yoox sen ne danishirsan rafiziler deyirlerki bu bizde qebuldur,normaldir.o adam da moteber sheyxlerdendir.hele bu azmish subut elemek isteyirlerki siz sunnulerdede bu olar.deyirem atan yaxshi anan yaxshi bizde bu qadagandir,hetta gunahdir.yoxe deyir sen oz dinini yaxshi bilmirsen,men senden yaxshi bilirem senin dinini.
1. Sən mənbə istədin, sənə mənbə göstərilmədi? Göstərildisə "bizdə bu qadağandır, günahdır" deməyin nə mənası var ki? Sən istədiyin şey göstərilibsə, indi o hədislər haqqında alimləriniz rəyi nədir ondan danış. Əgər belə bir şeyi hansısa səhabə edibsə, onun haqqında, o səhabənin bu hərəkəti etməsi haqqında sizin alimlərinizin rəyi nədir ondan danış. Əgər hansısa səhabə belə bir hərəkət edibsə, sizin alimləriniz yenə də bu hərəkətə səfehlik kimi baxırlarmı? Sizin alimlərdən o qədər çıxıb bildi-bilmədi ağzına gələni danışan var ki. Sizin "elm əhli"ndən biri çıxıb Osmanın qatili haqqında ağzına gələni demişdi. Sonra ona başa salmışdılar ki, təhqir elədiyi adam səhabədi. Təzədən çıxıb demişdi "Allah ondan razı olsun!".Əgər səhabə deyilsə, təhqir eləmək olar, əgər səhabədirsə, "Allah ondan razı olsun". Fikrim çatdı? Bizə nə sənin alimlərinin bu hərəkət haqqındakı rəyindən? Bizə alimlərinizin bu hərəkəti edən səhabənin bu işi görməsinə münasibətindən danış.
2."HARAMDIR" hökmünü Allah verməlidir və hökm yalnız Allahındır. Elə deyil? İndi buyur Allahın bu barədə "HARAM" hökmünü göstər.
3. Biz demirik ki, "bu bizdə normaldır". Biz deyirik ki, bu Allahın dinində qadağan deyil.Çünki, qadağan olmasına dəlil yoxdur. Olmadığına görə də normaldır. Anormal bir hal olsaydı Allah dinində qadağan olunardı. Fərq budur!
4. Bizə yalançı deyirsiz. Ancaq, yalançı siz özünüzsüz. Hətta, sizin elm əhli hesab etdiyiniz kimsələr, alimlər açıq-aşkar yalan danışırlar telekanalizasiyalarınızda. Bu barədə də bəs qədər dəlillər də var. Özü də yalan sizin üçün adi bir haldır. Mövzunun başlığı özü də açıq-aşkar yalandır. Çünki, lap qəbul edilsə də ki, bu işi görmək haramdır, yenə də bu "ağlı itirmək" sayılmır. Çünki, "ağlı itirmək" özü xüsusi bir anlayışdır və fiqhdə şərtləri də başqa cürdür. Deməli, "ağlını itirib" demək özü iftiradır, yalandır.
Сообщение отредактировал N_ن_N: 24 июня 2014 - 20:28