Перейти к содержимому


Фотография

Buxari nə üçün Əbu Tufeyl adlı səhabədən rəvayət etməmişdir?


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 23 февраля 2012 - 02:05

كتب إلي أبو نصر بن القشيري أنا أبو بكر البيهقي أنا أبو عبد الله الحافظ قال سمعت أبا عبد الله يعني محمد بن يعقوب الأخرم يقول

وَسُئِلَ: لِمَ تَرَكَ الْبُخَارِيُّ حَدِيثَ أَبِي الطُّفَيْلِ عَامِرِ بْنِ وَاثِلَةَ، قَالَ: لأَنَّهُ كَانَ يُفْرِطُ فِي التَّشَيُّعِ


Muhəmməd b. Yaqub əl-Əxrəm dedi ki, ondan soruşdular: Nə üçün əl-Buxari Əbu Tufeyl Amir b. Vasilənin hədislərini tərk etmişdir? O cavab verdi: Çünki o, şiəlikdə ifrata varmışdı.

İbn Əsakir, Tarix Mədinəti Diməşq, c.26, s.128

Nəşr: Dar əl-Fikr - Beyrut, 1995

təhqiq: Muhibuddin Əbi Səid Ömər b. Ğərəmə əl-Umari


Rəvayətin sənədinin araşdırılması:

1. Əbu Nəsr ibn əl-Quşeyri

əz-Zəhəbi onun barəsində deyib: Şeyx, imam, müfəssir və əllamədir. Əbdül-Ğafur özünün "Siyaqə" kitabında onu "İslamın zinəti", "imamlar imamı", "ümmətin qələmi" kimi gözəl sözlərlə vəsf etmişdir. (Siyər əlam ən-nubəla, c.19, s.424-426)

2. Əbu Bəkr əl-Beyhəqi

əz-Zəhəbi yazır: Beyhəqi imam, hafiz, əllamə, Xorasanın şeyxidir. (Təzkirət əl-Huffaz, c.3, s.1132, №1014)

3. Muhəmməd b. Abdullah b. Naim b. əl-Hakim

əz-Zəhəbi yazır: imam, hafiz, tənqidçi, əllaəmə və mühəddislərin şeyxidir. (Siyər əlam ən-nubəla, c.17, s.162)

4. Muhəmməd b. Yaqub əl-Əxrəm

əz-Zəhəbi yazır: imam, hafiz, mutqin (sağlam) və höccətdir. (Siyər əlam ən-nubəla, c.15, s.466)


Rəvayətin sənədində olan ravilər hamısı etibarlı şəxslərdir.

Çox məşhur nasibilərdən, Əhli-beyt (ə.s) düşmənlərindən rəvayətləri ilə məşhur olan əl-Buxarinin təəssübünə heyran qalmışam.

Çox maraqlı faktdır. Bəzən əl-Buxarinin şiə ravilərindən danışırlar. Ancaq burada Muhəmməd b. Yaqub kimi əhli-sünnə aləmində "höccət" və "mutqin" kimi yüksək mərtəbəli tədil terminləri ilə vəsf edilmiş bir şəxsin etirafı bizi çox təəccübləndirir. Hər şey bir qırağa, söhbət SƏHABƏDƏN gedir. Əbu Tufeyl Peyğəmbər (s) səhabəsi idi. Bu səhabənin günahı şiə olmaq və şiəliyin zirvəsinə doğru getmək olub.



P.S. Allah bizləri bu günah üzərində dünyadan aparsın və bizləri bu günahın həqiqi günahkarlarından qərar versin. AMİN!
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!




Количество пользователей, читающих эту тему: 2

0 пользователей, 2 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru