Перейти к содержимому

Фотография

Ateist adamlarin nagillari

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 4

#1 H I Z B U L L A H

H I Z B U L L A H

    Naqib – Captain

  • Murid
  • 765 сообщений

Отправлено 16 января 2012 - 15:13

Ağalar Məmmədov: “Əgər tolerantlığı rədd edən bir din cəmiyyətdə mütləqləşərsə, biz hamımız batarıq”

Çoxları onu dini mövzularda yaranan çəkişmələrə, qalmaqallara görə tanıyırlar. Dinin çox böyük yeri olduğu Azərbaycan cəmiyyətində ateist olmaq, öz mövqeyini elmi əsaslandırmaq üçün debatlara girmək və islamçıların, xüsusilə də fanatiklərin qarşısında duruş gətirmək asan məsələ deyil. Bunu edən ən yaxşı halda nifrətlə üzləşəcək, ən pis halda isə… Amma fəlsəfə doktoru, Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun elmi işçisi, fəlsəfə müəllimi Ağalar Məmmədov bütün bunlardan çəkinmədən islamçılarla ideoloji mübarizə aparır. Niyə? Axı dindən fərqli olaraq, dinsizlik insana heç nə vəd etmir… O halda dinlə mübarizə aparmaq, ümumiyyətlə, nəyə lazımdır? Bu cür suallar həddindən artıq çoxdur. Biz onlardan bəzilərini Ağalar Məmmədovun özü ilə aydınlaşdırmağa çalışdıq.

- Ölümdən sonra nəyin olduğunu heç kim bilmir. Bunu hansısa yolla öyrənmək də mümkün deyil. Elə isə, nə bilmək olar, bəlkə cəhənnəm həqiqətən də var?! O halda, niyə biz dinə inanaraq, özümüzü əbədi olaraq atəşdə yanmaq risqindən sığortalamayaq ki?
- Mən bunu Oşodan oxumuşam, amma ondan qabaq da bu fikrə gəlmişdim ki, ölüm məsələsi dini yaşadan amillərdən biridir. Yəni ölüm öz varlığı ilə dini yaşadır. Çünki ölüm daim bir “X” kimi, müəmma, eniqma kimi qalır ki, bu qədər amansız yox olma, bu qəddar ayrılıq həqiqidirmi, doğrudanmı, ölümdən sonra heç zad olmayacaq filan?
İnsan şüurunun elə sualları var ki, onların yekun cavabı yoxdur. Buna insanın faciəsi də demək olar: siz bu sualın cavabını arzulayırsınız, amma o cavab yoxdur. Sanki hansısa bir üzü görməyi, səsi duymağı arzulayırsınız, hansısa dadı dadmağı istəyirsiniz, amma onlar yoxdurlar, olmayacaqlar! Belə suallar bir tərəfdən dağıdıcı, nihilist suallardır, digər tərəfdən də insanı daim düşündürdüyü üçün qurucu, yaradıcı. Hərçənd, “tanatalogiya” deyilən bir elm var, ölümü öyrənir – lakin ölümün elmi olmaz, çünki biz ölümü təcrübə edə bilmirik, ölümü yaşamaq olmur. Amma belə suallar, eyni zamanda, din üçün də var. Məsələn, soruşa bilərəm ki, nə üçün Allah, ümumiyyətlə, cəhənnəmi yaradıb?

- Pis insanları ora atmaq üçün.
- Pis yaratmazdı da, bizi! Hamımızı yaxşı yaradardı. Və yaxud da əksinə. Zaratuştranın belə bir sözü var: Ahura Mazdaya deyir ki, “madam, biz şər qüvvələrin içində azlıqda qalıb əzab çəkəcəkdik, elə hamını onlardan yaradaydın, daha bizi niyə yaradırdın ki?” Yəni o, niyə belə bir sxem qurub ki, insan nəyəsə inanmasa, cəhənnəmə getsin? Bu sualın şüuru doyuzduran dini bir cavabı yoxdur. Amma bu sxemin nə üçün belə qurulmuş olmasının elmi izahları var.

- Din deyir ki, Allah insanı pis yaratmayıb, sadəcə, insana iradə verib, o da öz seçimi ilə Şeytana uyub, ona görə də cəza çəkməlidir.
- Niyə axı mən, ümumiyyətlə, cəza çəkməliyəm e?

- Səni yaradana dönük çıxdığına görə!
- Olsun da, lap tutaq ki, məni yaradıb, böyüdüb, hər şey verib, mənsə ona nankor oluram… Olum da, indi bunun üçün əbədi yanmalıyam?! Burada dərin məntiq yoxdur e! Sadəcə olaraq, məqsəd insanları qorxu altında saxlayıb, onlar üzərində hakimiyyət qurmaqdır. Din – ən qədim iqtidar növlərindən biridir.

- Mən dindarları başa düşürəm. Onlar bu dünyada çox böyük bir qüdrət sahibinin himayəsini, o biri dünyada isə cənnəti qazanmaq uğrunda mübarizə aparırlar. Bəs sizlər – dinə inanmayanlar nəyin uğrunda mübarizə aparırsınız?
- Gəlin, burada bəzi terminləri bir-birindən ayıraq. Mifik, dini, fəlsəfi termin kimi Allah, mədəniyyət fenomeni və insan yaradıcılığı kimi din, dinlərdən biri kimi İslam dini və nəhayət, islamçılar. Allah, daha doğrusu, ilahilik tamamilə fəlsəfi bir söhbətin mövzusudur. “Allah” ideyası kifayət qədər dərin məsələdir. O, təkcə İslamın monopoliyasında deyil. Bu ideya İslamdan xeyli əvvəl də vardı, başqa dinlərdə də var.
İslam dininin özünə gələndə isə, mənim mövqeyim budur ki, o, ümumiyyətlə, din deyil. İslamın bir az üzünü ağardanlar sufilər olublar, ona mistik həyəcan gətiriblər. İslam – ərəb dövlətinin ideologiyası kimi yaranıb. O, Məhəmmədin öz hakimiyyətinə legitimlik verən bir təlim olub. Əslində Məhəmməd dini ideyadan tamamilə kənar bir adamdır.
Mən xarakter olaraq mübarizə tərəfdarı deyiləm, mübarizə mənlik deyil, buna həvəsim də yoxdur. Nə İslama, nə də islamçılara qarşı. Amma səhnədə belə şeylər baş verəndə, yadıma Nitsşenin məşhur sözü düşür: “Mən deməsəm, kim deyəcək?” Mən etməsəm, kim edəcək? Hansısa qaragüruh islamçılarla mübarizə aparmaq mənə həzz verməz. Baxmayaraq ki, qəti şəkildə islamçılara qarşıyam!

- Nəyə əsasən Məhəmməd peyğəmbəri dini ideyadan kənar hesab edirsiniz?
- Çünki mübarizə aparırdı, ordu qurmuşdu, öləndə də vəsiyyətində ərəbləri cihada səslədi. Quranda həm təvəkkül ideyası var, həm də cihad. Amma İslamın inkişaf tarixində cihad təvəkkülü xeyli üstələdi. Bunun əsas səbəbi elə Məhəmmədin özü idi. Nəticədə islamçılar “advocatus dei” – Allahın vəkili rolunu öz üzərilərinə götürmüş oldular. “İslam terrorizmi” deyilən anlayış da həmin o “cihad” anlayışının, cəhdçiliyin, volyuntarizmin dəyişmiş formasından başqa bir şey deyil.

- Dindarlar tez-tez əks mövqedə duranlara belə bir sual verirlər: “Fərz et ki, öldün… İnkir-minkir gəldi, əməl dəftərin soldan verildi və cəhənnəmə göndərildin… Nə edəcəksən?” Mən də bu sualı sizə verirəm.
- Belə bir sualın cavabı yoxdur axı.

- Cavab olmasa da, sığortalanmaq üçün variant təklifi var.
- Bilirsiniz, mənim üçün, ümumiyyətlə, məsələnin belə qoyuluşu yoxdur. Bu sualların cavabları onların özündən gəlmir. Belə suallara ayrı müstəvidə, ayrı cür cavab vermək lazımdır.

- Dünyada “qlobal” deyə biləcəyimiz 3 din var – İslam, Xristianlıq və İudaizm – üçü də eyni coğrafi lokalizasiyaya və eyni etnik köklərə malikdirlər. Deyə bilərikmi ki, onların üçü də eyni xalqın dinidir?
- Xalqın yox, eyni mədəniyyətin dinləridir.

- Yaxşı. Necə olur ki, bir mədəniyyətin 3 dini bütün dünyaya yayılır, amma yüzlərlə başqa xalqın yüzlərlə dini qloballaşa bilmir?
- Bunun tarixi şərtləri olub. Çünki bunlar mübarizə dinləridirlər, yayılmağa çalışan, ekspansionist dinlərdir. Amma misal üçün, hind dinlərinin hamısının bir prinsipi var: a-himsa. Yəni toxunma, mübarizə aparma, zorakılıq etmə, incitmə, qan tökmə! Bu cür təfəkkürdəki dinlər isə yayıla bilməzlər. Onlar özləri yayılmaq istəmirlər.
Bütün dünya teologiyasında əsl dinin iki prinsipi var. Birincisi, ağılla Allahı dərk etməyə çalışma. Çünki Allah ağlın o tayındadır. Allah rasional kateqoriyalara sığmır. İkincisi, mübarizə aparma, zorakılıq etmə, müdaxilə etmə, başqa sözlə, öz “eqo”nu yox et! İslamçılar isə bir tərəfdən mübarizə aparırlar, bir tərəfdən də Quranda elm axtarırlar. İndi onların nə qədər dindar olduqları sizə aydın olurmu? Xristianlığın səlib yürüşləri İsanın yoluna nə dərəcədə uyğun idi? Qətiyyən uyğun deyildi! Ona görə də, Nitsşe deyirdi ki, “sonuncu xristian çarmıxda öldü”. Yəni İsadan sonra gələn Pavel artıq xristian deyildi. Çünki mübarizə aparırdı, din yayırdı. Sonralar bunun nəticəsində inkvizasiya 10 milyondan artıq adam qırdı. İslam isə elə başdan pavelliklə başladı, yəni Məhəmməd Pavelə daha çox bənzəyir, nəinki İsaya.

- Nitsşedən söz düşmüşkən, o, “Allah öldü” deyəndə nəyi nəzərdə tuturdu?
- Nitsşenin dediyi bu idi ki, zamandan kənarda heç bir əzəli-əbədi substans, nüvə yoxdur, hər şey zamandadır, zamanladır, zaman çayında axır – allahlar da o cümlədən; allahların da tarixi var. Şumerlərin Marduk adlı allahları vardı. Hanı indi o? Ölüb! Çünki ona etiqad edən qalmayıb. Zevs hanı? Ölüb! Necə ki, bir dildə danışan qalmayanda, o dil ölü sayılır. Allahlar da onun kimi. Nitsşe bunu görmüşdü və deyirdi ki, xristianlığın Allahı da qocaldı-qocaldı, öldü. Başqa sözlə, insanlar üçün dəyərini, həyəcanını, sirrini itirdi. Nitsşenin bu cümləsinin altından imza qoya bilərəm: belə Allah mənim inamıma layiq deyil.

- Mən dünya ateizm hərəkatını və onun önündə gedən Riçard Doukinz kimi alimləri müşahidə etdikcə, ağlıma belə bir sual gəlir: niyə onlar ancaq xristianlığa hücum edirlər, İslama yox?
- Hegel deyəndə ki, “dinlə fəlsəfə eynidir”, ancaq xristianlığı nəzərdə tuturdu. Onlar üçün həmişə bir dənə din olub, o da xristianlıqdır. Buna görə də, onların filosofları dinə hücum edəndə də xristianlığa hücum edirlər. Həm də axı doğrudan da, İslam, ümumiyyətlə, orijinal bir din deyil. Məhəmmədin öz sağlığında yəhudilər ona deyirdilər ki, “sən bizim hekayələrimizi çırpışdırıb, öz dilində deyirsən”. Quran teologiya tarixinə heç bir yeni ideya gətirməyib.

- Bəs islamçıların Allahı və Quranı təsdiqləmək üçün gətirdikləri elmi faktları necə izah edirsiniz?
- Ayıbdır axı! Elmlə dini bu cür tutuşdurmaq cəhdi ax-maq-lıq-dır, belə bir şey ola bilməz! Allah ölçülə bilən fiziki predmet deyil ki! Allahın varlığı-yoxluğu üzərində təcrübə apara bilmərik axı! Bunlar Allaha inana bilmədikləri üçün, daha doğrusu, iman edə bilmədikləri üçün belə dünyəvi səbəblər axtarırlar: namaz idman kimi xeyirlidir, filan. Elmdən özlərinə dəstək uydururlar. Görünür, özlərinin də ağlına batmır. Halbuki, iman çox nadir bir dəlilikdir. Dəlilik olduğu üçün imandır. Füzulinin Məcnunu, Dostoyevskinin İdiotu budur. Bunlar isə həm ağıllı, həm də dindar görünmək istəyirlər. Çünki vurula bilmirlər, sehrlənə bilmirlər. Bizim islamçılar bunu hələ də anlaya bilməyiblər, halbuki, mən hələ tələbə vaxtı bunu anlamışdım. Din – iman deməkdir; iman – prinsipcə sübutolunmaza inanmaq deməkdir, amma təkcə indi yox, əbədi sübutolunmaz olana. Elmdə belə bir ifadə var: «ignoramus et ignorabimus» – bilmirik və bilməyəcəyik. «İqnoramus», yəni bilmirik, bu, elmin mövqeydir. Bu gün bilmirik, amma sabah biləcəyik. «İqnorabimus» isə heç vaxt bilməyəcəyik. Bu, artıq bayaq danışdığımız ölüm kimi mövzulardır, əbədi sirlər zonasıdır! Bunlar artıq qaranlıq nöqtələrdir. O heç vaxt bilinməyəcək olan zona sənətin, fəlsəfənin, dinin zonasıdır. Yəni siz elmlə imana müdaxilə edə bilməzsiniz. İman nədir? İman odur ki, elə məhz sübutedilməz olduğu üçün inanıram. Amma bizim bu axmaqlar – elə o cür də yazın: axmaqlar! – Allahı sübut etməyə çalışırlar. Çünki Allahı sübut edəndən sonra qarşı tərəfi yox etmək haqqın yaranır. Halbuki, Allahın tərifi sübutolunmazlıqdır. Bu teoloji kəşf yəhudilərə məxsusdur. Başqa sözlə, elmi düşərgədə dayanıb, alim mandatı ilə Allahın varlığı-yoxluğu haqqında danışmaq olmaz. Çünki Allah elmi yox, fəlsəfi nəsnədir. Amma din haqqında elmi danışmaq olar! Çünki din elmi predmetdir, elmin predmetidir. Dinin psixologiyası var, dinlər tarixi var və s.

- Bəs Qurandan misal gətirilən və elmi yolla bu kitabın ilahi kəlam olduğunu sübuta yetirdiyi iddia olunan ayələr necə?
- Mənim bir dostum var – Yalçın İslamzadə – yaxşı fizikdir, onu bir dəfə çağırın, sizə izah eləsin. Mənsə sizə Qurandakı “elm” haqqında adicə bir-iki misal deyim. Qədim insan Yer kürəsini məcməyi formasında, dümdüz müstəvi şəklində təsəvvür edib. Ərəblər də həmçinin. Quranda deyilir ki, qiyamət günü göylərin sütunları çökəcək və göylər yerə töküləcək. İndi siz baxın qəbirüstü türbələrin formasına: sütunların üstündə papaq kimi gümbəz. Bu, İslamın kosmik modelini əks etdirir və elmi baxımdan tamamilə səhvdir! Aydındır ki, Yer məcməyi formasında deyildir, yumurtavari kürə formasındadır.
Və ya başqa bir misal: qədimdə insanlar öz orqanizmləri haqqında çox az şey başa düşürdülər. Məsələn, onlar uşağın dünyaya gəlməsində kişinin rolunu anlamırdılar. Amma bir şeyi müşahidə edirdilər ki, bəzi qadınlarda nədənsə aylıq qanaxmalar kəsilir və onların qarnı şişməyə başlayır. İndi biz buna hamiləlik deyirik və hamiləliyin də səbəbini yaxşı bilirik. Quranda isə yazılıb: “Biz sizi laxtalanmış qandan yaratdıq”. Bu yazıq ərəb belə düşünüb ki, insan həmin qandan – laxtalanmış qanın qadın bətnində bir yerə toplanmasından yaranır. Bu, insan şüurunun, ağlın təkamülü baxımından maraqlı mərhələdir, ancaq elmi baxımdan səhvdir! Onlarla bu cür misal göstərmək olar. Yenə deyirəm, Quranda nəinki elm yoxdur, əksinə, orada çoxlu elmi səhvlər var! Sadəcə olaraq, İslam artıq dünyada öz ömrünü ideologiya kimi davam etdirir və Quranda guya elm olması haqqında uydurmalar da tipik ideoloji təbliğat məqsədilə quraşdırılır.

- İslamın sonuncu din olduğu üçün daha mükəmməl olduğu və bir növ yeni qanun köhnələri ləğv etdiyi kimi, əvvəlki dinləri “qüvvədən saldığı” bildirilir. Yəni Allahın son seçimi məhz bu dindir…
- Mən sizə bir şey deyim. Zaratuştranın dini İslama nəzərən daha proqressiv və humanist idi. Həmin dində insan iki qüvvənin – Ahura Mazdanın və onun özünə olan tərəddüd və şübhələri nəticəsində öz içindən qopub ayrılan və onun özünə qarşı dayanan Anqra Manyunun arasında qalıb, seçimini etməlidir. Xeyirlə şərin mübarizəsində hansının qalib gəlməsi məhz insanın daxili seçimindən, yəni Allah insandan, ilahilik insanilikdən asılı idi. Zaratuştranın dinində insan ruhuna urvan deyilir, urvan – seçən deməkdir. Fikir verin, insanın nə qədər böyük rolu var! Amma İslamda insanın rolu heçə endirildi, hər şey çox qüdrətli olan, hər şeyi bacaran, istəsə Şeytanı məhv edə biləcək, amma nəyə görəsə etməyən Allahın ixtiyarındadır. İnsanın seçimi qlobal mənada heç nəyi dəyişməyə qadir deyil. Bu, necə Allahdır belə? O, qisas alır – Quranda “Biz onlardan qisas aldıq, suda boğduq…” yazılıb. Heç Allah da qisas alar? Bunlarınkı alır. Onda Allah qatildir ki! İslamın Allahı Məhəmmədin özünə oxşayır. Əslində hətta magik düşüncə tərzinin qalığı kimi cadugərlik də İslamdan daha humanistdir! Çünki həmişə insandan asılı olan hansısa əlac var. Bu, humanizmdir. Nağıllarımıza baxın: orada əbədi alın yazısı, əbədi cəza yoxdur. Hər şeydən çıxış yolu var, hər şey səndən asılıdır. Amma İslamda yox: İslamda Allah özü müəyyənləşdirir hər şeyi – kimə ruzi verəcək, kimə verməyəcək, kimi doğru yola hidayət edəcək, kimin gözlərini örtəcək və s.

- Din millətin inkişafına nə dərəcədə xeyir və ya ziyan verə bilər? Tutaq ki, ərəblərin geri qalmasında, yaponların qabağa getməsində onların dininin rolu nə dərəcədədir?
- Qərbdə renessans necə başladı? Onlar xatırladılar ki, Xristianlıqdan əvvəl böyük antik mədəniyyətləri olub. Dinsiz və humanist. Amma Şərqdə bu, alınmadı. Çünki İslam özünə qədər olan hər şeyin üstündən xətt çəkmiş, keçmişi “cahilliyyə” adlandırmışdı: Keçmişə baxma! Keçmiş vəhşilikdir! Nəticədə bütün müsəlman xalqlar, o cümlədən də biz keçmişi silib atdıq. İndi deyəndə ki, biz öz tarixi keçmişimizi yazmağa həvəsli olmadıq, burada İslamın da ciddi rolu oldu. İslam vəhşi şəkildə yayılaraq, Misir mədəniyyəti, Zaratuştra mədəniyyəti kimi nəhəng mədəniyyətləri yer üzündən sildi, böyük kitabxanalara od vurdu.
Mən İslamı ərəblərin milli dini hesab edirəm. Necə ki, məsələn, Şintoizm – yaponların milli dinidir. Siz gedib desəniz ki, “mən şintoistəm”, yaponlar sizə güləcəklər. Çünki Şintoizmə görə, ancaq yaponlar Ameterasu adlı allahın uşaqlarıdır. Yəhudilərdə də belədir. Eləcə də, İslam dini bizim üçün yaddır və o, ərəbin dini olaraq qalacaq. Ona görə də, başlanğıc üçün son dərəcə vacibdir ki, bir insan özü haqqında “mən müsəlman deyiləm” deyə bilsin.

- Son vaxtlar “mən aqnostikəm” deyənlərlə tez-tez rastlaşırıq… Kimdir aqnostik?
- Aqnostik odur ki, “O, mənim üçün qapalıdır”, – deyir. Təsəvvür edin ki, qarşımdakı nəsə dairə formasındadır. Mənim “ratio”m, yəni ağlım isə üçbucaq formasında. Bu üçbucaq o dairəni heç vaxt örtməyəcək, qıraqda boşluqlar qalacaq. Bayaq dediyim “iqnorabimus” mövqeyi.

- Yəni aqnostiklər Allaha belə yanaşırlar?
- Bəli. “Bilə bilmərəm”, “mənlik deyil” məntiqi ilə. Nə “hə”, nə “yox”. Əslində bu, üstüörtülü şəkildə inkardır. “Light ateizm”dir. Deistlərə bənzəyir. Necə ki, deistlər deyirlər: Allah var, bu dünyanı yaradıb, amma heç bir işinə qarışmır. Yəni peyğəmbərlər və onların dinlərinin Allaha heç bir dəxli yoxdur.

- Lap əvvəldə dini yaşadan amillərdən birinin ölüm olduğunu dediniz. Amma məncə, digər güclü bir amil də var: öz varlığının mənasını axtarmaq, “Mən niyə varam” sualı… Din pis-yaxşı, amma hər halda bu suala cavab verir axı… Dindən kənarda isə birmənalı cavab yoxdur.
- Yaxşı ki, yoxdur! Bunlar insan təfəkkürünü qamçılayan suallardır. İnsanlar bütün dövrlərdə bu sualları veriblər. Və ayrı-ayrı dövrlərdə verilən cavablar təkrarlanmamalıdır. Heç bir halda “bu sualın yekun bir cavabı var” şəklində düşünə bilmərik. Onda dindar olarıq. Bu sualın ştamplı cavabı yoxdur. Dinin pis tərəfi isə odur ki, bu cür essensialist suallara ştamplı cavablar verərək, başqa variantlara baxmaq istəmir. Cəmiyyət bu cür bir dini dünyagörüşü mütləq sıxışdırıb bir küncdə saxlamalıdır. Qərbdə xristianlığı etdikləri kimi. Çünki o yayılsa, bütün əks düşüncələri məhv edər, nivelirləyər. Özünü isə heç vaxt islah edə bilməz, çünki öz kitabı buna imkan verməz, onların kitabını müzakirə etmək artıq təhqir sayılır. Ona görə də, yol budur ki, sekulyar dövlət din üçün lazım olan yeri ayırmalı və onu həmin sərhəddən çıxmağa qoymamalıdır. Sosiallaşıb-siyasiləşən, əks fikri, tolerantlığı rədd edən bir din cəmiyyətdə mütləqləşərsə, biz hamımız batarıq.

Vüsal Məmmədov
“Mərkəz” qəzeti
Затем размышлял я, следует ли мне восстать,не имея поддержки, либо претерпеть перед лицом всепоглощающей тьмы, в которой [пребывать, может быть,суждено столь долго], что старики станут совсем немощными, молодые поседеют, и верные мне закончат бесславно дни свои, пока не встретятся со Всевышним.Я нашел, что мудрее в вышеописанных условиях — терпение, и принял его, несмотря на то что жжение в глазах и сдавленность в горле вызывало сознание того, как разграбляется мое наследие.

#2 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 16 января 2012 - 17:21

Birincisi bu "azərbaycanlı filosof" sadəcə ateist adam deyildir, nəsibidir. Cünki, bu kafir Məhəmməd (S) peyçəmbəri sehirbaz, dinsiz və müasir dillə desək "terorist" adlandırdı.
Ümid edirəm ki, ilahiyətçilər bu adama mürtəd adı qoyacaqlar.

2-si. Fəlsəfədən qandığı qrafa olmayan "bu alimdən" soruşarlar, bəs siz elmi-tarixi faktları niyə danırsınız?
Nəbilim: İslam ərəblərin dinidir; İslam dünya tarixi-mədəniyyət abidələrini məhv etdi; Quran teologiya tarixinə heç bir yeni ideya gətirməyib və s.!?

3. Burada həvəslə yapon, hind və Niçşe "allahından" danışan bisavad filosof bütpərəstliyi həvəslə yayır. Adamdan soruşarlar, axı siz filosofsunuz, heç olmasa bir dəfə monoteizmdən (Tək Allahlıqdan) danişardınız...

"Filosof" Ağalar Məmmədov!
Mən bir filosof kimi sizi bu foruma dəvət edirəm. Əgər fəlsəfi dillə sizə, müsəlman ananızın sizə verdiyi südü sizin burnunuzdan tökməsəm
onda mən haramzadəyəm!

İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#3 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 16 января 2012 - 19:40

Mən ümumiyyətlə bu cür şəxslərin müzakirə olunmasının əleyhinəyəm. Belə savadsız, əxlaqsız və nadan "məxluq"a nə cavab verməliyəm? Onun yazısından görünür axı o tupoydu. Sadəcə indi dəb düşüb, kim məşhur olmaq istəyirsə, İslam peyğəmbərinin (s) ayaqlarından tutur (halbuki heç ləyaqəti də çatmır). rafiq tağı kimi "insanlar" məhşur olmaq üçün bu yola baş vururlar. Amma nə deyim, bu gunkü opponentlərimiz çox səviyyəsizdi :rolleyes:

Сообщение отредактировал al-Islam: 16 января 2012 - 19:40

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#4 H I Z B U L L A H

H I Z B U L L A H

    Naqib – Captain

  • Murid
  • 765 сообщений

Отправлено 16 января 2012 - 19:50

хe, goyuna ne gandirasan?!!
Затем размышлял я, следует ли мне восстать,не имея поддержки, либо претерпеть перед лицом всепоглощающей тьмы, в которой [пребывать, может быть,суждено столь долго], что старики станут совсем немощными, молодые поседеют, и верные мне закончат бесславно дни свои, пока не встретятся со Всевышним.Я нашел, что мудрее в вышеописанных условиях — терпение, и принял его, несмотря на то что жжение в глазах и сдавленность в горле вызывало сознание того, как разграбляется мое наследие.

#5 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 17 января 2012 - 15:19

Salamun Əleykum!
Haqqyolu saytında belə bir sualın və cavabın şahidi oldum. Onu sizin nəzərinizə çatdırmaqda məqsədim var.

Sual:

Sələmun ələykum və rəhmətullahi və bərəkətuh. Sualım: Mənim bir dostum var idi. Təhsillə əlaqədar olaraq avropada 5 il yaşayıb. orada dinini dəyişərək ateist olub. Yəni bu dini təkzib edir. İndi mənim onunla dostluq etməyim nə dərəcədə düzgündür. zəhmət deyilsə bu haqda mənə geniş məlumat verərdiniz. Mənə nə etməli olduğum haqda məsləhət verərdiniz. Allah sizlərdən razı olsun.
Cavab:

Ona təsir edəcəyinizə ümidiniz, sizi yoldan çıxarmayacağına əminliyin olana qədər Allahın razılığı üçün ünsiyyəti davam etdirin.

Qardaşlar bu gün Azərbaycanda yaşayan ziyalıların əksərtiyyəti özlərini ateist sayırlar. Bunun bir neçə səbəbi ola bilər, məsələn; sovet idealogiyasının təsiri, respublikada dinin yayılmasına qarşı represiyalar, təkəbbür, islamın yanlış qələmə verilməsi və s.
Hesab edirəm ki, bu gün Azərbaycanda hər bir möminin və müsəlmanın vəzifəsi özlərini ateist adlandıran kütlənin gözlərini açmaqdır. Artıq İslam düşmənləri öz hiyləgər siyasətini yürüdürlər. Çünki sovet (SSSR) areizminin digər səbəbləri var idi. Onda, dindarlığa qanunla qadağa qoyulmuşdu. Sanki insanlar bir növ təqiyyə saxlayırdılar və Allaha məhəbbət insanların qəlblərinin dərinliyində yaşayırdı.
Amma, bu gün insanlar diskriminasiyaya məruz qalırlar.

Bu gün ateizmi digər prizmadan qələmə verirlər. İslam düşməni ateizmi dinə qarşı bir silah kimi istifadə etmək istəyir.
Amma, biz bilməliyik ki, hər bir ateist qardaşımız potensial müsəlmandır və onun hidayət olunma şansı nəsibi olma riskindən dəfələrlə yüksəkdir.
Bu çünün cihadı (Allah yolunda cəhd etmə, mübarizə) məhz ateistləri qəflətdən ayırmaqdır.
Bu işdə hər birinizə Allah kömək olsun!

Сообщение отредактировал Vey-sal: 17 января 2012 - 15:21

İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru