Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!
Bu mövzuda biz sizə inşaAllah bir qism sünnilərin və bütün vahabilərin Qurandan sonra içindəki hər hədisin doğru olduğuna inandıqları iki hədis kitabından biri və birincisi olan "Səhihi Buxari"-dən şifrəli bir hədis təqdim edirəm.
Buxarinin özünün "səhih"-inin "Quranın təfsiri kitabı"-nın "Qul əuzu bi rabbinnəs surəsi" babında 4693-cü hədisdə yazır :
4693 حَدَّثَنَا عَلِيُّ بْنُ عَبْدِ اللَّهِ حَدَّثَنَا سُفْيَانُ حَدَّثَنَا عَبْدَةُ بْنُ أَبِي لُبَابَةَ عَنْ زِرِّ بْنِ حُبَيْشٍ ح وَحَدَّثَنَا عَاصِمٌ عَنْ زِرٍّ قَالَ سَأَلْتُ أُبَيَّ بْنَ كَعْبٍ قُلْتُ يَا أَبَا الْمُنْذِرِ إِنَّ أَخَاكَ ابْنَ مَسْعُودٍ يَقُولُ كَذَا وَكَذَا فَقَالَ أُبَيٌّ سَأَلْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ لِي قِيلَ لِي فَقُلْتُ قَالَ فَنَحْنُ نَقُولُ كَمَا قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ
Hədisin mətninin tərcüməsi belədir :
"... Zirr dedi : "Ubeyy bin Kəbdən soruşdum, dedim ki :
Ey Əba Munzir , qardaşun belə-belə deyir. Ubey dedi ki , " peyğəmbərdən (s.a.s) soruşdum, dedi ki, " mənə deyildi, ( mən də ) dedim". Dedi : "biz də peyğəmbərin (s.a.s) dediyi kimi deyirik."
Buyurub özünüz də oxuya bilərsiz!
Bu da Qurandan sonra içindəki hər hədisin doğru olduğu iddia edilən kitabda yazılan hədis!
Özü də Buxari də , əhli-sünnə də, vahabilər də Hədisi səhih bilir!
Buxarinin yazdığından Bir şey başa düşdüz ?
Təbii ki, başqa kitablarda bu barədə yazılan hədisləri oxuyarkən söhbətin nədən getdiyini anlamaq mümkündür. Biz sizə sadəcə Buxarinin tilsimli bir hədisini
Bu videoda isə Ayətullah Seyyid Kamal Heydəri (Allah onu hifz eləsün!) haqqında danışdığımız hədisi tamaşaçılara göstərir.
ALlah ondan razı olsun!
Amin!
http://www.youtube.com/watch?v=FNqYxO9o07c&feature=player_embedded
P.S
Hələ Buxarinin tilsimli hədisinin tilsimini qırıb söhbətin nədən getdiyini bilsəz ...

Сообщение отредактировал 3_Rengli_HeyaT: 30 марта 2012 - 22:32