2. nasibilərin ulu imamı ibni Teymiyyə əl-Hərraninin yalanı: hamıya məlum məsələdir ki, ibni Teymiyyə nasibi və yalançıdır. ancaq onun bugünkü davamçıları ondan daha dəhşətdirlər. çünkü bunlar nasibi və yalançı olmaqla birlikdə eyni zamanda səfehdirlər. bu səfehlərdən biri Əbu Əli Əfəndi öz oyunlar dünyasında ustadı ibni Teymiyyədən belə nəql edir:
cavab olaraq deyirəm ki, bu yalan nasibilər arasında çox məşhurdur lakin bunun heç bir dəlili yoxdur. Əşəri və Bağdadi kimi məzhəblər tarixi haqqında kitab yazan nasibilər bu yalandan çox istifadə etmiş ancaq heç bir isnad göstərə bilməmişdirlər. adama deyərlər ki "ay Bağdadi sən kimə gəlirsən? sən dünyaya gəlmisən hicri 392-ci ildə, Hz. Zeyd a.s üsyanı isə olub hicri 122-ci ildə. arada 270 il fərq var, bəs sən 270 il öncədən necə xəbər verirsən?"Rafizi kəliməsi nə zaman onlara tətbiq olunmuşdur
Zeydin dövründəki qiyam tarixindən başlayaraq, şiələr Rafizilər və Zeydilərə bölündülər. Zeyddən Əbu Bəkr və Ömər haqqında soruşduqda o, onların hər ikisi üçün rəhmət oxuduqda (Allah onlara rəhmət etsin dedikdə), insanlar onu inkar, rədd etdilər, qəbul etmədilər (ərəbcə-rafadahu) və o (Zeyd) onlara dedi: “Siz məni rədd etdiniz, qəbul etmədiniz” (ərəbcə-rafadtumuunii). Beləcə (bundan sonra) onları, Zeydi rədd etdiklərinə görə “ər-Rafida” adlandırdılar. Şiələr arasında Zeydi rədd etməyənləri ona nisbət edərək “Zeydiyyə” adlandırdılar.
Minhəc əs-Sünnə ən-Nəbəviyyə, 1/35
bunun yalan olduğunu isbat üçün dediyimiz qədəri kifayətdir ancaq biz bu səfehlərə elə ibni Teymiyyənin "Minhac əs-Sünnə" adlı kitabından cavab verəcəyik. ibni Teymiyyə bu kitabında deyir:
قال لي الشعبي أحذركم هذه الأهواء المضلة وشرها الرافضة
əş-Şəabi demişdir: "mən yaradılmışların ən şərliləri olaraq Rafiziləri görürəm"
ibni Teymiyyə, "Minhac əs-Sünnə", 1/8
bu qədəri yalanın isbatı üçün kifayətdir. çünkü bu nasibilərin iddiasına görə Şiələri "Rafizi" adlandıran Hz. Zeyddir a.s və o Kufədə üsyan edən zaman Şiələr onu tərk etdikləri üçün onları belə adlandırıb. ancaq Hz. Zeyd a.s hicri 122-ci ildə qiyam edib əş-Şəabi l.a isə hicri 103-cü ildə ölüb. əgər Şiələri ilk dəfə "Rafizi" adlandıran Hz. Zeyd a.s-dırsa əş-Şəabi bu sözü haradan bilirdi?