Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd
indiyə yazdığım cavabları Əfəndinin saytında şərhlər bölməsində yerləşdrdi ancaq nə isə cavablarım yayınlanmadı. elə düşünürəm ki, Əfəndi ulu lideri Əmr b. As kimi həyəcan keçirdiyi üçün belə etmişdir. ümid edirəm bu həyəcana son qoyacaq və özünü ələ alaraq bundan sonraki cavabları öz bloqunda yerləşdirəcəkdir.
bilindiyi kimi nasibilərin xüsusi izdirab çəkdikləri mövzulardan biri onların məbudu və tövhid əqidəsi mövzusudur. nasibilər Allah c.c-ın əlləri, ayaqları, üzü, baldırı, məkanı olduğunu, Onun gecələr yerə enib gündüzlər göyə çıxdığını, üzü tüksüz, qıvrım saçlı, başında qızıl tac, belində qızıl kəmər, ayaqlarında şəp-şəpi olan, yuxulara girən, kölgəsi olan, qaçıp tullanan bir cism olduğuna iman etdiləri üçün hər zaman çalışırlar ki, bu birabırçılığı ört basdır etsinlər. bu məqsədlər Əfəndi öz bloqunda Şiə kitablarından bir neçə dəlil gətiribdir. biz bu mövzuda onları bir-bir cavablayacağıq.
1. Allah c.c-ın nüzulu haqqında Muhəmməd b. İsa rəvayəti: Əfəndi öz bloqunda bunu "əl-Kafi"dən nəql edərək deyir:
cavab: bu hədisi Kuleyni r.a 2 sənəd ilə nəql etmişdir və hər iki sənəd zəifdir. hədisin ilk sənədi:Allah dünya səmasına enir – Şiə səhih hədisi.
Muhadisləri Muhammad Kulayni:...Muhəmməd b. İsa dedi: "Əbul-Həsən Əli bin Muhəmmədə (əs) yazdım ki: "Ey seyyidim! (burada) bizə rəvayət edirlər ki, bəs, Allah bir yerdə olmaq və başqa bir yerdə olmamaqla ərşin üzərinə, istiva etmişdir və O (Allah), hər gecənin axırıncı yarısında dünya səmasına nazil olur. Rəvayət edilir ki, O (Allah) ərəfə gününün gecəsi (səmadan) nazil olur və sonra da, öz yerinə qayıdır. Bunda, bəzi (elmə) malik olanlar deyirlər ki: "Əgər, O (Allah), bir yerdə olub, başqa bir yerdə olmadığı zaman, artıq, havaya qarışır. Hava yüngül cismdir və Onun (Allahın havaya) qarışması, Onun qədəri ilə hər şeyin ona qarışmasıdır. Bu misala görə, onlar Cəlil və səna sahibi olan Allah necə qarışır?". Buna cavab olaraq, Əbul-Həsən Əli bin Muhəmməd (əs) dedi: "Bunun elmi, Onun (Allahın) nəzdindədir. O, bunun qədərini təyin etmiş və O, nə qədər də qədəri gözəl təyin edəndir. Bil ki, O (Allah), dünya səmasında olduğu zaman, O (Allah) ərşin üzərində olduğu kimidir. Hər şey Onun üçün, -- həm elm olaraq, həm qüdrət olaraq, həm mülk olaraq və həm də, əhatə etmək olaraq bərabərdir"
Necə görürsiz İmam demeyib Allah dunya səmasına enmir! Bu hədisə Kuleyni iki sənəd qeyd edib, ikincisi barəsində Məclisi Miratul Uqul kitabında (2/66) deyib ki zahirən səhihdi.
علي بن محمد، عن سهل بن زياد، عن محمد بن عيسى قال
Əli b. Muhəmməd Səhl b. Ziyaddan, o da Muhəmməd b. İsadan belə nəql etdi:
bu sənəddə Səhl b. Ziyad zəifdir, Seyyid xoi r.a onun tərcüməsində deyir:
5639 سهل بن زياد
5639-cu ravi: Səhl b. Ziyad:
قال النجاشي : سهل بن زياد أبو سعيد الآدمي الرازي كان ضعيفا في الحديث
Nəcaşi r.a dedi: Səhl b. Ziyad Əbu Səid əl-Adəmi ər-Razi, hədisdə zəifdir.
و قال الشيخ سهل بن زياد الآدمي الرازي يكنى أبا سعيد ، ضعيف
və Şeyx (Tusi r.a) belə dedi: Səhl b. Ziyad əl-Adəmi ər-Razi, künyəsi Əbu Səid, zəifdir.
و قال الكشي في ترجمة صالح بن أبي حماد الرازي ( 543 ) قال علي بن محمد القتيبي : كان أبو محمد الفضل ( بن شاذان ) يرتضيه و يمدحه و لا يرتضى أبا سعيد الآدمي و يقول : هو الاحمق
və Kəşşi r.a Saleh b. Həmmad ər-Razi’nin tərcüməsində dedi: Əbu Muhəmməd Fəzl b. Şazan Əbu Səid əl-Adəmi (yəni haqqında danışdığımız ravi) haqqında dedi: o bir axmaqdır.
و قال ابن الغضائري سهل بن زياد أبو سعيد الآدمي الرازي : كان ضعيفا جدا فاسد الرواية و المذهب
və ibni Ğədairi r.a dedi: Səhl b. Ziyad Əbu Səid əl-Adəmi ər-Razi: çox zəifdir, məzhəbi və rəvayətləri fasiddir.
Seyyid Əbul Qasim əl-xoi r.a, "Mucəm ricalil hədis", 5639-cu ravi
hədisin ikinci sənədi isə belədir:
وعنه، عن محمد بن جعفر الكوفي، عن محمد بن عيسى مثله
Əli b. Muhəmməd Muhəmməd b. Cəfər əl-Kufidən, o da Muhəmməd b. İsadan belə nəql etdi:
bu sənəddəki ikinci ravi yəni Muhəmməd b. Cəfər əl-Kufi məçhuldur, bax: Seyyid xoi r.a, "Mucəm ricalil hədis", 10388-ci ravi
Şeyx Behbudi r.a da bu hədisi zəif bilərək "Səhih əl-Kafi" kitabına daxil etməmişdir.