Bismilləh-ir-Rahmən-ir-Rahim!
Salam Aleykum və rahmətullahi və bərakətuhu!
Bəzən cəmiyyətimizdə muasir xəvaric ( özünə "əhli-sünnə vək camaat" , "sələfi" deyib şiələri rafizi adlandıran vahabilər) zəif şiə rəvayətlərini "əldə bayraq edərək" avam camaatı aldadıb , şiə alimlərinin elmi səviyyəsinə dil uzadıb İslam alimlərini gözdən salmağa çalışırlar.
Əvvəla, onu qeyd edim ki, zəif hədislər məzhəbindən asılı olmayaraq bütün İslam alimlərinin kitablarında var.
İkincisi, zəif hədisləri qabardıb qarşı tərəfi iddiham etməklə heç bir şeyə nail olmaq olmaz.
Üçüncüsü, bizim ən əsas məqsədimiz budur ki, möhtərəm müsəlman qardaşlarımız bu müasir xəvaricin fitnələrinə uymasın! İrad tutulan hədislərin şiə alimləri nəzərindəki keyfiyyətini ( zəif, doğru və s. olub -olmamasını) öyrənsinlər.
Biz burda muasir xəvaricin şiələrdə irad tutmağa çalışdıqları ən məşhur zəif hədisləri yazacağıq.İnanırıq ki, bunun bizlərə faydası olacaq.
İnşaAllah elmli qardaşlarımızın əlavələri olarsa buyursunlar!
Salam Qardaş!
Vəhhabilər iddia edirlər ki, Kuleyninin və əllamə Məclisinin kitablarında asağıdakı bablar var.
İmam Kuleyninin “kəfi” kitabının fəhrisi “Təaruf evi-beyrut.”
Bab: İmamlar Allahın əmr sahibləri və elminin xəzinələridir.
Bab: İmamlar Allahın nurudur.
Bab: İmamlar hər hansısa bir şeyi bilmək istədikdə bilirlər.
Bab: İmamlar haçan öləcəklərini bilirlər və hətta onlar özləri istəmədən ölməzlər.
Bab: İmamlar olmuş və olacaq qeybi bilirlər.
Bab: Əməllər Peyğəmbərə və imamlara ərz olunmuşdur.
Bab: İmamlarda Allah tərəfindən bütün nazil olan kitablar vardır. Onlar o kitabları dillərinin müxtəlifliklərinə baxmayaraq onu bilirlər.
Bab: Quranın hamsı yalnız imamlarda cəm olmuşdur.
Muhamməd Baqir əl-Məclisini bihərul Ənvar kitabının fəhrisi.
Bab: Allah təala imamlar üçün bir dirək qaldırır, onlar ora qalxıb insanların əməllərini görürlər.
Bab: Onlara şiələrinin əhvalı və imamların ehtiyac olduğu bütün elmlər gizli qalmır. Onlar onların məruz qaldığı bəlaları bilir və ona səbr edirlər. Onlar onların gizlində olanlarını bilirlər.
Bab: İmamlar Peyğəmbərlərdən daha çox bilirlər.
Bab: İmamlar haçan öləcəklərini bilirlər və hətta onlar özləri istəmədən ölməzlər.
Bab: Onlar ölümlərindən sonra zuhur olurlar. Həmçinin onlardan qəribəlik izhar olur.
Bab: Onlar (imamlar) ölüləri diriltməyə, koru və cüzam xəstəliyini sağaltmağa qadirdilər və Peyğəmbərlərin (Aleyhimussalam) bütün möcüzələrinə qadirdilər.
Bab: Səmanın və yerin, cənnətin və cəhənnəmin biliyi onlardan gizli qalmır. Onlara yerlərin və göyləri elmi ərz olunub. Onlar olub keçənləri və qiyamət gününə qədər nə olacağını bilirlər.
Bu doğrudur???