Перейти к содержимому


Фотография

Əhli Beyt ə.s salavat gətirmək duanın səhhət şərtidir


  • Авторизуйтесь для ответа в теме
В теме одно сообщение

#1 Neqsi Cahan

Neqsi Cahan

    Raqib – Seargeant

  • Murid
  • 183 сообщений

Отправлено 26 апреля 2012 - 20:15

Əhli Beyt ə.s salavat gətirmək duanın səhhət şərtidir

http://www.youtube.com/watch?v=AEIIYWNY1rY&feature=plcp

Sheyx Cavid - SQH VII (Salavat 1-ci hisse)

http://www.youtube.com/watch?v=Vxx7YVIXeyo&feature=plcp

Sheyx Cavid - SQH VII (Salavat 2-ci hisse)

Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd

BİSMİLLAHİR RAHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ TƏRTƏMİZ ƏHLİ BEYTİNƏ

Quranı Kərim və Peyğəmbərimizin (s) Sünnəsi işığında, Sünni və Şiə qaynaqların ittifaq ilə köçürdüyü səhih hədislər işığında İslam həqiqətlərini, Əhli Beyt ə.s vəlayətini sənədli bir şəkildə sizlərlə paylaşmağa davam edirik. inşaallah bu günki işimizdə Əhli Beyt ə.sin vəlayətinin hətta namaz və dua kimi dinin fiqhi mövzuları da əhatəsi gerçəyini sənədləşdirəcəyik. bilindiyi kimi dua bir ibadətdir və ibadətlər Allah c. c üçün edilməkdədir. ancaq bununla birlikdə əgər duada Nəbi s. a. a və Əhli Beyt ə.sə salavat göndərilməzsə dua Allah c. c qatına yüksəlməz və qəbul edilməzdir. bu mövzuda Şiə və Sünni qaynaqlarında bir çox hədis mövcuddur, inşaallah biz indi onlardan bir neçəsini sizlərlə paylaşacağıq.

1. Şiə qaynaqlı hədislər: Şiə üləmadan Kuleyni r.ə başda olmaq üzrə bir çox hədis və təfsir alimi mövzu haqqında hədislər rəvayət etmişdirlər. Şiə və Sünnilərin etibarlılığı mövzusunda ittifaq etdikləri Sikatulislam (İslamın etibarçı) Şeyx Kuleyni r.ə belə rəvayət etməkdədir:

علي بن إبراهيم، عن أبيه، عن ابن أبي عمير، عن هشام بن سالم، عن أبي عبدالله (عليه السلام) قال: لايزال الدعاء محجوبا حتى يصلي على محمد و آل محمد
…Hişam b. Salim Əbu Abdullah (imam Sadiq a.s)dan rəvayət etdi: "Məhəmməd və Ali Məhəmmədə salavat gətirmədikcə duanın önünə pərdə qonar"

عنه، عن أبيه، عن النوفلي، عن السكوني، عن أبي عبدالله (عليه السلام) قال: من دعا ولم يذكر النبي (صلى الله عليه وآله) رفرف الدعاء على رأسه فإذا ذكر النبي (صلى الله عليه وآله) رفع الدعاء
…əs-Sekuni Əbu Abdullah (imam Sadiq a.s)dan rəvayət etdi: "Dua edərkən Nəbi s.a.anı xatırlamayan kimsənin duası başının üzərində uçub dayanar. Nəbi s.a.anı anın tərəfindən dua yüksəldilər"

محمد بن يحيى، عن أحمد بن محمد، عن علي بن الحكم وعبدالرحمن بن أبي نجران، جميعا، عن صفوان الجمال، عن أبي عبدالله (عليه السلام) قال: كل دعاء يدعى الله عزوجل به محجوب عن السماء حتى يصلي على محمد وآل محمد
…Safvan əl-Cemmal Əbu Abdullah (imam Sadiq a.s)dan rəvayət etdi: "Allah azze və celleyə edilən bütün dualar, göydə maneə törədilər, ta ki, Məhəmmədə və Ali Məhəmmədə salavat edilənə qədər"


"əl-Kafi", 2/491-493, hədis 1, 2 və 10

bu hədislərin hər üçünün ravileri siqa (etibarlı) və isnadları muttasıldır. (Ən son ravisindən ilk qaynağına qədər sənədində qopuqluq olmayan hədisə Muttasıl deyilir )Hədislərin birinci və üçüncüsü səhih, ikincisi isə muvassaktır ki, (Muvassak Hədis: on iki imamlı olmayan ancaq raviləri etibarlı və hədis mətni də günahsıza söykən hədislərə deyilir.) bunu Allame II Məclisi r.ə də "əl-Kafi" şərhində təsdiqləməkdədir, baxın: II Məclisi r.ə, "Miratul Ukul", 12/99

2. sünni qaynaqlı hədislər: sünni qaynaqlarında da bu mövzuda haqqında bir çox hədis rəvayət edilmişdir. Lakin biz bunların hamısını deyil, sünnilər nəzdində mötəbər olaraq görülən və məşhur olanlarından bir neçə dənəsini zikr edəcəyik.

1.jpg

şəkildə gördüyünüz əhli sünnə hədis alimi Taberaninin "Mucem əl-Evsat" adlı kitabıdır, işarələnilmiş yerdə bu ifadələr var:

حدثنا أحمد قال: نا عامر بن سيار قال: نا عبد الكريم الخراز، عن أبي إسحاق الهمداني، عن الحارث، وعاصم بن ضمرة، عن علي قال: كل دعاء محجوب حتى يصلي على محمد وآل محمد صلى الله عليه وسلم
…Həris və Asim b. Demura Əli ibn Əbu Talibdən belə rəvayət etdilər: "Bütün dualar Məhəmməd və Ali Məhəmmədə salavat edilənə qədər göydə maneə törədilmişdir."

Taberani, "Mucem əl-Evsat", 1/348, hədis 721


bu hədisi Taberanidən canlı rəvayət edən Heysemi hədisdən sonra deyir ki:

رواه الطبراني في الاوسط ورجاله ثقات
Taberani "Evsat" kitabında rəvayət etmişdir və ricalları siqattan (etibarlılardan)dir.


Heysemi, "Mecmeuz Zevaid", 10/160


bir başqa əhli sünnə muhaddisi es-Suyuti də bu hədisi "Cami əs-Sağir" adlı kitabında rəvayət etdikdən sonra deyir ki:

ح
hasen

Suyuti, "Cami əs-Sağir", hədis 4266


yenə əhli sünnənin böyük alimlərində Tirmizi də buna bənzər hədisi dəyişik bir sənəd ilə rəvayət etmişdir:


2.jpg
şəkildə gördüyünüz əhli sünnə alimi, qütbü sittə imamlarından Tirmizinin "Sünen" adlı kitabıdır, işarələnilmiş yerdə bu ifadələr var:

حَدَّثَنَا أَبُو دَاوُدَ سُلَيْمَانُ بْنُ سَلْمٍ الْمَصَاحِفِيُّ الْبَلْخِيُّ أَخْبَرَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ عَنْ أَبِي قُرَّةَ الْأَسَدِيِّ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ إِنَّ الدُّعَاءَ مَوْقُوفٌ بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ لَا يَصْعَدُ مِنْهُ شَيْءٌ حَتَّى تُصَلِّيَ عَلَى نَبِيِّكَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ
…Səid b. Müseyyib Ömər ibn Xəttabdan belə rəvayət etdi: "Dua göy ilə yer arasında dayanar, Nəbi s.a.a-ya salavat gətirənə qədər o duadan heç bir şey Allah qatına yüksəlməz."

Tirmizi, "Sünen", Vitr kitabı, hədis 486


bu hədisin sənədindəki bütün ravilər əvvəlki hədisimizdəki kimi siqa (etibarlı)dirlar. nəsibilərin böyük hədis və rical alimləri ibni Həcər və son şeyxlərindən əl-Elbani hədisin səhhətini təsdiqləmişdirlər.

Mənbə: http://velayet.wordpress.com/


#2 Neqsi Cahan

Neqsi Cahan

    Raqib – Seargeant

  • Murid
  • 183 сообщений

Отправлено 26 апреля 2012 - 23:12

http://www.youtube.com/watch?v=e9vFqo0L2Wk&feature=plcp


Sheyx Cavid - SQH VIII (Ehli-beytin salavatdan cixarilmasinin sebebi)




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru