Перейти к содержимому


Фотография

Mənzilət hədisi:sünni qaynaqları


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 2

#1 Neqsi Cahan

Neqsi Cahan

    Raqib – Seargeant

  • Murid
  • 183 сообщений

Отправлено 17 апреля 2012 - 00:13

BİSMİLLAHİR RAHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ TƏRTƏMİZ ƏHLİ BEYTİNƏ

Allah c. c Əfəndimizi s. a. a haqq din ilə göndərmiş, Ona kitabı endirmiş və kitabın şərhini də Əfəndimizə s. a. a vəzifəsinin bir parçası olaraq vermişdir. Şübhəsiz ki, din kamala çatmış və Allahın kitabı və Rəsul Əfəndimizin s. a. a sünnəsində hər şey açıqca bildirilmişdir. Usuliddinden olan imamet də həm Quranda və həm də Rəsulullah Əfəndimizin s. a. a sünetinde açıqca bildirilmiş, şüphəyə yer buraxılmamışdır. Quran ayələri mütevatir və qəti olduğu kimi imamət haqqında sünnədə varid olmuş hədislərdə mütevatirdir və hər 2 məzhəbin qaynaqlarında genişcə, səhih bir şəkildə rəvayet edilmişdir. biz bu gün inşaallah imamət haqqındakı mütevatir hədislərdən birini, "Mənzilət" hədisini sizlərlə paylaşacağıq. bu işimizdə hər vaxt olduğu kimi əhli sünnə qardaşlarımızın və nəsibilərin ən etibarlı qaynaqlarından götürmələr edəcəyik. işimizdə Allaha təvəkkül edir və tək Ondan kömək diləyirik.

əhli sünnə qardaşlarımızın və nəsibilərin qaynaqlarında "Mənzilət" hədisi dediyimiz bu hədis mütevatirdir. biz uzunçuluq olmasın deyə ən etibarlı qaynaqlardan bir neçəsinə baxmaq ilə kifayətlənirik:

أخبرني إسحاق بن موسى بن عبد الله بن موسى بن عبد الله بن يزيد الأنصاري قال حدثنا داود بن كثير الرقي عن محمد بن المنكدر عن سعيد بن المسيب عن سعد رض أن رسول الله قال لعلي أنت مني بمنزلة هارون من موسى إلا انه لا نبي بعدي

… Sad b. Ebi Vakkasdan rəvayət etdi: Rəsulullah s. a. a Əliyə belə buyurdu: "Mənə qarşı sən Musaya qarşı Harunun vəziyyətindəsən lakin məndən sonra Peyğəmbər gəlməyəcək."

Buxari, "əs-Səhih", Meğazi, hədis 409
Müslim, "əs-Səhih", Səhabənin fəziləti, hədis 30 və 31
Tirmizi, "Sünen", Menakıb, hədis 3730 və 3731
Nəsai, "Hasais", hədis 42-60
ibni Macə, "Sünen", Müqəddimə, hədis 115


görüldüyü kimi, Rəsulullah s. a. a imam Əli üçün Harunun Musa -hamısına minlərlə salam və salavat olsun- yanındakı bütün mövqelərinin özü yanında sabit olduğunu söyləyir. yaxşı Harun ə.s kimdir? Quran onun haqqında nə söyləyir?

قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي وَيَسِّرْ لِي أَمْرِي وَاحْلُلْ عُقْدَةً مِّن لِّسَانِي يَفْقَهُوا قَوْلِي وَاجْعَل لِّي وَزِيرًا مِّنْ أَهْلِي هَارُونَ أَخِي اشْدُدْ بِهِ أَزْرِي وَأَشْرِكْهُ فِي أَمْرِي

(Musa) dedi: “Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yetirməyə qadir olmaq, Fironla danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət;İşimi yüngülləşdir;Dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki,Sözümü yaxşı anlasınlar!Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver –Qardaşım Harunu!
Taha surəsi 25-30-cu ayələr

görüldüyü kimi bu ayələrdə Həzrəti Musa Rəbbindən Harunu öz işi üçün ortaq, vəzir və köməkçi, arxa olaraq istəyir. Allah c. c Ona cavab olaraq isə belə deyir:

قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَا مُوسَىٰ

(Allah) buyurdu: “Dilədiyin sənə verildi, ya Musa!
Taha surəsi 36-c; ayə

yəni ayələrdən əldə etdiyimiz məlumat Harunun Musanın vəziri, köməkçisi, işinin ortağı olduğudur. Hz. Harun ə.s Hz. Musanın ə.s vəziridir, yəni Hz. Musa ə.s xaric Hz. Musanın ə.s ümmətindən olan hər kəs üçün əmr sahibidir, əmrləri Hz. Musanın əmrləri kimidir, itaəti fərzdir. Rəsulullah s. a. a da imam Əlinin Hz. Harunun Hz. Musa yanındakı sahib olduğu mövqenin eynisinə öz yanında sahib olduğunu söyləyir. buna görə imam Əli ə.s:
1. Rəsulullahın s. a. a vəzirdir və Rəsulullah s. a. a xaric ümməti içində ən fəzilətli, ən alim, ən müdrik, ən üstün adamdır. əmrlərinə itaət edilməsi də fərzdir həm də ümməti Məhəmməddən olduğunu iddia edən hər kəs üçün. hətta səhabələr üçün belə Onun ə.s əmrləri Rəsulullahın s. a. a vəzirinin əmiri olduğu üçün qeydsiz şərtsiz fərzdir.
2. Rəsulullahın s. a. a işinin ortağıdır yəni bu işdə Rəsulullahın s. a. a köməkçisidir və Rəsulun s. a. a təbliğ etmək ilə öhdəçilikli olduğu vəzifələri yalnız O və Rəsulullah s. a. a yerinə yetirə bilər.

Rəsulullah s. a. a bütün bu mövzuların eynisinin imam Əli ə.s üçün də olduğunu bəyan etdikdən sonra tək peyğəmbərliyi istisna etmişdir ki, buda Əfəndimizin s. a. a son nəbi olduğundan ötəridir.


əl-Kettani: "Mənzilət hədisi mütevadirdir"
"hli sünnə qardaşlarımızın ən etibarlı, ən səhih qaynaqlarından Menzilet hədisini köçürdük.
Indi isə Menzilet hədisi haqqında əhli sünnə alimi əl-Kettaniden bir etiraf:

( أَمَا تَرْضَى أَنْ تَكُونَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى )

"Sən, Harunun, Musanın yanında aldığı yeri, mənim yanımda almaqdan razı deyilsənmi? "[10]


Suyuti (ö. 911/1505) "el-Ezhar"da bu hədisi bu yollardan gətirmişdir:

1. Əbu Səid əl-Hudri
2. Əsmə bint. Umeys
3. Ümmü Sələmə
4. Abdullah ibn Abbas
5. Hubşe b. Cünade
6. Abdullah ibn Ömər
7. Hz. Əli
8. Cabir b. Semure
9. Bera b. Azib
10. Zeyd b. Erkam

Cəmi, 10 adam.

(Deyərəm ki:) Bu hədis, bu yollardan da gəlmişdir:

11. Malik ibnul-Huveyris
12. Sad b. Əbi Vakkas
13. Hz. Ömər

İbn Asakir (ö. 1182/1768), bu hədisin gəlmə yollarını müstəqil bir cüzdə yığmışdır. Burada səhabələrin sayı 20-yə qədər çatmışdır.

Şeyx Cesus, "Şerhur-risale"də eynilə belə deyir: أَنْتَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى "Sən, Harunun, Musanın yanında aldığı yeri….. " hədisi, mütevadirdir. 20-den çox səhabədən gəlmişdir. İbn Asakir, bu hədisin gəlmə yollarını 20-yə qədər vərəqdə tamamilə yığmışdır.


əl-Kettani, "Mütevadir hədislər", Menkıbeler babı


görüldüyü kimi əl-Kettani bu hədisi "mütevadir hədislər" adlı kitabında rəvayət etmiş yəni mütevadir olduğunu bildirmişdir. indi də mütevadir hədisin nə mənanı verdiyini öyrənək:

Hədis elmində mütevadir, hər təbəqədə Hz. Peyğəmbər s.ə.s üzərinə yalan danışmaları ağlan mümkün olmayan çox sayda ravi tərəfindən görərək və ya eşidərək rəvayət edilən xəbərə (hadisə) deyilir. Bu tərifə görə, bu hədis mütevadirdir deyildiyi zaman o hədisin Hz. Peyğəmbər s.ə.sin ağızından yalan uydurmalarını ağılın qəbul etmədiyi izdiham deyilə biləcək ədəddə səhabə tərəfindən Allah Rəsulundan görülərək və ya eşidilərək rəvayət edilmiş olması, eyni şəkildə hər biri ayrı ölkələrdən olduqları, sayılan da çox olduğu üçün yalan danışmaq üzrə birləşdiklərini ağılın qəbul etmədiyi təbeinlərdən izdiham bir qrup tərəfindən səhabələrdən rəvayət edilməsi, onlardan da eyni xüsusiyyətə sahib izdiham bir camaat tərəfindən nəql edilən hədis olduğu aydın olar.

Mütevadir hədis




http://www.youtube.com/watch?feature=player_embedded&v=PIqnIcp4nNk

Gördüyünüz videoda Seyid Kamal Heydari -Allah Onu qorusun- əhli sünnə alimlərindən ibni Əbu Asimin "Kitab əs-Sünne" adlı kitabından bu hədisi köçürür:

أما ترضى أن تكون مني بمنزلة هارون من موسى إلا أنك لست بنبي ثم قال أنت خليفتي يعني في كل مؤمن من بعدي
Rəsulullah s. a. a Əliyə belə buyurdu: "sənin mənə nisbətin, Harunun Musaya nisbəti kimidir; tək məndən sonra Peyğəmbər gəlməyəcək, sən məndən sonra bütün möminlərə xəlifəmsən"

Seyid Kamal Heydari daha sonra hədis haqqında nəsibi muhaddis əl-Elbaninin "hasen" hökmünü göstərir. Biz bu hədisi başqa əhli sünnə qaynaqlarından da tapdıq və onları bura əlavə edəcəyik:

1.png
2.png
3.png
4.png


Şəkildə gördüyünüz əhli sünnə alimi, Hənbəli məzhəbinin imamı Əhməd ibn Hənbəlin "Müsned" adlı kitabının 3/331-ci səhifəsidir. İşarələnilmiş yerdə 3062 və 3063 nömrəli hədislərdə eyni yuxarıdakı hədis təkrarlanır ona görə təkrar yazmağa gərək görmürük. Yenə bu hədis bu əhli sünnə qaynaqlarında keçir:

Əhməd ibn Hənbəl, "Fedail əs-Səhabə", 2/684, hədis 1168
Nəsai, "Sünen əl-Kubra", 5/112, hədis 8409
Hakim en-Nişaburi, "Müstedrek", 4/229
əl-Elbani, "Zilal cenne", hədis 1188 və 1351


hədisin səhhəti:

bütün əhli sünnə və nəsibi alimləri hədisin səhih olduğunu söyləmişlər. İndi yuxarıdakı qaynaqları təhqiq etmiş və hədis haqqında səhih hökmünü vermiş olan əhli sünnə alimlərini köçürürük:

1. Əhməd Məhəmməd Şakir: Əhməd ibn Hənbəlin yuxarıda şəkilini köçürdüyümüz "Müsned" adlı kitabını təhqiq etmişdir, hədisdən dərhal sonra şəkildə də işarələdiyi kimi deyir ki:

إسناده صحيح
isnadı səhih

Əhməd ibn Hənbəl, "Müsned", 3/331, hədis 3062 və 3063

2. Vasiullah Məhəmməd ibn Abbas: Əhməd ibn Hənbəlin "Fedail əs-Səhabə" adlı kitabını təhqiq etmişdir, hədisdən sonra qeyd düşərək deyir ki:

إسناده صحيح
isnadı səhih

Əhməd ibn Hənbəl, "Fedail əs-Səhabə", 2/684, hədis 1168

3-4. Hakim en-Nişaburi və əz-Zehebi: Hakim hədisi köçürdükdən sonra və əz-Zehebide Hakimin "əl-Müstedrek" adlı kitabına yazdığı "Telhis"də deyir ki:

هذا حديث صحيح الإٍسناد
تعليق الذهبي قي التلخيص : صحيح
(Hakim): Bu hədisin isnadı səhihdir
əz-Zehebi: səhih

Hakim en-Nişaburi, "əl-Müstedrek", 4/229, hədis 4652


5. əl-Elbani: əl-Elbani bu hədisin həsən olduğunu (yuxarıda əlavə etdiyimiz videoda) ibni Əbu Asimin "Kitab əs-Sünne" adlı əsərinin təhqiqində söyləmişdir və yenə özü "Zilal cenne" adlı kitabında hədisi köçürdükdən sonra deyir:

إسناده حسن
İsnadı Həsən

əl-Elbani, "Zilal cenne", 2/337



#2 Neqsi Cahan

Neqsi Cahan

    Raqib – Seargeant

  • Murid
  • 183 сообщений

Отправлено 19 апреля 2012 - 09:26



#3 samral

samral

    Arif – Corporal

  • Murid
  • 73 сообщений

Отправлено 01 сентября 2012 - 00:01

Allah razı olsun. MaşaAllah !
O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru