Перейти к содержимому


Фотография

Şiyə mənbələrində raşidi xəlifələr haqda dəyərli sözlər


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 23

#1 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 16 января 2012 - 16:47

«(İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaq­layan mühacirlərə və ənsarlara, həmçinin, yaxşı işlər gör­məkdə onların ardınca gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qala­caq­ları, (ağacları) altından çaylar axan cənnətlər hazırla­mış­dır. Bu, ən böyük qurtuluş və uğurdur!»
«ət-Tövbə» surəsi, 100-cü ayə»


Əli (r.a.) iki şeyx – Əbu Bəkr (r.a.) və Ömər (r.a.) haqqında demişdir: «Müsəlmanların ən yaxşısı, Allaha və Onun elçisinə (s.a.s.) ən yaxını – xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular (yəni, onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın» Meysəm. «Şərh Nəhcu-l-Bəlağə», 1/31, Tehran çapı.

Əbu Cəfərdən bir nəfər qılıncın bəzədilməsi haqqında soruşduqda, o demişdir: «Olar, Əbu Bəkr əs-Siddiq öz qılıncını gümüşlə bəzəyərdi. Soruşan şəxs ona: "Sən də ona Siddiq deyirsən?" – dedikdə, İmam dərhal yerindən qalxıb demişdir: "Bəli, Siddiq deyirəm, bəli, Siddiq deyirəm. Kim ona Siddiq deməsə, Allah onun sözünü bu dünyada və axirətdə təsdiqləməz» Ərbili. «Kəşfu-l-ğümmə fi mərifəti-l-Əimmə», 2/147.

Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#2 Cafər

Cafər

    Jundi – Soldier

  • Ibtidai
  • 8 сообщений

Отправлено 16 января 2012 - 17:02

Nəhcül-Bəlağədə hansı xütbəyə verilən şərhdir bu?

#3 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 16 января 2012 - 18:24

Əbu Cəfərdən bir nəfər qılıncın bəzədilməsi haqqında soruşduqda, o demişdir: «Olar, Əbu Bəkr əs-Siddiq öz qılıncını gümüşlə bəzəyərdi. Soruşan şəxs ona: "Sən də ona Siddiq deyirsən?" – dedikdə, İmam dərhal yerindən qalxıb demişdir: "Bəli, Siddiq deyirəm, bəli, Siddiq deyirəm. Kim ona Siddiq deməsə, Allah onun sözünü bu dünyada və axirətdə təsdiqləməz» Ərbili. «Kəşfu-l-ğümmə fi mərifəti-l-Əimmə», 2/147.


Bunun səhihliyini sübut edə bilərsinizmi şiə mənbəsində?

Сообщение отредактировал Malik Eshter: 16 января 2012 - 18:25

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#4 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 16 января 2012 - 18:27

Bunun səhihliyini sübut edə bilərsinizmi şiə mənbəsində?


Bu nəql mərfudur.

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#5 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 16 января 2012 - 19:59

Əbu Cəfərdən bir nəfər qılıncın bəzədilməsi haqqında soruşduqda, o demişdir: «Olar, Əbu Bəkr əs-Siddiq öz qılıncını gümüşlə bəzəyərdi. Soruşan şəxs ona: "Sən də ona Siddiq deyirsən?" – dedikdə, İmam dərhal yerindən qalxıb demişdir: "Bəli, Siddiq deyirəm, bəli, Siddiq deyirəm. Kim ona Siddiq deməsə, Allah onun sözünü bu dünyada və axirətdə təsdiqləməz» Ərbili. «Kəşfu-l-ğümmə fi mərifəti-l-Əimmə», 2/147.


Hərdən bu sələfilərin saflığına elə yanıram ki. Hələ də inanırlar ki, şiə mənbəsində onların xeyrinə hədis var. Bəzi elmli sələfilər də elmsizlərin saflığından istifadə edərək, öz cızma-qarları ilə bunları aldadır.

Gətirilən sitat Əlixan Musayevin Raşidi xəlifələr kitabçasındandır. Əgər həqiqəti bilə-bilə qəsdən hədisi bu cür təqdim edibsə Allahın, mələklərin və bütün yaradılışların lənəti onun üzərinə olsun.


Həmçinin digər forumlarda oxudum ki, sən demə bu hədisi məşhur kəzzab Ehsan İlahi Zahir də özünün "Şiə və Sünnə" kitabında qeyd edib. Allah ona lənət eləsin. O şəxs həddən artıq fitnəkar insan olmuşdur.

Dəfələrlə qeyd edilmişdir ki, Şeyx İrbilinin bu kitabı əhli-sünnə mənbələrindən topladığı hədislərdən ibarətdir.

Şeyx İrbili səhifənin əvvəlində yazır:

و قال الشيخ أبو الفرج عبد الرحمن بن علي بن محمد بن الجوزي رحمه الله في كتابه صفوة الصفوة


Şeyx Əbul-Fərəc Əbdür-Rəhman b. Əli b. Muhəmməd b. əl-Cəuzi "Sifatus-Səfva" kitabında deyir:


Sonra oradakı bir neçə hədisi qeyd edir ki, onlardan biri də elə bu hədisdir.


و عن عروة بن عبد الله قال : سألت أبا جعفر محمد بن علي (عليه السلام) عن حلية السيوف فقال لا بأس به قد حلي أبو بكر الصديق رضي الله عنه سيفه قلت فتقول الصديق قال فوثب وثبة و استقبل القبلة و قال نعم الصديق نعم الصديق نعم الصديق فمن لم يقل له الصديق فلا صدق الله له قولا في الدنيا و لا في الآخرة .

Urvə b. Abdullah dedi: Əbu Cəfər Muhəmməd b. Əliyə (ə.s) sual verdilər.......... (ardı yuxarıda qeyd edilən mətndir).


Ibnalcauzi.jpg



Bu hədis nəinki şiə hədisidir, heç əhli-sünnənin öz hədis elminə əsasən də səhih deyildir. Bu nəinki bizə, heç özləri üçün də dəlil deyildir.

Bu hədisi İbn əl-Cəuzi öz kitabında c.1, səh.198-də qeyd etmişdir. Adı qeyd edilən kitab Əbu Nueymin "Hilyət əl-Övliya" kitabının ixtisarıdır. Deməli, müraciət edirik Əbu Nueymin kiitabına. Hilyət əl-Övliya, 3/184, №3857.

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ حُبَيْشٍ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ شَرِيكٍ الأَسَدِيُّ ، حَدَّثَنَا عُقْبَةُ بْنُ مُكْرَمٍ ، حَدَّثَنَا يُونُسُ بْنُ بُكَيْرٍ ، عَنْ أَبِي عَبْدِ اللَّهِ الْجُعْفِيِّ ، عَنْ عُرْوَةَ بْنِ عَبْدِ اللَّهِ ، قَالَ : سَأَلْتُ أَبَا جَعْفَرٍ مُحَمَّدَ بْنَ عَلِيٍّ ، عَنْ حِلْيَةِ السُّيوفِ ، فَقَالَ لا بَأْسَ بِهِ ، قَدْ حَلَّى أَبُو بَكْرٍ الصِّدِّيقُ رَضِيَ اللَّهُ عَنْهُ سَيْفَهُ ، قَالَ : قُلْتُ وَتَقُولُ الصِّدِّيقُ ، قَالَ : فَوَثَبَ وَثْبَةً وَاسْتَقْبَلَ الْقِبْلَةَ ، ثم قال " نَعَمِ الصِّدِّيقُ ! فَمَنْ لَمْ يَقُلْ لَهُ الصِّدِّيقُ ، فَلا صَدَّقَ اللَّهُ لَهُ قَوْلا فِي الدُّنْيَا وَالآخِرَةِ " .


Muhəmməd b. Əli b. Hüseyn - İbrahim b. Şərik əl-Əsdi - Uqbə b. Mukrəm - Yunus b. Bukeyr - Əbu Abdulla b. əl-Cufi - Urvə b. Abdullah sənədi ilə rəvayət edilir ......


Qırmızı ilə işarə etdiyimiz şəxs Əbu Abdullah əl-Cufidir, Tam adı: Əbu Abdullah Əmr b. Şimrdir. Bu şəxs əhli-sünnə rical elminə əsasən zəifdir.

1. İbn Həcər dedi: Leysə bi-şey. (Bir şey deyildir).
2. əl-Cüzcani dedi: Yolunu azmış yalançıdır.
3. əl-Buxari dedi: Munkərul-hədis.
4. Əbu Zurə dedi: Hədisdə zəifdir.
5. ən-Nisai dedi: doğrudanışan və etibarlı deyil, hədisləri yazılmaz. Həmçinin dedi: mətrukul-hədis (hədisləri tərk edilmişdir).
6. əd-Darəqutni dedi: munkərul-hədis.

Lisan əl-Mizan, c.4, s.366, №1075

Bu hədisi Əhməd b. Hənbəl də "Fəzailus-səhabə" kitabında c.1, s.419-420, №655 ünvanda zikr etmişdir.

Sənəd: İbrahim b. Muhəmməd - Uqbə b. Mukrəm - Yunus b. Bukeyr - Əbu Abdullah əl-Cufi - Urvə b. Abdullah

Fazailus-Sahaba655a.jpg Fazailus-Sahaba655b.jpg


Kitabın mühəqqiqi Vəsiyullah Muhəmməd Abbas hədisin "həddən artıq zəif" (Zaif cidda) olduğunu qeyd etmişdir.

İbn Əsakir "Tarixi Diməşq", 54/283-də sənədində Əbu Abdullah əl-Cufi olan sənədlə rəvayət etmişdir. əz-Zəhəbi isə "Siyər əlam ən-Nubəla", 4/408-də bu hədisi eyni sənədlə Əbu Nueymdən rəvayət etmişdir.

Bu barədə 1 dənə də olsun etibarlı sənəd yoxdur!

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#6 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 16 января 2012 - 22:21

Allah əbubəkir zindiq məluna sonsuz saysız hesabsız lənət etsin!Amin!!!ömərə də ondan qabaq!

Diskusiya aparmağı öyrənin. Heç olmasa müctəhidlərin fətvalarına hörmət edin. Məzhəblərarası təfriqə yaratmayın +10 %

Сообщение отредактировал al-Islam: 16 января 2012 - 23:53


#7 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 16 января 2012 - 23:28

getirdiyiniz butun reddiyelere baxilacaq inseAllah.
Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#8 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 16 января 2012 - 23:40

getirdiyiniz butun reddiyelere baxilacaq inseAllah.

Yaxşı olar ki, nəisə yazmaqdan əvvəl onu yoxlayasız, cavabını alandan sonra yox.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#9 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 16 января 2012 - 23:51

«(İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaq­layan mühacirlərə və ənsarlara, həmçinin, yaxşı işlər gör­məkdə onların ardınca gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qala­caq­ları, (ağacları) altından çaylar axan cənnətlər hazırla­mış­dır. Bu, ən böyük qurtuluş və uğurdur!»
«ət-Tövbə» surəsi, 100-cü ayə»


CAVAB BURADA

getirdiyiniz butun reddiyelere baxilacaq inseAllah.



Məmnuniyyətlə gözləyirəm. Bu gecə yatammayacam :)
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#10 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 17 января 2012 - 02:32

Əli (r.a.) iki şeyx – Əbu Bəkr (r.a.) və Ömər (r.a.) haqqında demişdir: «Müsəlmanların ən yaxşısı, Allaha və Onun elçisinə (s.a.s.) ən yaxını – xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular (yəni, onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın» Meysəm. «Şərh Nəhcu-l-Bəlağə», 1/31, Tehran çapı.


Görmədiyin, bilmədiyin kitabdan niyə sitat gətirirsən?

Birincisi, al bu sənə Meysəm əl-Bəhraninin Nəhcül-Bəlağaya şərhi. "Misbahus-Salikin". O xütbədə mənə Siddiq və Faruq sözlərini göstər zəhmət olmasa. Hardan dürtüşdürmüsüz o sözləri ora?


İkincisi, bu söhbətin əsli Nasr b. Muzahim əl-Manqurinin "Vaqiəti-Siffeyn" kitabında səhifə 85-dədir.

نصر ، عن عمر بن سعد ( بن أبي الصيد الأسدي ) عن أبي ورق ، أن ابن عمر بن مسلمة الأرحبي أعطاه كتابا

Rəvayətin sənədi: Nasr - Ömər b. Səd - Əbu Vərraq - İbn Ömər b. Məsləmə əl-Ərhabi ......


1. Ömər b. Səd - şiə rical kitablarında onun barəsində məlumat yoxdur. Məchuldur.
2. Əbu Vərraq - məchuldur.
3. İbn Ömər b. Məsləmə əl-Ərhabi - məchuldur.

Rəvayəti bu sənədlə İbn Əbil-Hədid də zikr etmişdir. Görəək əhli-sünnə rical elminə əsasən rəvayətin vəziyyəti necədir.

1. Nasr b. Muzahim

əl-Uqeyli dedi: Şiə olub, hədislərində iztirab və çox sayda xəta var. Əl-Uqeyli, "az-Zuafa", c.4, s.300, №1899
Əli b. Muzahim Əbdürrəhmandan rəvayət edir ki, atamdan onun haqqında soruşdum, dedi: mətrukul-hədisdir. al-Carh vat-Tadil, c.8, s.468

2. Əbu Vərraq

İbn Həcər dedi: Feyd b. Əbdür-Rəhman Əbu Vərraq - mətrukdur. Taqrib at-Tahzib, c.2, s.444, №5373
Əhməd b. Hənbəl dedi: mətrukul-hədis. İbn Muin dedi: zəifdir, etibarlı deyil, bir şey deyil. Buxari dedi: munkərul-hədis. Əbu Davud dedi: bir şey deyil. İbn Hacar, Tahzib at-Tahzib, c.8, s.229, №474

Deməli, rəvayət həm əhli-sünnə, həm də əhli-şiə rical elminə əsasən zə-if-dir.


ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#11 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 17 января 2012 - 12:15

əhsən master! sən lap bunların atasına od vurdun ki :dancep6:

#12 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 18 января 2012 - 18:27

— Əli (Allah ondan razı olsun!) və onun övladları bu üç nəfərin Əbu Bəkrin, Ömərin və Osmanın (Allah onlarn hamısından razı olsun!) xəlifəliyini etiraf etmiş, onların buna haqları olduğuna qərar vermişlər. Əli onların vəziri və məsləhətçisi olmuşdur. Həmçinin onun və övladlarının bu böyük adamları mədh etdikləri qeyd olunmuşdur. Allah razı olmuş (Əli — tərc.) demişdir:


“Filankəsin (Əbu Bəkrin)[1] ölkəsi nə əzəmətlidir! O, əyriləri düzəltdi, səhvləri təshih etdi, Sünnəni bərqərar etdi, fitnəni arxada qoydu, o dünyaya günaha bulaşmamış, eyibsiz halda getdi, bu dünyanın xeyrini götürdü, şərini atdı, Allahın itaət borcunu ödədi, Ondan lazım olduğu kimi ehtiyat etdi”.[2]




O (Əli — tərc.), Ömər ibn Xəttab (Allah ondan razı olsun!) onunla Rum döyüşünə çıxarkən məsləhətləşəndə Ömərə belə deyib: “Sən bu düşmənin üzərinə özün gedib onlarla görüşsən, müsəlmanların öz ölkələrinin qurtaracağından başqa sığınacaqları[3] olmaz. Onların səndən sonra müraciət edəcəkləri bir başçıları yoxdur. Sən gəl onların yanına sınaqdan çıxmış bir adam, onunla birlikdə döyüşkən və ağıllı adamlar göndər. Əgər Allah bu yolla səni qalib çıxarsa, istədiyin elə bu idi. Yox, başqa cür olsa, insanlara dayaq və müsəlmanların ümid yeri olarsan”.[4]


Ömər özü farslarla döyüşə çıxarkən onunla (Əli ilə) məsləhətləşdiyi zaman Əlinin Ömər haqqında dedikləri bundan da aydındır. O demişdir: “Bu elə bir işdir ki, onun köməyinə gəlibgəlməmək çoxluq və azlıqdan asılı deyil. Bu, Allahın qalib çıxartdığı və adamları onun uğrunda səfərbər etdiyi, hazırladığı və imdad etdiyi dinidir ki, çatdığı səviyyəyə çatıb və çıxdığı yerdə üzə çıxıb. Bizə Allah vəd verib. Allah Öz əhdini yerinə yetirən, Öz əsgərlərinə kömək edəndir. Boyunbağıda nizamlayıcının[5] əhəmiyyəti nə qədərdirsə, əmrin etibar edildiyi[6] adamın əhəmiyyəti də orduda o qədərdir. Nizamlayıcı muncuqları bir yerə yığıb düyünlər, o qırılsa, muncuqlar birbirindən ayrı düşər, səpələnər, sonra heç vaxt bir yerə toplanmaz. Ərəblər bu gün sayca az olsalar da, onlar müsəlman olmaları ilə çoxsaylı, bir olmaları ilə güclüdürlər. Sən qütb ol və dəyirman daşını ərəblərin gücü ilə fırlat; onları müharibəyə göndər, özün getmə. Çünki sən bu torpaqdan çıxsan, ölkənin hər yerində ərəblər sənin əleyhinə qalxarlar, arxada qoyub getdiyin düşmən qarşındakından qorxulu olar.


Qoy əcəmlər sənə baxıb desinlər: “Ərəblərin kökü budur, onu kəssəniz, rahat olarsınız”. Bu onların sənə qarşı hücumlarını çətinləşdirər... Onların mənim qeyd etdiyim sayca çoxluğuna gəlincə, biz keçmişdə də say çoxluğu hesabına deyil, Allahın köməyi və yardımı ilə döyüşmüşük”.[7]
Adamlar onun yanına gəlib Osmandan şikayət edəndə o (Əli), Osman ibn Əffanın (Allahtəala ondan razı olsun!) yanına girib ona belə demişdi: “Arxamdakı adamlar məni səninlə özləri arasında səfir etmişlər. Allaha and olsun ki, bilmirəm sənə nə deyim. Elə bir iş yoxdur ki, mən bilim, sən yox. Sənə sənin bilmədiyin bir iş göstərə bilmərəm: biz nəyi bilirik, sən də bilirsən. Bir şeydə səndən irəli deyilik ki, sənə onun haqqında məlumat verək. Səndən bir şey də gizlətməmişik ki, indi onu sənə çatdıraq. Sən bizim gördüklərimizi görmüsən, eşitdiklərimizi eşitmisən, sən də Rəsulullah səlləllahü əleyhi və səlləmə bizim kimi əshabəlik etmisən. Nə Ibn Əbu Qəhafə, nə də Ibn Xəttab haqq işində səndən irəli deyillər. Sən Rəsulullah səlləllahü əleyhi və səlləmin atasına, qan qohumluğuna görə, onların hər ikisindən də yaxınsan. Sən onun kürəkənlərindən o biri iki nəfərin nail olmadığına nail olmusan”.[8]
O, bu üç nəfərin xəlifəliyini tərifləyərək demişdir: “Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub onu imam adlandıranda bu, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər bir bəhanə və bidətlə onların bu işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, onu möminlərin yolu ilə getmədiyi üçün öldürərdilər: Allah ona layiq olduğunu verərdi”.[9]


Şiələrin təfsirçisi və böyüyü Əli ibn Ibrahim Qümmi Qüdrət və Cəlal sahibi Allahın “Ey Peyğəmbər, Allahın sənə halal buyurduğunu sən özün özünə haram etmə” kəlamını izah edərkən açıqaydın, heç bir anlaşılmazlıq qoymadan bildirmişdir: “Bir gün Rəsulullah səlləllahü əleyhi və alihi və səlləm Həfsəyə demişdir: “Sənə bir sirr açacağam”. Həfsə demişdir: “O nə sirdir?” O demişdir: “Məndən sonra Əbu Bəkr xəlifə olacaq, ondan sonra sənin atan (Ömər)”. Həfsə demişdir: “Bunu sənə kim xəbər verdi?” O demişdir: “Bunu mənə Allah xəbər verdi”.[10]


Əlidən (Allah ondan razı olsun!) nəql olunur ki, adamlar Osman (Allah ondan razı olsun!) öldürüləndən sonra Əliyə beyət gətirmək istəyəndə o demişdir: “Məndən əl çəkin, bir başqasına müraciət edin...” Sözünün sonunda isə söyləmişdir: “Məni rahat buraxsanız, mən də sizin biriniz, bəlkə də, sizin hökmdar seçdiyiniz adamı ən yaxşı eşidən və ona ən çox itaət edəniniz olaram. Mən vəzir kimi sizə hökmdardan daha çox xeyir verərəm”.[11]





--------------------------------------------------------------------------------

[1] - “Nəhc əl-bəlağə”nin bəzi şərhçiləri belə fikirdədir-lər ki, “filankəs” dedikdə Əbu Bəkr nəzərdə tutulur, başqaları isə deyirlər ki, bu söz Ömərə işarədir. Əsas məsələ odur ki, onlar bu iki nəfərdən başqa heç kəsi bura daxil etmirlər.
[2] - “Nəhc əl-bəlağə”, səh.350.
[3] - “Sığınacaq” deyəndə arxalanacaqları bir mərkəz nəzərdə tutulur.
[4] - “Nəhc əl-bəlağə”, səh.193, Beyrut çapı.
[5] -“Nizamlayıcı” — muncuqların düzüldüyü ip mənasındadır.
[6] - “Əmrin etibar edildiyi” ifadəsi “əmr edən” mənasında-dır. Bununla xəlifə nəzərdə tutulur.
[7] - “Nəhc əl-bəlağə”, səh.203,204, Beyrut çapı.
[8] - “Nəhc əl-bəlağə”, səh.234.
[9] - “Nəhc əl-bəlağə”, səh.366,367.
[10] - “Təfsir əl-Qümmi”, səh.376, 2-ci cild, ət-Təhrim surəsi, Nəcəf mətbəəsinin çapı, hicri 1387.
[11] - “Nəhc əl-bəlağə”, səh.136, Beyrut çapı.

--
1/15/2012 02:33:00 PM tarihinde Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi). tarafından İSLAM HAQQ DİN adresine gönderildi

Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#13 elmir

elmir

    Arif – Corporal

  • Murid
  • 62 сообщений

Отправлено 18 января 2012 - 18:47

Niyə axıra kimi yazmamısan? Sərf eləməyib?

Allah filankəsin şəhərlərinə bərəkət versin və qorusun ki, əyriliyi düzəltdi, xəstəliyi müalicə etdi, sünnəni bərqərar etdi və fitnə-fəsadı arxaya atdı. Dünyadan pak paltar və az eyiblə getdi. Xilafətin xeyrini əldə etdi və onun şərini qabaqladı. Allahın itaətini yerinə yetirərək itaətsizlikdən çəkinib Onun haqqını əda etdi. O (dünyadan) köçdü, (lakin) onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz.


Düz deyirsən fərqi yoxdu Əbu Bəkirdi ya Ömərdi :)

Сообщение отредактировал elmir: 18 января 2012 - 18:52


#14 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 18 января 2012 - 19:12

Niyə axıra kimi yazmamısan? Sərf eləməyib?

Allah filankəsin şəhərlərinə bərəkət versin və qorusun ki, əyriliyi düzəltdi, xəstəliyi müalicə etdi, sünnəni bərqərar etdi və fitnə-fəsadı arxaya atdı. Dünyadan pak paltar və az eyiblə getdi. Xilafətin xeyrini əldə etdi və onun şərini qabaqladı. Allahın itaətini yerinə yetirərək itaətsizlikdən çəkinib Onun haqqını əda etdi. O (dünyadan) köçdü, (lakin) onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz.


Düz deyirsən fərqi yoxdu Əbu Bəkirdi ya Ömərdi :)



qara heriflerle yazdigin sozleri ora yazan peyqamber salallahu aleyhi vesselleme de tene elemish kimidir.Tebii ki,Eli radiyallahu anhu bele sozlerden uzaq olub.muselmanlari hacalanmish yollarda qoymaqi kimese nisbet elemek cahillikdir, cunki insanlarin qelbleri Allahin elindedidir.hidayet de ,yeqinlikde onun elindedir.
Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#15 elmir

elmir

    Arif – Corporal

  • Murid
  • 62 сообщений

Отправлено 18 января 2012 - 19:23

qara heriflerle yazdigin sozleri ora yazan peyqamber salallahu aleyhi vesselleme de tene elemish kimidir.Tebii ki,Eli radiyallahu anhu bele sozlerden uzaq olub.muselmanlari hacalanmish yollarda qoymaqi kimese nisbet elemek cahillikdir, cunki insanlarin qelbleri Allahin elindedidir.hidayet de ,yeqinlikde onun elindedir.

Sən canı nə yazdığını özün başa düşürsən? Qara həriflərlə yazdığım xütbənin davamıdı. Bunun peyğəmbərə nə dəxli var? İmam Əlidə bu sözləri Əbu Bəkrə yada Ömərə nisbət verib. İndi İmam Əliyə cahil deyirsən sən?

#16 elmir

elmir

    Arif – Corporal

  • Murid
  • 62 сообщений

Отправлено 19 января 2012 - 15:13

Nəhcül-Bəlağədən nəsə yazanda səhifəsini yazma xütbənin nömrəsin yaz. Heç o kitabı görməmisən bəlkədə onun bunun sözün yazırsan.

#17 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 15 февраля 2012 - 12:37

— Əli (Allah ondan razı olsun!) və onun övladları bu üç nəfərin Əbu Bəkrin, Ömərin və Osmanın (Allah onlarn hamısından razı olsun!) xəlifəliyini etiraf etmiş, onların buna haqları olduğuna qərar vermişlər. Əli onların vəziri və məsləhətçisi olmuşdur. Həmçinin onun və övladlarının bu böyük adamları mədh etdikləri qeyd olunmuşdur. Allah razı olmuş (Əli — tərc.) demişdir: “Filankəsin (Əbu Bəkrin)[1] ölkəsi nə əzəmətlidir! O, əyriləri düzəltdi, səhvləri təshih etdi, Sünnəni bərqərar etdi, fitnəni arxada qoydu, o dünyaya günaha bulaşmamış, eyibsiz halda getdi, bu dünyanın xeyrini götürdü, şərini atdı, Allahın itaət borcunu ödədi, Ondan lazım olduğu kimi ehtiyat etdi”.[2]


http://www.h-alajmi.com/print.php?newsid=137

Сообщение отредактировал Elmeddin.88: 09 июня 2012 - 18:36

  • elmir это нравится

#18 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 14 октября 2012 - 18:57

O, bu üç nəfərin xəlifəliyini tərifləyərək demişdir: “Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub onu imam adlandıranda bu, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər bir bəhanə və bidətlə onların bu işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, onu möminlərin yolu ilə getmədiyi üçün öldürərdilər: Allah ona layiq olduğunu verərdi”.[9]

[9] - “Nəhc əl-bəlağə”, səh.366,367.

cavab: http://velayet.wordpress.com/2012/10/14/imam-ali-a-s-hilafetin-sura-ile-olduguna-mi-inaniyordu/

#19 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 15 октября 2012 - 10:11

— Əli (Allah ondan razı olsun!) və onun övladları bu üç nəfərin Əbu Bəkrin, Ömərin və Osmanın (Allah onlarn hamısından razı olsun!) xəlifəliyini etiraf etmiş, onların buna haqları olduğuna qərar vermişlər. Əli onların vəziri və məsləhətçisi olmuşdur. Həmçinin onun və övladlarının bu böyük adamları mədh etdikləri qeyd olunmuşdur.

belə səfeh sözlərin heç bir mənası yoxdur, bax: imamlar a.s və sultalar l.a

#20 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 16 октября 2012 - 20:29

Əlidən (Allah ondan razı olsun!) nəql olunur ki, adamlar Osman (Allah ondan razı olsun!) öldürüləndən sonra Əliyə beyət gətirmək istəyəndə o demişdir: “Məndən əl çəkin, bir başqasına müraciət edin...” Sözünün sonunda isə söyləmişdir: “Məni rahat buraxsanız, mən də sizin biriniz, bəlkə də, sizin hökmdar seçdiyiniz adamı ən yaxşı eşidən və ona ən çox itaət edəniniz olaram. Mən vəzir kimi sizə hökmdardan daha çox xeyir verərəm”.[11]

--------------------------------------------------------------------------------
[11] - “Nəhc əl-bəlağə”, səh.136, Beyrut çapı.

yaxşı hər şeyi başa düşdük amma bu nəql etdiyinin mövzuya nə dəxli var ki? mövzu sizin krallarınız haqqındadır, isbat etməyə çalışırsan ki, Əhli Beyt a.s nəzərində onlar yaxşı insanlar olublar. bəs imam a.s-ın xilafəti istəyib istəməməyinin bu məsələyə nə dəxli var ki? nəs isə...

cavab: http://velayet.wordpress.com/2012/10/16/imam-ali-a-s-hilafeti-reddetti-mi/

Сообщение отредактировал Elmeddin.88: 16 октября 2012 - 20:31


#21 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 25 декабря 2012 - 14:20

Şiələrin təfsirçisi və böyüyü Əli ibn Ibrahim Qümmi Qüdrət və Cəlal sahibi Allahın “Ey Peyğəmbər, Allahın sənə halal buyurduğunu sən özün özünə haram etmə” kəlamını izah edərkən açıqaydın, heç bir anlaşılmazlıq qoymadan bildirmişdir: “Bir gün Rəsulullah səlləllahü əleyhi və alihi və səlləm Həfsəyə demişdir: “Sənə bir sirr açacağam”. Həfsə demişdir: “O nə sirdir?” O demişdir: “Məndən sonra Əbu Bəkr xəlifə olacaq, ondan sonra sənin atan (Ömər)”. Həfsə demişdir: “Bunu sənə kim xəbər verdi?” O demişdir: “Bunu mənə Allah xəbər verdi”.[10]

--------------------------------------------------------------------------------
[10] - “Təfsir əl-Qümmi”, səh.376, 2-ci cild, ət-Təhrim surəsi, Nəcəf mətbəəsinin çapı, hicri 1387.

cavab: http://az.313news.net/article/a-196.html

#22 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 25 декабря 2012 - 15:22

Qardaşlar,Allah sizlərdən razı olsun.

#23 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 25 декабря 2012 - 15:59

Ömər özü farslarla döyüşə çıxarkən onunla (Əli ilə) məsləhətləşdiyi zaman Əlinin Ömər haqqında dedikləri bundan da aydındır. O demişdir: “Bu elə bir işdir ki, onun köməyinə gəlibgəlməmək çoxluq və azlıqdan asılı deyil. Bu, Allahın qalib çıxartdığı və adamları onun uğrunda səfərbər etdiyi, hazırladığı və imdad etdiyi dinidir ki, çatdığı səviyyəyə çatıb və çıxdığı yerdə üzə çıxıb. Bizə Allah vəd verib. Allah Öz əhdini yerinə yetirən, Öz əsgərlərinə kömək edəndir. Boyunbağıda nizamlayıcının[5] əhəmiyyəti nə qədərdirsə, əmrin etibar edildiyi[6] adamın əhəmiyyəti də orduda o qədərdir. Nizamlayıcı muncuqları bir yerə yığıb düyünlər, o qırılsa, muncuqlar birbirindən ayrı düşər, səpələnər, sonra heç vaxt bir yerə toplanmaz. Ərəblər bu gün sayca az olsalar da, onlar müsəlman olmaları ilə çoxsaylı, bir olmaları ilə güclüdürlər. Sən qütb ol və dəyirman daşını ərəblərin gücü ilə fırlat; onları müharibəyə göndər, özün getmə. Çünki sən bu torpaqdan çıxsan, ölkənin hər yerində ərəblər sənin əleyhinə qalxarlar, arxada qoyub getdiyin düşmən qarşındakından qorxulu olar.

Qoy əcəmlər sənə baxıb desinlər: “Ərəblərin kökü budur, onu kəssəniz, rahat olarsınız”. Bu onların sənə qarşı hücumlarını çətinləşdirər... Onların mənim qeyd etdiyim sayca çoxluğuna gəlincə, biz keçmişdə də say çoxluğu hesabına deyil, Allahın köməyi və yardımı ilə döyüşmüşük”.[7]


--------------------------------------------------------------------------------
[7] - “Nəhc əl-bəlağə”, səh.203,204, Beyrut çapı.

cavab: http://velayet.wordpress.com/2012/12/25/imam-ali-a-s-iran-savaslarinda-omere-yardimci-oldu-mu/

#24 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 24 января 2013 - 13:56

Azeriturk, sənin zəif yox, mötəbər mənbələrindəsə,xəlifən Ömər öz dililə iqrar edir ki,Peyğmbərin (saəv) əmisi Əbbas (r a) və Əli (ə s) Əbu Bəkri və məni zalım,yalançı və xəyanətkar bilirlər.Mövzumuzla bağlı olan hissəni deyirəm.Omər deyir ki: "Əbu Bəkr sizə dediki mən Allahın Rəsulunun (saəv) vəlisiyəm onuda yalançı,xəyanətkar və zalım bildiniz.Və məndə Onların vəlisi oldum mənidə yalançı,xəyanətkar və zalım bildiniz".

Hədisləri buradan oxuyarsan.
Başlığın adı belədir.
"Hz. Əli (ə.s) və Peyğəmbər (s.ə.ə.v) əmisi Abbas (r.a) Əbubəkr və Ömərin yalançı, xəyanətkar, zalım olmaları etiqadındadırlar"

http://burhani.info/az-newss/36.html





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru