Перейти к содержимому


Фотография

Selefiliy=Vehhabilik


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 17 декабря 2011 - 21:46

http://www.youtube.com/watch?v=z4FZnRpI-aAhttp://www.youtube.com/watch?v=UPMwegOx3zc&feature=related


Сообщение отредактировал Mumin: 17 декабря 2011 - 21:49


#2 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 17 декабря 2011 - 21:49


Сообщение отредактировал Mumin: 17 декабря 2011 - 21:50


#3 Muksir

Muksir

    Jundi – Soldier

  • Ibtidai
  • 7 сообщений

Отправлено 24 января 2012 - 22:26

Azərbaycanda mənhəcindən ayrılmayanın istiqamət üzrə olacağı vəd edilən "Əlbəni, Useymin, İbn Baz müqəddəs üçlüsünün" üzvü Abdul Aziz bin Baza bu haqda sual verildi:


يقول السائل: فضيلة الشيخ، يسمي بعض الناس عندنا العلماءَ في المملكة العربية السعودية بالوهابية فهل ترضون بهذه التسمية؟ وما هو الرد على من يسميكم بهذا الاسم؟

فصار أتباع هذه الدعوة ومن يدعون إلى توحيد الله من علماء التوحيد من علماء نجد وغيرهم يلقَّبون بالوهابية، فهو لقب معروف شريف وليس بمستنكر، فهو لقب أهل التوحيد والإيمان، من أهل الدعوة إلى الله عز وجل



"Sual - 6: Fəzilətli şeyx! Bizdə bəzi insanlar Səudiyyə Ərəbistanı alimlərini Vəhhabi adlandırır.
Siz bu isimlə razılaşırsınızmı? Sizi belə adlandıranlara nə cavab verilər?

İbn Baz böyük şirkə batmış ümmətin Muhəmməd bin Abdil Vəhhab tərəfindən necə "xilas" edildiyini uzun uzadı izahdan sonra deyir:

"... Beləcə bu dəvətçilər, tövhid və Nəcd alimlərindən həmçinin digərlərindən Allahın tövhidinə dəvət edənlər Vəhhabi adlanmağa başladı .
Bu məruf və şərəfli ləqəbdir, qınanan deyil!
Bu Allaha - azzə və cəll – dəvət edənlərdən tövhid və iman əhlinin ləqəbidir."

Qaynaq: Abdul Aziz bin Baz: Fətava Nurun alad Darb: 18
Mədərul Vatan


Əgər sizin alimlərinizə görə bu şərəfli bir ləqəbdirsə o zaman bunu daşımaqdan imtina etmənizi necə qiymətləndirək?


Sələfilərin ən mötəbər əsərlərindən biri olan və içərisində onların ən böyük şeyxlərinin fətvalarının toplandığı "Əd Durərus Səniyyə fil Əcvibətin Nəcdiyyə" adlı əsərin bir çox yerində Vəhhabilik etirafları mövcuddur:


1. Muhəmməd bin Əş Şeyx Abdil Lətif bin Abdir Rahmən özünün Vəhhabi dinində olduğunu iqrar edərək deyir:

وصار بعض الناس : يسمِّع بنا معاشرِ الوهابية ، ولا يعرف حقيقة ما نحن عليه، وينسب الينا، ويضيف إلى ديننا ما لا ندعوا اليه



"Bəzi insanlar, bizim düşüncələrin həqiqətini bilmədən biz Vəhhabilər camaatını tənqid edir, bizə və bizim dinimizə dəvət etmədiyimiz şeyləri nisbət edirlər..."

2. İslam dininin müşriklərdən ayrılmaq olduğunu və onlar arasında qalıb onlara buğz edənin belə imanının olmadığını, bu mövzuda üzr bəyan edən bədəvilərinə izah edən Muhəmməd bin Əş Şeyx Abdil Lətif bin Abdir Rahmən deyir:

قلتم: هؤلاء كفار، هؤلاء مشركون، وليس معهم من الدين شيء، وأنهم يعلمون أنا نبغضهم، وأنا على طريقة الوهابية، وتظنون أن هذا هو إظهار الدين، فأبطلتم به وجوب الهجرة , فليس الأمر كما زعمتم



"Deyirsiniz: "Onlar (Əhli sünnətdən olan müsəlmanlar) kafirdirlər, müşrikdirlər, Dinlə heç bir əlaqələri yoxdur. O kimsələr mənim onlara buğz etdiyimi və Vəhhabi təriqətində olduğunu bilirlər".
Bu etdiyinizi dini izhar etmək zənn edərək bununla hicrətin vacibliyini ibtal edirsiniz...
Halbuki, məsələ sizin zənn etdiyiniz kimi deyil."


3. Abdul Latif bin Əş Şeyx Abdir Rahmən bin Həsən özünün Vəhhabi dinində olduğunu iqrar edərək deyir:


فأبيتم هذا كله، وقلتم هذا دين الوهابية، ونعم هو ديننا بحمد الله



"(Bütün bu zikr etdiklərimizdən) üz döndərərək "bu Vəhhabilərin dinidir" dediniz.
Bəli! Allaha həmd olsun bu (Vəhhabilik) bizim dinimizdir!"


Qaynaq: İbnul Qasim Ən Nəcdi: Əd Durərus Səniyyə: 1/566, 8/433, 12/267
1417/1996


Kitabın başqa yerlərində də bu kəlimə tez tez işlədilir. Gördüyümüz kimi, sələfi şeyxləri özlərinin Vəhhabilik təriqəti, hətta dini üzr olduqlarını rahatlıqla qəbul edirlər. Bəs görəsən davamçıları niyə israrlı şəkildə bu adı inkar edirlər?



Vəhhabi adını qəbul edənlərdən biridə "sələfi" alimlərdən Muhəmməd Xalil Hərrasdır. O, öz firqəsini müdafiə üçün bir kitab yazmışdır. Kitabın adı isə belədir "Vəhhabilik Hərəkatı" (الحركة الوهابية).
Bu ismi özləri üçün qəbul etmiş və bütün kitab boyu rahatlıqla bu addan istifadə etmişdir.
Maraqlananlar kitabı bu linkdən endirib oxuya bilərlər.


Özünün Vəhhabi olduğunu qəbul edib, məzhəbini müdafiə üçün kitab yazanlardan biridə Muhəmməd Əhməd İsmaildir. O yazdığı kitaba "Vəhhabilik Haqda Mülahizələr" (خواطر حول الوهابية) adını vermişdir.
Kitabı bu linkdən endirib oxumaq mümkündür.


Özünü fəxrlə Vəhhabi adlandıran və bu mövzuda kitab yazanlardan biri də "sələfilərin" kral yanlısı şeyxlərindən, oxucuya artıq məlum olan Suleyman bin Səhməndir.
Onun kitaba verdiyi ad isə belədir:

الهدية السنية و التحفة الوهابية النجدية لجميع إخواننا الموحدين من أهل الملة الحنفية والطريقة المحمدية


"Əl Hədiyyətus Səniyyə vət Tuhfətul Vəhhəbiyyətun Nəcdiyyə li İxvaninəl Muvəhhidin min Əhlil Millətil Hənifiyyə vət Tariqatil Muhəmmədiyyə"



Ağıl sahibləri üçün kitabın bəzi başlıqları:



إذعان علماء مكة لدعوة الوهابية سنة 1218هـ
Hicri 1218-ci ildə Məkkə alimlərinin Vəhhabilik dəvətinə tabe olması
ما فعله الوهابية بمكة
Vəhhabilərin Məkkədə etdikləri
مذهب الوهابية والأصول والفروع
Vəhhabilik məzhəbi: Üsul və Furu
المذاهب وكتب التفسير والحديث عند الوهابية
Vəhhabilərə görə məzhəblər, təfsir və hədis kitabları


Sözü gedən kitabı bu linkdə online oxumaq mümkündür.

Alinti http://ehlitevhid.co...?showtopic=1745

#4 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 31 марта 2012 - 09:58


ваххабизм – это дистилированный суннизм




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru