Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd
nasibi öz bloqunda "əl-Kafi"dən bir hədisi nəql edərək deyir:
şəkildən kitabın skanı görünmədiyi üçün mən "əl-Kafi"dən hədisin orjinalını yazıram:
عدة من أصحابنا، عن أحمد بن محمد بن خالد، عن أبيه، عن عبدالله بن بحر، عن أبي أيوب الخزاز، عن محمد بن مسلم قال: سألت أبا جعفر (عليه السلام) عما يروون أن الله خلق آدم على صورته، فقال هي: صورة، محدثة، مخلوقة واصطفاها الله واختارها على سائر الصور المختلفة، فأضافها إلى نفسه، كما أضاف الكعبة إلى نفسه، والروح إلى نفسه، فقال: " بيتي "، " ونفخت فيه من روحي "
...Muhəmməd b. Müslüm dedi: Əbu Cəfər (imam Baqir a.s)-dan "Allah Adəmi öz surətində yaratdı" hədisi haqqında soruşdum. dedi: "bu sonradan yaradılmış bur surətdir. Allah Kəbəni və Ruhu özünə nisbət edib "Evim" (Bəqərə 125) və "ona öz ruhumdan üfürdüyüm zaman" (Hicr 29) deməsi kimi fərqli surətlər içərisindən onu seçdi və özünə nisbət etdi"
"əl-Kafi", 1/134, hədis 4
cavab: bu hədis səhih deyildir, hədisin sənədində qırmızı ilə işarələdiyim ravi Abdullah b. Bəhr məçhuldur, bax: Seyyid xoi r.a, "Mucəm ricalil hədis", 6728-ci ravi
II Məclisi r.a "əl-Kafi" şərhində hədis haqqında deyir:
الحديث الربع ضعيف
dördüncü hədis: zəifdir
II Məclisi r.a, "Miratul Uqul", 2/84