Перейти к содержимому


Фотография

"Şiə kitablarında Allahın nüzulu" şübhəsi və cavabı


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 2

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 31 марта 2012 - 12:25

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

indiyə yazdığım cavabları Əfəndinin saytında şərhlər bölməsində yerləşdrdi ancaq nə isə cavablarım yayınlanmadı. elə düşünürəm ki, Əfəndi ulu lideri Əmr b. As kimi həyəcan keçirdiyi üçün belə etmişdir. ümid edirəm bu həyəcana son qoyacaq və özünü ələ alaraq bundan sonraki cavabları öz bloqunda yerləşdirəcəkdir.

bilindiyi kimi nasibilərin xüsusi izdirab çəkdikləri mövzulardan biri onların məbudu və tövhid əqidəsi mövzusudur. nasibilər Allah c.c-ın əlləri, ayaqları, üzü, baldırı, məkanı olduğunu, Onun gecələr yerə enib gündüzlər göyə çıxdığını, üzü tüksüz, qıvrım saçlı, başında qızıl tac, belində qızıl kəmər, ayaqlarında şəp-şəpi olan, yuxulara girən, kölgəsi olan, qaçıp tullanan bir cism olduğuna iman etdiləri üçün hər zaman çalışırlar ki, bu birabırçılığı ört basdır etsinlər. bu məqsədlər Əfəndi öz bloqunda Şiə kitablarından bir neçə dəlil gətiribdir. biz bu mövzuda onları bir-bir cavablayacağıq.

1. Allah c.c-ın nüzulu haqqında Muhəmməd b. İsa rəvayəti: Əfəndi öz bloqunda bunu "əl-Kafi"dən nəql edərək deyir:


subha nuzul.jpg

Allah dünya səmasına enir – Şiə səhih hədisi.

Muhadisləri Muhammad Kulayni:


...Muhəmməd b. İsa dedi: "Əbul-Həsən Əli bin Muhəmmədə (əs) yazdım ki: "Ey seyyidim! (burada) bizə rəvayət edirlər ki, bəs, Allah bir yerdə olmaq və başqa bir yerdə olmamaqla ərşin üzərinə, istiva etmişdir və O (Allah), hər gecənin axırıncı yarısında dünya səmasına nazil olur. Rəvayət edilir ki, O (Allah) ərəfə gününün gecəsi (səmadan) nazil olur və sonra da, öz yerinə qayıdır. Bunda, bəzi (elmə) malik olanlar deyirlər ki: "Əgər, O (Allah), bir yerdə olub, başqa bir yerdə olmadığı zaman, artıq, havaya qarışır. Hava yüngül cismdir və Onun (Allahın havaya) qarışması, Onun qədəri ilə hər şeyin ona qarışmasıdır. Bu misala görə, onlar Cəlil və səna sahibi olan Allah necə qarışır?". Buna cavab olaraq, Əbul-Həsən Əli bin Muhəmməd (əs) dedi: "Bunun elmi, Onun (Allahın) nəzdindədir. O, bunun qədərini təyin etmiş və O, nə qədər də qədəri gözəl təyin edəndir. Bil ki, O (Allah), dünya səmasında olduğu zaman, O (Allah) ərşin üzərində olduğu kimidir. Hər şey Onun üçün, -- həm elm olaraq, həm qüdrət olaraq, həm mülk olaraq və həm də, əhatə etmək olaraq bərabərdir"


Necə görürsiz İmam demeyib Allah dunya səmasına enmir! Bu hədisə Kuleyni iki sənəd qeyd edib, ikincisi barəsində Məclisi Miratul Uqul kitabında (2/66) deyib ki zahirən səhihdi.

cavab: bu hədisi Kuleyni r.a 2 sənəd ilə nəql etmişdir və hər iki sənəd zəifdir. hədisin ilk sənədi:



علي بن محمد، عن سهل بن زياد، عن محمد بن عيسى قال
Əli b. Muhəmməd Səhl b. Ziyaddan, o da Muhəmməd b. İsadan belə nəql etdi:


bu sənəddə Səhl b. Ziyad zəifdir, Seyyid xoi r.a onun tərcüməsində deyir:



5639 سهل بن زياد
5639-cu ravi: Səhl b. Ziyad:

قال النجاشي : سهل بن زياد أبو سعيد الآدمي الرازي كان ضعيفا في الحديث
Nəcaşi r.a dedi: Səhl b. Ziyad Əbu Səid əl-Adəmi ər-Razi, hədisdə zəifdir.

و قال الشيخ سهل بن زياد الآدمي الرازي يكنى أبا سعيد ، ضعيف
və Şeyx (Tusi r.a) belə dedi: Səhl b. Ziyad əl-Adəmi ər-Razi, künyəsi Əbu Səid, zəifdir.

و قال الكشي في ترجمة صالح بن أبي حماد الرازي ( 543 ) قال علي بن محمد القتيبي : كان أبو محمد الفضل ( بن شاذان ) يرتضيه و يمدحه و لا يرتضى أبا سعيد الآدمي و يقول : هو الاحمق
və Kəşşi r.a Saleh b. Həmmad ər-Razi’nin tərcüməsində dedi: Əbu Muhəmməd Fəzl b. Şazan Əbu Səid əl-Adəmi (yəni haqqında danışdığımız ravi) haqqında dedi: o bir axmaqdır.

و قال ابن الغضائري سهل بن زياد أبو سعيد الآدمي الرازي : كان ضعيفا جدا فاسد الرواية و المذهب
və ibni Ğədairi r.a dedi: Səhl b. Ziyad Əbu Səid əl-Adəmi ər-Razi: çox zəifdir, məzhəbi və rəvayətləri fasiddir.

Seyyid Əbul Qasim əl-xoi r.a, "Mucəm ricalil hədis", 5639-cu ravi


hədisin ikinci sənədi isə belədir:



وعنه، عن محمد بن جعفر الكوفي، عن محمد بن عيسى مثله
Əli b. Muhəmməd Muhəmməd b. Cəfər əl-Kufidən, o da Muhəmməd b. İsadan belə nəql etdi:


bu sənəddəki ikinci ravi yəni Muhəmməd b. Cəfər əl-Kufi məçhuldur, bax: Seyyid xoi r.a, "Mucəm ricalil hədis", 10388-ci ravi

Şeyx Behbudi r.a da bu hədisi zəif bilərək "Səhih əl-Kafi" kitabına daxil etməmişdir.


#2 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 08 апреля 2012 - 10:54

2. Allah c.c-ın nüzulu haqqında ibni Əbu Yəfur rəvayəti: Əfəndi öz bloqunda deyir:

nuzul.JPG

Allah görsəndi və əlini Hüseynin başına qoydu.

Kitabin adı “Kəmil az-Ziyarat”-dı.
Yazib: Şia şeyhi ibn Qavlaveyh.

“Günlərin bir günü, hz Fatimə (ə) evində, Allahın Rəsulü (s), İmam Huseyni (ə) öz əlinə götürdü. Birdən, ağlayıb, səcdə etdi. Bir az vaxt kecdikdə, o dedi: “Ey Fatimə! Ey Məhəmmədin qızi! UCALARIN UCASI BU SAATDA, BU EVDƏ, ÖZÜNÜ ƏN YAXŞI ŞƏKİLƏ, VƏ ƏN YAXŞİ YOL İLƏ, MƏNƏ GÖSTƏRDİ. Və dedi: Ey Məhəmməd! Sən Huseyni sevirsənmi?” Mən dedim: ” O mənim gözümün işıqıdı. Mənim xoş iyili bitkimdi, mənim ruhumun meyvəsidi, və iki gözümün arasında olan dəri parcasıdı”.

SONRA O (ALLAH) ÖZ ƏLİNİ İMAM HUSEYİNİN MÜBARƏK BAŞİNA QOYDU, VƏ DEDİ: Ey Məhəmməd! Bu yeni doğulmuş uşaq, onun üzərinə Mənim bərəkətim, salavatım, rəhmətim, raziliğim olsun, Mubarəkdi. Mənim gəzəbim, lənətim, əzabım, alcaldmağım, və ayıbım, onun qatili üzərinə olsun, və ona nifrət edənin üzərinə, və ona garşi gedənin üzərinə olsun. Bil ki, o şəhidlərin birincilərin və axirincilarin ağasıdı, bu dünyada və axirətdə, və cənnətdə cəvanlarin ağasidi”.

cavab: Əfəndi ibni Əbu Yəfurdan nəql edilən bu hədisi 2 dəfə dəlil gətirmişdir, birinci dəfə "Kamil əz-Ziyarət" kitabından, ikinci dəfə isə "Şəhidlik günəşi" adlı kitabdan hansı ki, bu kitab elə "Kamil əz-Ziyarət" kitabından nəql etmişdir. yəni hədisin əsli "Kamil əz-Ziyarət" kitabındadır. hədisin əsli və tərcüməsi:



حدثني أبي رحمه الله، عن سعد بن عبد الله، عن محمد بن عيسى بن عبيد اليقطيني، عن محمد بن سنان، عن أبي سعيد القماط، عن ابن أبي يعفور، عن أبي عبد الله (عليه السلام)، قال: بينما رسول الله (صلى الله عليه وآله) في منزل فاطمة (عليها السلام) والحسين في حجره إذ بكى وخر ساجدا ثم قال: يا فاطمة يا بنت محمد ان العلي الاعلى (١) تراءى لي في بيتك هذا في ساعتي هذه في أحسن صورة وأهيا هيئة، وقال لي: يا محمد أتحب الحسين (عليه السلام)، فقلت: نعم قرة عيني وريحانتي وثمرة فؤادي وجلدة ما بين عيني، فقال لي: يا محمد - ووضع يده على رأس الحسين (عليه السلام) - بورك من مولود عليه بركاتي وصلواتي ورحمتي ورضواني، ولعنتي وسخطي وعذابي وخزيي ونكالي على من قتله وناصبه وناواه ونازعه، اما انه سيد الشهداء من الأولين والآخرين في الدنيا والآخرة
...ibni Əbu Yəfur Əbu Abdullah (imam Sadiq a.s)-dan belə nəql etdi: bir dəfə Rəsulullah s.a.a Fatimə s.a-ın evində Hüseyini qucağına almışdı. gözlənilmədən ağladı və səcdə etdi, sonra dedi: "ey Fatimə, ey Məhəmmədin qızı! Ucalar ucası bu evdə, bu saatda mənə ən gözəl şəkildə görsəndi və dedi: "ey Məhəmməd! Hüseyini sevirsənmi?" dedim ki: "ey Rəbbim! o mənim gözümün nuru, reyhanım, qəlbimin meyvəsi və iki gözümün arasında olan dərimdir" (Ucalar ucası) dedi: "ey Məhəmməd! üzərinə bərəkət və salamlarım, rəhmət və razılığım olan yeni doğulan bu körpə mübarək olsun. Agah ol ki, mənim qəzəbim, lənət və əzabım, xar və rüsvay etməyim onu öldürən, ona qarşı kin bəsləyən, onunla mübarizəyə qalxan şəxsə olacaq o dünya və arixətdə ilk və son şədihlərin sərvəri, yaradılmışlar içərisində cənnət cavanlarının ağasıdır."

"Kamil əz-Ziyarət", səhifə 141-142, hədis 1


bu hədis səhih deyildir, çünkü sənədində qızrmızı ilə işarələdiyim ravi Muhəmməd b. Sinan vardır. Seyyid Xoi r.a onun tərcüməsində deyir:



قال النجاشي في ترجمة مياح المدائني: "... ضعيف جدا، له كتاب يعرف برسالة مياح، وطريقها أضعف منها، وهو محمد بن سنان
Nəcaşi r.a Meyyah əl-Mədaininin tərcüməsində demişdir: "çox zəifdir, kitabları ondan irasl ilə nəql edilmişdir və təriq Muhəmməd b. Sinan səbəbindən zəifdir."

وقال الشيخ (620): محمد بن سنان: له كتاب، وقد طعن عليه وضعف
Şeyx (Tusi r.a) dedi: "Muhəmməd b. Sinan tən edilmişdir, zəifdir"

وعده في رجاله (تارة) من أصحاب الكاظم عليه السلام (39)، قائلا: " محمد بن سنان، كوفي "، (وأخرى) من أصحاب الرضا عليه السلام (7)، قائلا: " محمد بن سنان، ضعيف
Şeyx Tusi r.a "Rical" kitabında Kazım və Rıza a.s-ın əshabı içərisində zikr edərək demişdir: "Muhəmməd b. Sinan əl-Kufi, zəifdir."

وقال ابن الغضائرى: محمد بن سنان أبو جعفر الهمدانى: مولاهم، هذا أصحّ ماينسب إليه، ضعيف غال، يضع، لايلتفت إلي
və ibni Ğədairi r.a dedi: "Muhəmməd b. Sinan, Əbu Cəfər əl-Həmədani, zəif və ğulatdır, (hədis) uydurar, ona etimad edilməz"

Seyyid Xoi r.a, "Mucəm ricalil hədis", 10938-ci ravi


həmçinin Əhməd b. Muhəmməd b. İsa onun yalançı olduğuna şəhadət etmiş, Fəzl b. Şazan r.a isə "onun hədislərini almaq halal deyildir" demişdir.


#3 Ebul Hesen

Ebul Hesen

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 288 сообщений

Отправлено 02 мая 2012 - 23:28

Elməddin qardaş, Allah səni həm bu dünyada həm də axirətdə gözəl şəkildə mükafatlandırsın. İnşaallah.
Ey Muaviye... Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix... Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru