 1122 h.q) kitab, Şərh əz-Zərqani alə əl-məvahibul-ləduniyyə cild,11 səh 150

"وروى ابن أبي شيبة بإسناد صحيح من رواية أبي صالح" واسمه ذكوان "السمان" بائع السمن "عن مالك الدار" وكان خازن عمر، وهو مالك بن عياض مولى عمر، له إدراك، ورواية عن الشيخين ومعاذ وأبي عبيد، وعنه ابناه عبد الله وعوف وأبو صالح وعبد الرحمن بن سعيد المخزومي قال أبو عبيدة: ولاه عمر كيلة عمر، فلما كان عثمان ولاه القسم فسمي مالك الدار.
"قال: أصاب الناس قحط في زمن عمر، فجاء رجل" هو بلال بن الحارث المزني الصحابي كما عند سيف في كتاب الفتوح "إلى قبر النبي -صلى الله عليه وسلم، فقال: يا رسول الله استسق لأمتك فإنهم قد هلكوا، فأتى الرجل" بلال بن الحارث "في المنام، فقيل له: ائت عمر" وفي رواية ابن خيثمة من هذا الوجه، فجاءه النبي -صلى الله عليه وسلم- في المنام، فقال له: ائت عمر فقل له:

Ibn Əbi Şeybə səhih sənədlə Əbu Salihdən "onun adı Zəkvandır" Səmman"yag satan deməkdir" o da Malik əd-Dardan" rəvayət edir.Malik,Ömərin xəzinədarıdır. Malik ibn İyad ,Ömərin azad etdiyi kölədir ona da İdrak deyirdilər.O Şeyxeyn, Muaz və Əbu Ubeydədən (hədis) rəvayət etmişdir, ondan isə oğulları Abdullah, Avf, Əbu Salih və Abdurrəhman ibn Səid əl-məxzumi rəvayət etmişdir.O Malik əd-Dar adı ilə tanınıb.Malik əd-Dar dedi:Ömərin vaxtında qıtlıq baş vermişdi.Bir kişi "Seyfin əl-Fütuh əsərində qeyd etdiyinə görə, həmin şəxs Peyğəmbərin (sas) səhabələrindən olan Bilal ibn əl-Haris olmuşdur"Peyğəmbərin qəbrinə gəlib dedi:Ey Allahın Elçisi!Ümmətin həlak olur yağış yağmasını istə! Sonra yuxuda ikən o kişiyə "Bilal ibn əl-Haris"ə Ömərin yanına getməsini tapşırdı. İbn Xeysəmə də həmin Şəxsdən rəvayət edir. Yuxuda Peyğəmbəri (sas) görür Peyğəmbər ona dedi: Ömərin yanına get ona de.

http://sh.rewayat2.com/sirah/Web/26568/011.htm
http://ia700607.us.a.../shrzrqny11.pdf http://archive.org/d...ZarghaniMawahib

Сообщение отредактировал qulam: 05 февраля 2013 - 03:43


#13 l-nur

l-nur

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 299 сообщений

Отправлено 05 февраля 2013 - 12:19

Əssalamualeykum !

Çox gümanki aşağıda gətirəcəklərim tam mövzuya aid olmasın....ümüd edirəm Master_ier qardaşım və moderator bunu böyük qəbahət hesab etməz.

Əhli sünnə qardaşlardan təvəssülə qarşı belə bir arqumentdən istifadə edən var :

İstədiyin şeyi ancaq Rəbbindən istə (Ondan başqasına üz tutma). çünki bağışlamaq və vermək də Onun əlindədir, məhrum etmək də. (Hər bir işdə Allahdan) çoxlu xeyir dilə. Mənim vəsiyyət və tapşırığım barəsində dərrakə və fikir işlət, ondan üz çevirmə.
Bil ki, göylər və yerin xəzinələri (qüdrətli və bacarıqlı) əllərində olan Allah sənə dua etmək və istəmək icazəsi verib və (onların) qəbul edilməsinə zəmanət verib. Sənə (istədiyini) vermək üçün istəməyini, mehribanlıq etməsi üçün rəhmət və mehribanlıq diləməyini əmr edib. Səninlə özü arasında Onu səndən ayıracaq bir kimsə qoymayıb. Səni Onun yanına şəfaətçi və vasitəçi aparmağa məcbur etməyib.

(Nəhcül Bəlağə, II cild, 31-ci məktub)


Bu mətnin şərhi marağlandırır.


Mümkündürsə yuxarıda qeyd olunanada aydınlıq qətirərdiniz.
Имам Али, да будет над ним мир, сказал: Берегитесь нападок знатного, когда он голоден, и низкого, когда он сыт.

#14 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 06 февраля 2013 - 03:34

Malik əd-Darın hədisinə imam əs-Səmhudi də etiraz etməyib sənədin
səhih olduğunu deyir.


Müəllif: Əli ibn Abdullah ibn Əhməd əl-Həsəni əs-Səmhudi(844-911
h.q) Kitab, Xuləsatul Vəfa bi Əxbəri Dəril Mustəfa səh.108,109

رواه البيهقي وابن أبى شيبة بسند صحيح عن مالك الدار وكان خازن عمر رضي الله عنه قال أصاب الناس قحط في زمان عمر بن الخطاب فجاء رجل إلى قبر النبي صلى الله عليه وسلم فقال يا رسول الله أستسق لأمتك فإنه قد هلكوا فأتاه رسول الله صلى الله عليه وسلم في المنام فقال ائتي عمر فاقرأه السلام وأخبره أنهم مسقون وقل له عليك الكيس الكيس فأتى الرجل عمر رضي الله عنه فأخبره فبكى عمر ثم قال يا رب ما آلو إلا ما عجزت عنه وبين سيف في الفتوح أن الذي رأى هذا المنام بلال بن الحرث أحد الصحابة رضي الله عنه

əl-Beyhəqi və İbn Əbi Şeybə Ömərin xəzinədarı Malik əd-Dardan səhih sənədlə rəvayət edirlər.Malik dedi:Ömər ibn Xəttabın dövründə qıtlıq yaranmışdı. Bir kişi Peyğəmbərin (sas) qəbri üzərinə gələrək dedi: Ey Allahın Elçisi! Ümmətin həlak olur, onlar üçün yağış yağmasını istə! Bundan sonra Peyğəmbər (sas) ona yuxuda görünür və deyir:Ömərin yanına get və salamlarımı ona çatdır,de ki,onlara su veriləcək və de müdrük ol,müdrük ol!Həmin şəxs Ömərin yanına getdi və olanları danışdı.Ömər ağlayıb dedi:Ya Rəbbi,səylərimi saxlamıram,yalnız gücüm daxilində olmayanlardan başqa.Seyfin əl-Fütuhunda həmin yuxunu görən şəxs Peyğəmbərin səhabələrindən olan Bilal ibn əl-Haris (r a) olmuşdur.

http://ia700403.us.archive.org/35/items/Kulassat_Alwafa/Kulassat_Alwafa.pdf
http://islamport.com.../Web/420/49.htm
səh.417,418 http://sh.rewayat2.c...b/31372/001.htm


#15 ilkin91

ilkin91

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 10 сообщений

Отправлено 26 февраля 2013 - 16:36

Salam aleykum.Sualim sie gardasdaradi.Demeli abu zeyd dersderinin birinde deyib ki.Guya "wielerde tevessul ile bagli sehih hedis yoxdu"
Qonwuda bir oglan galir,selefidi.Gelib mene abu zeydin bele dediyini diyib.men de mominlerin komeyi ile 2-3 hedis tapib apardin ki,bax wiede hedis var.Tevessul ile bagli.Bu da deyir ki:Qardaw abu zeyd demir yoxdu,deyir ki,"sehih hedis yoxdu"

Sen mene kewinin rical kitabiynan 1 dene tevessul ile bagli hedis neql eden ravilerin hamisinin siqe,duz daniwan oldugunu subut et,men de gedib bu abu zeyde gosterim ki,"bax bu da sehih wie hedisi,sen demiwdin ki yoxdur!Indi momin gardasdardan kim mene komek eder inwAllah?

#16 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 27 февраля 2013 - 04:26

İbn Həcər əl-Heytəmi,Malik əd-Darın rəvayət etdiyi hədisin sənədinin səhih olduğunu deyir

İbn Həcər əl-Heytəmi (Vəfatı 974 h.q) Kitab,"Tuhfətuz Zəvvar ilə Qabrin Nəbiyyil Muxtar"səh.111,112


thfh 1.jpg thfh-1.jpg 000 -1.jpg 000 -2.jpg

وروى عن مالك الدار أصاب الناس قحط في زمان عمر بن الخطاب فجاء رجل إلى قبر النبي صلى الله عليه وسلم فقال يا رسول الله استسق الله لأمتك فإنه قد هلكوا فأتاه رسول الله صلى الله عليه وسلم في المنام فقال له ائت عمر فاقرأه السلام وأخبره أنهم مسقون وقل له عليك الكيس فأتى الرجل عمر فأخبره فبكى ثم قال يا رب ما آلو إلا ما عجزت عنه

أخرجَه ابنُ أبي شيبةَ بسندٍ صحيحٍ

قال سيف في الفتوح أن الذي رأى المنام المذكور بلال بن الحرث المزني أحد الصحابة رضي الله عنه

Hədisi qeyd etdikdən sonra İbn Həcər əl-Heytəmi deyir:İbn Əbi Şeybə səhih sənədlə rəvayət etmişdir.Seyf, əl-Futuhda (kitabında) deyib ki,yuxunu görən şəxs Peyğəmbərin səhabələrindən olan Bilal ibn əl-Haris (r a) olmuşdur.

http://ia700606.us.archive.org/8/items/thfh-alzwar-aly-qbr-alnby-abn-ar_ptiff/thfh-alzwar-aly-qbr-alnby-abn-ar_ptiff.pdf http://www.4shared.c...3dGM/_____.html http://narjes-librar...-post_4932.html http://ru.scribd.com...المختار-الهيتمي

Сообщение отредактировал qulam: 27 февраля 2013 - 04:35


#17 Murad_Jafari

Murad_Jafari

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 17 сообщений

Отправлено 01 марта 2013 - 21:35

Salam aleykum.Sualim sie gardasdaradi.Demeli abu zeyd dersderinin birinde deyib ki.Guya "wielerde tevessul ile bagli sehih hedis yoxdu"
Qonwuda bir oglan galir,selefidi.Gelib mene abu zeydin bele dediyini diyib.men de mominlerin komeyi ile 2-3 hedis tapib apardin ki,bax wiede hedis var.Tevessul ile bagli.Bu da deyir ki:Qardaw abu zeyd demir yoxdu,deyir ki,"sehih hedis yoxdu"

Sen mene kewinin rical kitabiynan 1 dene tevessul ile bagli hedis neql eden ravilerin hamisinin siqe,duz daniwan oldugunu subut et,men de gedib bu abu zeyde gosterim ki,"bax bu da sehih wie hedisi,sen demiwdin ki yoxdur!Indi momin gardasdardan kim mene komek eder inwAllah?

Salam qardas bu haqda Vesailus shia-da hedisler var .insallah bu haqda hedisleri yazaram amma heleki elimde menbeler yoxdur. qardas bu vehhabiler/selefiler bizim basimizi yaman qatib oz kitabimizdan tavassule aid yazmamisiq .

Сообщение отредактировал Murad_Jafari: 01 марта 2013 - 21:43

O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır.(Zumər 18)

#18 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 01 марта 2013 - 22:43

insaAllah yaxin vaxtlarda tevessül haqqinda sehih hedislerden ibaret bir meqale hazir olacaq.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru