Şiə Həqiqətləri- 1
Şiənin böyük alimi Şəhristani demişdir:
- Əhli-beyt imamlarının şiələri çox vaxt özlərinə aid olan adət, etiqad, fətva, kitab və s. bu kimi şeyləri gizlətmək məcburiyyətində qalmışdırlar. [1]
Əhli Sünnə də ‘Alləmə’ Şəhristaninin bu sözləri ilə razılaşmışdır. Yaxşı bəs, buna, yəni bu kimi şeyləri gizlətməyə şiələri nə vadar etmişdir?
Cavab olaraq deyim ki, əvvəla bu şiə alimlərinin bir üsuludur, bununla da elmsiz müsəlmanları aldatmaq və onları haqq yoldan döndərmək ilə məşğuldurlar.
İkinci tərəfdən, bu dəlilləri gizlətməyin əsas səbəblərindən biri də, onların Quran və Sünnəyə zidd olması və hər bir ağlı olan müsəlmanın onları qəbul etməyəcəyi həqiqəti ilə bağlıdır.
Şiələrə görə təqiyyə- həqiqətin əksini göstərməkdir. Bununla da, hər bir şiə hər hansı bir müsəlmanı aldatmağı halal sayır. Təqiyyə üzərində inşa edilmiş Şiə məzhəbinin hər bir mənsubu, qəlbində təsdiq etdiyini zahirdə inkar etdiyi kimi, qəlbində inkar etdiyini də, zahirdə təsdiq edir. Bununla da şiələrin müsəlmanları təkfir etdiklərini, Quranın təhrif olunduğunu, səhabələri söydüklərini və s. əqidəvi fikirlərini gizlətdiklərinin şahidi oluruq.
İmam əl-Xatib (rahiməhullah) buyurur:
- Şiələrlə bizim aramızda səmimi və doğru münasibətin əmələ gəlməsinə maneə törədən ilk amil- Təqiyyədir. Təqiyyə- qəlblərində gizlətdiklərinin əksini zahirdə göstərməyi halal sayan şər’i bir etiqaddır. Bizdən təmiz qəlbli olanlar onların bu görünüşünə aldanırlar. Halbuki, onların belə bir istək və niyyətləri yoxdur. [2]
Şiələrin ən böyük muhəddisi sayılan Şeyx Saduq ləqəbli Muhəmməd ibn Əli ibnul Huseyn deyir:
- Təqiyyə barədə etiqadımız budur: Təqiyyə vacibdir. Təqiyyəni tərk edən namazı tərk edən misalındadır...
Təqiyyə vacibdir! Mehdi çıxana qədər təqiyyəni tərk etmək caiz deyildir. Onun çıxmasından əvvəl, təqiyyəni tərk edən- Allahın dinindən və İMAMLARIN DİNİNDƏN çıxmış, Allaha, Rəsuluna və imamlara müxalif olmuşdur. [3]
Həmçinin böyük şiə alimi Muhəmməd ibnul Həsən ibnul Hurr əl-A’mili öz kitabında ‘Təqiyyəyə diqqət göstərib önəm vermək və qardaşların haqlarını ödəmək’ adlı bab, həmçinin ‘Cahilə qarşı təqiyyə etmənin vacibliyi’ adlı bab açmışdır. [4] Hurr əl-A’mili kitabın sonrakı səhifəsində bir başqa baba bu cür ad vermişdir: ‘Təqiyyə ilə rəhbərə itaətin vacibliyi’. [5]
Həmçinin böyük şiə alimi və Ayətullah adlandırılan Huseyn əl-Burucərdi öz kitabında təqiyyənin əhəmiyyətini zikr etmişdir. [6]
Təqiyyənin vacibliyini söyləyən təkcə bu iki şiə alim deyildir. Digər mötəbər şiə alimi sayılan əl-Kuleyni kitabında ‘Təqiyyə’ babı açmış və həmin babda demişdir:
İbn Xalləd deyir:
- Əbu Huseyndən rəhbərlərə qarşı qiyam etmək haqqında soruşdum. O cavabında dedi: "Əbu Cəfər demişdir:
- Təqiyyə mənim və atalarımın dinindəndir. Təqiyyəsi olmayanın imanı da yoxdur!” [7]
Həmçinin Kuleyni yazır:
- Əbu Abdullah demişdir: "Ey Əbu Ömər! Dinin onda doqquzu təqiyyədir. Təqiyyəsi olmayanın dini də yoxdur!” [8]
Şiə alimi Muhəmməd Rza əl-Muzəffər deyir:
- Sadiq A’lul Beytdən səhih bir əsərdə belə rəvayət edilmişdir: "Təqiyyə mənim və atalarımın dinidir. Təqiyyəsi olmayanın imanı da yoxdur!” [9]
Kuleyni kitabında yazır:
- Cəfər əs-Sadiq demişdir: "Atamın bu cür dediyini eşitdim:
- Vallahi, Yer üzərində mənə təqiyyədən daha sevimli heç bir şey yoxdur. Təqiyyəsi olanı Allah ucaldar. Təqiyyəsi olmayanı da Allah zəlil edər.” [10]
Sonrakı səhifələrdə Kuleyni bu rəvayəti gətirir:
- Əbu Abdullah demişdir: "Təqiyyə, Allahın- Özü ilə yaratdıqları arasındakı qalxanıdır!” [11]
- Əbu Abdullah demişdir: "Uca Allah dinində həm bizim, həm də sizin üçün təqiyyədən başqa heçnə qəbul etməmişdir!” [12]
- Əbu Abdullah demişdir: "Atam demişdir:
- Gözümə təqiyyədən daha çox sevinc verən bir şey varmı? Təqiyyə mömini qoruyan qalxanıdır. ” [13]
- Əbu Abdullah demişdir: "Ey Süleyman! Siz elə bir dindəsiniz ki, gizlədəni Allah ucaltmış, yayanı isə zəlil etmişdir.” [14]
Bu rəvayəti böyük şiə alimi sayılan Xomeyni də öz kitabında zikr etmişdir. [15]
əl-Hurr A’mili yazır:
- Möminlərin əmiri demişdir: "Təqiyyə- möminlərin ən fəzilətli əməllərindəndir.” [16]
- Əli ibn Huseyn demişdir: "Allah möminin təqiyyəni tərk etməsindən və qardaşlarının haqqına girməsindən başqa bütün günahları bağışlayar.” [17]
Maraqlıdır, görəsən, bu ‘mötəbər’ şiə alimi Allahın (subhənəhu və təalə) bu sözlərini bircə dəfə də oxumayıbmı?! Uca Allah buyurur:
- "Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar.” [18]
əl-Hurr A’mili həmçinin yazır:
- Təqiyyədən ayrılan bizdən deyildir! [19]
Digər mötəbər şiə alimi Tacəddin Muhəmməd ibn Muhəmməd əş-Şə’iri yazır:
- Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurub: "Təqiyyəni tərk edən, namazı tərk etmiş kimidir.” [20]
- Əbu Abdullah demişdir: "Təqiyyə etməyən Əli şiəsi deyildir!” [21]
Həmçinin Kuleyni [22]
və digər şiə alimi Feyz əl-Kəşəni [23]
təqiyyənin fəzilətindən öz kitablarında bəhs etmişlər.
Ardı var...
*- Təqiyyə- Daxildə doğrunu gizlədib, onun ziddini (yəni, yalanı) üzə çıxarmağa deyilir!
İstifadə edilən mənbələr:
[1]- əl-Mufid, ‘Əvailul Məqalət’ kitabı, səh. 138
[2]- ‘əl-Xutut əl-A’ridə’ kitabı, səh. 10
[3]- ‘ər-Risalət əl-I’tiqad’ kitabı, səh. 104 (İran çapında, Mərkəzu Nəşr əl-Kitə

[4]- ‘əl-Vasailuş-Şi’a’ kitabı, 11/470
[5]- ‘əl-Vasailuş-Şi’a’ kitabı, 11/471
[6]- ‘Əhədis əş-Şi’a’ kitabı, 14/504
[7]- ‘əl-Usul min əl-Kəfi’ kitabı, 2/219
[8]- ‘əl-Usul min əl-Kəfi’ kitabı, 2/217
[9]- ‘A’qidətul İməmiyyə’ kitabı, ‘A’qidətunə fit-Təqiyyə’ bölümü
[10]- ‘əl-Usul min əl-Kəfi’ kitabı, 2/217
[11]- ‘əl-Usul min əl-Kəfi’ kitabı, 2/220
[12]- ‘əl-Usul min əl-Kəfi’ kitabı, 2/218
[13]- ‘əl-Usul min əl-Kəfi’ kitabı, 2/220
[14]- ‘əl-Usul min əl-Kəfi’ kitabı, 2/222
[15]- ‘ər-Rəsail’ kitabı, 2/185
[16]- ‘əl-Vasailuş-Şi’a’ kitabı, 11/473
[17]- ‘əl-Vasailuş-Şi’a’ kitabı, 11/474
[18]- ən-Nisa surəsi, 48
[19]- ‘əl-Vasailuş-Şi’a’ kitabı, 11/466
[20]- ‘Cəmi’ul Əxbər’ kitabı, səh. 95 (Nəcəf çapında, əl- Mətbə’atul Heydəriyyə)
[21]- ‘Cəmi’ul Əxbər’ kitabı, səh. 95 (Nəcəf çapında, əl- Mətbə’atul Heydəriyyə)
[22]- ‘əl-Usul min əl-Kəfi’ kitabı, 2/372
[23]- ‘əl-Vafi’ kitabı, 3/159 (Tehran çapında, Darul Kutub əl-İsləmiyyə)
____________________
Hazırladı: əz-Zubeyr
______________________________________
Şiə Həqiqətlətləri-2
Şiələrin on ikinci imam adlandırdıqları Mehdi zühur edənə kimi təqiyyənin vacib olması şiə əqidəsinin əsas hissəsidir. Bu əqidəyə görə, Mehdi zühur etmədən qabaq təqiyyəni tərk edən onlardan deyildir.
Necə ki, böyük şiə alimi Muhəmməd ibnul Həsən ibnul Hurr əl-A’mili öz kitabında yazır:
- Əbu Abdullah demişdir: "Mehdi çıxana qədər onu (təqiyyəni) tərk edən bizdən deyildir!” [1]
Digər mötəbər şiə alimi Tacəddin Muhəmməd ibn Muhəmməd əş-Şə’iri yazır:
Cəfər əs-Sadiq demişdir: "Mehdi çıxana qədər təqiyyəni tərk edən bizdən deyildir!” [2]
Şiə ayətullahı sayılan Ruhullah əl-Musəvi əl-Xomeyni yazır:
- Təqiyyə bəzən qorxu, bəzən də mudərat babından olur. Mudəratda məqsəd, hər hansı bir zərər qorxusu olmadan müxaliflərin sevgisini qazanaraq istənilən məsələdə onlarla həmfikir olmaqdır. [3]
Xomeyninin bu sözlərinə diqqət edin: "...hər hansı bir zərər qorxusu olmadan müxaliflərin sevgisini qazanaraq”
Bu hiyləgər fikirli "alimin” "hər hansı bir zərər qorxusu olmadan” söyləyərək, təqiyyəni caiz görməsinə diqqət edin! Və düşünün: "Müxaliflər öz din qardaşlarıdırsa, o zaman onlara qarşı təqiyyə edilməsinin nə anlamı vardır?!”
İndi isə Xomeyninin öz məzhəbi haqqında etdiyi bir etirafa nəzər salaq:
- Təqiyyənin şəxsən özünə görə vacib bir qismi vardır. Bu da, bir şeyi yaymaq müqabilində olur. Məzhəbin ifşa edilməsindən və əhli-beytin sirrinin açılmasından uzaq olmaq üçündür. Bir çox rəvayətdən məlum olur ki, imamlar haqqında nəql edilən təqiyyə məhz budur....
Təqiyyə olmasaydı məzhəb məhv olub gedərdi. [4]
Bu ifadələr Xomeyninin şiə məzhəbi haqqında etiraflarıdır. Xomeyni şiə məzhəbinin nə üzərində qurulduğunu açıq-aşkar söyləyir.
Şiə alimləri təqiyyə edərək, özlərini Əhli-Sünnə kimi qələmə vermiş və onların yaşadığı ölkələrə səfər edərək, Əhli-Sünnənin xətalarını araşdırıb casusluq etmişdirlər.
"Şeyx əl Bəhai” adı ilə məşhurlaşmış Muhəmməd ibnul Huseyn ibn Abdussaməd (vəf. 1031) bu cür ziyarətlər edən şiə alimlərindən biridir. Böyük şiə alimi Muhəmməd Muhəmmədi əl-A’ştəhərdi öz kitabında onun haqqında yazır:
Şeyx Muhəmməd ibnul Huseyn ibn Abdussaməd demişdir:
- Guya Şafii məzhəbinə mənsubam kimi, Şamda oldum. [5]
Bir şeyə diqqət edin ki, imamlardan nəql etdikləri təqiyyə, məhz məzhəbin ifşa edilməməsinə və Əhli-Sünnəyə yalan danışmağa təşfiq edən təqiyyədir.
Bilmək lazımdır ki, şiələr mal və can qorxusundan dolayı təqiyyə etməmişdir. Necə ki, Xomeyni bu haqda deyir:
- Bu təqiyyənin caiz, hətta vacib olması özünün, yaxud başqasının can qorxusu ilə bağlı deyildir... Bu səbəbdən can qorxusu olmadan belə təqiyyə etmək və sirri gizlətmək vacibdir. [6]
Şiələr can qorxusundan deyil, öz məzhəblərini ifşa etməmək və Əhli-Sünnəyə qarşı düşmən olduqlarını gizlətmək üçün təqiyyə etmişlər.
Şiələrə görə təqiyyə namaz kimidir. Necə ki, bu haqda öncəki risalədə şiə alimlərinin kitablarından yetərincə sitatlar gətirmişdim. İndi isə digər mənbələrə də müraciət edək:
Hurr əl-A’mili yazır:
- Əli İbn Muhəmməd demişdir: "Ey Davud! Təqiyyəni tərk edən namazı tərk etmiş kimidir, söyləsən- doğru söyləmiş olarsan!” [7]
Şiələrə görə, namaz kimi, təqiyyə də İslamın əsas rükunudur.
Həmin səhifədə Hurr əl-A’mili bu rəvayəti gətirir:
- Cəfər əs-Sadiq demişdir: "Təqiyyəyə sarılın! Ehtiyat etdiyi kəsə qarşı təqiyyə etdiyi kimi, etibar etdiyi kəsə qarşı da təqiyyəni əlində şüar etməyən kimsə bizdən deyildir!” [8]
Şiə əqidəsindən xəbəri olmayan birinin belə, qəbul etməyəcəyi həqiqətlərdən biri də, şiələrə görə Əhli-Sünnənin arxasında –onları nəcis və kafir gördükləri halda, mal və qanlarını halal saydıqları halda- təqiyyə edərək namaz qılmağın caiz olmasıdır.
Xomeyni yazır:
- Əbu Cəfər demişdir: "Nasıbinin (onların əqidəsinə görə Əhli-Sünnənin) arxasında namaz qılmağında bir müşkül yoxdur. Namazın təqiyyə səbəbi ilə səhih olduğunu və qəbul edildiyini bildirən bir çox rəvayətlər mövcuddur.” [9]
Halbuki Xomeyni öz kitabında Nasıbi olanların mallarını halal görmüşdür:
- Ən səhih görüş odur ki, nasıbi olanlardan alınan qənimət, xums kimi hökmlər baxımından hərb əhli olan kimsələrə ilhəq edilsin. Hətta harada və necə olmasından asılı olmayaraq, malının alınması CAİZDİR, xumsun ödənməsi vacibdir. [10]
Həmin kitabda Xomeyni nasıbiləri nəcis və lənətlənmiş adlandırmışdır. [11].
Buna baxmayaraq, yuxarıda onların arxasında namaz qılmağı caiz görür.
Bu dəlillər göstərir ki, şiələrin Əhli-Sünnənin (onların əqidəsinə görə nasıbilərin) arxasında namaz qılmaları, Əhli-Sünnəni təmiz və imanlı görmələrindən dolayı deyildir. Bu sadəcə hiyləgərlik və aldatmaq yolunda bir fənn işlətməkdir.
Əhli-Sünnənin arxasında namazı caiz görən Xomeyni, öz kitabında namazda ikən sağ əlin sol əlin üzərinə qoyulmasının namazı batil etdiyini vurğulamışdır:
- "Təkfir- bizdən olmayanların etdiyi kimi bir əlin digəri üzərinə qoyulmasıdır. Bu qəsdən edilərsə namazı batil edər, təqiyyə ilə edilərsə heç bir problemi yoxdur.” [12]
Mötəbər şiə alimi Muhəmməd ibn Muhəmməd ibn Sadıq əs-Sadr əl-Musəvi yazır:
- Şeyx Saduq, ‘İqməlud-Din’ kitabında, Şeyx Hurr əl-A’mili, ‘əl-Vəsailuş-Şi’a’ kitabında, Şeyx Təbərsi, ‘İlməmul Vara a’nil İmam Rıda’ kitabında belə dediyini nəql etmişdir:
"Təqiyyəsi olmayanın imanı yoxdur. Sizin Allah qatında ən dəyərli olanınız təqiyyə ilə ən çox əməl edəninizdir. Ağamız (yəni, Mehdi) zühur etmədən qabaq kim təqiyyəni tərk edərsə bizdən deyildir.” [13]
Ardı var...
*- Təqiyyə- Daxildə doğrunu gizlədib, onun ziddini (yəni, yalanı) üzə çıxarmağa deyilir!
İstifadə edilən mənbələr:
[1]- ‘İsbat əl-Hudət’ kitabı, 3/477 (Qum çapında, əl-Məktəbul I‘lmiyyə)
[2]- ‘Cəmi’ul Əxbər’ kitabı, səh. 95 (Nəcəf çapında, əl- Mətbə’atul Heydəriyyə)
[3]- ‘ər-Rəsail’ kitabı, 2/174
[4]- ‘ər-Rəsail’ kitabı, 2/185
[5]- ‘Əcvədul Munəzərat’ kitabı, səh. 188 (Livan çapında, Darus-Səqaleyn)
[6]- ‘ər-Rəsail’ kitabı, 2/201
[7]- ‘əl-Vasailuş-Şi’a’ kitabı, 11/466
[8]- ‘əl-Vasailuş-Şi’a’ kitabı, 11/466
[9]- ‘ər-Rəsail’ kitabı, 2/198
[10]- ‘Təhrirul Vasilə’ kitabı, 1/352
[11]- ‘Təhrirul Vasilə’ kitabı, 1/118
[12]- ‘Təhrirul Vasilə’ kitabı, 1/186
[13]- ‘Tarixul Ğaybətil- Kubra’ kitabı, səh. 362 (Küveyt çapında, Məktəbətul- Əlfeyn)
____________________
Hazırladı: əz-Zubeyr