Перейти к содержимому


Фотография

"Tovhid" kitabı, "Nadir rəvayətlər" babı


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 elmir

elmir

    Arif – Corporal

  • Murid
  • 62 сообщений

Отправлено 23 апреля 2012 - 14:48

1 - Əbu Abdullahdan (İmam Sadiq əleyhissalam) "Onun üzündən başqa hər şey məhv olacaq" (Qəsəs, 88) ayəsinin mənası soruşuldu.
Buyurdu ki: «Bu ayə barədə nə deyirlər?»
Sualı soruşan adam dedi ki: "Allahın üzü xaric, hər şey yox olacaq." deyirlər.
Buyurdu ki: «Şübhəsiz böyük səhv ediblər. Halbuki bu ayədə nəzərdə tutulan, Allaha gedən yol mənasında üzün yox olmayacağıdır.

2 - Əbu Abdullah (İmam Sadiq əleyhissalam) "Onun üzü xaricində hər şey həlak olacaq" (Qəsəs, 88) ayəsinin mənası barədə deyib:
«Kim Allahın, Məhəmmədə (sallallahu əleyhi və alihi) verdiyi əmrlərini yerinə yetirərsə, onun bu davranışı həlak olmayacaq üzdür. Necə ki, Allah, belə buyurmuşdur: "Kim Rəsula itaət etsə, şübhəsiz Allaha itaət etmiş olar." (Nisa, 80)»

3 - Əbu Cəfər (İmam Baqir əleyhissalam) deyib:
«Allahın nəbimiz Məhəmmədə (sallallahu əleyhi və alihi) bəxş etdiyi bizik. Bizik Allahın üzü, aranızda gəzib dolaşırıq. Biz Allahın yaratdıqlarına baxan gözləriyik, qullarına uzanan rəhmət əlləriyik.
Bizi tanıyan tanımışdır, o necədə xoşbəxtdir. Bizi tanımayan da tanımayıb və müttəqilərin imamlığından məhrum olub.»

4 - Əbu Abdullah (İmam Sadiq əleyhissalam) "Ən gözəl adlar Allahındır. Ona bu adlarla dua edin." (Əraf, 180) ayəsinin mənası barədə deyib:
«Allaha and olsun ki, bizik Allahın ən gözəl adları. Belə ki Allah, bizim imamlığımızı qəbul etməyən heç bir qulun əməlini qəbul etməyəcək.»

5 - Əbu Abdullah (İmam Sadiq əleyhissalam) buyurdu ki:
«Allah, bizi yaratdı, əxlaqımızı və şəklimizi gözəl etdi. Bizi qullarının arasındakı gözləri, xalq arasında danışan dili, qullarının arasında açılan şəfqət və rəhmət əli, özünə gedən yolu etdi. Onu göstərən qapıları, göylərinin və yerinin həzinədarları etdi. Bizimlə meyvə verər ağaclar, meyvələr yetişər, çaylar axar.
Bizim bərəkətimizlə göylərdən yağış yağır, qupquru yer yaşıllaşır. Bizim ibadətimizlə Allaha ibadət edildi. Əgər biz olmasaydıq Allaha ibadət edilməzdi.»

6 - ... Əsvəd ibn Səid ravayət edir: Əbu Cəfərin (İmam Baqir əleyhissalam) yanında idim. Mən ona sual vermədiyim halda özbaşına danışmağa başladı və bunları dedi:
«Biz (Əhli-Beyt) Allahın höccətiyik. Biz, Allahın qapısıyıq. Biz Allahın diliyik. Biz Allahın üzüyük. Biz Allahın qulları arasındakı gözüyük. Biz Allah adına Onun qullarını idarə edənik.»

7 - ...Zürarə deyir ki, Əbu Cəfərdən (İmam Baqir əleyhissalam) "Bizə zülm eləmədilər, özlərinə zülm elədilər" (Bəqərə, 57) ayəsinin mənasını soruşdum.
Buuyurdu ki:
Allah zülm edilməkdən uludur, üstündür amma bizi özü ilə birlikdə zikr etmişdir və bizə edilən zülmü özünə edilən zülm kimi dəyərləndirmişdir, bizim vilayətimizi öz vilayəti bilmişdir.







Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru