Перейти к содержимому


Фотография

Əfəndinin Şeyx Abbas Qummi haqqındaki iftirası və cavabı


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 27 марта 2012 - 09:35

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

nasibi aləmində məşhur olan 2 cahil yəni Əfəndi və Hənbəli nicki ilə yazan səfehlər bir vaxtlar bu forumda da yazışdılar, lakin Abu Sufyan ordusu qardaşımız onlara elə qulaq burması verdilər ki, onlar hələ bugündə özlərinə gələ bilmirlər. onlar hər zaman adətləri olduğu kimi açıq yerlərdə, forumlarda və s. deyil məhz bloglarda yazmağa üstnlük verirlər. səbəb isə əlbəttə ki, bəllidir, çünkü bloglarda cavab vermək seçimi yoxdur. biz isə Əfəndi adlı nasibini öz başına buraxdığımızdan bəri o özünü əjdaha zənn etməyə başlayıbdır. açdığı bloglarda əlinə keçən hər cızma qaranı ortaya qoyur və bunun elm olduğunu zənn edir. ona görə düşünürəm ki, artıq bu və bənzəri səfehlərə cavab verilməyinin vaxtı çatmışdır. inşAllah bu mövzuda başda Əfəndi olmaqla bütün nasibilərin yalanlarını ortaya qoyacağıq.


#2 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 27 марта 2012 - 10:05

1. Əfəndinin Şeyx Abbas Qummi haqqındaki iftirası və cavabı:

səfeh Əfəndi öz bloqunda Şeyx Abbas Qummi r.a yalan nisbət edərək deyir:


kazb efendi.jpg

Gördiyniz kimi bu alimin iddiasına görə əhli-sünnə alimlərin nəzərində Atiyə sadıq olub! Amma bu yalandı! Alimlərimiz deyib:

1) Zəhəbi: O məşhur zəif tabein olub.

2) Əbu Hatim: Hədisləri yazilir, zəif olub.

3) Əhməd: Hədisləri zəifdi. Və İmam deyib ki, necə ona danışıblar Ətiyə məşhur yalanci olan Muhammad əl-Kəlbidən təfsir götürüb, və ondan rəvayət edəndə deyərdi: Mənə Əbu Səid rəvayət edib. Cəmaat isə elə bilirdi ki Əbu Səid əl-Hudri idi bu!

4) Nəsai: Zəifdir. (Kaynak “Mizanul itidal” 3/79)

mən isə cavab olaraq deyirəm ki, Şeyx Abbas Qummi r.a yox, bu nasibi yalan danışır. çünkü nasibi öz məqsədinə uyğun olaraq sadəcə Atiyyə əl-Uvfini cərh etmiş alimləri qeyd etmişdir. halbuki onun güvənilir olduğunu deyənlərdə vardır, Yəhya b. Məin, ibni Şahin, ibni Sad, əl-İcli və ibni Hacər onun güvənilir olduğunu təsdiq etmiş, Tirizi, ibni xuzeymə və ibni Kəsir kimi nasibi alimləri də onun hədislərini "səhih" və "həsən" hesab etmişdirlər.

1. onun güvənilir olduğunu deyənlər:



سمعت يحيى يقول عطية العوفي هو عطية الجدلي قيل ليحيى كيف حديث عطية قال صالح
Yəhya b. Məinin belə dediyini eşitdim: "Atiyyə əl-Uvfi o Atiyyə əl-Cədəlidir." Yəhya b. Məinə "Atiyyənin hədisi necədir?" deyildi. dedi ki: "salehdir"

"Tarixi ibni Məin", 3/500, 2446-cı ravi

عطية العوفي ليس به بأس قاله يحيى
Atiyyə əl-Uvfi: Yəhya b. Məin dedi: "onda problem yoxdur"

ibni Şahin, "Tarix Əsma əs-Siqat", səhifə 247, 970-ci ravi

عطية بن سعد بن جنادة العوفي
Atiyyə b. Səid b. Cəndəh əl-Uvfi

وكان ثقة إن شاء الله
Allahın izni ilə güvənilirdir.

ibni Səd, "Təbaqat əl-Kübra", 6/304

عطية العوفي كوفي تابعي ثقة وليس بالقوي
Atiyyə əl-Uvfi Kufəlidir, tabeindəndir, siqə (güvənilir)dir və qəvi deyildir.

əl-İcli, "Marifət əs-Siqat", 2/140

عطية ابن سعد ابن جنادة بضم الجيم بعدها نون خفيفة العوفي الجدلي بفتح الجيم والمهملة الكوفي أبو الحسن صدوق يخطىء كثيرا وكان شيعيا مدلسا
Atiyyə b. Səd b. Cünadə əl-Uvfi əl-Cədəli əl-Kufi, Əbul Həsən, səduq (düz danışan)dır, çox səhv edər.

ibni Hacər, "Təqrib ət-Təhzib", 4616-cı ravi


2. onun hədislərini "səhih" və "həsən" hesab edənlər: Tirmizi öz kitabında Atiyyə -- Əbu Səid isnadı ilə rəvayət etdiyi hədis haqqında deyir:



قَالَ أَبُو عِيسَى هَذَا حَدِيثٌ حَسَنٌ غَرِيبٌ
Bu hədis həsən qəribdir.

Tirmizi, "Sünən", Mənaqib kitabı, hədis 3680


həmçinin, ibni Kəsir öz təfsirində Qəsas 81-82-ci ayələrin təfsirində Əhməd b. Hənbəlin Atiyyə -- Əbu Səid isnadı ilə nəql etdiyi hədisə yer verdikdən sonra hədis haqqında deyir:



تفرد به أحمد ، وإسناده حسن
hədisi sadəəc Əhməd rəvayət etmişdir, isnadı həsəndir.

ibni Kəsir, "Təfsir əl-Quranil Əzim", 6/256, Qasas surəsi 81-82-ci ayələrin təfsiri




videoda Seyyid Kamal Heydəri nasibi alimi Şueyb əl-Arnautun Atiyyə haqqındaki etirazına cavab verir. Atiyyənin haqqında rical kitablarından ətraflı məlumat verir.

#3 Fajr

Fajr

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 27 марта 2012 - 11:12

Salam aleykum.
Mən fikir vermişəm ki, vəhhabilərin köhnə vala qayıtmaqdan başqa yolları yoxdur. Misal üçün, nasibi İbn Teymiyyənin bir yalanına cavab verirsən, vəhhabi gedib İbn Teymiyyənin dəlilini Osman əl-Xəmisdən gətirir. Hamısı da eyni "cavablar". Müəlliflər fərqli, "cavablar" eyni. Bugün vaxt edib ərəb dilli saytlara girmişəm, demək olar ki, heç bir yeni dəlil filan görmədim. O gədər bəsitləşiblər ki, lap belə söz tapa bilmirəm... Çox bədbəxtdirlər, həqiqətən... Bizim alimlər təfsir, fəlsəfə, kəlam, irfan və s. ağır sahələrdə nələr yazılar, nələr araşdırırlar. Biz kamilliyə ucaldıqca, bunlar lap zəlilləşirlər... Əhli-beytə (ə) əvvəl bu gədər dil uzatmırdılar, indi çəkinmədən əməlli-başlı küfr edirlər...

Elməddin, bunları bu günə qoyan pula işləyən əd-Diməşqiyə, əl-Xəmis, əl-Vəssabi və s. kimi "alimcığaz" yalançılardır... "Efendi"yə gəldikdə isə, onun özünün də xəbəri yoxdur nə iş görür. Düşünür ki, bununla savab əldə edir. Yanı təfəkkür tərzi budur. Burda yalanın ifşa edirsən, gedir sabah yenə eyni şeyi yazır... Bilə-bilə mənfiyə gedir...Zəlalət elə budur da...

Satılan munafiqlərə Allahdan tezliklə cəza, pərakəndə qalan fərdi şəxslərə isə Allahdan hidayət istəyirəm! Amin!

Maalim.Net - Особенности школы Ахл аль-Бейт (а) и ответы на критику

Передал Хаким в "Мустадрак" (10/382):

... فأقبل رسول الله (ص) والغضب يُعرف في وجهه فقال: "ما تريدون من علي، إنَّ علياً مني وأنا منه وهو وليُّ كلِّ مؤمن بعدي". هذا حديث صحيح على شرط مسلم

Посланник Аллаха (с) сказал: «Что вы хотите от Али (а)? Али (а) от меня и я (с) от него. И он повелитель всех мусульман после меня!»

Хаким ан-Нишабури: "Хадис достоверен по условиям Муслим" и согласился с ним аз-Захаби.
ал-Албани: "Достоверен". ("ас-Силсила ас-сахиха", ал-Албани, 5/222)
Ибн Хиббан: "Достоверен". ("Сахих", Ибн Хиббан, 28/400)


#4 AbdulQadir Abu Musa

AbdulQadir Abu Musa

    Jundi – Soldier

  • Ibtidai
  • 5 сообщений

Отправлено 09 апреля 2012 - 11:47

بسم الله الرحمن الرحيم


Atiyyə əl-Uvfi tabiinin orta tabakasındandır. h.111-ci ildə vəfat etmişdir. İbn Həcər et-Təqribin: Saduk (dürüst), çox səhv edər, şiə idi, tedlis edər "demişdir.

* Xəbərdarlıq: tabiin və tebeu't-tabiin dönəmindəkilərdən Əli radıyallahu anhı Osman radıyallahu anh ilə bərabər və ya ondan üstün görənlər şiəliklə anılmışlardı.

Zəhəbi, el-Kaşif'te; "Zəif görülmüşdür" demişdir.

Xülasə:Atiyyə əl-Uvfi, əgər Tahdis sigalarından biri olan ahberana, haddesena, enbeena kimi ifadələri istifadə etsə, tedlis vəziyyəti ortadan qalxar. Bu vəziyyətdə əgər digər ravileri də sika dirlərsə, belə bir rəvayət həsən dərəcəsində olar. çünki Atiye saduktur. Ancaq tedlis sigasıyla "an, ənnə" kimi sözlərlə rəvayət etsə hədisi zəifdir. xüsusilə Əbu Səiddən deyərək rəvayət etsə etibar edilməz. çünki Atiye həm Əbu Səid əl-Hudridən həm də Əbu Səid əl-Kelbinin rəvayətdə etmişdir. əl-Hudri səhabə, əl-Kəlbi isə yalançı biri idi. Atiye bəzən rəvayətin qüsurunu gizləmək üçün "Əbu Səiddən" deyərək nəql edər, sanki səhabə olan Əbu Səiddən rəvayət edirmiş kimi başa düşülməsinə səbəb olardı.

Сообщение отредактировал AbdulQadir Abu Musa: 09 апреля 2012 - 11:55





Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru